Məhkəmə qərarları › İş №2-1(102)-613/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-613/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-613/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması; qaz qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü: FİN: OVHCFM1 ) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək p ensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2984/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o xx.xx.1967-ci ildən xx.xx.2005ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********8 saylı məktublarla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 i l 6 aydan az (7 il 3 ay 4 gün (xx.xx.1998xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir, odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, “Avtotexniki xidmət” İxtisaslaşdırılmış İdarəsinin 1 saylı “Bakı avtotexnikixidmət” sahəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işlədiyi illəri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2008ci ildən axırıncı illər in əmək haqqı nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci il tarixdə anadan olmuş və xx.xx.1967-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, xx.xx.1983-cü il tarixdən AR “Avtotexniki xidmət" İxtisaslaşmış İdarəsinin 1 nömrəli "Bakı avtotexnikixidmət" sahəsinə qaynaqçı kimi işə qəbul edilərək xx.xx.1989-cu il tarixədək işləmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işləmişdir. Ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizəsinin t əmin edilməsindən cavabdeh imtina etmişdir və verilmiş imtina məktubunda yalnız xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr hesaba alınmaqla 7 il 3 ay olması səbəbindən əmək pensiyasının təyin olunmasının mümkün olmaması göstərilmişdir. Cavabdehin hərəkəti tam əsassızdır, belə ki, cavabdeh xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək olan işlədiyi dövrü nəzərə almamışdır, bu illər də nəzərə alındığı təqdirdə 4 il 7 ay olmaqla ümumi olaraq işlədiyi dövr 12 il 6 aydan artıqdır. Ona görə də iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalı, ona verilən pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesab edilməli və həmin əmək pensiyasının təyin edilməsi hüququnun yarandığı tarixdən pensiya yenidən hesablanmalıdır. Təqdim etdiyi sənədlərdən də göründüyü ki mi 2006-cı ilin yanvar ayının 1-dək onun ümumi iş stajı 20 ildən artıq olmuşdur və artıq həmin tarixədək güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. AR «Avtotexniki xidmət” İxtisaslaşmış İdarəsi uzun müddət bundan qabaq bağlandığı üçün arayış alınması mümkün olmamışdır və arxiv məlumatı da əldə etmək mümkün deyildir. Halbuki zəruri məlumatlar əmək kitabçasında mövcuddur. Təqdim edilən sənədlərdən də görünür ki, o, qanunla fəaliyyət göstərən müəssisələrdə işləmiş, iş stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı 14 aprel 2021-ci il tar ixində iddia tələbi ilə eyni məzmunda ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 4 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1998 – xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində (7 il 3 ay 4 gün) əl ilə qaz qaynaqçısı işlədiyi qeyd edilir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1983-xx.xx.1989-cu illərdə işlədiyi peşələr isə ona dair əmək kitabçasında “qaynaqçı” olaraq qeyd edilmişdir. Nazirlər Kabinetinin sözügedən qərarında həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxil edilməmişdi r. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-1334/2022 nömrəli qərarı ilə (sədrlik edən M.Hacıbəyova) iddia qismən təmin edilərək, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsassız hesab edilməklə onun xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər qaynaqçı peşəsində işlədiyi illər nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və 14 aprel 2018-ci il tarix dən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin şərtlərinə cavab verir. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahı sında nəzərdə tutulan peşələrdə (qaz qaynaqçısı) güzəştli iş stajı 1983-cü ildən 1988-ci ilədək işlədiyi müddət daxil olmaqla 12 il 6 aydan çox, ümumi iş stajı isə 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

9. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu əldə etdiyi tarix “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Həmin Qanunun 10.2-ci maddəsində göstərilir: «Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olun duğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYKsığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıd akı düsturla müəyyən edilir: burada: P-yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Göründüyü kimi hazırda qüvvədə olan və iddiaçının pensiya hüququnun yarandığı dövrdə əmək pensiyaları ilə bağlı münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının tələb etdiyi qaydada – axırıncı illərin əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması nəzərdə tutulmamışdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(10 3)-2984/2022 nömrəli (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseyn və A.Hüseynov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddia tələbinə qarşı etirazında göstərilənlər təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiy a şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 n ömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassa siya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajı na malik olduğunu və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər arasındakı dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməsini mübahisələndirmir, lakin xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər olan dövrdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən peşədə işləməsini qəbul etmir.

24. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında avtomobil çilingəri işləmiş, xx.xx.1983-cü ildə onu 2-ci peşə - 2-ci dərəcəli qaz qaynaqçısı peşəsi verilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir.

25. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər iddiaçının qaz qa ynaqçısı işləməsi barədə məlumatları mötəbər hesab edir, belə ki, cavabdeh iddiaçının qaz qaynaqçısı işləməsini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir.

26. Digər tərəfdən, iddiaçının əmək kitabçasında onun cavabdeh tərəfindən mübahisələndirilən peşəsi, cavabdehin qeyd etdiyi kimi “qaynaqçı” deyil, “qaz qaynaqçısı” («газосварщик») qeyd olunmuşdur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-11620 kodu ilə “qaz qaynaqçıları” peşəsi təsbit olunmuşdur.

28. Beləliklə, iddiaçının xx. xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının olduğu, bunun 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işdə çalışdığı nəzərə alındıqda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddəsindən irəli gələn tələb hüququ vardır.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2984/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar