Məhkəmə qərarları › İş №2-1(102)-611/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-611/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-611/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı İş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N05)-432/202N nömrəli iş üzrə 23 dekabr 202N-ci il tarixli qərarından cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İddiaçı xx xxxx N975-ci ildə (Ş/V-********, FİN-xxxxxxx) Xaçmaz şəhərində anadan olub, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi, ev 44-də qeydiyyatdadır. O, 03 yanvar N993-cü il tarixdə hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində bir sıra qaynar döyüş əməliyyatlarında, o cümlədən N7 aprel N994-cü ildən N2 fevral N995-ci il tarixinə kimi döyüş əməliyyatlarında iştirak etmiş və 05 noyabr N997-ci il tarixində qanuni əsaslarla tərxis olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, 28 sentyabr 20N9-cu il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Müdafiə Nazirliyi arxiv sənədlərində N7 aprel N994-cü ildən N2 fevral N995-ci il tarixinə kimi N saylı hərbi hissədə may-iyun N994-cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N975-ci ildə Xaçmaz şəhərində anadan olmuş və 03.0N.N993-cu tarixdə hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində bir sı ra qaynar döyüş əməliyyatlarında, o cümlədən N7.04.N994-cü ildən N2.02.N995-ci il tarixinə kimi döyüş əməliyyatlarında iştrak etmiş və 05.NN.N997-ci il tarixində qanuni əsaslarla tərxis olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də 28.09.20N9-cu il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Müdafiə Nazirliyi arxiv sənədlərində N7.04.N994-cü ildən N2.02.N995-ci il tarixinə kimi N saylı hərbi hissədə may-iyun N994- cü il tarixdə pul təminatı cədvəlində pul təminatı ilə təmin olunmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab etməmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin veri lməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır.

4. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazını təqdim edərək qeyd etmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin müddəalarına əsasən Müdafiə Nazirliyi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hə rbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müharibə veteranı adı verir. Sözügedən əsasnaməyə görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən, iddiaçı Müdafiə Nazirinin 29.N2.N994-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N5 fevral N995-ci il tarixli, 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Müdafiə Nazir inin qeyd olunan qərarı hərbi hissəni özbaşına tərk edən şəxslərə aid edilir. Bu isə İddiaçı müharibə veteranı statusunun verilməsinə yol vermir.

6. Birinci instansiya məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-N(NN8)726/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddia təmin edilərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3,, Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə, “Hərbi qulluqçuların stat usu haqqında” Qanunun N-ci maddəsinə istinad edərək hesab etmişdir ki, işdəki sənədlərlə iddiaçının döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 202N-ci il tarixli, 2-N(N05)-70/202N nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının N7 aprel N994-cü ildən N2 may N994-cü ilədək olan müddət ərzində döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 22 fevral 202N-ci il tarixli, qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmidir. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan R espublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N9 may 202N-ci il tarixli, 2-N(N02)-906//202N nömrəli (hakimlər Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 202Nci il tarixli, qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin İşlər İdarəsi Mərkəzi Arxivinin N4.06.20N9-cu il tarixli məktubu və 09.09.20N9-cu il tarixli arayışa istinad etməsi iddiaçının N7.04.N994-cü ildən N2.05.N994-cü ilədək olan müddət ərzində döyüş əməliyyatlarında iştirak e tməməsi faktı kimi qəbul edilə bilməz, belə ki, həmin sənədlərdə iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsini təsdiq edən hər hansı bir konkret mötəbər məlumat öz əksini tapmamışdır. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 202N-ci il tarixli, 2-N(N05)-432/202N nömrəli (hakimlər Rəşadət Ağayev - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Məhəmmədəli Rzayev) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş və hərbi hissəyə vaxtında qayıtmamışdır. Məhkəmələr iddianın təmin edilməsinin əsası kimi iddiaçının xidmət etdiyi N saylı və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsini, onun hərbi xidmətini N və N saylı hərbi hissələrdə davam etdirməklə müdafiə nazirinin 26 sentyabr N997-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunmasını göstərir. İddiaçı ərizəsində N7 aprel N994-cü ildən N2 fevral N995-ci il tarixinə kimi N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyini göstərsə də, atəşkəs barədə razılıq olduğundan (N994-cü il N2 may tar ixindən) sonra döyüş əməliyyatları aparılmamışdır. İddiaçı N994-cü il N2 may tarixindən sonra döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını göstərmir. İddiaçının N2 yanvar N994-cü ildən N6 aprel N994-cü ilə kimi xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

17. Belə ki, şəxsi heyətin siyahısına daxil edilməsi heç də iddiaçının N90 nömrəli hərbi hissədə xidmət keçməsi və döyüşlərdə iştirak etməsi demək deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 26 oktyabr 202N-cu il tarixli 4/2-N400 nömrəli arxiv arayışına əsasən N90 nömrəli hərbi hissə komandirinin N8 aprel N994-ci il tarixdən - dekabr N994-cü il, yanvar-fevral N995-ci il tarixli əsgər heyətinin pul təminatının ödənilməsi cədvəllər ində iddiaçının xidməti və pul təminatı ilə təmin olunmağı barədə məlumat aşkar olunmamışdır. N90 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının müdafiə nazirinin 29 dekabr N994-cü il tarixli 4N6 nömrəli əmrinə əsasən komandirin N5 fevral N995-ci il tarixli 27 nömrəli əmrlə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. İddiaçının xidmət yerini özbaşına tərk etməsinin başlanğıc anı məlum olmasada N90 nömrəli hərbi hissə komandirinin N8 aprel N994-ci il tarixdən - dekabr N994-cü il, yanvar-fevral N995-ci il tarixli əsgər heyətinin pul təminatın ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunmağı barədə məlumat aşkar olunmamışdır. Bu da onun yuxarıda qeyd olunan tarixlərdə N90 nömrəli hərbi hissədə xidmət etməməsini sübut edir. Əgər o, xidməti yerində olsaydı məvacibini alardı. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilərək qeyd edir ki, cavabdeh təşkilat kassasiya şikayətinin təsviri hissəsində maddi hüquq normasına deyil normativ hüquqi akta istinad etmişdir. Belə ki, cavabdeh kassasiya şikayətinin dəlillərində göstərir ki, “Veteran haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə AR Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 №-li Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını tətbiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual hüquq normalarını pozmuşdur. Görünür cavabdeh maddi hüquq normaları ilə normativ hüquq aktları ayırd edə bilmir. B undan əlavə iddiaçı artıq “Veteran haqqında” Qanunun 3-cü bəndinə əsasən Müharibə veteranı statusunu döyüşlərdə iştirak etməklə əldə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə də stələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası müdafiə nazirinin N998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı”adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli, 396 nömrəli Fərmanı.

22. İnzibati Prosessual Məcəllə: Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddial ar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə NN fevral 20N0-cu il tarixli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusə n məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən və mahiyyətcə apelyasiya şikayətində qeyd olunmuş eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfi ndən verilən N4.06.20N9-cu il tarixli, 9/2-8NN0 №-li arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N2.0N.N994-cü il tarixli, N0 №-li əmrlə (əsas: §N0, səh.N, sıra-N32) İddiaçı şəxsi heyətin sırasına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. Xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli 93 №-li əmrlə (əsas: §8, səh.N5, sıra-NNN) N7 aprel N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.

30. Belə ki, iş materiallarına əsasən, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrlə (əsas: §5, səh.NN, sıra 2N3) N9 aprel N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.

31. Həmçinin iş materiallarına əsasən, N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: “NN.N0.N993-03.04.N999”. səh.7N, sıra N62) 3N.08.N975-ci il təvəllüdlü İddiaçı Xaçmaz RHK-dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandiri N7 aprel N994-cü il tarixli N07 №-li əmrlə şəxsi heyətin siyahısına daxil olunması və Müdafiə Nazirinin 29.N2.N994-cü il tarixli müvafiq əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmrlə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. XN Məntəqəsindən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N2 fevra l N995-ci il tarixli 43 №-li əmrlə (əsas: §N, səh.NN6, sıra N08) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 3N avqust N997-ci il tarixli 227 №-li əmrlə (əsas: §6, səh.N5, sıra N06) 5-ci MAT-un şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.

32. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 26.09.N997ci il tarixli müvafiq əmrinə əsasən 5-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N noyabr N997-ci il tarixli 293 №-li əmrlə (ə sas: §3, səh.8, sıra 5) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir(i.v.6).

33. Məhkəmə kollegiyası tərəfindən qeyd edilmişdir ki, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz rayon şöbəsinin sorğuya cavab olaraq məhkəməyə göndərdiyi 3N.08.2020-ci il tarixli məktuba qoşma edilmiş xx.xx.N975-ci il təvəllüdlü İddiaçı uçot kartasından görünür ki, sonuncu 3N.07.N997-ci ildən 05.NN.N997-ci ilədək N saylı hərbi hissədə xidmət etdikdən sonra AR MN-nin 26.09.N997-ci il tarixli N60 saylı əmrlə ehtiyata buraxılmış və N0.NN.N997-ci ildə Xaçmaz rayon şöbəsində qeydiyyata götürülmüşdür(i.v.60-6N).

34. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən xüsusi olaraq qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət üzrə qulluq etdiyi hərbi hissələrin yerləşdiyi ərazi üzrə Tərtər və Qarabağ hərbi prokurorluqlarına edilən sorğulara cavab olaraq Tərtər hərbi prokurorunun N7 iyun 202N-ci il tarixli, 22HP3N45 saylı məktubu ilə müəyyən olunur ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və cinayət işi olmamış, həmçinin Qarabağ hərbi prokurorunun 0N iyul 202N-ci il tarixli, N8/3228 saylı məktubu ilə müəyyən olunur ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Eyni zamanda AR Daxili İşlər Nazirliyinin 05.07.202N-ci il tarixli, 356-N326C-322N saylı arayışı ilə də müəyyən olunur ki, DİN-nin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.N975ci il təvəllüdlü İddiaçı məhkumluğu barədə məl umat – Xaçmaz Rayon Məhkəməsinin N0.N2.20N5-ci il tarixli hökmü ilə AR CM-nin 263.N maddəsinə əsasən 0N il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə islah işləri cəzasına məhkum olmasından ibarətdir(i.v.N47, N53, N56).

35. Belə ki, cavabdehin istinad etdiyi yeganə hal iddiaçının xidmət etdiyi hərbi hissələri özbaşına tərk etməsilə bağlıdır ki, bununla bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə yuxarıda qeyd edilən rəsmi sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən istinad edilən halla bağlı məsuliyyətə cəlb edilməmişdir.

36. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət keçdiyi dövrlərdə xidmətə başlama və xidmətdən tərxis olunma anları işdəki sənədlərlə təsdiq edilir, eyni zamanda iddiaçının döyüş əməliyyatlarında iştirak etmiş N saylı hərbi hissədə qulluq etdiyi N7.04.N994-N2.05.N994-cü il tarixləri arxiv sənədlərilə təsdiq edilməklə, sonradan hərbi hissələri dəyişdirilməklə müdafiə nazirinin 26.09.N997-ci il tarixli müvafiq əmrinə əsasən 5-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N noyabr N997-ci il tarixli, 293 №-li əmrlə (əsas: §3, səh.8, sıra 5) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmiş və İddiaçı N0.NN.N997-ci ildə Xaçmaz rayon şöbəsində qeydiyyata götürülmüşdür.

37. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçıya, yuxarıda istinad olunan hüquq normalarına əsasən və yuxarıda qeyd olunan səbəblərdən müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın N9-23-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni qərar qəbul edilmişdir.

39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.N2.202N-ci il tarixli, 2N(N05)-432/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar