Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-615/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı X1, onun vəkili Vəkil1 n və cavabdehin vəkili Vəkil2 nun iştirakı ilə, İddia çı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-806/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
2. İddiaçı 19.05.1975-ci il tarixdən həqiqi hərbi xidmətə çağırılmışdır, lakin aldığı travma nəticəsində iki ay sonra ehtiyata buraxılmışdır.
3. Əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı 21.01.1976-cı il tarixdən 01.04.1977-ci il tarixədək Qubadlı kolxozlararası tikinti sa həsində 2-ci dərəcəli fəhlə, 08.04.1977-ci il tarixdən 01.07.1977-ci il tarixədək “Azenerjitəmir” zavodunun Qazanxana sexində 1-ci dərəcəli fəhlə, 24.11.1977-ci il tarixdən 01.09.1978-ci il tarixə kimi 2-ci dərəcəli fəhlə, 01.09.1978-ci il tarixdən 08.02.1979-cu il tarixə kimi 3-cü dərəcəli fəhlə, 19.02.1979-cu il tarixdən 06.05.1996-cı il tarixədək “Qafqazenerqomontaj” Trestində 3-cü dərəcəli çilingər - boru kəməri çəkən, 4-cü dərəcəli çilingər-quraşdırıcı, ikinci “stropçu” peşəsi, 5-ci dərəcəli quraşdırıcı, 05.01.2011-ci il tarixdən 30.06.2011-ci il tarixədək 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsi, 18.01.2013-cü il tarixdən 18.11.2016-cı il tarixədək “xxxx” MMC Cəmiyyətin Təmir-quraşdırma-inşaat sahəsində quraşdırıcı, 05.05.2017-ci il tarixdən 25.01.2018-ci il tarixədək “xxxx” MMC-də Cəmiyyətin Montaj və Quraşdırma şöbəsinə quraşdırıcı vəzifəsində işləmişdir. 4. xxxx ASC-nin 06.05.2019-cu il tarixli arayışında iddiaçının "Qafqazenerjiquraşdırma" trestinin Abşeron quraşdırma idarəsinə 19.02.1979-cu ildə 29/K saylı əmrlə işə 3-cü dərəcəli çilingər kimi qəbul edildiyi, 05.08.1981-ci ildə 120/K saylı əmrlə 4-cü dərəcə, 30.07.1991-ci ildə 54/K saylı əmrlə 5-ci dərəcə aldığı, 06.05.1996-cı ildə 23/K saylı əmrlə və öz xahişi ilə işdən azad edildiyi, 30.01.1997-ci ildə yenidən işə qəbul edildiyi, 19.08.1997-ci ildə 39/K saylı əmrlə və öz xahişi ilə işdən azad edildiyi, müqaviləyə əsasən, 12/K saylı əmrlə 21.02.2000-ci ildə işə yenidən qəbul edildiyi, bu dəfə müqaviləyə görə, 5-ci dərəcəli boru quraşdırıcısı işlədiyi, 24/K saylı əmrlə 03.04 31.07.2001-ci ilə, 55/K saylı əmrlə 0 1/10-31/12-2001-ci ilə, 5/K saylı əmrlə 01/02 - 31/032002-ci ildə işlədiyi qeyd edilmişdir. Həmçinin göstərilmişdir ki, 5-ci dərəcəli boru quraşdırıcısı X3 işlədiyi peşə zərərli peşə olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların vəzifələrin və göstəricilərin siyahısını təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29-cu maddəsində polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğun olduğu üçün güzəştlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək xxxx ASC olmuşdur.
5. İddiaçı 27.03.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
6. Cava bdeh **********3 saylı, 02 aprel 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun güzəştli iş stajı olmadığından əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2015-ci il tarixdən ona həmin dövrdə qüvvədə olmuş qaydalarla və şərtlərlə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(8 2)2190/2019 saylı qərardadı ilə (hakim X.İmanov) iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2019-cu il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 10. 04.11.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 03 may 2016-cı il tarixdən, yəni 60 yaşı tamam olan vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.11.2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1956-cı il tarixdə anadan olmuşdur. Ümumi orta təhsili başa vurduqdan sonra 19 may 1975-ci il tarixdən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət zamanı avtomobil qəzasına düşərək xəsarət almış və hərbi xidmətə yararlı olmadığı üçün 2 ay hərbi xidmətdən sonra ehtiyata buraxılmışdır. 1976-cı ilin yanvar ayının 21-dən Qubadlı Kolxozlararası Tikinti sahəsində 2-ci dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1977-ci ilin aprel ayının 1-dən həmin işdən öz xahişi ilə azad edilmişdir. 08.04. 1977-ci il tarixdən 1979-cu il fevral ayının 2-dək "Azərenerjitəmir" zavodunda (01.09.78-ci il tarixdən "Azəerenerjitəmir" zavodu "Azenerji” Baş İdarəsinin Təmir-istehsalat müəssisəsinə çevrilmişdir) Qazan Sexində qazan avadanlıqları çilingəri işləmişdir. 19 fevral 1979-cu il tarixdən "Qafqazenerjiquraşdırma" trestinin Abşeron Quraşdırma İdarəsində 3-cü dərəcəli boru xətlərinin quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, sonradan həmin peşə üzrə 4-cü və 5-ci dərəcəli çilingər-quraşdırıcı və quraşdırıcı peşələri dərəcəsi almışdır. 06.05.1996-cı il tarixdən öz xahişi ilə həmin işdən azad olmuşdur. Sonra 1997-2002-ci illərdə, daimi iş olmadığı üçün yenə həmin idarədə fasilələrlə, sifarişlər olduqca müddətli əmək müqavilələri ilə işləmişdir. Belə ki, 1997-ci ilin fevral - iyul aylarında orada 6 ay işlədikdən sonra 19.08.1997-ci ildən işdən azad olunmuş, 2000-ci ilin fevral ayının 21-dən dekabr ayının 31-dək, 03.04.2001-ci ildən 31.07.2001-ci ilədək, 01.10.2001-ci ildən 31.12.2001-ci ilədək, 2002-ci ilin yanvar-mart aylarında həmin idarədə fasilələrlə 5-ci dərəcəli boru quraşdırıcısı işləmişdir. Əmək haqqının hesablanması cədvəllərinə görə həmin idarədə ona 1997-ci ildə 6 ay üçün, 2000-ci ildə 10 ay 9 gün üçün, 2001-ci ildə 6 ay, 2002-ci ildə 3 ay əmək haqqı hesablanaraq ödənmişdir. Abşeron Quraşdırma İdarəsi özəlləşdirmə gedişində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 1997-2002-ci illərdə həmin təşkilatda fasilələrlə 25 ay, yəni 2 il 1 ay işləməsi barədə əmək kitabçasında qeydlər edilməsə də, stajı ilkin sənədlər olan kadr əmrləri ilə, kadr kartoçkaları ilə və əmək haq qlarının hesablanması və ödənilməsi cədvəlləri ilə təsdiq olunur. Bundan sonra 05.01.2011-ci il tarixdən 30.06.2011-ci ilədək 5 ay 25 gün "xxxx" ASC-nin "Santexquraşdırma" İdarəsində quraşdırıcı çilingər, 18.01.2013-cü il tarixdən 18.11.2016-cı il tarixədək 3 il 10 ay Bakı "xxxx" MMC-də təmir- quraşdırma inşaat sahəsində quraşdırıcı peşəsində, 05.05.2018-ci il tarixdən 8 ay "xxxx" MMC-də quraşdırıcı peşəsi üzrə işləmişdir. İşlədiyi iş sahələri və peşələr, cüzi istisnalarla, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsal sahələrinə və peşələrə aiddir. Belə ki, "Qafqazenerjiquraşdırma" trestinin Abşeron Quraşdırma İdarəsində işlədiyi vaxtlarda Mingəçevirdə tikilən Azərbaycan DRES-in 1-8 enerji bloklarının quraşdırılmasında, keçmiş SSRİ-nin digər respublikalarında: Türkmənistanda Mari DRES-in, Özbəkistan DRES-nin Rostovda Atommaşın, Ermənistanda Atom Elektrik stansiyasının, Tümendə, Uralda, X2 stansiyalarının quraşdırılmasında qazla kəsmə işlərində, daha çox qazanların quraşdırılmasında, yağ təsərrüfatında boruların quraşdırılmasında, yüksək təzyiqdə işləyən boruların çəkilməsində işləmişdir. Sonrakı illərdə də boru xətlərinin çəkilməsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda işlədiyi peşələr 2290000a-14612 şifrəsi ilə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, 229000a19233 şifrəsi ilə sənaye dəmir-beton boruların boruçəkənlə ri ümumi peşələr bölməsində 232000000-11618 şifrəsi ilə qazla kəsiçilər, 232000000-11620 şifrəsi ilə qaz qaynaqları bu siyahıya daxil edilmişdir. Həmin peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahının 29-cu və 35-ci bölmələrində də nəzərdə tutulmuşdur. Onun 1979-cu ilin fevral ayının 19-dan 1996-cı ilin may ayının 6-dək 17 il 2 ay 17-gün "Qafqazenerjiquraşdırma" trestinin Abşeron Quraşdırma İdarəsində, yenə həmin idarədə 1997-2002-ci illərdə fasilələrlə işlədiyi 2 il 1 ay, cəmi 19 il 3 ay 17 gün güzəştli sığorta stajı olmuşdur. 57 yaşı tamam olana qədər, yəni 03 may 2013-cü il tarixədək güzəştli stajı 19 il 3 ay 17 gün, habelə bundan başqa 2 ay 2 gün hərbi xidmət vaxtı, digər təşkilatlarda 3 il 9 ay 20 gün nəzərə alınmaqla ümumi stajı 23 il 3 ay 8 gün olmuşdur. 25 illik ümumi stajı isə 2015-ci ilin yanvar ayının 25-də tamam olmuşdur. Həmin vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 9-cu maddəsinə görə ona güzəştli şərtlərlə yaşa görə pensiya 2015-ci ilin yanvar ayının 25-dən təyin edilməlidir. ASAN Xidmət vasitəsi ilə təqdim etdiyi 27.03. 2019-cu il tarixli ərizəsinə DSMF-nin Nizami rayon şöbəsi tərəfindən 02.04.2019-cu il tarixli məktubla imtina verilmişdir.
13. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(81)3990/2019 saylı qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, id diaçıya 03 may 2016-cı il tarixdən, yəni 60 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 03.05.2016-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ yaranmışdır.
16. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş e tmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-806/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(81)-3990/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİR AKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əmək kitabçasından görünür ki, onun pensiya hüququnun yarandığını iddia etdiyi tarixə - 25 yanvar 2015-ci ilə olan ümumi iş stajı 25 ildən az 24 il 06 ay 22 gün təşkil edir. İddiaçı 1997-2002-ci illərdə “xxxx” ASC-də fasilələrlə 25 ay çalışdığını, bu barədə əmək kitabçasında qeydin aparılmadığını iddia edir. İddiaçı bu halı təsdiqləmək üçün həmin ASC-dən əldə etdiyi arayışlara əsaslanır. Lakin iddiaçı iddia etdiyi iş stajını ASC-nin deyil, dövlət arxivinin sənədləri əsasında təsdiqləyə bilərdi. Lakin işdə bu barədə sənədlər yoxdur. Əmək kitabçası ilə iddiaçının təqdim etdiyi sənədlər arasında ziddiyyət v ardır.
21. İddiaçının 1997-ci ildə 6 ay işləməsi barədə dəlili yersizdir. Əmək kitabçasından görünür ki, iddiaçı 06.05.1996-cı il tarixdə öz ərizəsi əsasında işdən azad edilib. İddiaçı daha sonra 20.02.1997-ci il tarixli, 9/k saylı əmrə istinad edərək çalışdığını iddia edir. Həmin əmrə əsasən 20.02.1997-01.04.1997-ci illərdə əmək haqqı ödəmək şərti ilə məzuniyyətə göndərilib. O, 18 avqust 1997-ci il tarixli, 39/k saylı əmrlə, işə çıxmadığı üçün işdən azad edilib. İddiaçı 20 fevral 1997-19 avqust 1997-ci illərin ümumi staja daxil edilməli olmasını iddia edir və deyir ki, 1997-ci ildə 6 ay çalışıb. Halbuki, bu əmrlərdən iddiaçının işlədiyi müəyyən edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini və a pelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hall arda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 28. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlər inin üzvlük kitabçaları nəzərə alınır.
30. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: Bənd 3.2 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınmas ı üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir;
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsa slandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.
34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansi ya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
38. Cavabdeh hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun kifayət qədər ümumi iş stajı mövcud deyildir.
39. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmalıdır.
40. İş materiallarında olan, iddiaçının adına tərtib olunmuş əmək kitabçasından, hərbi biletdən, “xxxx” ASC-nin 06.05.2019-cu il tarixli arayışından və əmrlərdən görünür ki, iddiaçının 03 may 2016-cı il tarixədək 25 ildən artıq, yəni 26 il 1 ay 12 gün ümumi iş stajı var.
41. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının xxxx ASC-də işlədiyi müddət ASC-nin deyil, dövlət arxivinin sənədləri əsasında təsdiqlənə bilər ki, iş materiallarında belə bir sənəd mövcud deyildir.
42. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, yuxarıdakı qanunvericilik aktlarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda qanunverici əmək stajını təsdiqedici sənəd kimi arayışları, əmrlərdən çıxarışları, əmək haqqı verilməsi üçün şəxsi hesabları və əmək haqqı cədvəllərini, vəsiqələri, xasiyyətnamələri qəbul edir. Odur ki, məhkəmələr tam əsaslı olaraq “xxxx” ASC-nin 06.05.2019-cu il tarixli arayışını və əmrləri iddiaçının əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişlər.
43. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, iddiaçının 1997-ci ildə 6 ay işləməsi barədə dəlili yersizdir. Əmək kitabçasından görünür ki, iddiaçı 06.05.1996-cı il tarixdə öz ərizəsi əsasında işdən azad edilib. İddiaçı daha sonra 20.02.1997-ci il tarixli, 9/k saylı əmrə istinad edərək çalışdığını iddia edir. Həmin əmrə əsasən 20.02.199701.04.1997-ci illərdə əmək haqqı ödəmək şərti ilə məzuniyyətə göndərilib, 18 avqust 1997ci il tarixli, 39/k saylı əmrlə, işə çıxmadığı üçün işdən azad edilib. İddiaçı 20 fevral 1997-19 avqust 1997-ci illərin ümumi staja daxil edilməli olmasını iddia edir və deyir ki, 1997-ci ildə 6 ay çalışıb. Halbuki, bu əmrlərdən iddiaçının işlədiyi müəyyən edilmir.
44. Bu dəlillə də razılaşmayan məhkəmə kollegiyası bildirir ki, əvvəla məzuniyyət dövrü qanunvericiliyə əsasən işçinin əmək stajına daxil edilir. Digər tərəfdən, cavabdehin də qeyd etdiyi kimi, 20.02.1997-ci il tarixli, 9/k saylı əmrlə iddiaçı işə qəbul edilmiş, 18 avqust 1997-ci il tarixli, 39/k saylı əmrlə, işə çıxmama əsası ilə işdən azad edilmişdir. Göründüyü kimi, 20.02.1997-18.08.1997-ci il ərzində iddiaçı əmək münasibətlərində olmuşdur. Eyni zamanda, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlə diyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərildiyindən və iddiaçının 18.08.1997-ci ildən əvvəlki vaxtda əmək münasibətlərinə xitam verilməsi barədə hər hansı məlumat olmadığından 20.02.1997-18.08.1997-ci il tarixlər iddiaçının əmək stajına daxil edilməlidir.
45. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” (kod 2140000a—18455), “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” (kod 2290000a—14612) nəzərdə tutulmuşdur.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla t əsdiq edilmiş) “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” nəzərdə tutulmuşdur.
47. İş materiallarında olan, xxxx ASC-nin 06.05.2019-cu il tarixli arayışında iddiaçının çalışdığı boruquraşdırıcısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğun olması göstərilmişdir. 48. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
49. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sö zügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
50. Beləliklə, iddiaçının 60 yaşı tamam olan vaxt, yəni 03 may 2016-cı il tarixinə onun 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajının olması sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin dispozisiya şərtləri tam ödənildiyindən, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
52. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
53. Apelyasiya məhkəmə si tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-806/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.