Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-615/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ilkin sənədlərin qüvvədə olması, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X11) qarşı “X3 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dаir inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli 2-1(105)-460/2021 nömrəli qərarından üçüncü şəxs N.Babayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AA*******, FİN: xxxxxxx) xx xxxxxx 1956-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. X1 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,673778 ha və 0,1416 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (JN:510 KOD ********) Dövlət A ktı verilmişdir. X58 əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 və onu ailə üzvlərinə seriya MH №0010114 və MH №0010115 saylı 18.05.2007-ci il tarixli çıxarış verilmişdir.
3. İddiaçı 22 may 2007-ci il tarixli AN İ №0125206 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X2 və onun ailə üzvlərindən almışdır. Alqı-satqıdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.
4. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 noyabr 2006-cı il tarixdə qeydiyyata alınmışdır. 5. 13 fevral 2013-cü il tarixli bağışlanm a müqaviləsinə əsasən X15 torpaq sahəsini bacısı X5 bağışlamış, X3 adına 16 fevral 2013-cü il tarixdə plan və ölçü sənədi tərtib edilmiş, 18 fevral 2013-cü il tarixdə isə həmin torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınaraq cavabdeh tərəfindən ******* saylı çıxarış verilmişdir.
6. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 16.02.2013-cü ildə tərtib olunmuş **********44 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş edilərək və X3 adına X8 məxsus 09 noyabr 2006-cı il tarixli **********12 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş koordinatlar daxilində torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunmasını xahiş etmişdir.
7. Cavabdeh orqan 28 oktyab r 2020-ci il tarixli **********88 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ərizədə qeyd edilmiş vətəndaş X3 mülkiyyətində olmuş torpaq sahəsinə tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına düzəliş etmək idarənin səlahiyyətləri xaricindədir. Bundan başqa sözügedən torpaq sahəsi məhkəmə mübahisə predmeti olduğundan, qanuni qüvvəyə minmiş məhkəmə qərarı daxil olduğu təqdirdə ərizənizin icrasına yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X3 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edil miş **********544 saylı reyestr nömrəli “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsini və cavabdeh tərəfindən X3 adına X8 məxsus 09 noyabr 2006-cı il tarixli **********12 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş koordinatlar daxilində “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən X3 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edilmiş **********544 saylı reyestr nömrəli “torpaq sahəsinin plan və ölçü” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt İnziba ti Məhkəməsinin 2 aprel 2021-ci il tarixli 2-1(118)-459/2021 nömrəli (hakim C.Məmmədov) qərardadı ilə X36, X26, Babayev Nemət Asif oğlu, X18, X27, X41, X20, X28, X29 və X16 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Abşeron rayon 2 saylı DNKda 22.05.2007-ci il tarixli, 4ə-5-782 nömrəli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan torpaq sahəsini əldə etmişdir. Həmin torpaq sahəsinə dair onun adına DƏDRX-dən çıxarış və buna müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Alqı-satqıdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən torpaq sahəsinə dair Dövlət Ak tında və Mehdiabad qəsəbəsində torpaq islahatı aparılan bölgü xəritəsinə uyğun həmin torpaq sahəsi naturada mərz nişanları qoyularaq ona təhvil verilmişdir. Bir müddətdən sonra bir sıra şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti işləri aparıldığı üçün həmin şəxslərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı mülkiyyət hüququnun bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1131/2014 saylı, 20 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamənin dəlillərindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, apellyasiya icraatı za manı apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2015-ci il tarixli 14394 saylı ekspert rəyində bildirilmişdir ki, halhazırda İddiaçı mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğun gəlir. Mülki işdə olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,28 ha torpaq sahəsinin, sahəsi, ölçüsü və cizgisi həmin çıxarışın işlənməsinə əsas olmuş Abşeron rayon Notariat Kontorunun 13 fevral 2013-cü il tarixli 4ə501 saylı notariat işində saxlanılan 09 noyabr 2006-cı il tarixli **********2 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş torpaq sahəsinin ölçüsünə, sahəsinə və cizgi-formasına uyğun deyil. Belə ki, qarda şı Yaşar İsgəndərov tərəfindən Sevil İsgəndərovaya bağışlanılan torpaq sahəsi bağışlanma müqaviləsində 0,38 ha qeyd edilmişdir və Binəqədi-Novxanı yolunun kənarında yerləşir. Cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi isə 0,29 ha (0,09 ha az) olmaqla sənəd üzrə bağışlanılan ərazidən düz xətt boyunca 2269 metr aralıda yerləşir. Ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən iddiaçı və cavabdehin mülkiyyətlərində olan torpaq sahələri bir-biri ilə qonşu sahələr deyil, ayr-ayrı yerlərdir. Həmin torpaq sahələri qonşu olmadıqları halda aralarındakı məsafə 2269 metr təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 aprel 2016-cı il tarixli, 2(105)-92/2016 saylı qərardadı ilə iş üzrə növbəti məhkəmə tikinti-texniki ekspertizası və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşıs ında: “Ərazinin yerquruluşu layihəsinə (ərazinin yerquruluşu xəritəsinə) əsasən iddiaçı X6 adına verilmiş 26 iyun 2007ci il tarixli seriya MH ******* saylı çıxarış əsasında 0,673778 hektar torpaq sahəsinin nə qədər hissəsi Sevil İsgəndərova tərəfindən zəbt edilmişdir?” sualı qoyulmuşdur. Həmin suala cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2016-cı il tarixli 21980 saylı ekspert rəyində cavabdeh təşkilat tərəfindən verilmiş mütəxəssis rəyinə istinad edərək bildirilmişdir ki, ərazidə böyük həcmdə tikinti işləri aparıldığı üçün köhnə istinad nöqtələri ləğv edilmiş, bu səbəbdən də işin araşdırılması mümkün olmamışdır. Çox təəssüf ki, işə baxan məhkəmə kollegiyası tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin birinci rəyi deyil, ekspert qarşı sında qoyulmuş və cavablandırılmamış sualla bağlı ikinci rəyi əsas götürülərək iddiaçının vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsi barədə 17 oktyabr 2016-cı il tarixli, 2(105)92/2016 saylı qətnamə qəbul edilmişdir. X1 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,673778 ha və 0,1416 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (JN:510 KOD ********) Dövlət Aktı verilmişdir. X58 əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 və onu ailə üzvlərinə seriya MH №0010114 və MH №0010115 saylı 18.05.2007-ci il tarixli çıxarış verilmiş, lakin t orpaq sahələri ilə bağlı plan ölçü sənədi verilməmişdir. İddiaçı 22 may 2007-ci il tarixli AN İ №0125206 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X2 və onun ailə üzvlərindən almışdır. Alqı-satqıdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Məhkəmə araşdırmaları zamanı ona məlum olmuşdur ki, onun adına işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədi onun hazırlanmasına əsas olmuş Dövlət aktı və ərazinin bölgü layihəsi ilə uyğunsuzluq təşkil edir. Ona satılmış torpaq sahəsinin yerinin yenidən dəqiqləşdirilməsi, gələcəkdə qonşularla hər hansı mübahisənin yaranmaması üçün ərazinin bölgü layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tar ixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması və qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada ona tanıdılması, ona tanıdılan torpaq sahəsinin ərazinin bölgü layihəsinə və sərhəd koordinatlarına əsasən heç bir qonşu torpaq sahələri ilə üst-üstə düşməməsi barədə müvafiq arayış verilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Həmin təşkilatdan **********85 saylı 27.05.2017-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 25.06.2007-ci il tarixli **********57 reyestr nömrəli, mülkiyyətinizdə olan 0,673778 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Göstərilən (faktiki) torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşür. Bu səbəbdən də naturaya uyğun torpaq sahəsinin plan-ölçü sənədinin düzəliş edilərək verilməsi tərəfimizdən mümkün olmamışdır. Bundan sonra hazırkı iş üzrə cavabdeh təşkilata qarşı ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada ona tanıdılması, naturaya uyğun torpaq sahəsinin plan-ölçü sənədinə düzəliş edilməsi, ona tanıdılan torpaq sahəsinin ərazinin bölgü layihəsinə və sərhəd koordinatlarına əsasən heç bir qonşu torpaq sahələri ilə üst-üstə düşməməsi barədə arayış verilməsi tələbinə dair Sumqa yıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)21/2019 saylı, 17.01.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada iddiaçıya tanıdılması öhdəliyi cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Torpaq sahəsinin zəbt edən şəxslərin kimliyinin müəyyən edilməsi üçün X23 şikayət ərizəsi ilə müraciət etmiş, Polis Bölməsində müvafiq araşdırma aparılmış, DƏDRX-nin 4 s aylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlar naturada müəyyən edilmişdir. Məlum olmuşdur ki, onun torpaq sahəsinə dair alqı-satqıdan sonra plan-ölçü sənədi düzgün tərtib olunmamışdır. Buna baxmayaraq o, plan-ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində torpaq mülkiyyətçilərinə qarşı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməklə cavabdehlər X19, X12, X13, X30, X21, X31 və onların ailə üzvləri tərəfindən boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə tikintitorpaqşünaslıq ekspertizası təyin edilmiş, aparılmış araşdırma n əticəsində məlum olmuşdur ki, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,673778 ha torpaq sahəsi həmin cavabdehlər tərəfindən zəbt edilməmiş, əksinə mülkiyyətində olan torpaq sahəsinə digər vətəndaşlar X17 (0,06 ha), X9 (0,35 ha), X26 (0,03 ha), X27 (0,03 ha), X18 (0,02 ha), X41 (0,03 ha), X36 (0,03 ha), X29 (0,03 ha), X32 (0,03 ha) və Babayev Nemət Asif oğlu (0,05 ha) tərəfindən müdaxilə olunaraq orada tikinti işləri aparılmışdır. Belə ki, X11 və X22, mülkiyyətində olan torpaq sahəsinin 0,28 ha hissəsinin bir hissəsini notariat kontorunda bağlanmış alqı-satqı müqavilələri əsasında həmin şəxslərə satmış və onlara müvafiq çıxarış və plan ölçü sənədləri verilmişdir. Buna görə də “X3 adına verilmiş çıxarışın etibarsız hesab o lunması, onun Babayev Nemət Asif oğluna satmış olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(012)350/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-2895/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh N.Babayev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iddianın aiddiyyət qaydalarına uyğun verilib-verilməməsi hissəsində iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2577/2020 saylı, 23.09.2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(012)-350/2019 saylı qətnaməsi qismən “X3 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun Babayev Nemət Asif oğluna satmış olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıy a təhvil verilməsi” hissəsində ləğv edilərək və iddianının həmin hissə üzrə icraatına xitam verilmişdir. Həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra cavabdeh təşkilata ərizə ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 16.02.2013-cü ildə tərtib olunmuş **********44 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş edilərək və X3 adına X8 məxsus 09 noyabr 2006-cı il tarixli **********12 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş koordinatlar daxilində torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunmasını xahiş etmişdir.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, bununla əlaqədar olaraq torpaq sahəsinə baxıs keçirilmiş və müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləsən ərizəçinin mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin sənəd (torpaq sahəsinin planı və ölçüsü) üzrə yerləşməsi ilə naturadakı yerləşmə yeri arasında fərq mövcuddur. Ərizəçi tərəfindən göstərilən (faktiki) torpaq sahəsi başqa şəxslərin (**********78 - Aqa-zadə Rəşad Fərhad oglu, **********15 - X56 oglu, **********18 - X48 oglu, **********17 - X55 oglu, **********74 - X54 oglu, **********76 - X57 oglu, **********15 - X42 oglu, **********75 - X44, **********22 - Babayev Nemət Asif oglu, **********58 - X10, **********59 - X40 oglu) mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düsür. Bu səbəbdən naturaya uyğun torpaq sahəsinin plan-ölçü sənədinin düzəliş edilərək verilməsi mümkün olmamış və Azərbaycan Resp ublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılan uçot işləri tam başa çatdıqdan sonra, hüquqi sənəd əsasında torpaq sahəsinin naturada olan uyğunsuzluğunun aradan qaldırılması məsələsinə baxılmasının mümkünlüyü barədə ərizəçiyə izahat verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin17.01.2019-cu il tarixli, 2-1(85)-21/2019 saylı qərarı ilə ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli, seriya MH ******* saylı çıxarışa uyğun olaraq iddiaçının mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada İddiaçı tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-c ü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07.03.2016-cı il tarixli 818 nömrəli Fərmanın imzalandığını, hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində aidiyyatı təşkilatlar tərəfindən lazımı işlər aparıldığını nəzərə alaraq uçot işləri tam başa çatdıqdan sonra, hüquqi sənəd əsasında torpaq sahəsinin naturada göstərilməsi məsələsinə baxıla biləcəyi iddiaçıya bildirilmişdir. İddiaçı X7 məhkəmədən ləğvini xahiş etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 18.02.2013-cü il tarixli, ******* savlı. **********44 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olmuş torpaq sahəsi sonuncu tərəfindən tam olaraq müxtəlif vaxtlarda müxtəlif şəxslərin adına özgəninkiləşdirilmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2-1(118)-459/2021 saylı, qərarı ilə (hakim: C.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh tərəfindən X3 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edilmiş **********544 saylı reyestr nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən t əyin edilmiş tikinti texniki ekpertizanın rəyi ilə hazırkı, iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş şəxslərin torpaq sahələrinin koordinatlarının səhvən İddiaçı mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin koordinatlarının yerinə işlənməsi müəyyən edilmişdir. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində İddiaçı hüquqları pozulmuşdur.
15. Üçüncü şəxs Babayev Nemət Asif oğlu apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli 2-1(105)-460/2021 nömrəli qərarı ilə (hakimlər: İ.Dəmirov - sədrlik edən və məruzəçi, H.Babayeva və R.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-459/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Üçüncü şəxs Babayev Nemət Asif oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Üçüncü şəxs N.Babayev kassasiya şikyətində qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, üçüncü şəxs N.Babayev torpağın vicdanlı alıcısıdır və hal hazırda həmin torpaq sahəsində ev tikə rək ailəsi ilə birlikdə yaşayır. Torpaq sahəsini notarial qaydada təsdiqi edilmiş alqı-satqı müqaviləsi üzrə əldə edib və sonradan bu cür problem ilə üzləşəcəyini ehtimal belə etməmişdir. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Lakin indiki vəziyyətdə iddiaçının nə üçün məhz mübahisə olunan torpaq sahələrinə iddia etməsi və qeydiyyatın dəyişdirilməsi haqqında iddia irəli sürməməsi halları məhkəmə kollegiyası tərəfindən araşdırılmamış, göstərilən hallara hər hansı münasibət bildirilməmişdir. Hesab edir ki, q anunvericiliyə müvafiq olaraq vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar saxlanılmalı olduğuna baxmayaraq məhkəmənin həmin şəxslərin qeydiyyatlarının ləğv edilməsi barədə qəbul etdiyi qərar qanuni və əsaslı ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və m üəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. İşin apellyasiya instanisyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyyən olunur ki, X1 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,673778 ha və 0,1416 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (JN:510 KOD ********) dövlət aktı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X1 və onu ailə üzvlərinə seriya MH №0010114 saylı 18.05.2007-ci il tarixli çıxarış verilmişdir. 22 may 2007-ci il tari xli AN İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı həmin torpaq sahəsini X2 və onun ailə üzvlərindən almış, alqı-satqıdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarış verilmişdir.
26. İddiaçının mübahisə açdığı torpaq sahəsi 2013-cü ilin fevral ayından onun mülkiyyətindədir. Mütəxəssis və ekspert rəylərinə görə daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinə hüquq ayrı-ayrı şəxslərin adına qeydə alınmışdır. İddiaçı inzibati məhkəmə icraatı qaydasında həmin şəxslərin adına olan hüququn və torpaq sahəsinə dair plan və ölçünün ləğvini mübahisələndirmişdir. İşdən görünür ki, mübahisə olunan hüquq və plan və ölçü cavabdeh tərəfindən 2013-cü ildə həyata keçirilmişdir.
27. Belə ki, iddiaçının iddia və iddianın dəqiqlədirilməsi barədə ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən X3 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edilmiş **********544 saylı reyestr nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisə açdığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X5 qədər onun qardaşı X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 noyabr 2006-cı il tarixdə qeydiyyata alınmışdır.
29. İşdə olan 13 fevral 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən X15 həmin torpaq sahəsini bacısı X5 bağışlamış, X3 adına 16 fevral 2013-cü il tarixdə plan və ölçü sənədi tərtib edilmiş, 18 fevral 2013-cü il tarixdə isə həmin torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınaraq cavabdeh tərəfindən ******* saylı çıxarış verilmişdir.
30. Göründüyü kimi, torpaq sahəsinə S.İsgəndərovanın adına hüququn qeydə alınması və onun adına plan və ölçünün verilməsi X8 adına olan çıxarışa və torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmişdir. Hal hazırda Y.İsgəndərovun adına olan plan və ölçü sənədi qüvvədədir.
31. Məhkəmə tərkibi hesab edir ki, Yaşar İsgəndərovun adına olan plan və cizgi sənədi qüvvədədir, həmin sənəd əsasında Sevil İsgəndərovanın adına torpaq sahəsinin plan və cizgi sənədi tərtib edilmişdir, işin hazırkı vəziyyətində S.İsgəndərovanın adına hüquq və torpaq sahəsinin plan və ölçü sə nədi mübahisələndirilə bilməz. Odur ki, hazırkı iddia mümkünlük şərtinə cavab vermir.
32. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
33. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
34. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
35. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
36. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tə ləb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilməsidir.
37. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti təmin edilməlidir.
38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1., 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutara q Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 dekabr 2-1(105)460/2021 saylı qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərar qətidir.