Məhkəmə qərarları › İş №2-1(102)-614/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-614/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-614/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “Şamo” firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçı nümayəndəsi Ağabala Şamıyevin və vəkili Vəkil işti rakı ilə, İddiaçı “Şamo” firmasının cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(105)-552/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Şamo” firmasının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 48-ci məhəllədə, yerləşən i stifadəsində olan 168.4 kv metr torpaq sahəsi üzərində 134.7 kv metr ölçüdə yerləşən “Şamo” firmasına məxsus qeyri yaşayış binası üzərindəki mülkiyyət hüququnun daşınmaz əmlakda dövlət reyestrinə alınması və reyestrdən çıxarış verilməsi barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1992-ci il tarixli Qərarla Sumqayıt Şəhər Xalq X1 Heyəti tərəfindən “Vüqar” kiçik müəssisənin inzibati binasının tikinilməsi üçün 48-ci məhəllədə 60 m torpaq sahəsi ayrılmışdır. Həmin sənəd əsasında xx xxxxx 1993-cü il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “Vüqar” kiçik müəssisənin inzibati binasının Mövqe Planı tərtib edilmişdir. xx xxxxxx 1993-cü il tarixində “Vüqar” kiçik müəssisəsi bazasında “Fuad” firması yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal TəsərrüfatıKomitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin Sumqayıt Şəhər Texniki İnventanlaşdırma Bürosu tərəfindən “Vüqar” kiçik müəssisəsi “Fuad” firmasının yerləşdiyi inzibati binaya xx xxx 1997-ci il tarixli Texniki Pasport verilmişdir. Daha sonra “Vüqar” kiçik müəssisəsi qanunvericiliyin tələblərinə müvafiq olaraq “Hüseyn” İKF-yə çevrilmişdir. xx xxxxxx 2000-ci il tarixli Akta müvafiq olaraq “Hüseyn” İKF-sı və “Şamo” firması arasındakı inzibati binanın satıl ması müqaviləsinə əsasən “Hüseyn” İKFnin balansında olan ******* (yeddi milyon beş yüz min) manat dəyərində olan bina (əlavə texniki pasport və balansa mədaxil edilmə haqqında təsisçilərin razılıq protokolu ilə) “Şamo” firmasının direktoruna təhvil verilmişdir. Həmçinin, xx xxxxxx 2000-ci il tarixində “Hüseyn” İKF tərəfindən Etibarnamə də verilib. İddiaçı onu da qeyd edir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq “Şamo” firmasının xx xxx 2000-ci il tarixli Nizamnaməsi, Dövlət Qeydiyyatı Haqqında Şəhadətnaməsi və xx xxx 2000-ci il tarixli Dövlət Reyestrinə daxil edilmə haqqında Şəhadətnaməsi də mövcuddur. Bu sənədlərlə yanaşı Yanğından Mühafizə İdarəsinin, Sanepstansiyanın və Təbiəti Mühafizə İdarəsinin rəyi də var. Qeyd olunan bu sənədləri xx.xx.2017-ci il tarixli ərizəyə əlavə edərə k Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən istifadəsində olan 168,4 kv.metr torpaq sahəsi üzərində 134,7 kv.metr ölçüdə yerləşən “Şamo” firmasına məxsus qeyri-yaşayış binası üzərindəki mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsinə göstəriş verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Hətta müraciətində əgər tələbinin təmin edilməsi üçün hansısa sənədlərdə çatışmazlıq olarsa o zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinin tələbinə uyğun olaraq sənədlərin tamamlanması üçün vaxt verilməsini və məsələnin onun iştirakı ilə qanuni həll olunmasına kömək edilməsini cavabdehdə n xahiş etmişdir. Lakin cavabadeh orqan xx xxxxxx 2017-ci il tarixli bildirişlə ərizəsinin icrasının mümkün olmadığı barədə məktub göndərmişdir. Bildirişə nəzər saldıqda görmüşdür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi ərizəyə əlavə etdiyi sənədlərə hüquqi qiymət vermədən ona imtina barədə cavab verib. Onu da bildirir ki, ərizədə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinin tələbinə uyğun olaraq sənədlərin tamamlanması üçün vaxt verilməsi və məsələnin onun iştirakı ilə qanuni həll olunması barədə xahişini də nəzərə almayaraq öz mənafelərinə uyğun sözlər toplusundan ibarət bildiriş hazırlayıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi, h əmçinin, bildirişdə əsassız yerə qeyd edib ki, ərizəyə əlavə olunmuş “Hüseyn” İKF ilə “Şamo” firması arasında bağlanılmış ikitərəfli müqavilə notariat qaydasında təsdiq olunmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdırlar. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-46/2019 nömrəli (sədrlik edən hakim İ.Quliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd ol unan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-552/2019 nömrəli (hakimlər N.Nəsibov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və H.Babayeva) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1992-ci il tarixli Qərarla Su mqayıt Şəhər Xalq X1 Heyəti tərəfindən “Vüqar” kiçik müəssisənin inzibati binasının tikinilməsi üçün 48-ci məhəllədə 60 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin sənəd əsasında xx xxxxx 1993-cü il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “Vüqar” kiçik müəssisənin inzibati binasının Mövqe Planı tərtib edilmişdir. xx xxxxxx 1993-cü il tarixində “Vüqar” kiçik müəssisəsi bazasında “Fuad” firması yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin Sumqayıt Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən “Vüqar” kiçik müəssisəsi “Fuad” firmasının yerləşdiyi inzibati binaya xx xxx 1997-ci il tarixli Texniki Pasport verilmişdir. Daha sonra “Vüqar” kiçik mü əssisəsi qanunvericiliyin tələblərinə müvafiq olaraq “Hüseyn” İKF-yə çevrilmişdir. xx xxxxxx 2000-ci il tarixli Akta müvafiq olaraq “Hüseyn” İKF-sı və “Şamo” firması arasındakı inzibati binanın satılması müqaviləsinə əsasən “Hüseyn” İKF-nin balansında olan ******* manat dəyərində olan bina “Şamo” firmasının direktoru qismində ona təhvil verildi. Hakim işin araşdırılması üçün prosessual qanunvericiliklə verilmiş səlahiyyətlərindən tam istifadə etməyərək, sübutların tam şəkildə araşdırılması üçün zəruri sorğular verməyərək işin ədalətli şəkildə araşdırılmasını təmin etməmişdir. Tələbinin rədd edilməsi barədə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(085)-46/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarını rəsmi şəkildə əldə etdikdən sonra nəzər yetirərkən görür ki, hakim maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması, ziddiyyətli məqamların yaranması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Qəbul edilmiş qərarda “Hüseyn” İKF ilə “Şamo” firması arasında bağlanmış ikitərəfli müqavilənin notariat qaydasında təsdiq olunmadığı qeyd olunmuş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə notariat qaydasında təsdiq olunmalıdır. Bir daha vurğulayır ki, hüquqi şəxsin özünün notariat kontorları kimi sənədləri təsdiq etmək səlahiyyəti vardır. Belə ki, hüquqi şəxs sənədləri səlahiyyətli şəxsin imzası və möhürlə təsdiq edir. Odur ki, “Hüseyn” İKF ilə “Şamo” firması arasında bağlanılmış ikitərəfli müqavilə 2000-ci ildə iki hüquqi şəxs arası nda bağlandığından bu müqavilənin hansısa notariat kontorunda təsdiq olunmasına heç bir zərurət yox idi. Çünki, həmin dövrdə hüquqi şəxslərin özləri də notariat funksiyasına da malik idi. “Vüqar" kiçik müəssisəsinin “Hüseyn“ İKF-yə çevrilməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi hakimə tərəflərdən kifayət qədər böyük araşdırma səlahiyyətləri vermişdir. Lakin göründüyü və aydın olduğu kimi hakimlər işin ədalətli araşdırılmasında maraqlı olmadığı üçün bu bir ildən çox çəkən məhkəmə prosesləri zamanı səlahiyyətlərindən və qanunvericiliyin verdiyi imkanlardan kifayət qədər istifadə etməyərək müəssisənin İKF-yə çevrilməsindəki əlaqəni tapmaq üçün yetərli sorğular verməmiş, araşdırmalar aparmamış və nəticədə isə bu çevrilmə əlaqəsinin tapılmadığı hissəsini b aşlıca əsas tutaraq qərarına və cavabdehin imtinasına haqq qazandırmağa çalışıb. Lakin nəzərə alınmalıdır ki, o, məhkəmə prosesləri zamanı vəsatətlərlə müraciət edən zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini rəhbər tutaraq müraciət etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(105)-552/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və proses sual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Şamıyev də vəkiliVəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-552/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edə n şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(105)-552/2019 saylı qərarla, Sumqayıt İnzibati-İqt isadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişiklik edilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Qanunun 9.1, 9.1.1, 9.1.2, 9.1.3, 9.1.4-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, «Şamo» firması arasındakı inzibati binanın satılması müqaviləsinə əsasən «Hüseyn» İKF-nın balansında olan ******* manat dəyərində olan bina (əlavə texniki pasport və balansa mədaxil edilmə haqqında təsisçilərin razılıq protokolu ilə) «Şamo» firmasının direktoruna təhvil verilmişdir, iddiaçının vəsatəti nəzərə alınaraq, məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, lakin iddiaçının qeyd etdiyi hallar tam təsdiqini tapmamışdır, «Vüqar» kiçik müəssisəsinin «Hüseyn» İKF-yə çevrilməsini təsdiq edən sənəd məhkəmə yə təqdim edilməmişdir, qeyd olunanlara əsasən məhkəmə, düzgün olaraq, iddianı rədd etmişdir, birinci instansiya məhkəməsinin hüququ mövqeyi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçı «Şamo» firması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, Sumqayıt şəhərı, 48-ci məhəllədə yerləşən 168,4 kvadrat metr torpaq sahəsi üzərində 134,7 kvadrat metr ölçüdə olan “Şamo” fırmasına məxsus qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia edir ki, xx xxxxxx 1992-ci il tarixli Qərarla Sumqayıt Xalq X1 Heyəti tərəfindən «Vüqar» kiçik müəssisəsinin inzibati binasının tikinilməsi üçün 48-ci məhəllədə 60 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin sənəd əsasında xx xxxxx 1993-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən «Vüqar» kiçik müəssisənin inzibati binasının mövqe planı tərtib edilmişdir. xx xxxxxx 1993cü il tarixdə «Vüqar» kiçik müəssisəsinin bazasında «Fuad» firması yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi «Aztexinventarlaşdırma» İstehsalat Birliyinin Sumqayıt Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən «Vüqar» kiçik müəssisəsi «Fuad» firmasının yerləşdiyi inzibati binaya xx xxx 1997-ci il tarixli texniki pasport verilmişdir. Daha sonra, «Vüqar» kiçik müəssisəsi qanunvericiliyin tələblərinə müvafiq olaraq «Hüseyn» İNF-yə çevrilmişdir. xx xxxxxx 2000-ci il tarixli akta müvafiq olaraq, «Hüseyn» İKF ilə «Şamo» firması arasındakı inzibati binanın satılması müqaviləsinə əsasən «Hüseyn» İKF-nin balansında olan ******* manat dəyərində olan bina (əlavə texniki pasport və balansa daxil edilmə haqqında təsisçilərin protokolu ilə) «Şamo» firmasının direktoruna təhvil verilmişdir. Qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayətindəki əsas dəlili ondan ibarətdir ki, məhkəmələr İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərini pozaraq, iddiaçının yuxarıda göstərilmiş məsələlərlə bağlı, yəni, sözügedən «Vüqar» kiçik müəssisənin, sonradan onun bazasında yaradılmış «Fuad» firmasının, ən nəhayət «Vüqar» kiçik müəssisəsinin «Hüseyn» İKF-yə çevrilməsini təsdiq edən sübutların əldə edilməsi barədə vəsatətləri təmin etməmiş, nəticə etibarı ilə sübutların tam şəkildə araşdırılması üçün zəruri sorğular verməyərək işin ədalətli şəkildə araşdırılmasını təmin etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili iş materialları ilə tam təkzib olunduğundan əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində hazırkı mübahisəyə baxılarkən iddiaçının bu mövzuda olan bütün vəsatətləri təmin edilmiş, nəticə etibarı ilə xx xxxxx 2018-ci il tarixdə Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamen tinə sorğu göndərilmiş (Departamentin cavabı – «Uçot məlumat bazasında «Vüqar» kiçik müəssisəsinə və «Fuad-98» firmasına aid hər hansı bir məlumat mövcud deyil, «Hüseyn» İKF-nin təsisçiləri S.Vəliyev, Ş.Verdiyev və H.Hüseynovdur»), xx xxxx 2018-ci il, xx xxxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyətinə 4 sorğu göndərilmiş, xx xxxx 2019-cu il və xx xxxxx 2019-cu il tarixlərində Sumqayıt Şəhər Dövlət Arxivinə 2 sorğu göndərilmiş, lakin cavablardan müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi kimi, «Vüqar» kiçik müəssisəsinin «Hüseyn» İKF-ya çevrilməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, işi həll etmiş birinci instansiya məhkəməsi iddiaçının bildirdiyi kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərini pozm amış, əksinə həmin maddənin müddəalarına tam və hərtərəfli riayət etmişdir. İddiaçının kasasiya şikayətindəki digər dəlili isə ondan ibarətdir ki, «qəbul edilmiş qərarda «Hüseyn» İKF ilə «Şamo» firması arasında bağlanmış ikitərəfli müqavilənin notariat qaydasında təsdiq olunmadığı qeyd olunmuş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsi əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə notariat qaydasında təsdiq olunmalıdır. Bir daha vurğulayıram ki, hüquqi şəxsin özünün notariat kontoru kimi sənədləri təsdiq səlahiyyəti vardır». Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, nə birinci instansiya məhkəməsinin, nə də apelyasiya instansiyası məhkəməsinin qərarlarının «Əsasl andırma hissəsində» iddiaçının yuxarıda göstərdiyi cümlə, o cümlədən Mülki Məcəllənin 144.1-ci maddəsinə əsaslanmaları ümumiyyətlə mövcud deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qanuni və əsaslıdır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-552/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar