Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-615/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev iş üzrə İddiaçı kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cü il tarixli, 2-1(085)999/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Şamaxı rayon Məşğulluq Mərkəzinə qarşı münasib iş və ya qanuna müvafiq münasib məbləğdə sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(105)-625/19 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilmə məsi, birinci instansiya məhkəməsinin 16 iyul 2019-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadından narazı qalan İddiaçıhəmin qərardaddan kasasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya göstərilən nöqsanları aradan qaldırmaq təklif edilmişdir. Lakin iddiaçı tərəfindən bu məsələ həll edilməmişdir. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin məcəllənin 96.3-cü m addəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-615/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-615/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver