Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-615/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “üzərində mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair plan və ölçünün v erilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2509/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AN-İ № ******* Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6, 362 saylı sahədə yerləşən 0,0360 ha torpaq sahəsini X3 almışdır. 2. **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,036 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək mülkiyyətində olan tor paq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsini xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətləri daxil olmuşdur. Bu səbəbdən plan və ölçünün tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0360 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi və veril məsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, döngə 6, 362 saylı sahədə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,0360 ha torpaq sahəsini bir müddət əvvəl X3 almışdır. Həmin torpaq sahəsinə dair DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, iddiaçının müvafiq torpaq sahəsi üzərində mülkiyyət, o cümlədən sahiblik və istifadə hüquqları yaranmış, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, yəni torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ vardır, hazırda da o, faktiki olaraq qanuni sahib kimi istifadə edir. Cavabdehin həmin imtinası qanunsuz və əsassız hesab edilir. Ona görə ki, həmin imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddə isə, mülkiyyət hüquqlarının qeydiyyatı üçün təqdim edilən sənədləri özündə ehtiva edir. İddiaçının inzibati orqandan tələbi hüquqların dövlət qeydiyyatı ilə bağlı deyil, artıq ən azı 7 il bundan əvvəl mülkiyyət hüququnun yarandığı və 7 il bundan əvvəl verilmiş texniki sənədin, yəni torpaq sahəsinin planı və ölçüsünün yeni mülkiyyətçi kimi iddiaçının adına tərtib olunması ilə əlaqədardır. İşdən göründüyü kimi, iddiaçı həmin torpaq sahəsini X3 almışdır. Həmin torpaq sahəsi 30 ilə yaxındır iddiaçı tərəfin istifadəsində olmuş, 3 sentyabr 2014-cü il tarixdə DƏDRX tərəfindən X6 adına həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmin vaxt adıçəkilən şəxsin torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyat alınmış və onun adına reyestrdən çıxarış verilmişdir. Bundan 7 il sonra X9 ilə iddiaçı arasında 17 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq, torpaq sahəsi iddiaçıya satılmış və cavabdeh tərəfindən onun adına reyestrdən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün X6 adına verilmiş reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün əsilləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının adına torpaq sahəsinin pl anı və ölçü verilməmişdir. Cavabdehin etirazları
7. Cavabdehin iddiaya dair etirazın qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxslərin müraciətləri daxil olmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 24 sentyabr 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 35.1, 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2929/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərarı ilə cavabdeh DƏDRX 1 sayı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmış və **********18 reyestr nömrəli, 24 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0360 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi və verilməsi öhdəliyi Cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik (o cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, deməli göstəriciləri əks olunan torpaq sahəsinə müvafiq alqı-satqı müqaviləsi əsasında alıcı kimi İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı aparılsa da, onun adına yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış və həmin qeydiyyat ləğv olunmamış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” qeydiyyat orqanı tərəfindən mülki yyətçinin adına şərtsiz olaraq tərtib edilməli və ona verilməlidir. Üzərində hüquq qeydiyyat alınmış (ləğv edilməmiş) həmin torpaq sahəsi ilə bağlı hər hansı şəxsin qeydiyyat orqanına müraciəti heç bir halda mülkiyyətçiyə plan və ölçünün verilməməsinə əsas vermir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək iddiaçıya verilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası mə hkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2509/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə digər fiziki şəxslər tərəfin dən (X7 və X4) dəfələrlə müraciət olunduğundan ərazi mübahisəlidir. Həmçinin, iddia olunan torpaq sahəsinə mərhum X1 adına Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1 (81)4522/2014 saylı qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü“ (kadastr planı) mövcuddur.
17. Mübahisəli torpaq sahəsi ilə bağlı hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-6947/2022 saylı inzibati iş üzrə məhkəmə mübahisə mövcuddur. Belə ki, mərhum X2 arvadı X5 cavabdeh DƏDRK 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 26 yanvar 2022-ci il tarixli imtinasının əsassız sayılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 387 A ünvanında yerləşən fərdi yaşayış evin in tikintisi üçün nəzərdə tutulmuş 0,382 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpağa dair İddiaçı verilmiş çıxarışın, həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iş icraata qəbul edilmişdir. Hesab olunur ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməs inin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti v erən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə digər fiziki şəxslər tərəfindən (X7 və X4) dəfələrlə müraciət olunduğundan ərazi mübahisəlidir. Həmçinin, iddia olunan torpaq sahəsinə mərhum X1 adına Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1 (81)4522/2014 saylı qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpa q sahəsinin planı və ölçüsü“ (kadastr planı) mövcuddur.
24. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirində...torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi..., torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü,... torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla),... torpaq sahəsinin kada str göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X12 Kitabında uçota alındığı nömrə və tarix... göstərilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir.
26. Normaların məzmunundan göründüyü kimi, “Torpaq sahəsinin planı və ölçüsü” özündə torpaq sahəsinin kadastr göstəricilərini, o cümlədən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, torpaq sahəsinin qonşu sərhədlərini, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planının və s. əks etdirən texniki sənəddir və torpaq sahəsi üzərində qeydə alınan və ya alınmalı olan hüquqların yaranma (əldə etmə) əsaslarını dəyişmir.
27. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçı onun adına qeydə alınmış torpaq sahəsinə mülkiyyət hüququnu hüquq varisliyi qaydasında – alğı-satqı yolu ilə əldə etmiş, həmin torpaq sahəsi onun hüquq sələfi X6 adına 2014-cü ildə qeydə alınmış, 3.9.2014-cü il tarixdə L.Əliyevanın adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.
28. İddiaçının hazırkı məzmunda tələbi də məhz hüquq sələfinin adına tərtib edilmiş sənəddəki texniki göstəricilər üzrə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsindən ibarətdir. Başqa sözlə, hazırkı halda, daşınmaz əmlaka hüququn qeydə alınması deyil, artıq qeydə alınmış hüququn aid olduğu daşınmaz əmlakın texniki göstəricilərinə dair sənədin verilməsi öhdəliyinin cavabdeh tərəfi ndən icra olunması tələb edilir. Cavabdehin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur və bu dəlillər onu hazırkı məzmunda öhdəliyi icra etmək vəzifəsindən azad etmir. Onun bu vəzifəsi isə, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.16-cı bəndinin tələbindən irəli gəlir. Həmin normaya görə, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir.
29. Apellyasiya instansiyası məhk əməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. İş üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə əsasən, cavabdehə aid edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2509/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir. Qərar qətidir.