Məhkəmə qərarları › İş №2-1(102)-614/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-614/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-614/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri, B.Mirzəyev küçəsi, dalan 2də istifadə olu nan 0.1459 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı 86.6 kv.m yaşayış, 81.5 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın reyestrində 4 nömrəli reyestr kitabının 103 nömrəli vərəqəsində xx.xx.2009-cu il tarixli qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-595/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı “İsmayıllı şəhəri, B.Mirzəyev küçəsi, dalan 2-də istifadə olunan 0.1459 ha torpaq sahəsində yerləşən bir mərtə bəli 4 otaqlı 86.6 kv.m yaşayış 81.5 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın reyestrində 4 nömrəli reyestr kitabının 103 nömrəli vərəqəsində xx.xx.2009-cu il tarixli qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 05 sentyabr 2023-cü tarixli, 2-1(116)-2098/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

2. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-595/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü tarixli, 2-1(116)-2098/2023 nömrəli qərardadı dəyişdir ilmədən qüvvədə saxlanılmışdır.

3. İddiaçı 13 noyabr 2023-cü il tarixdə həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

90. Kassasiya şikayəti vermək hüququ... 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağ lı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir....

5. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

6. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə haqqında” Əsasnamə: Bənd 1.5. Vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (1 nömrəli Əlavə). KASSASİYANİN MÜMKÜNLÜYÜ

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Belə ki, İPM -in 1.2, 90.3 və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinə görə, mülki icraatda olduğu kimi inzibati məhkəmə icraatında da kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Odur ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir ki, həmin şikayət icraata qəbul edilsin və bunun əsasında kassasiya icraatı mümkün sayılsın.

8. Hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmamış və şikayətə vəkil orderi əlavə edilməmişdir.

9. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya bildiriş göndərilərək kassasiya şikayətində olan çatışmazlıqlar barədə ona məlumat verilmiş, 19 yanvar 2024-cü il tarixədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks ha lda şikayət üzrə kassasiya icraatının mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, məhkəmə bildirişində göstərilən tarixədək, eləcə də hazırkı qərardad qəbul edilən vaxtadək həmin çatışmazlığın aradan qaldırılması üçün iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəblərdən hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

11. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-595/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar