Məhkəmə qərarları › İş №2-1(102)-610/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-610/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-610/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.10.2022 Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) “mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(105)-529/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət hüququna dair” JN:0046 KOD 30102018 saylı Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Samur bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarı ilə Qusar rayon Samur qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 30.66 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2006-cı ildə DT və XK Qusar rayon şöbəsində 056 saylı nömrə ilə qeydiyyata alınmışdır.

2. İdd iaçı ərizə ilə cavabdehə müraciət edərək JN:0046, KOD 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.

3. Cavabdeh 19 iyun 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya məxsus olan JN 0046, KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Ayrılmış torpaq sahəsi JN 0046, KOD 30102018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının koordinatlarına və b aza xəritəsinə əsasən sərhəd zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 23 sentyabr 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0046, KOD 30102018 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu, Samur Bələdiyyəsinin 1 dekabr 2005-ci il tarixli, 15 saylı qərarına əsasən Qusar rayonu, Samur qəsəbəsi ərazisində n bələdiyyənin ehtiyat fondunun alğı-satqı predmeti olan torpaqlarından kənd təsərrüfatına az yararlı olan 30.66 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona satılmışdır. Onun torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini aldığı ildən - 2005-ci ildən bu günə qədər hər il kənd təsərrüfatı məhsulları (buğda, arpa və s.) əkir. Hazırda isə torpaq sahəsini icarəyə vermək istədikdə problemlə üzləşmişdir. Mülkiyyətində olan torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:0046 KOD 30102018 saylı X21 İdarəsinin əməkdaşlarının dediyinə görə elektron bazada və qeydiyyat kitabında yoxdur. O, ilkin hüquqmüəyyənedici sənədlərin (torpaqayırma sənədləri-qərar, rəy, alğı–satqı aktı) əsillərini, Arxiv ara yışını və “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının” əslini təqdim etməsinə baxmayaraq, onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etmişlər. O, 2005-ci ildə bələdiyyəyə müraciət edərək torpaq sahəsini almış və torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində tərtib olunaraq onun mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazasında və qeydiyyat kitabında olmaması onun təqsiri deyil. Reyestr idarəsinin gətirdiyi dəlillər qanunvericiliyə görə torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ona görə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina “Daşınmaz əmlakın dövlət re yestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. Cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətini təmin etməkdən imtina etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3 bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılmas ı üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi, iddia ərizəsində göstərilən daşınmaz əmlak DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. İddiaçı tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(118)-174/2020 nömrəli qərarı (hakim: X6 ) ilə iddia təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəs i tərəfindən verilmiş 10 mart 2006-cı il tarixli, JN:0046, KOD 30102018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Samur bələdiyyəsi ərazisində yerləşən 30.66 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qusar rayonu, Samur bələdiyyəsi ərazisində yerləşən, JN:0046 KOD 30102018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 30.66 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Qusar rayonu Samur bələdiyyəsinin 105 saylı 5 avqust 2019-cu il tarixli məktubundan məlum olmuşdur ki, həmin torpaq sahəsi təyinatı üzrə istifa də olunur, faktiki istifadəsi ilə bağlı sərhəd mübahisəsi yoxdur. Həmçinin cavabdehin etiraz ərizəsində qeyd etdiyi iddiaçıya ayrılmış torpaq sahəsi aktın koordinatlarına və baza xəritəsinə əsasən sərhəd zolağında yerləşməsi ilə bağlı arqumentə münasibətdə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin N yanvar 2020-ci il tarixli, 121 nömrəli məktubuna əsasən həmin torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin mühafizə zolağında yerləşmir və iddiaçının həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olması Dövlət Sərhəd Xidməti Qoşunları tərəfindən dövlət sərhədinin mühafizəsinin təşkilində heç bir maneçilik törətmir. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Torpaq üzə rində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il t arixli, 2-1(105)-529/2021 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X3) ilə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli, 2-1(102)-904/2021 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X4 və X1) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 fevral tarixli qərarı ləğv edilmiş, İş təkrar baxılması ü çün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab edilməmişdir. Belə ki, Dövlət Sərhəd Xidmətinin məktubunda qeyd olunan məlumatla, Azərbaycan Respublikasında dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aid qurum tərəfindən tərtib olunmuş rəydəki məlumat arasındakı aşkar ziddiyyətlə bağlı hər hansı ar aşdırma aparılmayıb. Halbuki, Dövlət Sərhəd Xidmətinin məktubunda göstərilənlərdən fərqli olaraq, iddia olunan torpaq sahəsinin bütünlüklə sərhəd zolağında yerləşdiyi rəydə qeyd olunmaqla yanaşı, həm də həmin rəyə əlavə olunmuş torpaq sahəsinin ölçü planında (koordinatlarla) aşkar göstərilmişdir. Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan 46-cı maddəsinin müddəalarının tələblərinə görə isə, dövlət sərhəd zolaqlarının yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir və dövlətin müstəsna mülkiyyətindədir. Həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqan ları həyata keçirirlər. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(105)-529/2021 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X11 və X14) ilə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Qusar rayonu Samur bələdiyyəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ olduğu halda, dövlət mülkiyyətində olan torpaqlara aid edilən dövlət sərhəd zolaqlarının yerləşdiyi torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etmiş, həmin qə rar əsasında iddiaçının adına dövlət aktı tərtib olunmuş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbləri baxımından Qusar rayon Samur bələdiyyəsi 1 dekabr 2005-ci il tarixli qərarı ilə mübahisələndirilən torpaq sahəsini iddiaçıya satarkən səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş akt olduğundan həmin inzibati akt etibarsız sayılır və həmin Qanunun 64.4-cü maddəsinin tələbinə uyğun olaraq da etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. İddiaçı tələbinin əsaslı olmasını Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin müvafiq məktubları ilə əsaslandırsa da, Azərbaycan Respublikasında dövlət torpaq kadastrının, yerquruluşu və xüsus i (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti olmaqla həmin Xidmətin elektron baza məlumatlarında iddiaçıya məxsus olduğu iddia olunan Dövlət aktındakı torpaq sahəsinin koordinatlarının sərhəd zolağında yerləşən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi faktı ekspert rəyi ilə təsdiq edilir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarına aid hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilən məktublara gəldikdə isə həmin məktublarda torpaq sahəsinin sərhəd zola ğına düşməməsinin konkret hansı mənbələrə əsaslanaraq ifadə olunması təsdiqini tapmadığından məhkəmə kollegiyası həmin məktublardakı cavabları hüquqi əsas kimi qəbul edilməsini mümkün saymamış, ona görə ki, Torpaq Məcəlləsinin tələblərindən də göründüyü kimi, dövlət sərhəd zolaqlarının torpaqları dövlətin müstəsna mülkiyyətində olmaqla həmin torpaqlar Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsində iş yenidən araşdırılarkən isə həm in hal ancaq sədrlik edən hakim tərəfindən cavabdehin nümayəndəsinə sual verilməklə araşdırılmışdır. Məhkəmə mübahisələndirilən qərarı qəbul edərkən formal sözlərlə əsaslandırmışdır. Belə ki, iş yaxşı araşdırılmadan qərar qəbul olunmuşdur. "xxxx" MMC və X2 adına olan çıxarışların verilməsinə əsas olmuş sənədlər məhkəməyə gətirilsə müəyyən olar ki, eyni zolaqda yerləşən torpaq sahələrinin verilməsində fərqli yanaşma var. İnzibati orqan Öz qərarları ilə hamıya münasibətdə eyni yanaşmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumq ayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(105)-529/2021 saylı qərarım ləğv edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşın maz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

21. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən veri lmiş JN:0046 KOD 30102018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

25. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN:0046 KOD 30102018 saylı Dövlət Aktına əsasən Qusar rayon Samur bələdiyyəsinin 1 dekabr 2005-ci il tarixli, 15 nömrəli qərarı ilə Qusar rayon Samur qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 30.66 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 10 mart 2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində 056 saylı nömrə ilə qeydiyyata alınmışdır. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi, 10 mart 2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

27. Lakin İddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı yuxarıda göstərilmiş dövlət aktına əsasən onun mülkiyyət hüququ ilə, artıq bir dəfə, yəni xx.xx.2006-ci il tarixdə 056 saylı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən qeydiyyatına alınmış 30,66 hektar torpaq sahəsinin faktiki olaraq ikinci dəfə iddiaçının adına dövlət qeydiyyatına alınmasını xahiş edir.

28. Qey d edilməlidir ki, iddiaçının adına sözügedən torpaq sahəsinə dair verilmiş və bununla da artıq dövlət qeydiyyatına alınmış, həmin Dövlət aktı hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmişdir, yəni onun qanuniliyi və mötəbərliliyi şübhə altına alına bilməz.

29. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 139-1.1, 139-1.8-ci maddələrinin tələbləri nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı onun mülkiyyət hüququ ilə dövlət qeydiyyatına artıq bir dəfə alınmış sözügedən daşınmaz əmlakın yenidən yəni ikinci dəfə dövlət qeydiyyatına alınması ilə bağlı deyil, sadəcə mülkiyyət hüququna dair yeni formalı sənədin alınmasına yönəldilmişdir ki, belə olan halda iddiaçının hazırkı iddiaçı mümkün sayılma bilməz.

30. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, yuxarıda göstərilmiş məsələnin həll edilməsi üçün isə, iddiaçı iddia irəli sürmək hüququna malikdir.

31. Buna görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

32. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 35.1, 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(105)-529/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar