Məhkəmə qərarları › İş №2-1(102)-612/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-612/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-612/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Quba rayonu Talabıqışlaq Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli vergilər üzrə bələdiyyə qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Quba rayonu Talabıqışlaq Bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(105)-270/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 15 iyul 2019-cu il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya cəmi 141440 manat məbləğində, 17 iyul 2019-cu il tarixli 11 nömrəli qərarı ilə cəmi 654435.00 manat məbləğində vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2019-cu il 2 avqust tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək İddiaçı MMC-nin barəsində Talabıqışlaq Bələdiyyəsinin 15 iyul 2019-cu il tarixdə və 17 iyul 2019-cu il tarixdə tərtib etdiyi protokol və protokolların 10 və 11 saylı qərarlarının ləğv edilməsi və əsassız hesablanmış 654.435 manat məbləğində m ədən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslanmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin “sənədlərin qüvvədə olması müddətinin dayandırılması”na dair 30 oktyabr 2017-ci tarixli əmrinə əsasən MMC-nin ərazidə fəaliyyət göstərməsi rəsmi olaraq dayandırılmışdır. Cəmiyyətin fəaliyyəti olmadığı, Bələdiyyəyə hər-hansı bir hesabat təqdim edilmədiyi halda, Talabıqışlaq Bələdiyyəsi tərəfindən MMC-yə qarşı üç illik hesabat aparıla və 654 435,00 manat mədən vergisi hesablana bilməz. Qeyd edilənlərdən göründüyü kimi, Talabıqışlaq Bələdiyyəsi mənbəyi bəlli olmayan məlumatlara istinad edərək, əsassı z yerə hesablanmış həmin məbləğin Bələdiyyənin hesabına köçürülmədiyini qeyd etmişdir. Talabıqışlaq Bələdiyyəsinin hesablanmış mədən vergisinin qanunvericiliklə hansı qaydada aparılması barədə məlumatının olmamasından xəbər verir. Talabıqışlaq Bələdiyyəsinin vergi xidməti orqanı “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq vergi və digər qanunvericilik pozuntuları barədə akt tərtib etməli olduğu və həmin aktın bir nüsxəsini Bələdiyyənin sədrinə (yaxud onun müavininə), digər nüsxəsi isə iddiaçıya təqdim etməli olduğu halda bunları etməmişdir. Talabıqışlaq Bələdiyyəsi qanunvericiliyin tələbinə əməl etməyərək əsassız yerə hesablamış olduğu məbləğin əldə olunmasına nail olmaq istəyir. Talabıqışlaq Bələdiyyəsinin qeyd edilən qərarından çıxarışda Bələdiyyən in hansı statusdan çıxış etməsi və hansı əsasa görə mədən vergisinin hesablanması iddiaçıya aydın olmamışdır. Belə ki, 13 may 2019-cu il tarixli 6 saylı qərarda Talabıqışlaq Bələdiyyəsinin vergi xidməti orqanı olduğu qeyd edilməmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Talabıqışlaq Bələdiyyəsi tərəfindən tərtib edilən 15 iyul 2019-cu il tarixli və 17 iyul 2019-cu il tarixli Protokol və protokolların 10 və 11 saylı Qərarları ləğv edilməli və Cəmiyyətdən tələb edilən əsassız yaradılmış 654 435,00 manat məbləğində mədən vergisi silinməlidir.

4. Cavabdeh iddiaya qarşı etiraz verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X2) 2020-ci il 27 noyabr tarixli, 21(118)-106/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Quba rayonu T alabıqışlaq Bələdiyyəsinin 17 iyul 2019-cu il tarixli 11 saylı qərarı ləğv edilmiş və iddia qalan hissədə rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bələdiyyənin 17 iyul 2019-cu il tarixli, 11 saylı qərarına münasibətdə qeyd edir ki, həmin qərar qanunsuz olmuşdur. Belə ki, həmin qərarla iddiaçıya əvvəlki üç il dövr üçün 654.435 manat məbləğində vergi hesablanmışdır. İddiaçı həmin dövrlərdə müəssisənin fəaliyyətinin olmadığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı inzibati orqan tərəfindən həmin halların araşdırıldığı, müəssisənin fəaliyyətinin olub-olmaması, iddiaçının vergi öhdəliyi ilə bağlı hər hansı bir yoxlama keçirildiyi müəyyən edilməmişdir. Bələdiyyə üç illik dövrə görə vergi hesablayarkən Quba rayon Məhkəməsinin 5 noyabr 2018-ci il tarixli 1 (027) -119/2018 nömrəli hökmünü əsas götürmüş, həmin hökmlə müəyyən olunmuş 8 ay müddətində yaranmış 140000.00 manat mədən vergisinin hesablandığını nəzərə alaraq hesablama aparmışdır. Lakin Quba rayon Məhkəməsinin 5 noyabr 2018-ci il tarixli 1 (027)-119/2018 nömrəli hökmü ilə müəyyən edilmiş 8 aylıq müddətdən başqa dövrlərdə də müəssisənin fəaliyyətinin olması, həmin dövrlərdə də eyni istehsal həcminin olması ilə bağlı inzibati orqan hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin 15 iyul 2019-cu il tarixli, 10 saylı qərarına münasibətdə qeyd edir ki, həmin qərar əsaslıdır və Quba rayon Məhkəməsinin 5 noyabr 2018-ci il tarixli, 1(027)-119/2018 nömrəli hökmü əsasında müəyyən edilmiş hallara uyğun hesablanmışdır. İddianın mübahisələndirilən 15 iyul 2019-cu il 10 saylı qərarı hissəs ində əsaslı olmadığını göstərir, cavabdeh Bələdiyyə həmin qərarın əsaslı olduğunu sübut edə bilmişdir.

7. İddiaçı və cavabdeh həmin qərardan apellyasiya şikayətləri vermişlər.

8. İddiaçı apellyasiya şikayətində iddianın rədd edilən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətində qərarın ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3-sədrlik edən, X1 və X5) 21 may 2021-ci il tarixli, 2-1(105)-270/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək iddianın rədd edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Quba rayonu Talabıqışlaq Bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 10 saylı qərarı qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Quba rayonu Talabıqışlaq Bələdiyyəsi sözügedən qərarı qəbul edərkən Quba rayon Məhkəməsinin 5 noyabr 2018-ci il tarixli 1 (027)- 119/2018 nömrəli hökmünə istinad etmişdir. Quba rayon Məhkəməsinin həmin hökmündən görünür ki, iddiaçı müəssisənin iş icraçısı Ziyadov Seyidməhəmməd məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə 140.000 kub ç ınqılın istehsalı və təbiətə ziyan vurması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə istintaqı zamanı mütəxəssis rəyi ilə müəyyən edilmiş 924.000 manat (140.000 kub.mx 6.6 manat) məbləğində ziyan tam ödənilmişdir. Bələdiyyə qərarı qəbul edilərkən hökmə istinad etməklə kifayətlənmiş, Bələdiyyə tərəfindən inzibati icraat aparılmamışdır. Halbuki, inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafıq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qa ydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 14. "İnzibati icraat haqqında" Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. Hazırkı işə münasibətdə hökmdə qeyd olunan hallar Bələdiyyə tərəfindən müəssisənin mədən vergisinin yayındırılması kimi qiymətləndirilirsə bu halda hökm Bələdiyyə tərəfindən inzibati icraatın başlanması üçün əsas olmalıdır. Başqa sözlə, Bələdiyyə həmin hökmdəki məlumatlara əlaqəli məlumat kimi öz təşəbbüsü ilə inzibati icraatı başlamaq üçün istinad edə bilər. Lakin heç bir halda, inzibati icraatın aparılmasından imtina etmə klə, inzibati icraata dair qanunvericiliyin normalarmı və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Qanun: Maddə 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Maddə 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulması na görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. 17. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələd iyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir;... Maddə 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Maddə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin v ergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Maddə 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Maddə 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Maddə 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) ve rgi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Maddə 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orq an tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

19. İnzibati Prosessual Məcəlləsi: Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Maddə 94.1. Kassasiya şikayəti məh kəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5....Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zama nı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstəri lmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı iş üzrə iddiaçının tələbi Quba rayonu Talabıqışlaq Bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 10 nömrəli və 17 iyul 2019-cu il tarixli 11 nömrəli qərarlarının ləğv edilməsi və əsassız hesablanmış 654.435 manat məbləğində mədən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması olmuş, birinci instansiya məhkəməsi iddianı qismən - Talabıqışlaq Bələdiyyəsinin 17 iyul 2019-cu il tarixli 11 nömrəli qərarının ləğv edilməsi hissəsində təmin etmiş, qalan hissələrdə - Talabıqışlaq Bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 10 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 654.435 manat məbləğində mədən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması hissələrində iddianı rədd etmişdir.

24. Yuxarıda qeyd olunduğu kimi, 654435.00 manat məbləğində vergi borcu cavabdehin 17 iyul 2019-cu il tarixli 11 nömrəli qərarı ilə hesablanmışdır. Birinci instansiya məhkəməsi 17 iyul 2019-cu il tarixli 11 nömrəli qərarı ləğv etdiyi halda, iddiaçıya həmin qərarla hesablanmış 654.435 manat məbləğində vergi borcunun silinməsinin cavabdehin üzərinə qoyulması barədə tələbin rədd edilməsini qərarında əsaslandırmamışdır.

25. Eyni ilə, apellyasiya instansiyası məhkəməsi də iddiaçıya hesablanmış 654.435 manat məbləğində mə dən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması barədə tələbin rədd edilməli olduğunu qərarında əsaslandırmamışdır.

26. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, “...müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin vergilərin və ödənişlərin alınması ilə bağlı qaydalar “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində öz əksini tapmışdır. Kollegiya qeyd edir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərar qəbul olunan zaman mübahisə predmeti olan vergilərin və ödənişlərin iddiaçıdan tələb olunması ilə bağlı qeyd edilən normalarda göstərilən qaydalara riayət edilməməsi müəyyən edilmişdir.”.

27. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabde hin 17 iyul 2019-cu il tarixli qərarının qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada inzibati icraat aparılmadığını təsdiq etdiyi halda, iddiaçının mübahisələndirdiyi 15 iyul 2019-cu il tarixli qərarın da qəbulu ilə bağlı qanunla müəyyən edilmiş qaydada inzibati icraat aparılmadığını hansı səbəbdən nəzərə almadığını qərarında əsaslandırmamışdır.

28. Halbuki, işin müəyyən edilmiş hallarından və 15 iyul 2019-cu il tarixli qərarın məzmunundan görünür ki, Bələdiyyə həmin qərarı (inzibati aktı) qəbul edərkən Quba Rayon Məhkəməsinin 5 noyabr 2018-ci il tarixli 1(027)-119/2018 nömrəli hökmünə istinad etməklə kifayətlənmiş, Bələdiyyə tərəfindən inzibati icraat aparılmamışdır. 29. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

30. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir.

31. Cavabdehin öz qərarının əsası kimi Quba Rayon Məhkəməsinin hökmünə və həmin hökmlə müəyyən edilmiş hallara istinadı onu həmin hallarla bağlı inzibati icraat aparmaq vəzifəsindən azad etmir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi.

32. Hazırkı halda bu, baş verməmiş, bu qərarın 17 və 18-ci bəndlərində göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.

33. İPM-in 92.0, 92.0.6-cı maddələrinin tələbinə görə, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məh kəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

34. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi üçün İPM-in 96.5ci maddəsində göstərilən hallar hazırkı iş üzrə aşkar olunmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.

35. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, İPM-in 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

36. Belə olan halda, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı iddianın rədd edilən hissəsi ndə ləğv edilməli, iddia həmin hissələrdə təmin edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(105)-270/2021 nömrəli qərarı iddianın rədd edilən hissəsində ləğv edilir. Quba rayonu Talabıqışlaq Bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli, 10 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə Quba rayonu Talabıqışlaq Bələdiyyəsinin 17 iyul 2019-cu il tarixli, 11 nömrəli qərarı ilə iddiaçıya hesablanmış 654.435,00 manat məbləğində vergi borcunun silinməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar