Məhkəmə qərarları › İş №2-1(102)-611/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-611/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-611/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X8 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-499/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 27 noyabr 2020-ci il tarixli, **********3 nömrəli əmrinə əsasən, iddiaçı Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə işdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasının qanunsuz hesab edilməklə cavabdehin **********3 saylı, 27 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilib, onu əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəs inə baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində işləyir. Cavabdehin **********3 saylı, 27 noyabr 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi əsasında (Qanunun 25.2.6-cı maddəsinə (intizam tənbehi) uyğun olaraq dövlət qulluğundan azad edildikdə) işdən azad edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən guya onun əmək funksiyalarının icrasında y ol verdiyi nöqsanlara (müraciətlərin vaxtında icra edilməməsi və gecikdirilməsi) görə çağırılıb izahatı alınmış və o, xx.xx.2020-ci il tarixində yazdığı izahatında müraciətlərin gecikmə səbəblərini qeyd edərək araşdırılmasını tələb etmişdir. Lakin, heç bir araşdırılma aparılmadan Xidmət rəisi tərəfindən işdən azad edilməsi barədə 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzə verilmişdir. Sözügedən yazılı məruzəni tanış olmaq üçün tələb etsə də, təqdim edilməmişdir. O, dövlət qulluqçusu olaraq əmək müqaviləsindən irəli gələn əmək funksiyasını və əmək vəzifələrini vicdanla yerinə yetirmişdir. Bu səbəbdən onunla bağlanan əmək müqaviləsinə işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş və onun işdən azad olunması qanunsuzdur. Buna görə də, o, məcb uri iş buraxma üçün pul ödənilməklə işə bərpa edilməlidir. Bundan başqa, o, işlədiyi müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən X1 üzvü olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllə dövlət qulluqçularına habelə prokurorluq polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlara həmin qulluqçuların əmək sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixt isar edildikə və “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar İttifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandı rılmış yazılı qərarını işə götürənə təqdim etməlidir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin bu zəruri tələblərinə riayət edilməmiş onunla olan əmək müqaviləsinin ləğvi zamanı cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin göstərişlərini pozaraq üzvü olduğu həmkarlar təşkilatına bu barədə hər hansı təqdimatla müraciət etməmiş və onun əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqından razılıq alınmamışdır. Baxmayaraq ki, onunla olan əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsasında xitam verilsə də, hazırki məsələdə Əmək Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavabdeh tərəfindən əməl edilməli idi. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmi ş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin 25.3-cü bəndinə əsasən “Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Qanunun bu maddəsi hətta izahat tələb etsə də, məhəl qoyan olmamışdır. Bu Qanunun 19-cu maddəsinin 19.0.2-ci bəndinə əsasən “Dövlət qulluqçusunun vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və on ların icrası üçün şərait yaradılmasını tələb etmək” hüququna malikdir. DƏMX-nin rəisinin adına yazdığı izahatında bunları tələb etdiyi üçün işdən azad edildiyini düşünür. xx.xx.2020-ci il tarixində beşinci gün saat 17:00-da nazirliyin kadrlar şöbəsinə dəvət edilmiş və kadrların rəisi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ondan təqdimat yazıldığını və 2020-ci il ərzində onun icraatında olan 40-a yaxın işə imtina verildiyini bildirərək işdən çıxma ərizəsini yazmasını tələb etmişdir. DƏMX-nin rəhbərliyi ondan müraciətləri vaxtında icra etmədiyini əsas gətirərək, izahat tələb edir, nazirliyin rəhbərliyi isə tamamilə başqa işə görə imtinanın olmasını əsas gətirərək ondan işdən çıxma ərizəsi tələb edir. Tərəfindən gecikmələrin və imtinaların əsas səbəblərinin nazirliyin və DƏMX-nin r əhbərliyinin yarıtmaz fəaliyyəti və qanunsuz əməlləri nəticəsində olduğunu bildirsə də, Nazirliyin Kadrlar Şöbəsinin rəisi ciddi cəhdlə ərizə yazmağını tələb etdi və əks təqdirdə maddə ilə işdən çıxarılacağı nəzərinə çatdırdı. Milyonlarla işçinin əmək hüquqlarına nəzarət edən orqanın işçisi kimi, belə bir haqsız hərəkəti ona çox pis təsir etmiş və o da, öz növbəsində ərizə yazmayacağını və nə başarırsınızsa edin, cavabını verərək otaqdan çıxmışdır. xx.xx.2020-ci il tarixində həmişəki qaydada işə gəlmiş və portala baxış keçirərkən məlum olmuşdur ki, onu xx.xx.2020-ci il tarixindən işdən azad ediblər

4. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 noyabr 2020-c i il tarixli, **********3 nömrəli əmrinin ləğv edilməsini, işə bərpa və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 27 noyabr 2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir (əmrin surəti əlavə edilir). Ə.Baxşıyevin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin 24 noyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur (surəti əlavə olunur). Məruzə dən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə xx.xx.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma başlamışdır. Məruzədə göstərilir ki, Xidmət rəhbərliyin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırılması aparılmış və İdarənin əməkdaşı-baş əmək müfəttişi X9 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdiyi, müraciətlərin icra edilməsi zamanı qanunvericiliyin tələblərini pozduğu müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər İdarəsinin əməkdaşı Ə.Baxşıyev tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində müvafiq dərkənarla icrası ona tapşırılmış vətəndaş müraciətlərinin baxılması zamanı “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozulduğu, müraciətlərə baxılması üçün qanunvericiliklə təyin edilən müddətləri ötürməklə cavab verildiyi, bir çox hallarda araşdırmaların natamam və səthi aparıldığı müəyyən edilmişdir. Nəticədə, vətəndaşlar tərəfindən Nazirliyin “142 Çağrı Mərkəzi”nə, elektron poçt ünvanı, sosial şəbəkələr və yazılı ərizələr vasitəsilə Xidmətə çoxsaylı şikayət məktubları ünvanlanmışdır. Eyni zamanda məruzədə göstərilir ki, Elektron sənəd Dövriyyəsi alt sisteminə baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adı keçən Ə.Baxşıyev tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgün araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Ə.Baxşıyevin 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1,4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50-dir. Məruzədə qeyd olunan pozuntuları nəzərə alaraq, X11 Xidməti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həya ta keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli) 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq, baş məsləhətçi baş əmək müfəttişi Ə.Baxşıyev barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25. 2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanununun 18.0.1-ci maddəsinə əsasən qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, 18.0.5-ci maddəyə əsasən vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələri kimi müəyyən edilmişdir. “Dövlət qulluqçularının etik d avranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Göründüyü kimi, Ə.Baxşıyev sənədlərin icra müddətini gecikdirmiş və bunun səbəbləri ilə bağlı təşkilat rəhbə rinə məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 123cü hissəsinə əsasən təşkilat rəhbərinin sənədin icra müddətini icraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə uzatmaq hüququ vardır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq Ə.Baxşıyevin xx.xx.2020-ci il tarixli izahatı alınmışdır və izahatında müraciətlərin baxılması müddətinin gecikdirilməsini etiraf etmişdir. Bundan əlavə, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8 0-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası A li Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1 (102)-225/2020 və xx.xx.2020-ci il tarixli 2-1 (102)-105/2020 nömrəli qərarlarına istinadən qeyd edirlər ki, iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında Qanunun 33.1.6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar İttifaqının rəyinin alınması zəruri deyildir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X4 Komitəsinin razılığı təqdim edilmişdir (surəti əlavə edilir).

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3380/2021 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmrə əsasən iddiaçı tutduğu və zifədən azad olunan zaman onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Həmin əmrə əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsi göstərilmişdir. Həmin məruzədən müəyyən edilmişdir ki, X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə xx.xx.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Xidmət rəhbərliyinin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırma aparılmış və İdarənin əməkdaşları - baş məsləhətçi - baş əmək müfəttişləri X13, X5, X14, X3, X6, əmək müfəttişləri X7 və X10 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdikləri, müraciətlərin icra edilməsi zamanı qanunvericiliyin tələblərini pozduqları müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər İdarəsinin əməkdaşları K.Əİiyev, E.Gülüşov, Ə.Baxşıyev, C.Fərhadov, E.Hacıyev, Q.Əliyev və E.Əliyev tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində müvafiq darkənarla icrası onlara tapşırılmış vətəndaş müraciətlərinin baxılması zamanı “Vətəndaşların müraciətləri haqqında” Azər baycan Respublikasının qanununun tələblərini kobud şəkildə pozulduğu, müraciətlərə baxılması üçün qanunvericiliklə təyin edilən müddətləri ötürməklə cavab verildiyi, bir çox hallarda araşdırmaların natamam və səthi aparıldığı müəyyən edilmişdir. Nəticədə, vətəndaşlar tərəfindən Nazirliyin “142 Çağrı Mərkəzi”nə, elektron poçt ünvanı, sosial şəbəkələr və yazılı ərizələr vasitəsilə Xidmətə çoxsaylı şikayət məktubları ünvanlanmışdır. Eyni zamanda, ESDAS-a baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına Xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adları qeyd olunan əməkdaşlar tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgü n araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. X16 - 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1 və 4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50 ədəddir. Qeyd olunanları nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Re spublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq baş məsləhətçi - baş əmək müfəttişləri X13, X5, X14, X3, X6, əmək müfəttişləri X7 və X15 barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X4 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən X9 öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-499/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, C.Yusifovi və H.Hə midov) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmişmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə əsasən, iddiaçı xx.xx.1998-ci il tarixdən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baş məsləhətçi, baş əmək müfəttişi vəzifəsində işləmişdir. Cavabdehin (Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi) **********3 saylı 27 noyabr 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi əsasında (Qanunun 25.2-ci maddəsinə (intizam tənbehi) uyğun olaraq dövlət qulluğundan azad edildikdə) işdən azad edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən guya onun əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara (müraciətlərin vaxtında icra edilməməsi və gecikdirilməsi) görə çağırılıb izahatı alınmış və o xx.xx.2020-ci il tarixində yazdığı izahatında müraciətlərin gecikməsi səbəblərini qeyd edərək araşdırılmasını tələb etmişdir. Lakin heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi F.Heydərov tərəfindən işdən azad edilməsi barədə 24 noyabr 20 20-ci il tarixli **********7 nömrəli xidməti məruzə verilmişdir. Sözügedən yazılı məruzəni tanış olmaq üçün tələb etsə də, təqdim edilməmişdir.

13. Bundan başqa nəzərə çatdırmaq istərdi ki, o işlədiyi müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən X1 üzvü olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Nəzərinizə çatdırır ki, AR Əmək Məcəlləsinin 80-cı maddəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə və “ç”(işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədl əri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı hu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

14. Lakin cavabdeh tərəfindən qanunvericiliyin bu zəruri tələblərinə riayət edilməmiş onunla olan əmək müqaviləsinin ləğvi zamanı cavabdeh Əmək Məcəlləsinin 80ci maddəsinin göstərişlərini pozaraq üzvü olduğu həmkarlar təşkilatına bu barədə hər hansı təqdimatla müraciət etməmiş və onun əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqından razılıq alınmamışdır. xx.xx.2020-ci il tarixində beşinci gün saat 17:00-da nazirliyin kadrlar şöbəsinə dəvət edilmiş və kadrların rəisi Nərmin adlı şəxs öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək ondan təqdimat yazıldığını və 2020-ci il ərzində onun icraatında olan 40 -a yaxın işə imtina verildiyini bildirərək işdən çıxma ərizəsini yazmağını tələb etmişdir. Milyonlarla işçinin əmək hüquqlarına nəzarət edən orqanın işçisi kimi belə bir haqsızlıq ona çox pis təsir etmiş və o öz növbəsində ərizə yazmayacağını və nə başarırsınızsa edin cavabını verərək otaqdan çıxmışdır. xx.xx.2020ci il tarixində həmişə ki qaydada işə gəlmiş və portala baxış keçirərkən məlum olmuşdur ki, onu xx.xx.2020-ci il tarixdən işdən azad ediblər.

15. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsində AR ƏƏSMN-nin Bakı şəhəri üzrə Birləşmiş HİK-nin razılığının alınması barədə sənədləri tələb etsə də məhkəmə tərəfindən ona 25 noyabr 2020-ci il tarixli 18 nömrəli məktub təqdim edilmiş və bu məktubda ƏƏSMN- nin Bakı şəhəri üzrə Birləşmiş HİK-nin sədri Bəxtiyar Əzizovun imzası ilə bildiri lir ki mənimlə bağlı işə adı çəkilən təşkilatda müzakirə edilərək baxılmış, onun AR Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. Bu barədə tərəfindən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-nə müraciət etmiş və 13 oktyabr 2021-ci il tarixli 428 nömrəli məktubla cavablandırılmışdır. (Respublika Komitəsi sədrinin müavini Əbülfəz Mehdiyevin məktubu) Həmin məktubda ƏƏSMN-nin Bakı şəhəri üzrə BHİK-nin sədri Bəxtiyar Əzizov bildirir ki, onunla bağlı işə onun rəhbərlik etdiyi təşkilatda baxılmamış və heç bir müzakirə aparılmamışdır. Bu məktubu Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən hakimə və cavabdeh tərəfin nümayəndəsinə təqdim etsə də, qərarda bu barədə heç nə qeyd edilməmişdir. Sadəcə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı İn zibati Məhkəməsinin Qərarını köçürərək öz qərarını vermişdir. Bir daha bildirir ki, 23 noyabr 2020-ci il tarixində ondan izahat alınıb, 24 noyabr tarixində Xidmətin rəhbərliyi ondan nazirin adına təqdimat yazıb. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-499/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəm iyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti mümkün dür. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məlum olduğu kimi, iddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən azad olunmasının qanunsuz hesab edilməklə cavabdehin **********3 saylı, 27 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilib, onu əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən başlay araq işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli əmrə əsasən iddiaçı tutduğu vəzifədən azad olunan zaman onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Həmin əmrə əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsi göstərilmişdir. Həmin məruzəyə görə X11 Xidmətinin Ba kı şəhər İdarəsinin rəisi X12 bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə xx.xx.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Xidmət rəhbərliyinin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırma aparılmış və İdarənin əməkdaşları - baş məsləhətçi - baş əmək müfəttişləri X13, X5, İddiaçı, X3, X6, əmək müfəttişləri X7 və X10 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdikləri, müraciətlərin icra edilməsi zamanı qanunvericiliyin tələblərini pozduqları müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini ta pmışdır. Bununla yanaşı ESDAS-a baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına Xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adları qeyd olunan əməkdaşlar tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgün araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. İddiaçı - 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1 və 4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50 ədəddir. Qeyd olunanları nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçir məli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq baş məsləhətçi - baş əmək müfəttişləri X13, X5, İddiaçı, X3, X6, əmək müfəttişləri X7 və X15 barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci m addəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir

23. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X4 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublik ası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir. Halbuki iddiaçı kassasiya şikayətində göstərmişdir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqından razılıq almamışdır.

24. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı barəsində qəbul etdiyi **********3 saylı, xx.xx.2020-ci il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlə t qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

26. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçisinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsində həmin Məcəllənin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslar olduğu halda işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu h aqqında” Qanunun 33.1.6-cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir.

27. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müvafiq əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X4 Komitəsinin rəyini də, almışdır.

28. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, cavabdehin əmri ilə araşdırma aparılmış, iddiaçının kobud pozuntulara yol verməsi müəyyən edilmiş, araşdırmanın nəticəsində iddiaçıdan izahat alınmış və araşdırmanın nəticəsindən sonra 1 ay müddətində onun haqqında intizam tənbehi tətbiq edilmişdir.

29. Buna gör ə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir.

30. Bütün yuxarıda qeyd göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-499/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)499/2022 nömrəli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar