Məhkəmə qərarları › İş №2-1(102)-612/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-612/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-612/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış pensiya məbləği fərqinin müvafiq hüququn yarandığı tarixdən ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləği fərqinin ödənilməsi” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 21(103)-1066/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli məlumat vərəqi əsasında xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixdən yenidən hesablanmış və pensiya məbləği fərqi müraciət tarixindən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən ödənilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək yeni məlumat vərəqinə əsasən pensiya məbləği fərqinin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün də hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh isə həmin müddət üzrə pensiya məbləği fərqinin ödənilməsinin qanunamüvafiq olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının “1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında olan vəzifə maaşının 10%-i miqdarında fərqə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin ü zərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə kompensasiyadan və “1-ci” məharət dərəcəsinə görə vəzifə maaşının 25%-i miqdarında əlavədən ibarət olmuşdur. xx.xx.2021-ci ildə Müdafiə Nazirliyi tərəfindən cavabdehə iddiaçı barəsində tərtib olunmuş yeni məlumat vərəqi göndərilmişdir. Yeni məlumat vərəqində iddiaçının “1-ci” məharət dərəcəsi dəyişdirilərək “usta” məharət dərəcəsi kimi göstərilmişdir. “Usta” məharət dərəcəsinə görə əlavə isə vəzifə maaşının 35%-ni təşkil edir. Yeni məlumat vərəqinə əsasən xx.xx.2021-ci il tari xdən iddiaçıya “usta” məharət dərəcəsi nəzərə alınmaqla əmək pensiyası ödənilməyə başlanılmışdır. Bu zaman iddiaçıya “usta” məharət dərəcəsinə görə vəzifə maaşının 35 %-i miqdarında olan əlavə ilə “1-ci” məharət dərəcəsinə görə vəzifə maaşının 25%-i miqdarında olan əlavə arasında 10%-lik fərq yalnız əvvəlki 3 illik müddət (xx.xx.2018-xx.xx.2021-ci il) üçün ödənilmişdir. Ödəniş xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı hesab edir ki, “1-ci” məharət dərəcəsinə görə əlavə ilə “usta” məharət dərəcəsinə görə əlavə arasında vəzifə maaşının 10%-i miqdarında olan fərq ona pensiya təyin olunduğu xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün də ödənilməlidir.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1- ci maddəsinə əsasən, əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” qərardadına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edi lməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutların tam və ətraflı araşdırılması öhdəliyi məhkəmələrin üzərinə qoyulmuşdur. İddiaçıya Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanunamüvafiq hesab edilmir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 11 oktyabr 2023-cü il tarixli, 2-1(112)-7213/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əmək pensiyasının “1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında olan vəzifə maaşının 10% miqdarında fərqin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ 2014-cü il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqı nda” Qanunun müddəaları əsasında həll edilməlidir. “Hərbi qulluqçuların, pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə əsasən keçmiş müddət üçün pensiyaların ödənməsi pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Digər tərəfdən iddiaçıya ilkin pensiya təyinatı xx.xx.2017-ci il tarixinədək (xx.xx.2014-cü il tarixdən) həyata keçirilmişdir və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, yenidən hesablanması ilə bağlıdır. Odur ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğun deyildir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Cahangir Yusifov) 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1066/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iddianın qanuni əsasını “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi təşkil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Qeyd edilən Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyə əsasən 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilir. İddianı təmin edən birinci instansiya məhkəməsi isə iddiaçının 2019-cu il yanvarın 1-dən sonra, yəni ilk dəfə 2021-ci ildə inzibati orqana müraciət etməsini nəzərə almamışdır.

12. Apellyasiya icraatı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdən “usta” məharət dərəcəsinin qanunsuz olaraq alındığına, xx.xx.2020-ci il tarixdən məharət dərəcəsinin bərpa edilməsinə istinad edərək Müdafiə Nazirliyi tərəfindən Dövlət Sosial M üdafiə Fonduna məlumat vərəqinin göndərilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətindən sonra xx.xx.2021-ci il tarixli yeni məlumat vərəqi iddiaçıya pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir.

13. Beləliklə, iddiaçı 2019-cu il yanvarın 1-dən sonra (ilk dəfə 2021-ci ildə) müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zamanı əvvəllər müraciətinin olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda apellyasiya icraatı zamanı verilmiş sorğularla onun əvvəlki illər üzrə mübahisəli məsələ ilə bağlı müraciətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından və onun 1 yanvar 2019-cu il tarixədək müraciət etməməsinin səhhəti ilə və yaxud iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir. İddiaçıya hərbi qulluqçu kimi təyin edilmiş pensiya keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövrlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesabl anan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Maddə 37.7 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar di gər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı “...müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.” 20. “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarı “... “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir.” KASSAS İYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən ir əli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış pensiya məbləği fərqinin xx.xx.2018-ci il tarixdən deyil, hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən ödənilməsinə nail olmaqdan ibarətdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası əlavə olaraq həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçı barəsində təqdim olunmuş məlumat vərəqinə bağlı olduğu və həmin məlumat vərəqinə uyğun davranmalı olduğu da nəzərə alınmalıdır. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı “usta” məharət dərəcəsindən xx.xx.2013-cü il tarixdə məhrum edilmiş və onun həmin dərəcəsi yalnız xx.xx.2020-ci il tarixdə, yəni ona ilkin pensiya təyinatından sonra bərpa olunmuşdur. Odur ki, ilkin pensiya təyinatı zamanı iddiaçı barəsində Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli məlumat vərəqində “1-ci” məharət dərəcəsi qeyd olunmuş və cavabdeh də məhz bu baxımdan onun pensiyasını həmin məlumat vərəqinə əsasən hesablamışdır. Sonradan Müdafiə Nazirliyi tərəfindən iddiaçının “usta” məharət dərəcəsinin xx.xx.2020-ci il tarixdə bərpa olunduğu nəzərə alınmış və bu barədə müvafiq məlumatın nəzərdə tutulduğu xx.xx.2021-ci il tarixli yeni məlumat vərəqi cavabdehə təqdim edilmişdir. Cavabdeh növbəti dəfə də həmin məlumat vərəqinə uyğun davranmışdır. Yəni son nəticədə cavabdeh iddiaçı barəsində təqdim olunmuş məlumat vərə qinin məzmununa uyğun hərəkət etmiş, həmin məlumatlar əsasında təyinat və hesablama aparmışdır. Cavabdehin bu şəkildə davranışı təqsirli davranış kimi qiymətləndirilə bilməz.

30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1066/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar