Məhkəmə qərarları › İş №2-1(102)-611/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-611/2019

12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-611/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, İddiaçı Şəki rayon Turan Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: x1, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi) “çıxarışda düzəlişin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 27 noyabr tarixli 2-1(107)-622/2018 nömrəli qərardadından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 2 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şəki rayonu, Turan qəsəbəsində 200 ha torpaq sahəsinə verilmiş 2017-ci il 6 sentyabr tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışında yüklü edilən torpaq sahəsinin məqsədli istifadə növündə texniki səhv olaraq göstərilmiş əkin sahəsi ilə bağlı hissədə ləğv edilməsi, yeni yüklülük çıxarışında torpaq sahəsinin məqsədli istifadə növünün örüş kimi göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 oktyabr tarixli 2-1(84)-1395/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılma mışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 noyabr tarixli 2-1(107)-622/2018 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, A.Əsədova verilmiş çıxarışda torpaq sahəsinin təyinatının texniki səhv olaraq əkin kimi göstərildiyi aşkar olunmuş və bundan sonra cavabdeh tərəfindən 2017-ci il 23 noyabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində düzəliş aparılmış və bu düzəliş barədə maraqlı tərəflərə bildiriş göndərilmişdir. Həmin düzəliş hüqu qların dövlət qeydiyyatının maraqlı iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Belə olan vəziyyətdə işin məhkəmə mübahisəsinə lüzum qalmamışdır. Məhkəmənin qərardadı iddiaçıya 2018-ci il 7 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2018-ci il 15 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır....Hüquq sahibi və ya üçüncü şəxs etir az edərsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə uyğun olaraq hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (217.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə vətəklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. 2007-ci il 17 aprel tarixli icarə müqaviləsindən görünür ki, 200 ha örüş torpaq sahəsi 55 il müddətinə Şəki Rayon Turan Bələdiyyəsi tərəfindən x1na icarəyə verilmişdir. A.Əsədov həmin icarə müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən adına 2017-ci il 6 sentyabr tarixli, * ********* qeydiyyat nömrəli yüklülük çıxarışı almışdır. A.Əsədova verilmiş çıxarışda torpaq sahəsinin təyinatının texniki səhv olaraq əkin kimi göstərildiyi aşkar olunmuş və bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 2017ci il 23 noyabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində düzəliş aparılmışdır və bu düzəliş barədə maraqlı tərəflərə bildiriş göndərilmişdir. Həmin düzəliş hüquqların dövlət qeydiyyatının maraqlı iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, iddiaçının tələbinin bilavasitə çıxarışla bağlı olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən üçüncü şəxsin xeyrinə yüklülüyü təsdiq edən və iddiaçının arzuladığı, icarəyə verilmiş torpaq sahəsinin kateqoriyasına dair hə qiqi vəziyyəti əks etdirən yeni – 2017-ci il 23 noyabr tarixli, ******* №-li Çıxarış verilmiş (iş v.49), həmin çıxarışda torpağın kateqoriyası (məqsədli təyinatı) “örüş” kimi qeyd edilmiş, bununla da, texniki səhv aradan qaldırılmışdır. Bu göstərilənlər hazırkı iddianın verilməsinədək baş verdiyindən iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur, hazırkı məzmunda iddiası mümkünsüzdür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 noyabr tarixli 2-1(107)-622/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar