Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-614/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidmətinə) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1722/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 13.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş idarəsinə qarşı “02.06.2017-ci il tarixli **********476800 saylı qərarın tam şəkildə ləğv edilməsi, verginin hesablanması barədə cavabdehin 10.05.2017-ci il tarixli **********5535300 nömrəli xidməti məktubu formasında qəbul edilmiş qərarının tam şəkildə ləğv edilməsi, cavabdehin iddiaçının vergi ödəyicisi kimi uçota a lmaq barədə qərarının ləğv edilməsi, 11512,51 manat vergi məbləğinin və ona aid hər hansı faizlərin və maliyyə sanksiyalarının iddiaçının şəxsi hesabından silinməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulması, iddiaçının vergi ödəyicisi kimi vergi uçotundan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı 12.05.2020-ci il tarixində “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin aşağıdakı qaydada dəqiqləşdirdiyini bildirmişdir: yeganə iddia tələbi kimi “AR Vergilər Nazirliyinin 24.10.2019cu il tarixli **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi”, yeganə cavabdeh kimi Azərbaycan Respublikası Vergilər Na zirliyi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadı ilə (hakim: M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə hesab etmişdir ki, iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən iddia mümkün sayıla bilməz.
5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək onun ləğv edilməsini, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1722/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.Ə.Baxışova və V.M.Məmmədov) iddi açının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadı ləğv edilmiş, iş birinci instansiya məhkəməsinə göndərilmişdir.
7. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin bərpası barədə vaxtında iddiaçıya məlumat verməmiş, bununla da Azərbaycan Respublikası İPM-in 13-cü maddəsində göstərilmiş yardım etmə vəzifəsini pozmuşdur.
8. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaçının iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəm əsinin gəldiyi nəticə İnzibati Prosessual Məcəllənin tələblərinə cavab vermir. Belə ki, apellyasiya məhkəməsinin 09.10.2020-ci il tarixli qərardadında, prosessual müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməli olduğuna dair inzibati məhkəmənin 05.08.2020-ci il tarixli məktubunun iddiaçıya çatdırılmadan qərardad qəbul olunduğu qeyd edilməsinə baxmayaraq, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən ötürülmüş müddətlərin bərpa edilməli olduğuna dair hər hansı sübut təqdim olunmamış, məhkəmə tərəfindən isə həmin müddətlərin bərpa olunub-olunmaması barədə hər hansı bir araşdırma aparılmamışdır. Bu isə öz növbəsində iddiaçı tərəfindən müddətə əməl olunmasına mane olan halların ümumiyyətlə mövcud olmadığını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayət inə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları ( tərəflər və məhkəmə icr aatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏM ƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
15. İPM-in 35.3-cü maddəsinin məzmunundan göründüyü kimi, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər.
16. Yuxarıda (bu Qərarın 13-cü bəndində) istinad edilən normaların əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qər ardad qəbul etmişdir. Bu qərardadlardan şikayət verilməsi İPM-in müvafiq normalarına əsasən istisna edilir.
17. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
18. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1722/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.