Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-613/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyə görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı aktın qanunsuz hesab edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2-1(105)-366/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1973-cü ildə Qusar rayonunda anadan olmuşdur.
2. İddiaçıya 28 dekabr 2016-cı il tarixdə Tibbi Sosial Ekspert X2 ilə elektron qaydada 2-ci qrup əlillik təyin edilmiş və bunun əsasında ona sosial müavinət təyin edilmişdir.
3. İddiaçı 23.06.2017-ci ildə ərizə ilə cavabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. İddia çıya 01.07.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir.
5. Sonradan DSMF-nin Qusar rayon şöbəsi tərəfindən pensiyanın verilməsi dayandırılmışdır.
6. İddiaçı dayandırılmış pensiyanın bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 06 oktyabr 2020-ci il tarixli, **********4 saylı məktubla iddiaçının ərizəsini cavablandıraraq qeyd etmişdir ki, iddiaçıya 28.12.2016-ci il (TSERAS) Tibbi Sosial Ekspert X2 ilə elektron qaydada İİ qrup əlillik təyin edilmişdir.Həmin əlillik dərəcəsinə görə sosial müavinət təyin edilmişdir. İddiaçı 23.06.2017- ci il tarixdə əmək pensiyasının təyin edilməsi üçün Dövlət sosial X3 rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.1973-cü il təvəllüdlü olduğundan, ona əlilliyə görə pensiya təyini üçün 9 il 4 ay sığorta stajı tələb olunurdu. İİ qrup əlilliyə görə Əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006- cı il tarixə kimi 3 il 0 ay 10 gün və 01.01.2006 - ci il tarixdən əmək pensiyasına hüququ yarandığı tarixədək ( 23.06.2017- ci il tarixli 4 nömrəli forma arayışa əsasən) isə 6 il 4 ay cəmi tələb olunan 9 il 4 ay sığorta staja qarşı 9 il 4 ay 10 gün sosial sığorta stajı və hesabının sığorta hissəsində qeydə alınmış 616 manat 33 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayışı təqdim etmişdir. Həmin forma arayışa əsasən iddiaçıya 01.07.2017ci il tarixdən İİ qrup əlilliyə görə 129 manat 65 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin, sonradan araşdırma zamanı Qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə “Sığortaolunanın fərdi uçot məlumatları əsas ında sosial sığorta stajı və pensiya kapitalı barədə ARAYİŞ”ın ( 4 nömrəli əlavə) təsdiqini tapmaması müəyyən edildiyindən, iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyə görə əmək pensiyasının bərpa edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək 01 yanvar 2006-ci il tarixdən əmək pensiya hüququ yarandığı tarixədək olan 6 il 4 ay olan dövrü sğorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 31.08.1990-ci il tarixdə başlamışdır. Əmək fəa liyyətinin 31.08.1990-ci il tarixdən 25 dekabr 1993-cü il tarixədək olan 3 il 10 gün stajı dövrü Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2-1(85)-3343/2017 saylı qanuni qüvvəyə minmiş qərarı ilə və 01 yanvar 2009-cu il tarixdən 01 iyun 2017-ci il tarixədək olan 6 il 04 ay staj dövrü isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 şöbəsinin 23.06.2017-ci il tarixli, 37/365 saylı arayışı ilə təsdiq olunmuşdur. Beləliklə, onun əlilliyə görə əmək pensiya hüququ yaranan günə 9 il 4 ay 10 gün sosial sığorta stajı və 616,13 manat məbləğində pensiya kapitalı olmuşdur. DSMF-nin Qusar rayon şöbəsi tərəfindən ona 01 iyul 2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan DSMF-nin Qusar rayon şöbəsi tərəfindən ona heç bir məlumat verilmədən, əsassız və qeyri-qanuni olaraq pensiyanın verilməsi dayandırılmış və hal-hazıra kimi həmin pensiyanın verilməsi bərpa edilməmişdir. İddiaçı qanunla tələb olunan staja və kapitala malik olduğu halda, əsassız olaraq cavabdeh tərəfindən onun pensiyası dayandırılmışdır. Belə ki, 01 yanvar 2009-cu il tarixdən 01 iyun 2017-ci il tarixədək olan müddətdə tərəfindən tələb olunan 616.33 manat əvəzinə 1087.53 manat sosial sığorta ödənişləri etmişdir. Həmin ödənişlərin bir hissəsi şəxsən özü, digər hissəsi isə işəgötürən X1 tərəfindən edilmişdir. Həmin ödənişlərin aparılmasına dair müvafiq bank tərəfindən təsdiq olunmuş mədaxil qəbzləri mövcuddur. Bundan əlavə həmin ödənişlərin mövcudluğu e-sosial.az elektron portalından əldə edilmiş sosial arayışda da öz əks ini tapmışdır. Odur ki, 01 iyul 2017-ci il tarixdə təyin edilmiş və hal-hazırda əsassız olaraq dayandırılmış əlliliyə görə əmək pensiyası bərpa olunmalıdır.
9. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 4 nömrəli forma arayışa əsasən 01.07.2017-ci il tarixdən İİ dərəcə əlilliyə görə 129 manat 65 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir, lakin sonradan aparılmış araşdırma nəticəsində iddiaçının tələb olunan pensiya kapitalının olmadığı müəyyən edilərək pensiyanın ödənilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir. Qanunvericiliyə görə iddiaçıya 01.07.2017-ci ildə pensiya təyin edilərkən sosial sığorta stajı ilə yanaşı pensiya kapitalı da tələb olunurdu. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, ə lilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məblə ğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 1 iyul 2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü olduğu üçün müraciət edilən tarixə 9 il 4 ay sığorta stajının olması vacibdir. Bundan başqa iddiaçıya 2-ci qrup əlilliyə görə pensiyanın təyin edilməsi üçün tələb olunan pensiya kapitalı olmadığına görə, ona 2-ci qrup əlilliyə görə pensiyanın bərpası mümkün olmamışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-423/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı (hakim C.Məmmədov) ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan pensiya kapitalı yoxdur. Belə ki, pensiya təyini üçün iddiaçının pensiya kapitalı 9.240 manat olmalı olduğu halda 3100 manat təşkil etmişdir. Bu isə onun əlilliyə görə pensiya ilə təmin edilməsi üçün yetərli deyil.
12. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2021-ci il tarixli, 2-1(105)-366/2021 nömrəli (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və İ.Dəmiro v) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(118)-423/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü iddiaçıya əlillik 2016-cı ilin dekabr ayında təyin olduğundan, həmin vaxt qüvvədə olan pensiya qanunvericiliyinin müddəaları tətbiq olunmalıdır. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması şərt deyil. Hazırkı iş üzrə, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 9 il 4 ay sığorta stajı olmalıdır. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzi bati-İqtisadi Məhkəməsinin 2-1(85)3343/2017 nömrəli, 16 noyabr 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı 31.08.1990-cı ildən 17.03.1992-ci ilədək Qusar rayon sabiq Lenin adına sovxozda işlədiyi müddətin və 15.04.1992-ci ildən 25.12.1993-cü ilədək hərbi xidmətdə olduğu dövrün onun iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Dövlət Sosial X3 rayon şöbəsinin 23 iyun 2017-ci il tarixli, 37/365 nömrəli arayışından görünür ki, iddiaçının 01.01.2009-c il tarixdən 01.06.2017- ci il tarixədək 6 il 4 ay sosial sığorta stajı var. Beləliklə, göstərilən dövrləri cəmlədikdə iddiaçının 9 il 4 aydan artıq sığorta stajı yaranmış olur. Həmçinin cavabdeh iddiaçının bu stajının mövcud olduğunu qəbul etmişdir. Sonradan yuxarıda qeyd olun an arayışın təsdiqini tapmaması və ya əsassız olması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını və ya işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın dəlilləri ilə eynidir. Bundan başqa cavabdeh əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyə görə pensiya təyin edilməsi üçün əsas şərtlərdən biri olan pensiya kapitalının olub-olmamasına münasibət bildi rilməmişdir. Belə ki, apellyasiya instansiyası hesab etmişdir ki, əlillik 2016-cı il tarixdə təyin edildiyindən həmin vaxt qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Halbuki iddiaçıya əlilliyə görə pensiya 2017-ci il tarixdə təyin edilmiş və həmin vaxt qüvvədə olan qanunvericilik tətbiq edilmişdir. Belə olan halda pensiyanın bərpa edilməsi deyil, yenidən təyin edilməsi barədə müraciət edilməli idi.
17. Bundan başqa apelyasiya instansiyası məhkəməsi iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajını müəyyən etmədiyi halda, iddiaçının pensiya təyin olunması üçün staja malik olduğunu bildirmişdir. Bundan əlavə, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtinasının bir əsası ondan ibarətdir ki, iddiaçının əmək stajı yoxlanılarkən öz təsdiq ini tapmadığına görə pensiyanın bərpa edilməsindən imtina olunmuşdur. Bu dəlil yenə də ətraflı araşdırılmamış, bu yoxlamanın nəyə əsasən aparıldığını, hansı sənədləri əhatə etdiyini müəyyən etməmiş, ziddiyyətli məqamlara hüquqi qiymət verməmişdir.Bundan başqa, məhkəmə, kollegiyası iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını araşdırmamış, bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının sığorta kapitalının olmaması halı sübuta yetirə bilməmişdir. 01.07.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən s onra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı,sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur, etirazın məzmunu iddia ərizəsinə uyğundur və etirazda qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilən kassasiya şikayətinin rədd edilməsinə dair qərar çıxarılsın. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (01.07.2017-ci ilədək qüvvədə olan redaksiya) Maddə 12.1. Əli lliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. (01.07.2017-ci ildən qüvvədə olan redaksiya)
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmamışdır.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşd ırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. İşin hallarından görünür ki, iddiaçıya 28.12.2016-cı il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur.
27. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya h üquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
28. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1973-cü il təvəllüdlü iddiaçının əlilliyi 2016-cı ilin dekabr ayında müəyyən olduğundan, mübahisəyə həmin vaxt qüvvədə olan pensiya qanunvericiliyinin müddəaları tətbiq olunmalıdır.
29. Belə ki, 28.12.2016-cı il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
30. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
31. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ ola n şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin olunur.
32. Bundan başqa əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması barədə cavabdeh tərəfin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normalardan göründüyü kimi iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün həmin vaxt pensiya kapitalının olması şərt deyildir.
33. Beləliklə qeyd olunan normalara əsasən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 9 il 4 ay sığorta stajı olmalıdır.
34. İş materiallarına əlavə edilmiş Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Altıağac birləşmiş Həmkar lar İttifaqı Komitəsinin 197577 nömrəli 17 may 2021-ci il tarixli, 038679 nömrəli 14 avqust 2013-cü il tarixli, 038688 nömrəli 21 avqust 2013-cü il tarixli,198521 nömrəli 11 may 2013-cü il tarixli, 981577 nömrəli 18 avqust 2014-cü il tarixli, 529489 nömrəli 20 iyun 2015-ci il tarixli, 529071 nömrəli 03 sentyabr 2016-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən həmkarlar ittifaqına üzvlüyə görə üzvlük haqqı ödənilmişdir.
35. İddiaçının minimum toplamalı olduğu sosial sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-3343/2017 nömrəli, 16 noyabr 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı 31.08.1990-cı ildən 17.03.1992-ci ilədək Qusar rayon sabiq Lenin adına sovxozda işlədiy i müddətin və 15.04.1992-ci ildən 25.12.1993-cü ilədək hərbi xidmətdə olduğu dövrün onun iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
36. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 11.12.2020-ci il tarixli **********244800 nömrəli məktubundan görünür ki, İddiaçı 16.11.2006-cı ildə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır, onun 16.11.2006-cı il tarixdən 11.12.2020-ci il tarixədək şəxsi hesab vərəqəsində vergilər üzrə ümumilikdə 724,00 manat ödənişi olmuşdur.
37. Bundan başqa Dövlət Sosial X3 rayon şöbəsinin 23 iyun 2017-ci il tarixli, 37/365 nömrəli arayışından isə görünür ki, iddiaçının 01.01.2009-c il tarixdən 01.06.2017ci il tarixədək 6 il 4 ay sosial sığorta stajı var.
38. Beləliklə, göstərilən dövrləri cəmlədikdə iddiaçının 9 il 4 aydan artıq sığorta stajı yaranmış olur. Həmçinin cavabdeh iddiaçının bu stajının mövcud olduğunu qəbul etmişdir. Sonradan yuxarıda qeyd olunan arayışın təsdiqini tapmaması və ya əsassız olması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
39. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edərək vurğulayır ki, hazırkı halda iddiaçıya əmək pensiyasının dayandırılması şərtlərinə uyğun olan hər hansı halın mövcudluğu müəyyən edilmir.
40. Bu səbəbdən kollegiya hesab edir ki, kasasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-366/2021 saylı, 07 dekabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.