Məhkəmə qərarları › İş №2-1(102)-612/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-612/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-612/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-612/2024) (Açar sözlər: hərbi qulluqçu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filia lına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsı” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2835/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2011-ci il tarixli məlumat vərəqəsi ilə müəyyən edilir ki, iddiaçı mayor rütbəsi, DİN Çevik Polis alayında qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində xx.xx.2011-ci ildə öz arzusu ilə ehtiyata buraxılmış, təqvim üzrə xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün, cəmi iş stajı 31 il 5 ay 23 gün, vəzifə maaşı 490 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 30% olmaqla 186 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, məharət dərəcəsi 35% olmaqla 171,50 manat, xüsusi ilə görə 20% olmaqla 98 manat, cəmi 1139,50 manat təminat xərcliyi müəyyən edilmişdir.

2. İddiaçıya Dövlət Sosial X2 rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 11/725 nömrəli qərarı ilə xx.xx.2011-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ilkin olaraq pensiya hesablanarkən tələb olunan sığorta stajı 20 il, faktiki sığorta stajı 31 il, tələb olunandan artıq sığorta stajı 11 il, orta aylıq əmək haqqının faizi 83% olaraq nəzərə alınıb pensiyanın ümumi məbləği 956,79 manat müəyyən olunmuşdur.

3. İddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən etibarən müvafiq təminat xərcliyinin artım məbləğinin 72,83 faizi nəzərə alınmaqla yenidən hesablanmışdır.

4. İddiaçı cavabdehə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2011-ci il tarixli məlumat vərəqəsinə əsasən iddiaçıya xx.xx.2011-ci il tarixdən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2018-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) – 1374,19 manat məbləğində əmək pensiyası iddiaçıya ödənilmişdir. xx.xx.2018-ci il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş aylıq vəzifə maaşlarının məbləğinə əsasən ona ödənilən əmək pensiyası 1477,95 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdən iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş aylıq vəzifə və rütbə maaşlarının məblə ğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 1056 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 361,80 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 369,60 manat, xüsusi işə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 211,20 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 2212,60 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uy ğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam o olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (11) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərcliyinin 0,84 faizi. İddiaçıya ödənilən əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,84 faiz təşkil edir. Qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1655,65 manat) ilə xx.xx.2019-cu il tarixdən sonrakı təminat xərcliyi (2212,60 manat) arasındakı fərq məbləğinin (556,95 manat) 72,84 faizi 405,68 manat xx.xx.2018-ci il tarixədək olan pensiyanın (1374,19 manat) üzərinə əlavə olunmaqla 1779,87 m anat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçıya məxsus kart hesabına köçürülür.

6. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, iddiaçının hazırkı pensiya məbləği 1779,87 manat, pensiyanın yenidən hesablanması zamanı iddiaçıya vəzifə maaşı 1057 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 30% olmaqla 262,10 manat, ərzaq payı 64 manat, məharət dərəcəsinə görə 35% olmaqla, 369,95 manat, xüsusi işlərə görə 20% olmaqla 211,40 manat, cəmi təminat xərcliyi 2214,45 manat, yenidən hesablanmış pensiya məbləği 1781,17 manat təşkil edir.

7. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı onun əmək pensiyasının vəzifə maaşı na uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmiş, bu səbəbdən onun əmək pensiyası yenidən hesablanaraq 1781,16 manat müəyyən edilmişdir. Həmçinin keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti hesablanaraq xx.xx.2022-ci il tarixdə onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının xx.xx.2018-ci il tarixdən xidmət illərinin 31 il 5 ay 23 gününün 2%-lə hesablanaraq verilməsinin ləğv edilərək 3%-dən yəni 84,4%-lə hesablanaraq verilməsini, 2018-ci il mart ayından hal-hazıra, yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat kəsilərək ödənilmə miş 3575 manatın, əmək pensiyasına çıxdığı 2011-ci il 1 mart tarixindən hal-hazıra, yəni 2022-ci il sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliyinin 2212,60 manat olduğunu nəzərə alaraq hesablanmamış 1,42% görə (ayda 22,12 man) 3052,56 manatın, yəni ümumilikdə 6627,56 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında güzəştli xidmət illəri ilə birlikdə 31 il 5 ay 23 gün xidmət etdikdən sonra xx.xx.2011-ci ildə ona təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Natamam ildəki iş stajı 5 ay 23 gün, yəni 1,42% əmək pensiyasına hesablanmamışdır, əgər hesablansaydı, əmə k pensiyasının məbləği təminat xərcliyinin 84,42% miqdarında olardı. Bununla da 2022-ci il sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliyinin 2212,60 manat olduğunu nəzərə alsaq, ona 1,42%-ə görə (ayda 22,12 manat) 3052,56 manat ödənilməmişdir. Eləcə də, ona pensiya təyin edilərkən tələb olunandan artıq sığorta stajı müddətinin (11 il 5 ay 23 gün) hər ili 3%-lə hesablandığı halda, 7 ildən sonra konstitusiya normasına zidd olaraq Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanını əsas götürərək 2018-ci il mart ayından cavabdeh həmin müddətin hər ilini 2%-lə hesablayaraq pensiya məbləğini azaltmışdır. Bununla da 2018-ci il mart ayından halhazıra, yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat kəsilərək iddiaçıya 3575 man at ödənilməmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehə təqdim etdiyi sənədlərlə tələbinin qanuni olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə orqanlarının borcudur.

10. Cavabdehin iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Daha sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, əmək pensiyasının xidmət illərinin 31 il 5 ay 23 gününün xx.xx.2017-ci il tarixdən 2%-lə hesablanaraq verilməsinin ləğv edilərək, 3%-lə, yəni 84,4%lə hesablanaraq hər ay 2355 manat pensiya verilməsi, xx.xx.2017-ci il tarixdən qərar icra olunan aya kimi kəsilərək ödənilməmiş 111 manatın və hər il üçün 5%-in ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 14 aprel 2023-cü il tarixli, 2-1(112)-2793/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi 31 ildə n artıq natamam ildəki iş stajı, yəni 5 ay 23 günün hesablanmaması, bununla da 1,42% olmaqla əmək pensiyasının 84,42%-lə hesablanmamasına münasibətdə qeyd edilməlidir ki, iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin redaksiyasında yalnız tam illər nəzərə alınmaqla təminat xərcliyinin faizi müəyyən edilirdi. İddiaçının iddia etdiyi natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq faizin hesablanması yalnız həmin normaya xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla edilmiş əlavə ilə daxil edilmiş və həmin norma məhz xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Başqa sözlə, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Qanunla iddiaçının pensiya faizinin hesablanmasında natamam illərə görə təminat xərcliyi faizinin hesabl anması ilə bağlı norma (qayda) mövcud olmadığından inzibati orqanın məhz 83%-lə hesablamanı aparması qanuni olmuşdur. Təsadüf deyildir ki, inzibati orqan məhz xx.xx.2017-ci il tarixdən sonra yenidən hesablama zamanı “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin qüvvədə olan yeni redaksiyasına əsasən natamam ildəki iş stajı aylarını da təminat xərcliyinin faizinin hesablanması zamanı nəzərə almışdır. Odur ki, iddiaçının istinad etdiyi pensiyanın düzgün hesablanmaması ilə bağlı birinci dəlili öz təsdiqini tapmır.

14. Həmçinin iddiaçıya xx.xx.2011-ci ildən ilkin olaraq təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra xx.xx.2018-ci il, daha sonra xx.xx.2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfind ən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.5-ci bəndinə əsasən pensiya məbləği faizi 72,83%-lə hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pensiyanın yenidən hesablanması barədə qərar və təqdim edilmiş pensiya altsistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2018-ci il tarixinədək olan təminat xərcliyi (1655,65 manat) ilə xx.xx.2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi artım faizi – 406,97 manat olmaqla xx.xx.2018-ci il tarixinədək olan pensiyasının (1374,19 manat) üz ərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda, məhkəmə icraatı gedişində iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmayan hissəsi yenidən hesablanaraq keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Beləliklə, iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi düzgün olaraq 72,83% müəyyən edilmiş, cava bdeh tərəfindən pensiya məbləğinin hesablanmasında hər hansı kənarlaşma müəyyən edilməmişdir.

15. Bundan əlavə, iddiaçının qeyd etdiyi pensiyanın hesablanması zamanı “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3% miqdarında əlavə”nin ona münasibətdə tətbiq edilməsinə gəlincə məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən Qaydanın 2.5-ci bəndi Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş 3%-lə hesablamanın tətbiq olunduğu “müvafiq icra hakimiyyəti orqanı” sistemində şəxsləri müəyyən etmişdir. Bu hərbi qulluqçular – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xi dmət edən şəxslərdir. İddiaçı isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmadığından ona münasibətdə Qanunun 20.14.1-ci maddəsindəki 3% əlavə tətbiq edilə bilməz.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddiaçının pensiya işinin əslini təqdim edərək bildirmişdir ki, iddiaçıya vaxtilə pensiya hesablanarkən həmin zaman qüvvədə olan qanunvericilik normalarına tam riayət edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün ) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra xx.xx.2018-ci il, daha sonra xx.xx.2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Bu zaman əvvəl hesablanmış pensiya məbləğinin azaldılması və ya həmin zaman 3%-lə hesablanan hissənin 2% hesablanma halı baş verməmiş, sadəcə müvafiq artımlarla bağlı hesablama qüvvədə olan normalara uyğun, Qaydanın 2.5-ci bəndinə əsasən həyata keçirilərək, pensiya məbləği faizi 72,83%-lə hesablanmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2835/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd ed ilmişdir ki, iddiaçıya pensiya hesablanarkən yeni qəbul olunmuş qanunların ağırlaşdırıcı halları tətbiq olunmamalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi iş üzrə heç bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları qərəzli olaraq nəzərə almamış və özünün fərziyyəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. X1 Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə dən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 və 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1 və 20.1.11. Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla... müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdar ında əlavə olunmaqla; Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).

25. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir) 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tu tulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesabla nır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. 2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəb büsü ilə əlavə sübutlar toplamağa borcludur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsin in vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etm ədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

33. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

34. Hazırkı mübahisəyə dair iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara görə, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün xx.xx.2011-ci il tarixdən ilkin olaraq təminat xərcliyinin 83 faizi (20 il üçün 50% + 20 ildən artıq hər il üçün 3% olmaqla 11 il üçün 33%) miqdarında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən, daha sonra isə xx.xx.2019-cu il tarixdən xidmət etdiyi orqan tərə findən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad edilərək pensiya məbləği artım faizi 72,83 faiz (20 il üçün 50% + 20 ildən artıq hər il üçün 2% olmaqla 11 il 5 ay üçün 22,83%) olmaqla onun əmək pensiyası yenidən hesablanmış və iddiaçıya xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1655,65 manat) ilə xx.xx.2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi 406,97 manat olmaqla xx.xx.2018-ci il tarixədək ola n pensiyasının (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.

35. İddiaçı isə cavabdehin pensiyanın yenidən hesablanması qaydası ilə razılaşmayaraq cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır.

36. İddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi düzgün o laraq 72,83% müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında hər hansı kənarlaşma müəyyən edilməmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, inzibati mübahisə tam və müfəssəl araşdırılmamışdır.

38. Belə ki, iş üzrə materiallardan görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad edilərək pensiya məbləği artım faizi 72,83 faiz (20 il üçün 50% + 20 ildən artıq hər il üçün 2% olmaqla 11 il 5 ay üçün 22,83%) olmaqla, xx.xx.2018-ci il tarixdən iddiaç ının əmək pensiyası yenidən hesablanmışdır. Lakin həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” mövcud olmamış, yalnız xx.xx.2018-ci il tarixdən hüquqi qüvvəyə minmişdir.

39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı diqqətə almamış, araşdırmamış və həmin maddi hüquq normalarının müddəalarına əsaslanaraq, onları geriyə, yəni xx.xx.2018-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablandığı zamana şamil etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hərəkət etməmişdir.

40. Halbuki Konstitusiyanın 149-cu maddəsinin Vİİ hiss əsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

41. Digər tərəfdən, iddiaçıya xx.xx.2011-ci il tarixdə pensiya təyin olunduğu zaman, iddiaçının iş stajından 5 ay 23 gün müddəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, nəticə etibarı ilə də ümumi pensiya məbləğinə hesablanmamış və həmin məsələyə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının hesablanması müəyyən edilməmişdir.

42. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qey d edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağa da olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Həmin maddənin, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında isə həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır.

43. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəz iyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

44. Heç şübhəsizdir ki, iddiaçının natamam ildəki iş stajının, yəni 5 ay 23 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir.

45. Həmçinin məhkəmə kollegiyası ayrıca olaraq “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olan hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması məsələsinin hazırk ı işin düzgün həll olunması baxımından xüsusi önəm daşıdığını qeyd edir.

46. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, xx.xx.2018-ci il tarixdən, daha sonra isə xx.xx.2019-cu il tarixdən xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumata əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad edilərək pensiya məbləği artım faizi 72,83 faiz (20 il üçün 50% + 20 ildən artıq hər il üçün 2% olmaqla 11 il 5 ay üçün 22,83%) olmaqla onun əmək pensiyası yenidən hesablanmış və iddiaçıya xx.xx.2018-ci il tarixə dək olan təminat xərcliyi (1655,65 manat) ilə xx.xx.2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi 406,97 manat olmaqla xx.xx.2018-ci il tarixədək olan pensiyasının (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.

47. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi həmin məlumat vərəqələrinin dəqiq tarixlərini və mahiyyətini araşdırmayaraq, iş üzrə məhkəmə qərarı qəbul etmişdir. Halbuki sözügedən məsələnin tam və hərtərəfli araşdırılması iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün çox əhəmiyyətlidir.

48. Belə ki, burada xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edi lmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5ci bəndinə diqqət yetirilməlidir (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir).

49. Həmin bənddə göstərilmişdir ki, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təmi nat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

50. Sözügedən bəndin ən diqqət çəkici məqamı ondan ibarətdir ki, “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə h ər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edildiyindən bu Qayda xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur).

51. Sözügedən Qaydanın 2.5-ci bənddəki qeyd edilən müddəa “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamışdır, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı.

52. Lakin inzibati mübahisəni həll etmiş apellyasiya instansiyası məhkəməsi, sözügedən qanunvericilikdə mövcud olan həmin hüquqi məqamları nəzərə almadan, onları incələmədən və araşdırmadan iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir.

53. Halbuki hazırkı inzibati mübahisənin hansı zaman mərhələsində qüvvədə olmuş maddi hüquq normaları üzrə həll edilməli olması (“Əmək pensiyaları ha qqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında, həmin maddənin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə) və nəticə etibarı ilə də iddiaçının əmək pensiyasının düzgün hesablanmasının müəyyən olunması zəruridir.

54. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imk an verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştira kçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

56. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

57. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əs aslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

59. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin no rmaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2835/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar