Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-61/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.04.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməs” tələbinə dair i nzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-22/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 5 may 1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən, xx xxxx 1964-cü ildə Babək rayonu, Cəhri kəndində doğulmuş İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmət keçmişdir. İddiaçının hərbi biletində onun döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı ünvanlanan 24 mart 2020-ci il tarixli, 1081 nömrəli məktubdan görünür ki, X7 Komitəsinin Arxivdə saxlanıla n "Nizami hissə üzrə əmrlər kitabı"nda İddiaçı barəsində məlumat yoxdur.
3. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi tərəfindən İddiaçı ünvanlanan 06 aprel 2020-ci il tarixli, 244 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinə ünvanlanan ərizənin icrasi ilə əlaqədar N nömrəli hərbi hissəyə arxiv arayışlarının alınması üçün sorğu göndərilmiş, cavab məktubunda İddiaçı barəsində X7 Komitəsinin Arxivində saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"nda heç bir məlumat olmadığı bildirilmişdir.
4. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 29 iyun 2020-ci il tarixli, 9/25 18-Q217 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və şəhər, rayon, nəqliyyatda polis orqanlarının arxivlərində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, o cümlədən 20 may - 15 avqust 1992-ci il tarixlərdə Babək rayon Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunması istiqamətində aparılan döyüş əməliyyatlarında iştirakını sübut edən hər hansı əmr mövcud deyil.
5. Babək Rayon İcra Hakimiyyəti X10 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 4 sentyabr 2020-ci il tarixli, 16 nömrəli arayışdan görünür ki, daşnaq ermənilər torpaqlara hücum edən zaman 1990-1992-ci illərdə Muxtar Respublikanın sərhəd torpaqları və yaşayış məntəqələri həmin dövrdə nizami ordu olmadığından sərhədlər həmin yaşayış məntəqələri ndə yaşayan qeyrətli oğulların və Muxtar Respublikanın şəhər, rayon və kəndlərində yaradılmış könüllü müdafiə döyüşçülərinin qəhrəmanlıqları hesabına düşməndən qorunub saxlanılmışdır. Həmin dövrdə Babək rayonunun düşmənlə sərhəddə yerləşən Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndlərində yuxarıda göstərildiyi kimi həm yerli kənd sakinlərinin, həm də Babək rayonunun bütövlükdə qəsəbə və kəndlərində yaradılmış könüllü müdafiə döyüşçülərinin yüksək qəhrəmanlığı və vətənpərvərliyi hesabına qorunmuşdur. İddiaçı həmin döyüşlər zamanı Yuxarı Buzqov kəndinin müdafiəsində iştirak etməsi könüllü müdafiə dəstə üzvləri və həmin vaxtı döyüşlərdə iştirak etmiş Yuxarı Buzqov sakinləri tərəfindən təsdiqlənə bilər. Lakin hazırda İddiaçı və onun kimi həmin hadisələr zamanı bu kəndlərin müdafiə döyüşlər ində iştirak edənlər haqqında hər hansı rəsmi sənəd və imtiyaz vermək nümayəndəliyin səlahiyyəti daxilində deyil. Ona görə də bu haqda səlahiyyəti olan müvafiq idarələrə müraciət edilməsi xahiş edilmişdir. Ərizədə ada edilən düzəliş ilə bağlı həmin adın onun iştirak etdiyi könüllü müdafiə dəstəsinə rəhbərlik və ya komandirlik edən şəxs tərəfindən yazıldığı qeyd edilmişdir. Bu barədə qeydiyyatda olduğu nümayəndəliyə müraciət edilməsi məsləhət görülmüşdür.
6. Babək Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsinə görə, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Sultanov İbrahim Yusifəli oğlunun rəhbərlik etdiyi könüllü dəstənin siyahısının iş üzrə ərizəçi İddiaçı məxsus olması fak tının müəyyən edilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan 12 aprel 2021-ci il tarixli, 1-Q/9122 nömrəli məktubdan görünür ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi tərəfindən Müdafiə Nazirliyi tərəf kimi maraqlı şəxs qismində iddianın baxılmasına cəlb olunmadığına və xx.xx.2020-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan heç bir öhdəlik qoyulmadığına görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malik olduğu bildirilmişdir.
8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 9 mart 2022-ci il tarixli, Q/870 nömrəli məktubda qeyd edilmişdir ki, sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası"nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) "Müharibə veteranı" adı və vəsiqəsinin ver ilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Ərizədə qeyd edilən məsələ ilə əlaqədar Xidmətin Aparatı tərəfindən xx.xx.2021-ci il tarixli, Q/2133 nömrəli məktubla ətraflı cavab verilmişdir. Bu səbəbdən İddiaçı sənədləri ünvanına geri qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 12 aprel 2022-ci il tarixli iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçın 5 may 1983-cü il tarixdə Babək Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. 10 iyun 1985-ci il tarixdə keçmiş SSRİ ordusunun vaxtında Kalininqrad şəhərində həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. Azərbaycan-Ermənistan müharibəsinin başlanması ilə əlaqədar 1992-ci ilin may ayının 20-də könüllü olan döyüş yoldaşları ilə birlikdə Yuxarı Buzqov kəndini və torpaqları erməni işğalçılarından müdafiə etmişdir. Atəşkəs elan olunandan sonra 1992-ci il tarixdə avqust ayının 15-də tərxis olunaraq evə buraxılmışdır. Könüllülər dəstəsində könüllü olaraq döyüşlərdə iştirak etməsi barədə arayış verilməsinə dair Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə xx.xx.2020-ci il tarixdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 100 saylı Hərbi hissəsinə 24 mart 2020- ci il tarixdə, əlavə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Lakin həmin ünvanlardan gələn cavabda arxivdə saxlanılan Nizami hissə üzrə əmrlər kitabı"nda heç bir məlumat olmadığı göstərilmişdir. İddiaçı qeyd edir ki, arxivdə saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"ında məlumat olmamasının səbəbi könüllülər dəstəsinin siyahısının həmin orqanlara vaxtında təqdim edilməməsidir. Naxçıvan Muxtar Respublikasının Babək rayon X10 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi H.Ə.Bağırov tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışda 1990- 1992-ci illərdə Yuxarı-Aşağı Buzqov və Gərməçataq kəndlərinin əhalisi və ərazisinin qorunmasında, erməni quldur dəstəsinin qarşısının alınmasında könüllülərin iştirakı öz əksini tapmışdır. Naxçı van Muxtar Respublikasının Babək rayonu Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən Sultanov İbrahim Yusifəli oğlunun rəhbərlik etdiyi könüllü dəstənin siyahısında iddiaçının adı 20-ci sırada qeyd olunmuşdur. Həmin siyahı Naxçıvan Muxtar Respublikasının Babək rayonu Buzqov Kənd İcra nümayəndəsi Hüseyn Bağırov tərəfindən möhürlə təsdiqlənmişdir. İddiaçıya kəndlərində el arasında Səmərqənd deyilərək müraciət olunduğundan siyahıda onun adı Səlvər adı ilə yox, Səmərqənd adı ilə qeyd olunmuşdur. Babək rayonu X10 İcra nümayəndəsi Hüseyn Bağırov tərəfindən möhürlə təsdiq edilmiş könüllülər dəstəsinə rəhbərlik edən Sultanov İbrahim Yusifəli oğlunun siyahısında 20-ci sırada olan adı ilə bağlı uyğunsuzluq olduğundan və 1992-ci il may ayından 1992-ci il avqust ayının 15- dək döyüşlərdə iştirak etməsi faktı barədə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Babək Rayon Məhkəməsinin hakimi X5 28 oktyabr 2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsində ad ilə bağlı uyğunsuzluq və döyüş əməliyyatında iştirak etməsi şahid ifadələrinə əsasən hüquqi fakt kimi öz təsdiqini tapmışdır. İddiaçı ona Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqənin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarına əsasən ona müharibə veteran adı və vəsiqəsi verilməmişdir.
11. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi h issələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilmə lidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. İddiaçı sübut qismində Babək Rayon İcra Hakimiyyətinin Buzqov Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışı göstərmişdir. Lakin bu mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atəşkəs elan olunduqdan sonra 1992-ci il avqust ayının 15-də tərxis olunmuşdur. Lakin atəşkəs xx.xx.1994-cü il tarixdə olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyü ş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.
12. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim H.X.Muradov) 14 iyun 2022-ci il tarixli, 2-1(122)-114/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübuetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. İddiaçının öz tələbini əsaslandırdığı əsas sübutlar Babək Rayon İcra Hakimiyyətinin Buzqov Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və Babək Rayon Məhkəməsinin qətnaməsidir. Məhkəmə həmin sübutlara hüquqi qiymət verərək hesab edir ki, müvafiq arayış iddiaçının döyüş əməliyyatlarında iştirakını sübut edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, arayışın məzmunundan da aydın olur ki, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmır. Bundan əlavə, Babək Rayon Məhkəməsinin müvafiq qətnaməsində könüllü dəstənin siyahısının İddiaçı məxsus olması öz təsdiqini tapmışdır. İddiaçının istinad etdiyi sübutların heç biri qanunv ericiliyin tələb etdiyi iddiaçının döyüş əməliyyatlara cəlb edilməsi, döyüşlərdə iştirak etməsi və tərxis edilməsi halını təsdiq etmədiyindən mötəbər sübut kimi hüquqi əhəmiyyətə malik deyil. Bundan başqa iddiaçının iş materiallarına əlavə etdiyi digər sənədlərə də hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı müvafiq orqanlara sorğularla müraciət etsə də, müsbət nəticə əldə edilməmiş və iddiaçının tələbinin təmin edilməsi üçün əsas verən hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Qanunvericiliyin dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsindən cavabdehi n imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
14. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-22/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ə.K.Allahverdiyev - sədrlik edən və məruzəçi, Y.İddiaçı və M.D.Allahverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(122)-114/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin etraz ərizəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqənin verilməsinə dair” yerli icra hakimiyyəti orqanının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqənin verilməsinə dair” qeydə alınması üçün zəruri sənədləri siyahısında olması qeydedilmişdir.Mən, İddiaçı Babək rayon Buzqov kən dinin əhalisinin və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında döyüşən Sultanov İbrahim Yusifəli oğlunun rəhbərlik etdiyi könüllü dəstəsinin tərkibində iştirak etıpişəm. 1992-ci ildə Babək rayon A.Buzqov kənd Sovetinin könüllülərin qeydə alınmış siyahısındanda müəyyən olunur ki, mən-X3 adı könüllülər dəsdəsinin qeyd olunan siyahıda adım 20-ci sırada qeyd olunmuş və Babək rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsi ilə könüllülər dəstəsində adım 20-ci sırada olması öz əksini tapmışdır.
19. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin etraz ərizəsində qeyd olunur ki, döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə-silahların'təkim edilməsi barədə əmirdən çıxarışlar, orden və medallarla təltif olunm aq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma. kontuziya) alma haqqında arayışlar, əmrdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalı olduğu qeyd olunur. 20. 04.09.2020-ci il tarixli Babək rayon İcra hakimiyyəti başçısının X10 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məktubunda da qeyd olunur ki, Milli Müdafiə Komitəsi yarammadığından Babək rayon Y.Buzqov, A.Buzqoy və Gərməçatdaq kəndlərinin əhalisini və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında Babək rayon Cəhri qəsəbə sakini İddiaçı Hüseyin oğlu və onun kimi mərd oğlanları müdafiə etmişdir. Könüllülər dəsdəsinə rəhbərlik edən Babək rayon Cəhri qəsəbə sakini Sultanov İbrahim Yusifəli oğlu silah verib və Milli Müdafiə komitəsinin əsgərləri postlara yerləşdirildikdən sonra təxminən 15 avqust 1992-ci il tarixdə təhvil alıb, həmin tarixdən könüllülərə ehtiyac olmadığından iddiaçı və yoldaşları tərxis olaraq evə buraxılmışlar.
21. Babək Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Naxçıvan MR Babək rayon Y.Buzqov kəndinin əhalisinin və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında döyüşən Sultanov İbrahim Yusifəli oğlunun rəhbərlik etdiyi könüllü dəstəsinin siyahısının iddiaçı, İddiaçı olması faktı müəyyən edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 23. “Veteranlar haqqında” Qanun: Mad də
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarix li 2016 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilər ində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bənd inin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəlad ə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. A pellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qeyd edilməlidir ki, iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
31. İddiaçı öz tələbinin əsası kimi hərbi biletini təqdim etsə də, istinad edilən Əsasnamənin tələbinə görə, iddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları aşkar edilməmişdir.
32. İddiaçının istinad etdiyi siyahı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə vetran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı işdə bu, baş verməmişdir.
33. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2-1(108)-22/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.