Məhkəmə qərarları › İş №2-1(102)-613/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-613/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-613/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi; mənzil növbəsi və kirayə xərcləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilməsi, İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kiray ə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3268/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(81)-4426/2019 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2019-cu il tarixli qərarı ilə, İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apell yasiya və kassasiya şikayətləri təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 21(81)-4426/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir.

2. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 91 saylı Sərəncamı ilə İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslar ilə mənzil növbəsinə götürülmüşdür.

3. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli, 258 nömrəli “Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 91 saylı Sərəncamının ləğv olunması” barədə Sərəncamından çıxarışa əsasən, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 91 saylı Sərəncamının ləğv edilməsi, İddiaçı mənzil növbəsinə götürülmüş güzəştli şəxslərin siyahısından çıxarılması, kirayə xərci kimi xx.x x.2020-ci il tarixdən ödənilmiş vəsaitin Dövlət büdcəsinə geri qaytarılması İddiaçı həvalə edilməsi, Sərəncamın surətinin məlumat üçün vətəndaş İddiaçı göndərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx qarşı “Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilməsi, İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.x x.2010-cu il tarixədək Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2010-cu il tarixdə öz xahişi ilə polkovnik-leytenant rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən ona qanunla nəzərdə tutulmuş mənzil və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilməmişdir. Ailə tərkibi 4 nəfərdən ibarətdir, halhazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. İddiaçı ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməyi barədə dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsə də, məsələ öz həllini tapmamışdır. Bununla əlaqədar iddiaçının yazılı müraciətindən sonra xx.xx.2019-cu il tarixdə İcra Hakimiyyəti tərəfindən 02/09-11-1 l-B-6-059 saylı imtina məktu bu aldığına görə o zaman 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Müraciəti əsasında 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən iddiaçının 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə 2- 1(81 )-4426/2019 saylı iş üzrə 25 oktyabr 2019cu il tarixli qərar qəbul edilərək iddia tələbi təmin olunmuşdur. Lakin, cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti qəbul olunmuş qərarla razılaşmayaraq, apellyasiya şikayəti vermişdir. Binəqədi rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti üzrə işə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-234/2020 saylı qər arı ilə birinci instansiya məhkəməsinin 2-1(81)-4426/2019 saylı iş üzrə 25 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin bu qərarı ilə də razılaşmayaraq Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət etmişdir. Kassasiya şikayətinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1187/2020 saylı qərarı ilə Binəqədi rayon İcra Hakimiyyətinin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1 (103)234/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında xx.xx.2020-ci tarixdən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 91 saylı sərəncamı na əsasən ehtiyatda olan zabit qismində güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və 2022-ci ilin yanvar ayınadək Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən kirayə pulu ilə təmin olunmuşdur. Lakin, ona məlum olmayan səbəbdən xx.xx.2022-ci il tarixdən kirayə pulu ödənişi dayandırılmışdır. Bu səbəbdən Binəqədi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmiş və 10 aya yaxın vaxt keçdikdən sonra xx.xx.2022-ci tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunaraq yuxarıda qeyd olunan məhkəmə qərarlarının tələblərini pozan, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının “xx.xx.2020-ci il tarixli 91 saylı sərəncamının ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli 258 saylı güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş güzəştli şəxslərin siyahısından çıxarılma və kirayə xərci kimi xx.xx.2 020-ci il tarixdən ödənilmiş vəsaitin Dövlət büdcəsinə geri qaytarılması barədə sərəncamının surəti inzibati binada, qeydiyyat kitabına imza etməklə rəsmi qaydada iddiaçıya təqdim olunmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2-1(112)-3904/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilmiş və İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı üçün əlverişli qanuni inzibati akt olan xx.xx.2020-ci il tarixli, 91 nömrəli sərəncamın ləğvi barədə Binəqədi rayon İcra Hakimiyyətinin 258 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3268/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən, M.Tağızadə və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, faktiki olaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının mənzil uçotuna alınması barədə sərəncamı sonradan, iddiaçının razılığı və məlumatı olmadan, ləğv edilməsi ilə “İnzibati icraat haqqında” Qanununun 67.1, 67.2, 67.3, 67.4, 67.5, 67.6, 67.7-ci və “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci və Mənzil Məcəlləsinin 51.2, 51.4, 51.5, 51.6, 52, 53.1-ci maddələrinin tələblərini pozmuşdur.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 03/12-11-32/400 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********86 saylı məktubdan müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli, 4Ə-876 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı tərəfindən özgəninkiləşdirilmiş və özgəninkiləşdirmə tarixindən 5 il keçməmişdir. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə eht iyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 55.1.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsi uçotundan çıxarılırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunma sı 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şə xsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

15. Mənzil Məcəlləsi: Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim ed ən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü mad dəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Maddə 147... Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya bura xılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.... 17. “Hərbi qulluqçula rın statusu haqqında” Qanun Maddə

2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. … Maddə

12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ …

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz t orpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 18. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012- ci il 6 avqust tarixli 174 nömrəli Qərarı

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə ya lnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

26. Qanunv ericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin də lillərinə münasibətdə aşağıdakıları qeyd edir.

28. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir:

1. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 2022-ci il tarixli 258 saylı sərəncamının ləğv edilməsi; və 2. ehtiyatda olan zabit kimi güzəştli əsaslarla 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi hüquqlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

29. İddianın birinci tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında müəyyən olunur ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı 4 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi tələbi ilə hazırkı məhkə mə icraatından əvvəl məhkəmə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(81)-4426/2019 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2019-cu il tarixli qərar ilə iddia tələbi təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir. Nəticədə 1 saylı Bakı İnzibatiİqtisadı Məhkəməsinin 2-1(81)-4426/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmiş, yekunda həmin qərar icra edilərək Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 91 saylı Sərəncamı ilə iddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslar ilə mənzil növbəsinə götürülmüşdür.

30. Bundan sonra cavabdehin 07 oktyabr 2022-ci il tarixli 258 saylı Sərəncamı ilə xx.xx.2020-ci il tarixli, 91 saylı Sərəncam ləğv edilmiş, iddiaçı mənzil növbəsinə götür ülmüş güzəştli şəxslərin siyahısından çıxarılmışdır.

31. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında cavabdeh tərəfindən iddiaçının xeyrinə əlverişli inzibati akt - xx.xx.2020-ci il tarixli 91 saylı Sərəncam qəbul edilmişdir.

32. Lakin sonradan cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun hazırkı qərarın 14-cü bəndində qeyd olunan tələbləri nəzərə alınmadan, iddiaçı barəsində əlverişsiz inzibati akt - 07 oktyabr 2022-ci il tarixli 258 saylı Sərəncam qəbul edilmişdir.

33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyiş dirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək, həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “ İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

34. Göründüyü kimi, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı üçün əlverişli qanuni inzibati akt olan xx.xx.2020-ci il tarixli, 91 nömrəli sərəncamın ləğvi barədə Binəqədi rayon İcra Hakimiyyətinin 258 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır.

35. İddianın ikinci tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın “15-1 8“ bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur.

36. İşin araşdırılmış hallarına əsasən, iddiaçı 15 ildən artıq müddət ərzində hərbi xidmət etmişdir, zabitdir, hal-hazırda yaşadığı mənzilin mülkiyyətçisi deyil, nə onun, nə də ailə üzvlərinin torpaq sahəsi və yaşayış sahəsi yoxdur, o, yaşadığı mənzilin kirayəçisid ir, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir.

37. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi torpaq sahəsinin iddiaçı tərəfindən xx.xx.2019-cu ildə özgəninkiləşdirilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal 2019-cu ildə ilkin məhkəmə araşdırılması zamanı da mövcud idi və iddiaçının xeyrinə qərar çıxarılmasına təsir etməmiş və nəticədə xx.xx.2020ci il tarixdə iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi barədə 91 saylı sərəncam qəbul edilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 14-19(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 21(103)-3268/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar