Məhkəmə qərarları › İş №2-1(102)-612/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-612/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-612/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər X3 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-612/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər X3 və Cavabdeh4 qarşı ****** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-573/2018 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xxxx 2005-ci il tarixli, 117 saylı qərarı ilə Cavabdeh4 və İddiaçı birgə mülkiyyətlərinə 0,02 ha həyətyanı torpaq sahəsinin verildiyini və adlarına ***** torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırlandığını, şəhadətnamədə qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınması ilə bağlı DƏDRX-in 18 saylı Ərazi İdarəsinə müraciət etdiyini, bu zaman Cavabdeh4, X1 və X2 adlarına da eyni nömrə ilə başqa “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin hazırlanmasının məlum olduğunu, lakin həmin şəhadətnamədə onun adının qeyd olunmadığını bildirərək, ***** nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – R.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-573/2018 saylı qərardadı ilə (sədrlik edən E.Ş.Hüseynov, hakimlər R.R.Rəfiyev və G.Q.Abb asov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddianın mümkünlüyünü qəbul etməklə, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı, anadan olduğu gündən bu günkü günə qədər fasiləsiz olaraq ünvan 1 ünvanında yaşadığı halda, Daşınmaz Əmlakı n Kadastrı və Ünvan Reyestri xidmətinin elektron bazasındakı, Zaqatala Aqrarislahat Komissiyasının xxxx 2005-ci il tarixli, 117 saylı Qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” ****** nömrəli Şəhadətnamədə iddiaçının adı qeyd edilməmiş, həmin şəhadətnaməyə adı qeyd edilmiş bacısı, 1991-ci ildən Bakı şəhəri, ***** yaşayan X5 ümumiyyətlə ünvan 1 ünvanında 15 ildir ki, yaşamır, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçı, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi, üçüncü şəxslər X5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbayca n Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi, üçüncü şəxslər X5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasınd a onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi q iymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-573/2018 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli,İddiaçı kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xxxx 2005-ci il tarixli 117 nömrəli qərarına əsasən 0,02 ha həyətyanı torpaq sahəsinə dair xxxx 2006-cı il tarixdə Cavabdeh4 və İddiaçı, habelə Cavabdeh4, X5 və X2 adlarına ***** “Torpağın mülkiyyətə verilməsinə dair” ayrıayrı Şəhadətnamələr hazırlanmış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş xxxx 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən X6, X5 və Cavabdeh4 adlarına hazırlanmış **** nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0,0240 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh4 və İddiaçı adlarına hazırlanmış *****torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0,0240 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş şəhadətnamələrin qeydiyyatı kitabından çıxarışda, 1164 sıra nömrəsi ilə Cavabdeh4 adı qeyd olunmuş, jurnalda sonuncunun şəxsiyyət vəsiqəsinin (********) nömrəsi göstərilərək, sənədin alınmasını təsdiq edən imzası çəkilmişdir. İddia tələbini mümkün saymayan məhkəmələr ona istinad etmişlər ki, eyni torpaq sahəsinin mülkiyyətə verilməsinə d air fərqli subyektlərin adlarına eyni tarixdə, eyni nömrə ilə iki müxtəlif mülkiyyət sənədi hazırlanmış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş xxxx 2004-cü il tarixdə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının sədri, Zaqatala şəhər bələdiyyəsi və Cavabdeh1 Başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə” 1156 sıra nömrəsi ilə siyahıda Cavabdeh4, X5 və X2 adları qeyd olunsa da, iddiaçının adı həmin təsərrüfatda qeyd olunmadığından, o, həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüququna malik deyil, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qanuni istifadəçilərinin dairəsinə aid edilməyərək onun adı həyətyanı torpaq payı alacaq subyektlərin siyahısında olmadığından, habelə iddiaçının adının qeyd olunduğu şəhadətnamənin qeydiyyatı olmadığından iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil, torpaq sahəsinin qanuni istifadəçiləri Cavabdeh4, X5 və X6 olmuş, sonuncuların adlarına hazırda mübahisə predmeti olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlı qların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğu, ədalət mühakiməsinin tamlığı, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir. Bu baxımdan inzibati ədliyyənin ə sas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibatiProsessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xxxx 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddianın mümkün sayılmaması nəticəsinə gəlsə də, iş materiallarında olan sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, *** nömrəli Şəhadətnamələr Zaqatala rayon Aqrar İslahat Komissiyasının xxxx 2005-ci il tarixli 117 nömrəli qərarına istinadən hazırlanmış, bu qərar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində mövcud olmadığından, həmin qərarla torpaq sahəsinin tərəflərin mülkiyyətinə verilibverilməməsinin araşdırılması mümkün olmamış, 117 nömrəli qərarın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində mövcud olmaması, həmin qərarın ümumiyyətlə mövcud olmaması anlamına gəlmir, ölkədə aparılan aqrar islahatın yekunlaşmasından 10 ildən artıq vaxt keçməsindən sonra bu qəbildən olan iddia tələblərinin araşdırlması zamanı sübutların əldə olunması ötmüş zaman baxımından çətinliklərə səbəb olur, nə qədər ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Zaqatala rayon Aqrar İslahat Komissiyasının xxxx 2005-ci il tarixli 117 nömrəli qərarı ləğv olunmadığından, həmin qərar əsasında hazırlanmış sənədin ləğvindən və ya dəyişdirilməsindən söhbət gedə bilməz, AİK-nın qərarları inzibati akt hesab olunduğundan həmin qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətləri də ötmüşdür ki, sadalanan halların hər biri iddianın mümkün sayılmaması üçün əsaslardandır, məhkəməyə təqdim olunmuş eyni tarixli, eyni nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin hər hansınınsa saxta olub-olmaması və bu Şəhadətnamələrin fərqli subyektlərə hansı səbəblərə görə verilməsinin araşdırılması da mümkün olmamış, X4 və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İstitutu tərəfindən hazırlanmış və yerli şöbəsi tərəfindən qeydiyyata alınmış, Şəhadətnamələri hazırlayan və qeydə alan təşkilat hazırda mövcud olmadığından eyni tarixli və nömrəli şəhadətnamələrin verilməsi səbəblərinin araşdı rlması mümkün olmamışdır. Beləliklə, məhkəmələr faktiki olaraq mübahisənin mahiyyəti üzrə araşdırma apararaq, işdəki sübutlara hüquqi qiymət vermiş, işdəki şəhadətnamələrin hansınınsa saxta olduğunu müəyyən edə bilməsələr də, sonda iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüququnun olmadığı barədə qanunsuz nəticəyə gəlmiş, bu zaman “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə” 1156 sıra nömrəsi ilə siyahıda Cavabdeh4, X5 və X2 adları qeyd olunsa da, iddiaçının adının həmin təsərrüfatda qeyd olunmadığına əsaslanmış, hər iki Şəhadətnamənin cavabdeh inzibati orqanda mövcud olduğunu və cavabdeh tərəfindən məhkəməyə surətlərinin təqdim edildiyini, iddiaçının isə bu illər ərzində fasiləsiz olaraq mübahisəli ünvanda yaşad ığını nəzərə almamışlar. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il xxxx müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tut ulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçıya məxsus şəhadətnamənin saxtalığı sübut olunmadığından Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən İddiaçı həmin Şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə bağlı iddia irəli sürmək kimi subyektiv hüququ vardır və bu hüququn süni surətdə məhdudlaşdırılması isə sonuncunun ədalətli məhkəmə araşdırılması hüququnun pozulması ilə nəticələnə bilər. İddia tələbinin əsaslı olub-olmaması isə mübahisəyə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməklə müəyyən edilə bilər ki, hazırkı halda da bu baş verməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: İQeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının xxxx 2018-ci il tarixli, 2-1(107)-573/2018 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-573/2018 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar