Məhkəmə qərarları › İş №2-1(102)-614/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-614/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-614/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması) 23.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı tarixdən bərpa edilməsi, həmin tarixdən pensiya məbləğindən aparılmış tutulma dayandırılmaqla tutulmuş məbləğin geri qaytarılması, pensiyanın artımlar nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1416/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Dövlət Sosial X2 rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022ci il tarixli qərarı ilə iddiaçıya pensiya təyin olunduğu tarix xx.xx.2010-c u il göstərilmiş, onun əmək pensiyası 1364,75 manatdan 429,86 manata endirilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə ünvanlanmış yazılı məruzədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aparmış olduğu əməliyyat axtarış tədbirləri nəticəsində X1 ofisi və mənzilindən götürülmüş maddi sübutlar arasında iddiaçı və onun pensiyasının hesablanması barədə sənədlər aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilir ki, iddiaçıya əmək pensiyası şəxsiyyət vəsiqəsinin surəti saxtalaşdırılmaqla yüksək məbləğdə təyin edilmiş və ödənilmişdir. Belə ki, təvəllüd 1 il geriyə düzəldilməklə yaşının bir il artırılması, yaşayış yeri həqiqətə uyğun olmayan Abşeron rayon ərazisi göstərilməklə saxtalaşdırılmışdır. Bu saxtalaşdırma pensiyanın məhz 52 yaşından 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla yüksək məbləğdə təyin edilməsi üçün edilmişdir. İddiaçının adına olan 3 şəxsiyyət vəsiqəsində də onun Abşeron rayonu ilə hər hansı bağlılığı olmamış, həmin ərazidə yaşamamışdır. Pensiya təyinatı aparılarkən də təvəllüd saxtalaşdırılmış variantda nəzərə alınmışdır. Bundan əlavə, onun hərbi biletində də saxtalaşdırılma edilərək təvəllüdlü 1957-ci il kimi göstərilmişdir. Beləliklə də iddiaçı xx.xx.2010-cu il tarixdən pensiya hüququna malik olduğu halda, 1 illik müddətlə bağlı saxtalaşdırma nəticəsində orta aylıq əmək haqqı nəzərə alınmaqla ona pensiya təyin edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma nəticəsində iddiaçının güzəştli şərtlərlə yaş a görə əmək pensiyası almaq hüququ olmadığı halda saxtalaşdırılması ehtimalı olan sənədlərə əsasən ona Dövlət Sosial Müdafiə Fondunun keçmiş Abşeron rayon şöbəsi tərəfindən aylıq məbləği yüksək olan əmək pensiyasının təyin edilməsi və Fondun keçmiş Səbail rayon şöbəsi tərəfindən ödənişin davam etdirilməsi nəticəsində xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 97843,68 manat artıq pul vəsaitinin əsassız ödənildiyi müəyyən edilib. Müvafiq tapşırığa uyğun olaraq iddiaçının pensiya məbləği 1364,75 manatdan 429,86 manata azaldılıb, həmçinin artıq ödənildiyi müəyyən edilmiş 97843,68 manat pul vəsaiti cari ilin iyul ayından etibarən onun əmək pensiyasından hissə-hissə çıxılmaqla (hər ay 85,97 manat) büdcəyə bərpa edilir. Eyni zamanda, araşdırmanın nəticəsi olaraq iddiaçıya qanu nazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” qərarı qanunsuz hesab edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, həm in tarixdən etibarən pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və o, 2023-cü ilin iyun ayınadək hər ay pensiya ödənişini almışdır. İyun ayında pensiya məbləği kəskin şəkildə azalmış və iddiaçı ifadə vermək üçün prokurorluğa dəvət edilmişdir. İddiaçıya bildirilmişdir ki, 2009-cu ildə o, pensiyaya çıxarılan zaman qanun pozuntusuna yol verilmişdir, bununla bağlı məsələ Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılır. İddiaçının pensiyası az aldılmaqla yanaşı, iyun ayından başlayaraq ondan hər ay əlavə olaraq 85,97 manat da tutulmağa başlanmışdır. Bununla bağlı iddiaçının cavabdehə etdiyi müraciət təmin edilməmişdir. Cavabdeh bildirmişdir ki, araşdırma nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda saxtalaşdırılması ehtimalı olan sənədlərə əsasən ona Dövlət Sosial Müdafiə Fondunun keçmiş Abşeron rayon şöbəsi tərəfindən aylıq məbləği yüksək olan əmək pensiyasının təyin edilməsi və Fondun keçmiş Səbail rayon şöbəsi tərəfindən ödənişin davam etdirilməsi nəticəsində xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 97843,68 manat artıq pul vəsaitinin əsassız ödənildiyi müəyyən edilib. Müvafiq tapşırığa uyğun olaraq iddiaçının pensiya məbləği 1364,75 manatdan 429,86 manata azaldılıb, həmçinin artıq ödənildiyi müəyyən edilmiş 97843,68 manat pul vəsaiti cari ilin iyul ayından etibarən onun əmək pensiyasından hissə-hissə çıxılmaqla (hər ay 85,97 manat) büdcəyə bərpa edilir. Cavabdeh, həmçinin, bildirmişdir ki, araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Cavabdehin bu hərəkəti qanunsuz və əsassızdır. Belə ki, iddiaçının pensiyasından ayda 85,97 manatın tutularaq büdcəyə bərpa edilməsi dayandır ılmalı, ondan tutulmuş pullar pensiyasına bərpa edilməlidir. İddiaçının aldığı pensiya məbləğinin 1364,75 manatdan 429,86 manata azaldılması ilə bağlı məsələyə cavabdeh təşkilat aydınlıq gətirməmişdir. 2009-cu ildə pensiya təyin edildiyi zaman iddiaçının pensiyası 499 manat məbləğində olmuş və hər il məbləğin indeksləşdirilməsi nəticəsində 1364,75 manat məbləğə çatdırılmışdır. Həmin məbləğin üç dəfə azaldılması cavabdeh tərəfindən əsaslandırılmamışdır.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasında artıq pul vəsaiti ödənilmişdir ki, bununla əlaqədar onun pensiyası azaldılmış, artıq ödənilmiş məbləğin əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi qərara alınmışdır. Həmin yüksək pensiyanın ödənilməsi ilə əlaqəd ar inzibati xəta və ya cinayət əlamətləri olduğundan araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 27 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-5552/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2010-cu il tarixdən təyin edilməsi, bu zaman isə orta aylıq əmək haqqı nəzərə alınmadan hesablamanın aparılması, nəticədə pensiya məbləğinin kəskin aşağı məbləğdə ödənilməsindən narazı olmaqla bu barədə qərarın qanunsuz hesab edilməsi, pensiyasının əvvəlki qaydada, yəni orta aylıq əm ək haqqı nəzərə alınmaqla hesablanması, ödənilməmiş pensiya məbləğinin ödənilməsi və tutulan pensiya məbləğinin geri qaytarılmasında iddialıdır. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin müəyyən edilib-edilməməli olması ona pensiyanın xx.xx.2010-cu il tarixdən əvvəl və ya həmin tarixdən sonra təyin edilməsindən asılıdır. Belə ki, şəxsə yaşa görə əmək pensiyası xx.xx.2010-cu il tarixədək təyin edilmişdirsə, hal-hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun, həmçinin “Əmək pensi yaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqının nəzərə alınması mümkün hesab edilir. Həmin tarixdən sonra təyin edilmiş pensiyanın müəyyən edilməsi zamanı isə orta aylıq əmək haqqının nəzərə alınması istisna edilmiş, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir.

10. Beləliklə də, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın qanuna uyğun olub-olmaması, orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının hesablanmalı olub-olmaması ilə əlaqədardır. İşin faktiki hallarından isə görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdü olmaqla onun əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixdə, yəni xx.xx.2010-cu il tarixdən sonra yaranmışdır. Bu isə, o deməkdir ki, orta aylıq əmək haqqı nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi istisna olunur. Belə olduğu təqdirdə, əmək pensiyasının yenidən hesablanması barədə qərarın qanunsuzluğuna dəlalət edən hər hansı hal müəyyən edilmədiyindən əmək pensiyasının xx.xx.2010-cu il tarixdən sonrakı, yəni orta aylıq əmək haqqı nəzərə alınmamaqla hesablanması barədə cavabdehin hərəkətləri qanuni olmuş, iddiaçının hüquqlarının pozulması baş verməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın qanunsuz hesab edilməsi, əvvəlki hesablama qaydası nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, azaldıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməs i öhdəliyi barədə hissədə rədd edilməlidir.

11. Həmçinin qeyd edilməlidir ki, iddiaçı barəsində əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilərkən həqiqətə uyğun olmayan, təhrif edilmiş sənədlər təqdim edilmiş, iddiaçının şəxsiyyəti barədə məlumatlarda düzəlişlər edilərək təvəllüdü, yaşayış yeri kimi məlumatlar saxtalaşdırılmış, nəticədə iddiaçının yaşayış yeri ilə heç bir əlaqəsi olmayan Abşeron rayon şöbəsi tərəfindən pensiya təyinatı aparılmışdır. Göstərilən hallar isə, maraqlı şəxsin etimad hüququna istinadın istisna edilməsi hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı əmək pensiyasının təyinatı aparılarkən istər təhrif olunmuş sənədlərin təqdim edilməsi ilə bu barədə inzibati aktın qəbuluna nail olduğundan, istərsə də onunla heç bir bağlılığı olmayan yaşamadığı rayon üzrə, yəni Abşeron rayon şöbəsi tərəfindən təqdim edilmiş həmin sənədlər əsasında xx.xx.2009-cu il tarixdən pensiyanın təyin edilməli olmasının qanunsuz olduğunu ən azından kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda qəbul edilmiş qanunsuz inzibati aktla bağlı etimad hüququnun qorunmasına istinad edə bilməz. Bu səbəbdən də həmin inzibati aktın nəticəsində artıq ödənilmiş məbləğin geri qaytarılmasının tələb edilməsinə dair iddia da rədd edilməlidir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, həmin tarixdən pensiya məbləğindən aparılmış tutulmanın dayandırılması, xx.xx.2022-ci il tarixdən etibarən pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması, pensiya məbləğinin artımlar nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Şərafət Məmmədova) 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1416/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiya məbləğindən tutulmanın dayandırılması və iddiaçının pensiya məbləğindən tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdü olmaqla onun əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixdə, yəni xx.xx.2010cu il tarixdən sonra yaranmışdır. Lakin iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, şəxsiyyət vəsiqəsində iddiaçının təvəllüdü xx.xx.1957-ci il göstərilmiş, iddiaçıya Dövlət Sosial X2 rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə həmin t arixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda mübahisələndirilən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdən pensiya təyin edilərək yenidən hesablanması qanunauyğun olmuş, iddiaçının hüquqları pozulmamışdır.

16. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqq ında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu iş materialları ilə öz təsdiqini tapmır. Cavabdeh tərəfindən də bu barədə heç bir dəlil təqdim edilməmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar y alnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanu nla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subord inasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti m ümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fakt iki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı kassasiya icraatının predmetini təşkil etməsi baxımından iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2022-ci il tarixdən onun pensiya məbləğindən aparılmış tutulmanın dayandırılmasına və tutulmuş məbləğin ona geri qaytarılmasına nail olmaqdan ibarətdir.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından xx.xx.2022-ci il tarixdən iddiaçının pensiya məbləğindən aparılmış tutulmanın dayandırılması və tutulmuş məbləğin ona geri qaytarılması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəb ərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh aparılmış araşdırma nəticəsində iddiaçıya xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 97843,68 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən olunduğunu əsas gətirərək, həmin hala iddiaçının münasibətini öyrənmədən, artıq ödəmənin geri qaytarılması ilə bağlı onun razılığını almadan, hər hansı inzibati akt qəbul etmədən və ya məhkəməyə müraciət etmədən, artıq ödənil diyi iddia edilən həmin vəsaitin geri qaytarılması məqsədilə xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının pensiya məbləğindən tutulmalar aparmışdır.

32. Bu qərarın 20-ci bəndində istinad olunan normada təsbit olunmuş qaydaya əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. 33. “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinin tələbi baxımından, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.

34. Göründüyü kimi, bu qərarın 20-ci bəndində istinad olunan xüsusi qanunda başqa qayda, yəni “İnzibati icraat haqqın da” Qanunda təsbit olunmuş qaydadan fərqli qayda nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsində təsbit edilmiş tənzimləməyə görə, xüsusi qanunda başqa qaydanın nəzərdə tutulduğu hallarda, məhz həmin xüsusi normanın müəyyən etdiyi qayda tətbiq olunur.

35. Hazırkı mübahisəyə münasibətdə artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı bu qərarın 20-ci bəndində istinad olunan normanın tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Belə ki, iş üzrə materiallardan artıq ödənildiyi iddia olunan vəsaitin şəxsin razılığı olmadan və ya məhkəməyə müraciət edilmədən cavabdeh tərəfindən birbaşa tutulduğu müəyyən olunur. Cavabdeh tərəfindən artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı sübut məh kəməyə təqdim olunmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1416/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar