Məhkəmə qərarları › İş №2-1(102)-614/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-614/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-614/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Şamaxı rayon Bağırlı Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, iddia müddəti. Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-569/2021 nömrəli qərardan üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İcra hakimiyyətinə müraciət edərək, mağaza tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmasını xahiş etmişdir.

2. Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 184 saylı sərəncamına əsasən iddiaçıya ticarət xidməti göstərmək üçün kənd təsərrüfatına yararsız 0,15 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin yerləşməsinə dair sxem tərtib edilmişdir. Sxemə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin iki hissədən (0,06 ha və 0,09 ha) ibarət olmaqla, bir tərəfdən yol ilə, digər tərəflərdən qonşu torpaq sahələri, həmçinin “Yem anbarı” və “Sağıcılar evi” kimi göstərilən tikililərlə əhatə olunmuş, xx.xx.1997-ci il tarixində torpaq sahəsi naturada ayırıb iddiaçıya təhkim olunmuş, bu barədə müvafiq komissiya t ərəfindən akt tərtib edilmişdir.

3. Torpaqların alqı-satqısına dair 2006-cı il tarixli akta əsasən, Şamaxı rayon Bağırlı kəndində yaşayan X4 rayon bələdiyyəsinə 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir.

4. Əraziyə bələdiyyə orqanın iclasında baxılmış və Bağırlı bələdiyyəsi ərazisində 0.06 ha torpaq sahəsinin satılması barədə 2006-ci il 3 oktyabr tarixli 11 saylı qərar qəbul etmişdir.

5. Şamaxı rayon Bağırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Şamaxı rayon Bağırlı kənd sakini X5 tikinti məqsədi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin yerləşməsinə dair sxem tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ona verilmiş 0,15 ha torpaq sahəsinin 0.06 ha hissəsinin üçüncü şəxsə satılmasına istinad edərək cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X2 barədə xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçıya Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı ilə 0,15 ha torpaq sahəsi mağaza tikintisi üçün ayrılmışdır. Həmin tarixdən göstərilən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Lakin, Şamaxı rayon Bağırlı bələdiyyəsi ona ayrılmış torpaq sahəsinin 0,06 ha hissəsini xx.xx.2006-cı ildə X3 və həmin tarixdə torpağın al qı-satqısına dair akt da tərtib edilmişdir. Bələdiyyənin həmin torpaq sahəsilə bağlı qərar vermək səlahiyyəti olmadığından bələdiyyə qanunsuz və əsassız olaraq ona ayrılmış torpaq sahəsini A.Sayılovaya satmışdır.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)- 45/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova).

9. Birinci instansiya tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar "xxxx" MMC-nin məhkəməyə ünvanladığı mütəxəssis rəyində bildirilir ki, naturada mübahiəsləndirilən torpaq sahəsinin koordinatları GPS vasitəsi ilə qeydə alınıb kameral şəraitdə “Google Yer” proqramının ortfoto görüntülərinə və ərazinin yerquruluşu sxeminə əsasən dəqiqləşdirilmiş və məlum olmuşdur ki, İddiaçı ayrılmış 0,15 ha torpaq sahəsi iki hissədən ibarətdir. İddiaçının sözlərinə görə mübahisə həmin torpağın 0.09 ha hissəsinə aiddir. Qeyd olunan 0.09 ha torpaq sahəsinə dair sxemdə miqyas göstərilməmiş, torpaq sahəsinin dörd tərəfindən yalnız bir tərəfinin ölçüsü sxemdə qeyd edilmişdir. Digər üç tərəfinin ölçüsü isə sxemdə qeyd edilməmişdir. Həmin sxem “Google Yer” proqramının görüntülərinə və ərazinin yerquruluşu sxeminə əsasən natura ilə müqayisə edildikdə məlum olmuşdur ki, sxemlə natura arasında uyğunsuzluq mövcuddur. X5 ayrılmış 0.06 ha torpaq sahəsinə dair sxem də məktuba əlavə edilməmişdir. Bu səbəblərdən də tərəflərə ayrılmış torpaq sahələrinin sərhədlərinin naturada harada yerləşməsini dəqiqləşdirmək mümkün olmamışdır

10. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin məhz həmin ərazidə yerləşməsi v ə üçüncü şəxsə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi ilə üst üstə düşməsi təsdiq olunmadığından həmin bələdiyyə qərarının ləğv edilməsinə dair iddia təmin edilməməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-8/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)45/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İ ddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. a) kassasiya instansiya məhkəməsində birinci icraat

15. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)1228/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi –Nigar Rəsulbəyova, hakimlər – İlqar Hüseynov və Kəmaləddin Bədəlov ) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(105)- 8/2021 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

16. Kassasiya instansiyası hesab etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianı rədd etsə də, buna səbəb iddia tələbinin əsassız olması yox, mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən edə bilməməsi olmuşdur. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilməsinə baxmayaraq mübahisə öz həllini tapmamış olur. c) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-569/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Rəşadət Ağayev, hakimlər – İlqar Dəmirov və Gülnarə Tağızadə ) iddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(85)- 45/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X2 barədə xx.xx.2006-cı il tarixli qərarı ləğv edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şamaxı rayonu Bağırlı bələdiyyəsinin 03 oktyabr 2006-ci il tarixli qərarı ilə 3-cü şəxs Almaz Sayılovaya ayrılmış 0.06 ha torpaq sahəsi nəinki həmin bələdiyyənin mülkiyyətinə, hətta ehtiyat fonduna aid olmayan, dövlət torpağı kimi hələ bələdiyyələr fəaliyyətə başlayana qədər İcra Hakimiyyəti tərəfindən xx.xx.1997-ci ildə iddiaçıya ayrıldığından, mübahisələndirilən 03 oktyabr 2006cı il tarixli qərar Bağırlı bələdiyyəsinin səlahiyyəti olmadan qəbul edildiyindən, qanunsuz inzibati akt hesab edilməklə ləğv edilməlidir.

19. Üçüncü şəxs kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərində qeyd edilir ki, Mülki qanunvericiliyə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız.olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs torpaq sahəsinin mülkiyyətçisi sayılır.

21. Üçüncü şəxs Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 oktyabr 1998-ci il tarxli qərarı ilə ona verilmiş 0.15 ha torpaq sahəsində yaşayış evi inşa edilmiş və torpağa dair ona şəhadətnamə də verilmişdir. Evinin arxasından keçən Ağsu-Padar yolu ilə onun evi arasında boş torpaq sahəsi olmuş və 2006-cı ildə Bağırlı bələdiyyəsinə müraciət edərək həmin 0.06 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş və rayon torpaq şöbəsi və bələdiyyə torpağa baxış keçirərək torpağın b oş olduğunu müəyyən etdikdən sonra bu barədə rəy vermiş və 0.06 ha torpaq sahəsi bələdiyyənin qərarı ilə ona satılmışdır. O, sözügedən torpaq sahəsində mağaza tikdirmiş və 2006-cı ildən həmin torpaq istifadəsindədir. İddiaçı həmin torpaqdan heç vaxt istifadə etməmiş və iddiaçıya ayrılmış torpağın məhz həmin torpaq olmasını təsdiq edən heç bir sənədi yoxdur. Ona ayrılan torpaq sahəsinin çıxarışı yoxdur, ancaq bələdiyyə qərarı vardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzib ati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (e kvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, təl əblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. İş üzrə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb edildiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm amışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi mümkün sayılmamalıdır.

27. Yuxarıda istinad olunan normanın da tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.

28. Bu baxımdan, məhkəməyə iddia ilə müraciət hüququ mütləq hüquq deyildir və qanunvericiliklə müəyyən edilmiş şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sa bitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

29. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir.

30. Nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisələndirmə haqqında iddiaya münasibətdə digər şərtlərlə yanaşı həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də ödənilmiş olmalıdır.

31. İşin hallarından görünür ki, hazırkı iddia yuxarıda istinad olunan normalar anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar iddia müddətinə tabedir və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.

32. Belə ki, iş materiallarından görünür ki, Şamaxı rayon İcra Hakimiyyətinin 25 iyul 1997-ci il tarixli, 184 saylı sərəncamına əsasən X6 0,15 ha torpaq sahəsi verilmişdir.

33. Şamaxı rayon Bağırlı Bələdiyyəsinin 03 oktyabr 2006-cı il t arixli qərarı ilə kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Şamaxı rayon Bağırlı kənd sakini X5 tikinti məqsədi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır.

34. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayonu Bağırlı kəndində yaşayan X7 2006-cı ildə bələdiyyə orqanına müraciət etmiş, Bağırlı bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə 3 oktyabr 2006-cı il tarixli, 11 nömrəli qərar qəbul edilmiş və DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən qeydə alınmışdır.

35. DTXK-nin Şamaxı rayon şöbəsi tərədindən verilmiş rəydən görünür ki, A.Sayılovaya tikinti məqsədləri üçün satılması nəzərdə tutulan 0.06 ha bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir.

36. Şamaxı rayon İHB-nın İcra Hakimiyyəti və DTXK-nin Şamaxı rayon şöbəsi tərəfinə n təsdiq edilmiş xx.xx.1997-ci il tarixli aktdan görünür ki, Şamaxı rayon İHBnın 25 iyul 1997-ci il tarixli 184 saylı sərəncamı ilə Bağırlı kənd sakini İddiaçı verilmiş 0,15 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi naturada Ağsu-Çöl Göylər yolunun sağ tərəfindən ayrılıb vətəndaşa verilmişdir.

37. Beləliklə, hazırkı iş üzrə iddiaçı iddia edir ki, Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı ilə mağaza tikintisi üçün ayrılmış 0,15 ha torpaq sahəsinin 0.06 ha hissəsi Bağırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X1. Bu səbəbdən də iddiaçı həmin qərarın ləğv edilməsi tələbi ilə 20 dekabr 2017-ci il tarixdə Sumqayıt İnzibat-İqtisadi məhkəməsinə müraciət etmişdir.

38. Lakin iddiaçı 27 noyabr 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəmə sində etiraf etmişdir ki, o mübahisə açdığı 03 oktyabr 2006-cı il tarixli qərardan 2016-cı il tarixdə Ali Məhkəmədə baxılarkən məlumatı olmuşdur.

39. Bununlada iddiaçı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini buraxmışdır.

40. Yuxarıda qeyd edildiyi kimi iddiaçı mübahisə açdığı qərardan 2016-cı il tarixdə. məlumatlı olmuşdur, lakin o cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququnun yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. 41.İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasib ətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 42. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” i ş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

43. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisə ləndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

44. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsi ri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).

46. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir k i, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

47. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

48. Bəhs olunanlara əsa sən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

49. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-569/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar