Məhkəmə qərarları › İş №2-1(102)-615/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-615/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-615/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)423/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.1995xx.xx.1999-cu illərdə “Şelflayihətikinti” Layihə Sənaye-Tikinti Birliyində, Bakı Dərin Özüllər zavodunda boru quraşdırıcı çilingər; xx.xx.2000-xx.xx.2002-c i illərdə 2 saylı Tikinti Quraşdırma idarəsində quraşdırıcı; xx.xx.2002-xx.xx.2004-cü illərdə “Mak Dermott kaspian konstrakşn İnk-də quraşdırıcı, 6-cı dərəcəli quraşdırıcı; xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də quraşdırıcı, 6-cı dərəcəli quraşdırıcı, 6-cı dərəcəli boru quraşdırıcı; xx.xx.2007-xx.xx.2008-ci illər arasında "xxxx" MMC-də borunun montajçısı; xx.xx.2008xx.xx.2009-cu illər arasında "xxxx" ASC-də quraşdırıcı; xx.xx.2010-xx.xx.2011-ci illər arasında "xxxx" ASC-də metal konstruksiyaların təmiri üzrə 6-cı dərəcəli çilingər; xx.xx.2011-xx.xx.2012-ci illərdə Heydər Əlivev adına Bakı dərin özüllər zavodunda 5-ci dərəcəli metal konstruksiyalar üzrə yığıcı çilingər; xx.xx.2012-ci il tarixdən hal-hazıradək BOS Şelf MMC-də X1 üzrə quraşdırıcı vəzifəsində çalışır. 3. "xxxx" QSC “Bi biheybət” Gəmi Təmiri zavodunun xx.xx.2017-ci il tarixli 269 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1980ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləyib. xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli gəmi təmirçi çilingəri keçirilmiş, xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İşlədiyi dövrün xx.xx.1979-xx.xx.1980-ci illər üzrə olan müddəti (8 ay 21 gün) çənlərin və gəmi bölmələrinin daxilində avadanlıqların təmiri üzrə gəmi təmiri çilingərləri peşəsi üzrə zərərli olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 11-ci bəndində 11.6.a yarımbəndində olan koda uygun müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

4. X2 Mədəniyyət, Arxiv və Sənədləşmə İdarəsi “Sarısus rayon dövlət arxivi” Kommunal dövlət müəssisəsinin xx.xx.2019-cu il tarixli 2-04/960 nömrəli Arxiv Arayışından görünür ki, Janatas Evtikmə kombinatının arxiv sənədlərinin arasında T-2 formalı şəxsi kartlarda 1992-ci il ərzində İddiaçı adı keçmişdir: xx.xx.1985-ci ildən metal sexinə metal konstruksiya üzrə quraşdırıcı qəbul edilib. xx.xx.1985-ci il tarixli 520 saylı əmr. xx.xx.1986cı ildən həmin yerdə metal konstruksiya üzrə 6-cı dərəcəli quraşdırıcı dərəcəsi verilmişdir (xx.xx.1986-cı il tarixli 185 saylı əmr), xx.xx.1992-ci ildən QR ƏQM 32 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib (xx.xx.1992-ci il tarixli 610 saylı əmr). 5. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli HR-2019/BOS/GHA/R-00/32 nömrəli Güzəştli Arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də xx/xx/2012-ci il tarixindən xx/xx/2017-ci il tarixədək X1 üzrə quraşdırıcı peşəsində işləmişdir. İddiaçı yenidən "xxxx" MMC-də Əmək müqaviləsinə əsasən xx/xx/2017-ci il tarixdən bu günədək X1 üzrə quraşdırıcı peşəsində işləyir. BOS Şelf MMC xx/xx/2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metal konstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 7 il 7 gün təşkil edir.

6. SOCAR Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2018-ci il tarixli Güzəştli Arayışından görünür ki, İddiaçı H.Əliyev adına Bakı dərin özüllər zavodunun Metal konstruksiyaların istehsalı sexində xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsində işləmi şdir. İş stajı 1 il 2 ay 22 gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” bəndində göstərilən “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı -1 il 2 ay 22 gün təşkil edir. İddiaçı yerinə yetirdiyi metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsi SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəsisəsi tərəfindən zərərli iş kimi qıymətləndirdiyi üçün ona Azərbaycan Respu blikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında xx.xx.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir. 7. “X4” ASC-nin xx.xx.2017-ci il tarixli 565 nömrəli Arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı depo rəisinin xx.xx.1981-ci il tarixli 1467 saylı əmrixx.xx.1981-ci il tarixdən depo rəisinin xx.xx.1985-ci il tarixli 2303 saylı əmri ilə xx.xx.1985ci il tarixədək (4 il 2 ay 19 gün) müddət ərzində Cənub-Şərqi dəmiryolunun ŞərqiRtişevolokomotiv deposunda tam iş günü və tam iş həftəsi müdd ətində elektrovozun maşinist köməkçisi qismində işləmişdir. Bu işlər dəmir yolu nəqliyyatında hərəkətin təşkilini bilavasitə həyata keçirən və hərəkətin təhlükəsizliyini təmin edən və “Sığorta pensiyaları haqqında” xx.xx.2013-il tarixli 400 saylı Federal Qanunun 30 maddəsinin 1 bəndinin 5 yarımbəndinə uyğun olaraq pensiya təminatı hüququndan istifadə edən lokomotiv briqadalarının işçilərinin peşə siyahısı və RF Hökumətinin xx.xx.1992-ci il tarixli 272 saylı Qərarı ilə təsdiq edilmiş lokomotiv briqadalarının işçilərinin və işçilərin ayrı kateqoriyalarının siyahısıyla nəzərdə tutulmuşdur. 8. "xxxx" MMC-nin 23 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli təqdim edilən güzəştli arayış BOS X3 Cəmiyyəti tərəfindən deyil, digər müəssisə tərəfindən verildiy indən, onun vəzifə adının sorğuda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən, “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi barədə arayış verilməsi onun səlahiyyəti xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, BOS Şelf MMC-də metal konstruksiyalar üzrə “yığıcı çilingər” peşəsinin ştat vahidi mövcud deyildir. Həmin sorğuya cavab məktubuna əlavə olunan İddiaçı BOS Şelf MMC-də işlədiyi “X1 üzrə Quraşdırıcı” vəzifəsinin Təlimatından görünür ki, əmək müqaviləsinin 1 saylı Əlavəsində “Tikinti şöbəsində X1 üzrə quraşdırıcı (185125)” vəzifəsinin “funksiya və tapşırıqlarına təqdim olunmuş çertyojlar əsasında işarə və nişanlama işlərinin aparılması, metal konstruksiya və q urğuların, eləcə də onların hissələrinin qazla kəsilməsi və yığılması, qaynaq olunmuş metal konstruksiyalarının yığılması və bərkidilməsi, həmçinin metal konstruksiyaları müvafiq dərəcələrə uyğun olaraq tənzimləmək və düzəltmək” funksiyaları daxildir.

9. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqanın iddiaçıya ünvanlanan 15 aprel 2021-ci il tarixli **********0 saylı məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstəri lir. Mərkəzi filiala təqdim etdiyi 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Bu səbəbdən iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 25 il sığorta stajını, bu stajın 12 il 6 ayını zərərli və ağır işlərdə işləməsini nəzərə alaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da əmək fəaliyyətinə davam edir. xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətə; xx.xx.1979xx.xx.1980-ci illərdə “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi t əmiri zavodunda birinci dərəcəli fəhlə, təmirçi-çilingər; xx.xx.1981-xx.xx.1985-ci illərdə Rusiyada Cənub-Şərqi dəmir yolunun Şərqi-Rtişevo lokomotiv deposunda elektrovozun maşinist köməkçisi; xx.xx.1985-xx.xx.1992-ci illərdə Janatas Evtikmə kombinatında metal sexində metal konstruksiya üzrə montajçı; xx.xx.1995-1999-cu illərdə “Şelflayihətikinti” Layihə-sənaye-Tikinti Birliyində, Bakı Dərin Özüllər zavodunda boru quraşdırıcı çilingər; xx.xx.2000-xx.xx.2002-ci illərdə 2 saylı Tikinti Quraşdırma idarəsində quraşdırıcı; xx.xx.2002-xx.xx.2004-cü illərdə “Mak Dermott kaspian konstraksn” İNK-də quraşdırıcı; xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də quraşdırıcı; xx.xx.2007-xx.xx.2008-ci illər arasında "xxxx" MMC-də borunun montajçısı; xx.xx.2008-xx.xx.2009-cu illər arasında "xxxx" ASC-də qu raşdırıcı; xx.xx.2010-xx.xx.2011-ci illər arasında "xxxx" ASC-də metal konstruksiyaların təmiri üzrə çilingər; xx.xx.2011-xx.xx.2012-ci illərdə Heydər Əlivev adına Bakı dərin özüllər zavodunda metal konstruksiyalar üzrə yığıcı çilingər; xx.xx.2012-halhazıradək "xxxx" MMC-də X1 üzrə Quraşdırıcı vəzifəsində çalışır. İşin hallarından bəlli olur ki, ümumi əmək stajı 60 yaşınadək hərbi xidmət də daxil olmaqla 30 ildən çoxdur. Bunun da 20 ilini zərərli peşədə çalışmışdır. İşlədiyi iş yerləri üzrə peşəsi zərərli sahə hesab olunur. Bununla əlaqədar olaraq dəfələrlə DSMF-nin müvafiq qurumuna yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar müraciət etsə də müraciətindən əsassız olaraq imtina olunub. Hesab edir ki, cavadehin imtinası tamamilə qanunsuz və əsassızdır.

13. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçı 11 02.2021-ci il və xx.xx.2021-ci il tarixlərində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin atı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 2-1(112)-1916/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olsa da, həmin vaxt tələb olunan güzəştli iş stajı olmadığından, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının məhz xx.xx.2019-cu il tarixdən təyin edilməsini tələb edir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixə iddiaçının qanunvericiliklə tələb olunan 25 ildə artıq ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Apellyasiya baxışı zamanı iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) 2-1(103)-423/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, B akı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia, iddiaçının apellyasiya baxışı zamanı verdiyi “iddianın dəqiqləşdirilməsi barədə” ərizəsinə uyğun şəkildə təmin olunmuş, İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan həm 25 il ümumi, həm də 12 il 6 ay xüsusi iş stajı mövcuddur, güzəştli iş stajın ın olması isə işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlarla tam təsdiq olunur. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etməsi cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunun məzmununda da öz əksini tapmışdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən pensiya təyin olunarkən, onun ödənilməsi cavabdeh orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üzrə, lakin hüquqununun xx.xx.2018-ci il tarixdən yarandığı nəzərə alınmaqla həyata keçirilməlidir.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, ləğv olunmuş Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2-1(112)-1916/2022 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən, yəni 61 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz qərarının əsaslandırma hissəsində iddiaçının 60 yaşının xx.xx.2018-ci il tarixdə tamam olduğunu, həmin vaxt tələb olunan güzəştli iş stajının tamamlanmamasını, bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının məhz xx.xx.2019-cu il tarixdən təyin edilməsinin mümkün old uğunu qeyd etmişdir. İşə apellyasiya instansiyası qismində baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli 2-1(103)-423/2023 nömrəli qərarının əsaslandırma hissəsində yuxarıda göstərilən dövrlər üzrə iddiaçının 12 il 6 ay güzəştli stajının 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə tamamlandığı qeyd olunaraq ona güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən deyil, məhz xx.xx.2018-ci il tarixdən təyin edilməsinin mümkün olduğu bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Həmin dövrlərə xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan əmək fəaliyyət i daxildir. Bundan başqa iddiaçının məhkəmə tərəfindən qəbul olunan güzəştli iş stajı apellyasiya məhkəməsi tərəfindən səhv hesablanmış və bunun nəticəsində məhkəmə kollegiyası iddiaçının 12 il 6 ay güzəştli stajının 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə tamam olduğu qənaətinə gələrkən səhvə yol vermişdir. Belə ki, iddiaçının məhkəmə tərəfindən qəbul olunan güzəştli stajının xx.xx.2018-ci il tarixə, yəni 60 yaşının tamam olduğu tarixə hesablanmış müddəti 11 il 06 ay 18 gün təşkil edir: xx.xx.1981-сi il tarixdən xx.xx.1985-ci il tarixədək (04 il 02 ay 19 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (08 ay 21 gün), xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (01 il 02 ay 22 gün), xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci il tarixədək (05 il 02 ay 16 gün). İd diaçının məhkəmə tərəfindən qəbul olunan güzəştli stajının xx.xx.2019-cu il tarixə, yəni 61 yaşının tamam olduğu tarixə hesablanmış müddəti 12 il 06 ay 05 gün təşkil edir: xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (04 il 02 ay 19 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (08 ay 21 gün), xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (01 il 02 ay 22 gün), xx.xx.2012-ci il tarixindən xx.xx.2019-cu il tarixədək (06 il 04 ay 03 gün). Yuxarıda qeyd olunan hesablanma qaydasından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının 12 il 6 ay güzəştli stayının 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə tamam olduğu qənaətinə gələrkən səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı eti raz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ I.Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

24. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pens iyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş s tajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Bənd

1. Əmək stajı i ş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvl ərinin üzvlük kitabçaları nəzərə alınır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” Bənd 4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, s ığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Bənd 4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı” Bənd 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

11. Metal emalı 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri a) fəhlələr Çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər

21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: Elektrovozlarda maşinist köməkçiləri 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” a) fəhlələr Polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsa slandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas lar müəyyən edilməmişdir.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şik ayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh imtina məktubunda, iddiaya etiraz ərizəsində, apellyasiya və kassasiya şikayətlərində yalnız iddiaçının güzəştli iş stajını mübahisələndirmişdir.

39. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

40. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 20 fevral 2018-ci il tarixdə 60 yaşı tamam olmuşdur.

41. İddiaçının 60 yaşının tamam olduğu 20 fevral 2018-ci il tarixədək iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, arxiv arayışlarında göstərilən iş stajı, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.

42. Güzəştli iş stajı ilə bağlı qeyd olunmalıdır ki, "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun xx.xx.2017-ci il tarixli 269 nömrəli Güzəştli Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləyib. xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.197 9-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli gəmi təmirçi çilingəri keçirilmiş, xx.xx.1980-ci il tarixdə işdən azad edilmişdir (güzəştli iş stajı-8 ay 21 gün). 43. “X4” ASC-nin xx.xx.2017-ci il tarixli 565 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək müddət ərzində Cənub-Şərqi dəmiryolunun Şərqi-Rtişevolokomotiv deposunda tam iş günü və tam iş həftəsi müddətində elektrovozun maşinist köməkçisi qismində işləmişdir (güzəştli iş stajı-4 il 2 ay 19 gün).

44. X2 Mədəniyyət, Arxiv və Sənədləşmə İdarəsi “Sarısus rayon dövlət arxivi” Kommunal dövlət müəssisəsinin xx.xx.2019-cu il tarixli 2-04/960 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci ildən metal sexinə metal konstruksiya üzrə quraşdırıcı qəbul edilib. xx.xx.1986-cı ildən h əmin yerdə metal konstruksiya üzrə 6-cı dərəcəli quraşdırıcı təyin edilib xx.xx.1992-ci ildən öz xahişi ilə işdən azad edilib (güzəştli iş stajı-7 il 17 gün).

45. Kollegiya qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlillərindən göründüyü kimi inzibati orqan iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X1 üzrə quraşdırıcı” peşəsi üzrə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmişdir. İddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə də X1 üzrə quraşdırıcı peşəsində çalışmışdır. Odur ki, xx.xx.1985-xx.xx.1992-ci illərdə işlədiyi dövr də iddiaçının güzəştli iş stajına qəbul edilməlidir. 46. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli güzəştli arayışından görünür ki, xx.xx.2012-ci il tarixindən hal-hazıradək çalışdığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı "xxxx" MMCdə güzəştli əmək şəraitində iş müddəti 7 il 7 gün təşkil edir.

47. Kollegiya "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli güzəştli arayışla bağlı qeyd edir ki, 20 fevral 2018-ci il tarixədək həmin vəzifədəki güzəştli iş stajl 5 il 2 ay 16 gün təşkil edir.

48. SOCAR (Heydər Əliyev adına Bakı dərin özüllər zavodu) tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2003-cü il tarixdə D-22 saylı şəhadatmanə ilə dövlət qeydiyyatına alınmış Bakı Dərin Özüllər zavodunun nizamnaməsində zavodun fəaliyətinin predmeti “stasionar dərin dəniz özüllərinin....quraşdırılması... işlərinin yerinə yetirilməsindən” ibarət olaraq təsdiq edilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək H.Əliyev adına Bakı dərin özüllər zavodunun Metal konstruksiyaların istehsalı sexində metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsində işləmişdir. İş stajı 1 il 2 ay 22 gün təşkil edir. Texnoloji prosesə əsasən iddiaçının işləmiş olduğu metal konstruksiyalar üzrə yığıcı-çilingər peşəsi üzrə mövcud məlumatlar aşağıdakı kimidir: Metal konstruksiyaların istehsalı sexinin sabiq rəisi tərəfindən hazırlanmış Metal konstriksiyaların yığılması üzrə çilingər üçün təhl ükəsizlik texnikasından 66 nömrəli, xx.xx.2010-cü il tarixli təlimatının 3.19 və 4.3-cü bəndlərində qeyd edilmiş tələblərə əsasən, metal konstruksiyaların yığılması üzrə çilingərin yerinə yetirmiş olduğu funksiyalar göstərilmişdir.

49. İddiaçının xx.xx.1979-xx.xx.1980-ci illər üzrə (8 ay 21 gün) işlədiyi birinci dərəcəli gəmi təmirçi çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 11.6. “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bəndinin a) fəhlələr yarımbəndində “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” peşəsinin, xx.xx.1985-xx.xx.1992-ci illərdə işlədiyi metal konstruksiya üzrə quraşdırıcı peşəsi (7 il 1 7 gün), xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi “metal konstruksiyalar üzrə yığıcı çilingər” (1 il 2 ay 22 gün) və xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci il tarixədək işlədiyi “X1 üzrə quraşdırıcı” peşəsi (5 il 2 ay 16 gün), adı çəkilən Siyahının 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinin a) fəhlələr yarımbəndində “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinin, xx.xx.1981-ci il xx.xx.1985-ci il tarixədək (4 il 2 ay 19 gün) “X4” ASC-nin verdiyi arayışa əsasən CənubŞərqi dəmiryolunun Şərqi-Rtişevolokomotiv deposunda işlədiyi elektrovozun maşinist köməkçisi peşəsi isə (bu peşənin güzəştli olduğu güzəştli arayışın məzmununda RF “Sığorta pensiyaları haqqında” Qa nunla ətraflı əsaslandırılmışdır) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: elektrovozlarda maşinist köməkçiləri” peşəsinin funksiyaları ilə eynilik təşkil etməklə, zərərli peşələr kimi qəbul edilir.

50. Beləliklə, iddiaçının xx.xx.1979-xx.xx.1980-ci illər üzrə işlədiyi birinci dərəcəli gəmi təmirçi çilingəri (8 ay 21 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək elektrovozun maşinist köməkçisi (4 il 2 ay 19 gün) xx.xx.1985-xx.xx.1992-ci illərdə işlədiyi metal konstruksiya üzrə quraşdırıcı (7 il 17 gün), xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (1 il 2 ay 22 gün) işlədiyi “metal konstr uksiyalar üzrə yığıcı çilingər” və xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci il tarixədək işlədiyi “X1 üzrə quraşdırıcı” peşəsi (5 il 2 16 gün) üzrə xx.xx.2018-ci il tarixədək iddiaçının 12 il 6 aydan artıq əmək şəraitinə görə güzəştli iş stajı mövcuddur.

51. Kollegiya hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2018-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2018-ci il tarixdən) g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

52. Həmçinin, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən pensiya cavabdeh orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üzrə, lakin hüquqununun xx.xx.2018-ci il tarixdən yarandığı nəzərə alınmaqla ödənilməlidir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

54. Odur ki, iddiaçıya güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-423/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar