Məhkəmə qərarları › İş №2-1(102)-610/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-610/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-610/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11.04.2023 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2021-c i il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış borcun iddiaçının şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-366/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148218 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ına əsasən, "xxx x" MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə fevral 2019-may 2021-ci il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmış və reyestrdən xx.xx.2021-ci il tarixli KY211590065 nömrəli çıxarış verilmişdir.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli **********149314 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında qərar"ı ilə "xxxx" MMC-dən X2 mütəxəssis kimi dəvət olunması və mütəxəssis qarşısında aşağıdakı sualın qoyulması qərara alınmışdır: xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə vergi ödəyicisinə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammalmaterialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcminin müəyyən edilməsi. 4. "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkəti cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli MB13-518 nömrəli mütəxəssis rəyində bildirmişdir ki, aparılan araşdırmalar və hesablamaların nəticəsi olaraq xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə "xxxx" MMC-yə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammal-materialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcmi müəyyən edilmişdir. 5. 12.11.2021-ci ildə cavabdeh tərəfindən **********148333 nömrəli "Səyyar vergi yoxlaması aktı" tərtib edilmiş, xx.xx.2021-ci ildə isə **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərarla iddiaçı "xxxx" MMC-yə 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı "xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış borcun iddiaçının şəxsi hesab vər əqindən silinməsinin cavabdehə tapşırılması"» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsində vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatına görə müəyyənləşdirilməsi qaydası nəzərdə tutulmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən, məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb digər (xammal və materiallar, qaytarılmış tullantılar, texniki məqsədlər üçün yanacaq, enerji və su, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya, ümumi sex xərcləri, ümumi zavod xərcləri, zay məhsul və itkilər, sair istehsalat xərcləri, əmtəəlik məhsulun tam maya dəyəri) xərc elementlərindən ibarət olduğundan, enerji sərfiyyatına görə istehsal həcminin müəyyən edilməsi və bunun əsasında vergi məbləğinin müəyyən edilməsi qanunsuzdur.

8. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etirazda qeyd edilmişdir ki, mübahisələndirilən qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-842/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.K.Qasımov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari t ibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ləğv edilsin. xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"la hesablanmış borcun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-366/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qərarında dəlil olaraq ifadə edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/37xx-xx/3405 nömrəli ekspert rəyində qərardadın 1, 2 və 4-cü sualları üzrə göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən ap arılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmadı. Eyni zamanda, təqdim edilmiş iş materiallarında olan sənədlərə (e-qaimə fakturalar, ƏDV sub uçot hesabından çıxarış, F-2-lər, aktlar müqavilələr, protokollar, hesabdan çıxarışlar və s.) əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlar üzrə kənarlaşma (yəni vergi ödəyicisinin göstərdiyi dövriyyəsi və dövlət büdcəsinə az hesablanmış vergi məbləğləri üzrə) müəyyən edilmədi. Həmçinin ekspertizaya təqdim edilmiş sənədlərə əsasən, müəssisə tərəfindən aparılmış maliyyətəsərrüfat əməliyyatları qüvvədə olan normativ aktların tələblərinə uyğun qaydada mühasibat uçotunda əks etdirilmişdir. Ekspert rəyində qərardadın 3-cü sualı üzrə göstərilmişdir ki, xx.xx.2022-ci ildə keçirilmiş baxış zamanı konkret olaraq iddiaçının istehsal etdiyi məhsulun (asfaltın) həcmini və buna sərf edilmiş elektrik enerjisini, eləcə də istifadə olunan bitumun miqdarını müəyyən etmək mümkün olmadığından yoxlanılan dövr ərzində iddiaçının sərf etdiyi elektrik enerjisinə və | bituma görə onun istehsal həcmini (yəni həcmin dövriyyəyə uyğun olub-olmamasını) müəyyən etmək mümkün deyildir.

16. Məhkəmə kollegiyasının qeyd olunan dəlilləri ilə bağlı öncəliklə bildiririk ki, sözügedən ekspert rəyində nəticəyə gəlmək üçün iki əsas dəlil əks etdirilmişdir ki, həmin dəlillərə də yuxarıda ətraflı şəkildə münasibət bildirilmişdir.

17. Belə ki, dəlillərdən biri məhsulun maya dəyərinin kalkulyasiyasının prinsipləri, digəri isə əlaqəli məlumatlardan istifadə edilməməsi ilə bağlı olmuşdur ki, qeyd olunan dəlilləri, təkzib edəcək münasibətlər maddi hüquq normalarının pozuntusu hissəsində ətraflı məlumat verilmişdir.

18. Qeyd olunanlardan aydın olur ki, məhkəmə kollegiyasının mötəbər hesab etdiyi ekspert rəyi əsassız və qanunsuzdur.

19. Lakin məhkəmə kollegiyası qeyd olunan sübutu əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. istinad olunmaqla hesablanmalı olduğu halda, hesablama birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və AR NK-nin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən aparılmışdır. Yəni, yoxlama ilə Vergi Məcəlləsinin tələbləri gözlənilməmişdir.

20. Öncəliklə hesab edir ki, ekspert səlahiyyətlərindən kənara çıxaraq, yəni məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmayan hüquq sahəsi üzrə rəy verərək məhkəmənin səlahiyyətlərini mənimsəmişdir.

21. Məhkəmə kollegiyası hüquqi məsələlər barədə rəy verən ekspert idarəsinin rəyini mötəbər hesab edərək qəbul etdiyi məhkəmə aktının əsaslarını şübhə altına almışdır.

22. Oxşar işlər üzrə Ali Məhkəmənin hüquqi mövqeyi də qeyd etdiklərini təsdiq etməkdədir.

23. İddiaçı X1 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəmə işi üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(102)-1538/2020 saylı qərarın 36-38-ci hissələrində Ali Məhkəmə qeyd etmişdir ki, ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir.

24. Tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir.

25. Göründüyü kimi, ekspertin hüquqi məsələlərə (mötəbərlik üzrə qiymətləndi rmə) toxunaraq rəy verməsi Ali Məhkəmə tərəfindən qanunvericiliyə zidd hal olaraq qiymətləndirilmiş və həmin rəy sübut olaraq qəbul edilməmişdir.

26. Hesab edir ki, məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan şəkildə maddi hüquq normasını tətbiq etmişdir.

27. Belə ki, mənfəət vergisinin hesablanması üçün yuxarıda qeyd edildiyi kimi konkret olaraq əlaqəli məlumatlardan istifadə edilmiş və həmin əlaqəli məlumatların hüquqi əsasları konkret olaraq qeyd edilmişdir.

28. Məhkəmə kollegiyasının işin faktiki hallarını bu şəkildə təhrif etməsi və qanunun müddəalarını bu şəkildə yanlış təfsir etməsi gəldiyi yanlış və əsassız nəticənin əsaslandırılmasına xidmət etmişdir.

29. Bir daha hesab edir ki, rəy əsassız olaraq t ərtib edilmişdir və müstəqil ekspert araşdırmasından daha çox Vergi Məcəlləsinin bir neçə maddəsini təkrar olaraq sadalamaqdan ibarət olan söz toplusu təsiri bağışlayır. Başqa sözlə rəydə ekspertin hansı metoddan (üsuldan) istifadə etməsi, ümumiyyətlə qoyulmuş suallarla bağlı ətraflı şəkildə hər hansı araşdırma, tədqiqat aparması müəyyən edilmir.

30. Həmçinin ekspert rəyin sonunda yoxlanılan dövr ərzində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini (yəni həcmin dövriyyəyə uyğun olub-olmamasını) müəyyən etmək mümkün olmadığını qeyd etsə də, digər tərəfdən rəyin əvvəlində öz fikrini təkzib edərək və zidd olaraq vergilərin düzgünlüyünün müəyyən olunmaması və aparılmış əməliyyatlar üzrə hər hansı kənarlaşmanın müəyyən edilmədiyi fikrini səsləndirmişdi r.

31. Halbuki vergi məbləği sərf olunmuş elektrik enerjisinə əsasən müəyyən edilmiş əlavə istehsal həcminə uyğun hesablanmışdır. Onda sual olunur ki, ekspert öz rəyində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini müəyyən edə bilmirsə (rəy verə bilmirsə), bəs vergilərin düzgün hesablanmaması və kənarlaşmaların olmasını necə əsaslandıra bilər?

32. Beləliklə məhkəmə kollegiyası səyyar vergi yoxlaması zamanı alınmış mütəxəssis rəyini təkzib edə biləcək hər hansı sübut təqdim etmədiyi halda, həmin rəyin əsaslarını da şübhə altına almışdır.

33. Həmçinin məhkəmə kollegiyası mötəbər hesab etdiyi ekspert rəyinin mötəbərliyini təsdiq edəcək hər hansı arqument təqdim etmədiyi halda həmin rəyi əsassız olaraq mötəbər hesab etmişdir.

34. Həmçinin bildiririk k i, məhkəmə kollegiyasının iş üzrə araşdırma aparmaması hesablanmış ödəmə mənbəyində 63 manat vergiyə ümumiyyətlə münasibət bildirmədiyi halda həmin hissədə də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması ilə bir daha sübut olunur.

35. Nə birinci instansiya məhkəməsi, nə də məhkəmə kollegiyası mötəbər hesab etdikləri rəy üzrə araşdırma aparmamış və həmin rəyin qiymətləndirilməsini həyata keçirməmişlər. Məhkəmələr sadəcə həmin rəyin mətnlərini olduğu kimi məhkəmə aktlarının təsviri-əsaslandırıcı hissələrinə dəlil olaraq köçürmüşlər.

36. Hesab edirik ki, məhkəmə kollegiyası prosessual fəallıq prinsipinə uyğun olaraq inzibati məhkəmə icraatının sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipindən irəli gələrək obyektiv həqiqətin müəyyən edilməsi üçün mütləq əlavə və zə ruri tədbirlər (şahidlərin çağırılması, sorğuların göndərilməsi, əlavə sübutların tələb edilməsi və s.) görməli olduğu halda görməmişdir.

37. Həmçinin məhkəmə kollegiyası prosessual fəallıq prinsipinə uyğun olaraq yoxlayıcını və ekspertləri şahid qismində dindirməli olduğu halda, çarpaz dindirmə metodundan istifadə edərək həqiqəti müəyyən etməli olduğu halda, heç bir tədbir görməmiş və məhkəmənin passiv iştirakçısına çevrilmişdir.

38. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Vergi Məcəlləsinin 67.1, 67.14, 83.9, 104.1, 130.1, 130.2, 159.1-ci və İPM-in 12.1, 69.4-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması, ver gi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.... 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşya ların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;... Maddə 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar v ergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda - xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmən in qərarı qanuni qüvvəyə minənədək. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əv vəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkə ti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

41. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən sa xlanılmalıdır.

45. İlk növbədə, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar-kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

46. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********148218 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ına əsasən, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə fevral 2019-may 2021-ci il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

47. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2021-ci ildə cavabdeh tərəfindən **********148333 nömrəli "Səyyar vergi yoxlaması aktı" ilə rəsmiləşdirilmiş, həmin akt əsasında, xx.xx.2021-ci ildə isə **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərarla idd iaçı "xxxx" MMC-yə 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır.

48. Hazırkı iş üzrə iddiaçının tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152818 nömrəli qərarının ləğvi olmuşdur.

49. Göründüyü kimi iddiaçı mübahisələndirmə növündə iddia qaldırmaqla inzibati aktın ləğvini tələb etmişdir.

50. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

51. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38 -ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri n izama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

52. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlaman ın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan b irini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.

53. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilmə lidir.

54. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

55. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyə n edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsas landırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

56. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

57. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzi bati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

58. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi, xx.xx.2022-ci ildə keçirilmiş baxış zamanı konkret olaraq "xxxx" MMC-nin istehsal etdiyi məhsulun (asfaltın) həcmini və buna sərf olunan elektrik enerjisini, eləcə də istifadə olunan bitumun miqdarını müəyyən etmək mümkün olmadığından yoxlanan dövr ərzin də vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini (yəni həcmin dövriyyəyə uyğun olubolmamasını) müəyyən etmək mümkün deyildir.

59. Apellyasiya baxışı zamanı qeyd edilmişdir ki, ekspert rəyinə görə xx.xx.2022-ci ildə keçirilmiş baxış zamanı konkret olaraq "xxxx" MMC-nin istehsal etdiyi məhsulun (asfaltın) həcmini və buna sərf olunan elektrik enerjisini, eləcə də istifadə olunan bitumun miqdarını müəyyən etmək mümkün olmadığından yoxlanan dövr ərzində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini (yəni həcmin dövriyyəyə uyğun olub-olmamasını) müəyyən etmək mümkün deyildir.

60. Bundan başqa məhkəmə tərəfindən qeyd edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2019-cu ildən xx.xx. 2021-ci ilədək olan müddət üçün 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin rəqəmlər hesablanarkən cavabdeh orqan "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, MB13-518 nömrəli mütəxəssis rəyinə istinad etmişdir.

61. Məhkəmə kollegiyası inzibati orqanın mötəbər hesab etdiyi "xxxx" MMC (konsaltinq və qiymətləndirmə şirkəti) tərəfindən verilmiş mütəxəssis rəyi ilə bağlı aşağıdakıları qeyd edir.

62. Vergi orqanları vergi ödəyicilərinin faktiki dövriyyəsinin müəyyən edilməsi üçün müxtəlif üsullardan istifadə edə bilərlər. Hazırkı işdə cavabdeh orqan elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsasən dövriyyəni müəyyən etməyə çalışmışdır. Eyni zamanda, məhkəmə kollegiyası razılaşır ki, vergi qanunv ericiliyi ilə vergi orqanına verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduğu hallarda, ən yuxarı məbləğdə verginin hesablanmasına imkan verən əlaqəli məlumata əsasən verginin hesablanması hüququ verilib, lakin vergi qanunvericiliyi vergi orqanının üzərinə həm də vergi ödəyicilərinin xeyrinə olan halları nəzərə almaq, inzibati icraatın qanunauyğun aparılmasını təmin etmək, vergi ödəyicisinin gəlirləri və xərcləri barədə mötəbər məlumatlara istinad etmək kimi vəzifələr də qoymuşdur.

63. Lakin vergi orqanının istinad etdiyi mütəxəssis rəyi mötəbər sayıla bilməz. Belə ki mütəxəssis rəyinin məzmunu ilə tanış olduqda müəyyən olunur ki, mütəxəssis yalnız müəssisədə qeyri-istehsal və istehsal üzrə sərf olunan elektrik enerjisinin həcminin müəyyən edilməsi üçün sınaq etmiş, istehsal zamanı enerji itkilərinin, hər bir avadanlığın istehsal gücünün və s., başqa sözlə, istehsalın real həcminə əsaslı təsir edə biləcək göstəricilərlə bağlı hər hansı sınaq keçirməmiş, istehsal həcmi əks olunan cədvəldə həmin göstəricilərin hansı mənbəyə istinadən tətbiq edildiyi göstərilməmişdir.

64. Beləliklə, vergi orqanı qeyri-mötəbər mütəxəssis rəyi əsasında iddiaçının istehsal həcmini bəyan edərək faktiki olaraq daha çox olduğu qənaətinə gəlmiş və bunun əsasında əsassız olaraq vergilər hesablamışdır.

65. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunları n məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir.

66. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

67. Beləliklə qeyd edilənlərə əs asən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğv edilməli olması ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-366/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar