Məhkəmə qərarları › İş №2-1(102)-616/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-616/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-616/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “X23” ASC və “xxxxxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin qeydiyyatının ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X17, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Ve rgilər Baş İdarəsinin (bundan sonra iddiaçı) cavabdehlər “X23” ASC-yə və “xxxxxxx” MMC-yə (bundan sonra cavabdehlər) qarşı “qeydiyyatın ləğv edilməsi və bununla əlaqədar olaraq təsisçilərin üzərinə hüquqi şəxsin ləğvinə dair ümumi yığıncağın qərarının qəbul olunaraq vergi orqanına təqdim edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-322/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X23” ASC xx.xx.1998-ci il tarixdə D-2851 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 2. “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixl i növbədənkənar ümumi yığıncağında cəmiyyətin tərkibindən bir hüquqi şəxsin ayrılması ilə əlaqədar olaraq yenidən təşkil olunması qərara alınmışdır. 3. “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar yığıncağının protokolundan görünür ki, yığıncağın gündəliyində müzakirə ediləcək məsələlər qeyd edilmişdir ki, onlardan biri də cəmiyyətin səhmdarının müraciəti əsasında cəmiyyətin bölünmə (ayrılma) yolu ilə yenidən təşkili, ayrılan səhmdara düşən əmlak payının təsdiqi olmuşdur. Protokoldan görünür ki, yığıncaqda həmin məsələ müzakirə olunarkən qərara alınmışdır ki, cəmiyyətin səhmdarı X18 “X23” ASC-nin nizamnamə kapitalından özünə məxsus payı ayıraraq onun bazasında yeni hüquqi şəxs (“xxxxxxx” MMC) təsis etməsi ilə əlaqədar “X23” ASC ayrılma yolu ilə yenidən təşkil olunsun. X11 məxsus olan və “X23” ASC-nin nizamnamə kapitalına daxil olan AZ********** nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,0 manat olan ümumilikdə 1506460,00 manat dəyərində 753230 ədəd adi, sənədsiz, adlı səhmin dövriyyədən çıxarılaraq silinməsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət X1 tərəfindən tərtib olunaraq verilmiş xx.xx.2014-cü il tarixli 20008 saylı Texniki pasporta əsasən Cəmiyyətin balansında olan Sumqayıt şəhəri, 46-cı məhəllə, Çerkassi küçəsi-62 ünvanında yerləşən İnzibati xidmət korpusu (553,3kv.m), Avtotərəzi binası (181,6 kv.m), Kanalizasiya nasos stansiyası (46,2 kv.m), Anbar (79,4 kv.m.), Elektrik yarımstansiyası (113,5 kv.m.), Dondurma sexi (1985,6 kv.m), Kondensator stansiyası (282,8kv.m), Soyuducu korpus (2794,9 kv.m), Su üçün rezervuar (229,4 kv.m), Nasosxana (40,6kv,m.). Pandus (1534,1 kv.m.), Dəmir beton hasar (68,1 kv.m.) qeyri yaşayış sahələri Cəmiyyətin balansından çıxarılaraq bölünmə balansına uyğun olaraq cəmiyyətdən ayrılan səhmdar X18 tərəfindən təsis edilən hüquqi şəxsin balansına verilsin. Həmin texniki pasporta əsasən cəmiyyətin istifadəsində olan 23503.4 kv.m torpaq sahəsindən 22923 kv.m sahə cəmiyyətin istifadəsindən çıxarılaraq X9 təsis etdiyi hüquqi şəxsin (“xxxxxxx” MMC) istifadəsinə verilsin. Yığıncaqda müzakirə edilən növbəti məsələ isə cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili ilə əlaqədar nizamnamə kapitalının dəyişdirilməsi, nizamnaməyə əlavə və dəyişikliklər edilməsi olmuşdur. Həmin məsələ üzrə isə qərara alınmışdır ki, “X23” ASC-nin ayrılma yolu ilə yenidən təşkil olunması ilə əlaqədar Cəmiyyətin nizamnamə kapitalı azaldılsın. Cəmiyyətin nizamnamə kapitalının azaldılan hissəsi hüquqi varislik qaydasında X9 təsis etdiyi hüquqi şəxsin (“xxxxxxx” MMC) nizamnamə kapitalına keçirilsin. “X23” ASC-nin nizamnamə kapitalının nominal dəyəri 2,0 manat olan, ümumilikdə 296560,00 manat dəyərində 148280 ədəd adi, sənədsiz, adlı səhmdən ibarət olması və hüquqi ünvanı Sumqayıt şəhəri, 46-eı məhəllə, Çerkassi küçəsi-62 təsdiq edilsin. “X23” ASC-nin Nizamnaməsinin 1.1-ci bəndinə aşağıdakı məzmunda 2-ci abzas əlavə olunsun: “X23” ASC səhmdarlarının xx xxxxxxx 2014-cü il tarixli ümumi yığıncağının qərarına əsasən yeni hüquqi şəxs “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması ilə bağlı olaraq ayrılma yolu ilə yenidən təşkil olunmuşdur və onun hüquq, vəzifə və öhdəlik ləri bölünmə balansı və təhvil aktına uyğun olaraq hüquqi varislik prinsipi əsasında “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir.

4. İşdən görünür ki, qeyd olunan dəyişikliklər üzrə bölünmə balansı və təhviltəslim aktı “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar yığıncağının protokolu əsasında tərtib edilmişdir.

5. Beləliklə də müəyyən olunur ki, bölünmə balansında və cəmiyyətin əmlakının təhvil-təslim aktında cavabdeh “X23” ASC-nin balansında olan ümumilikdə ******* manat dəyərində əmlak, o cümlədən ******* manat zərərin cəmiyyətin 83,5 % səhminin sahibi X11 təhvil verilməsi qeyd edilsə də, həmin balans və aktın tərtib olunmasına əsas olmuş protokolda qeyd olunan əmlakların X9 təsis etdiyi hüquqi şəxsin (“xxxxxxx” MMC) istifadəsinə verilməsi və “X23” ASC-ni n ayrılma yolu ilə yenidən təşkil olunması ilə əlaqədar onun hüquq, vəzifə və öhdəlikləri bölünmə balansı və təhvil aktına uyğun olaraq hüquqi varislik prinsipi əsasında “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi qərara alınmışdır.

6. Qeyd olunan dəyişikliyin, o cümlədən yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün xx.xx.2014-cü il tarixli ərizə ilə 2 saylı X2 müraciət edilmişdir.

7. Həmin müraciətə iddiaçı vergi orqanında baxılmış və “X23” ASC-nin tərkibindən bir hüquqi şəxsin ayrılması şəklində yenidən təşkilinin və yeni yaranmış hüquqi şəxs “xxxxxxx” MMC-nin dövlət qeydiyyatına alınması təmin edilmişdir.

8. Hazırda iddiaçı hesab edir ki, “X23” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkili və yeni hüquqi şəxs “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması zaman ı cavabdehlər tərəfindən bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, cavabdeh “X23” Açıq Səhmdar Cəmiyyətinin balansında olan ümumilikdə ******* manat dəyərində əmlak, o cümlədən ******* manat zərər qanunvericiliyin tələbləri pozularaq cəmiyyətin 83,5 % səhminin sahibi X11 təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X23” ASC-nin ayrılma yolu ilə yenidən təşkil olunması nəticəsində təsis edilmiş “xxxxxxx” MMC-nin dövlət qeydiyyatının ləğv edilməsi və bununla əlaqədar olaraq təsisçilərin üzərinə hüquqi şəxsin ləğvinə dair ümumi yığıncağın qərarının qəbul olunaraq vergi orqanına təqdim edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərin müraciəti əsasında “X23” ASC-nin tərkibindən bir hüquqi şəxsin ayrılması şəklində yenidən təşkilinin və yeni yaranmış hüquqi şəxs “xxxxxxx” MMC-nin dövlət qeydiyyatına alınması təmin edilmiş, lakin sonradan aparılmış araşdırma nəticəsində “X23” ASC-nin yenidən təşkili və yeni hüquqi şəxs “xxxxxxx” MMC-nin yaradılması zamanı cavabdehlər tərəfindən bir sıra qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Hüquqi şəxsin yenidən təşkilinin və yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına təqdim edilmiş xx.xx.2014-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokoluna əsasən təsdiq olunmuş bölünmə balansından və cəmiyyətin əmlakının təhviltəslim aktından aydın olur ki, cavabd eh “X23” ASC-nin balansında olan ümumilikdə ******* manat dəyərində əmlak, o cümlədən ******* manat zərər qanunvericiliyin tələbləri pozularaq cəmiyyətin 83,5 % səhminin sahibi X11 təhvil verilmişdir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələrinin yeni yaranmış hüquqi şəxslərə keçməsi ilə bağlı müvafiq qaydada təsdiq edilmiş təhvil aktı və bölünmə balansı tərtib edilməli və həmin sənədlərdə yenidən təşkil edilmiş hüquqi şəxsin hüquqları və öhdəlikləri üzrə hüquqi varislik haqqında müddəalar öz əksini tapmalıdır. İş materiallarından göründüyü kimi, cavabdehlər tərəfindən qeydiyyat orqanına təqdim edilmiş xx.xx.2014-cü il tarixli bölünmə balansı və təhvil-təslim aktında yenidən təşkil olunmuş hüquqi şəxsin hüq uq və öhdəliklərinin təhvil verildiyi və öhdəlikləri üzrə hüquqi varis olacaq hüquqi şəxs barədə hər hansı məlumat əks etdirilməmiş və qanunvericiliyə zidd olaraq cəmiyyətin hüquq və öhdəlikləri ayrılma yolu ilə yeni yaranmış hüquqi şəxsə deyil, səhmdar X11 təhvil verilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan belə nəticə əldə olunur ki, cavabdeh “X23” ASC-nin tərkibindən bir hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili və yeni hüquqi şəxs “xxxxxxx” MMC-nin yaradılması zamanı cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri gözlənilmədiyindən, qeyd olunan yenidən təşkil və yeni yaradılan hüquqi şəxsin dövlət qeydiyyatı ləğv edilməlidir.

11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(85)-290/2018 saylı iş) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək “X 23” ASC-nin ayrılma yolu ilə yenidən təşkil olunması nəticəsində təsis edilmiş “xxxxxxx” MMC-nin dövlət qeydiyyatı ləğv edilmiş və bununla əlaqədar olaraq təsisçilərin üzərinə hüquqi şəxsin ləğvinə dair ümumi yığıncağın qərarının qəbul olunaraq vergi orqanına təqdim edilməsi öhdəliyi qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər tərəfindən qeydiyyat orqanına təqdim edilmiş xx.xx.2014-cü il tarixli bölünmə balansı və təhvil-təslim aktında yenidən təşkil olunmuş hüquqi şəxsin hüquq və öhdəliklərinin təhvil verildiyi və öhdəlikləri üzrə hüquqi varis olacaq hüquqi şəxs barədə hər hansı məlumat əks etdirilməmiş və qanunvericiliyə zidd olaraq cəmiyyətin hüquq və öhdəlikləri ayrılma yolu ilə yeni yaranmış hüquqi şəxsə deyil, səhmdar X11 təhvil verilmişdir. Cavabdeh “X23” ASCnin tərkibindən bir hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili və yeni hüquqi şəxs “xxxxxxx” MMC-nin yaradılması zamanı cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozulduğundan, yeni yaradılan hüquqi şəxsin dövlət qeydiyyatı ləğv edilməlidir.

13. Cavabdehlər həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tələbinin mümkünsüz sayılmasını xahiş etmişdirlər. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X19-məruzəçi, X20 və X13, 2-1(105)-247/2018 saylı iş) xx xxxx 2018-ci il tarixli qərarı ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Ap elyasiya instansiya məhkəməsi qeyd edir ki, “xxxxxxx” MMC cavabdehin təqdim etdiyi sənədlər əsasında iddiaçının özü tərəfindən dövlət qeydiyyatına alınmış, bu zaman cavabdehin təqdim etdiyi sənədlərlə bağlı cavabdehə hər hansı bir irad bildirilməmiş, yalnız üstündən bir neçə il keçdikdən sonra, iddiaçı vergi orqanı “xxxxxxx” MMC-nin dövlət qeydiyyatının ləğv olunması barədə hazırkı iddianı qaldırmışdır. “xxxxxxx” MMC-nin iddiaçı tərəfindən dövlət qeydiyyatına alınması və uzun müddət ərzində bu qeydiyyatın ləğvi barədə iddia qaldırmaması, onun “xxxxxxx” MMC-nin dövlət qeydiyyatının cavabdehin təqdim etdiyi sənədlər çərçivəsində qanuna uyğun olması nəticəsinə gəlməsinə dəlalət edir və iddiaçının hazırda öz mövqeyini dəyişərək, qeyd olunan iddianı qaldırması cavabdehin hüququnun pozulmasına s əbəb olacaqdır.

16. İddiaçı həmin qərardan xx xxxxxx 2018-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat

17. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X4-məruzəçi, X14 və X15 2-1(102)-516/19 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.

18. Kasasiya instansiya məhkəməsi hesab etmişdir ki, işin tam və obyektiv araşdırılması üçün “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar ümumi yığıncağında cəmiyyətin tərkibindən bir hüquqi şəxsin ayrılma sı ilə əlaqədar olaraq yenidən təşkil olunması qərarına və cavabdeh “X23” ASC-nin balansında olan ümumilikdə ******* manat dəyərində əmlak, o cümlədən ******* manat zərərin cəmiyyətin 83,5 % səhminin sahibi X11 təhvil verilməsinə qeyd olunan hüquqi şəxslərin nizamnamələrinin bəndlərinə müvafiq olaraq hüquqi qiymət verilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi qeyd edilən hüquqi şəxslərin nizamnamələrini tələb etməli, həmin nizamnamə şərtlərini nəzərə alaraq “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar ümumi yığıncağında cəmiyyətin tərkibindən bir hüquqi şəxsin ayrılması ilə əlaqədar olaraq yenidən təşkil olunması qərarına və cavabdeh “X23” ASC-nin balansında olan ümumilikdə ******* manat dəyərində əmlak, o cümlədən ******* manat zərərin cəmiyyətin 8 3,5 % səhminin sahibi X11 təhvil verilməsinin qanuniliyinə qiymət verməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən tələb edilərək iş materiallarına əlavə edilmiş “xxxxxxx” MMC-nin nizamnaməsindən görünür ki, Cəmiyyət xx.xx.1998-ci il tarixdə D2851 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “X23” Açıq Səhmdar Cəmiyyətindən ayrılma yolu ilə yenidən təşkili ilə əlaqədar 83.5520 % səhmə düşən əmlakın bazasında yaradılır və bölünmə balansına uyğun olaraq onun hüquqi varisidir.

20. X6 Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “xxxxxxx” MMC xx.xx.2014cü il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi varisi (...)“X23” Açıq Səhmdar Cəmiyyətidir. Həmin Reyestr tərəfindən verilmiş digər Çıxarışdan görünür ki, “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X12r və o, nizamnamə kapitalında 100 % paya malikdir.

21. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Babayeva Hökümə Çingiz qızı-məruzəçi, X3 və X5, 2-1(105)-322/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir.

22. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “X23” ASC ayrılma yolu ilə yenidən təşkili olunarkən və onun tərkibindən yeni hüquqi şəxs olan “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti yaranarkən qanun pozuntusuna yol verilməmişdir və bölünmə balansında və cəmiyyətin əmlakının təhvil-təslim aktında cavabdeh “X23” ASC-nin balansı nda olan ümumilikdə ******* manat dəyərində əmlak, o cümlədən ******* manat zərərin cəmiyyətin 83,5 % səhminin sahibi X11 təhvil verilməsi qeyd edilərkən əslində həmin əmlakın X9 özünə deyil, təsis etdiyi hüquqi şəxsin (“xxxxxxx” MMC) istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.

23. X7 Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarını xx xxxxxx 2019-cu il tarixdə almış, xx xxxxxx 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə D-2851 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar ümumi yığıncağında cəmiyyətin tərkibindən bir hüquqi şəxsin ayrılması ilə əlaqədar olaraq yenidən təşkil olunması qərara alınmış və qeyd olunan dəyişikliyin, o cümlədən yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün xx.xx.2014-cü il tarixli ərizə ilə iddiaçıya müraciət edilmişdir. Cavabdehin həmin müraciətinə iddiaçı vergi orqanında baxılmış və “X23” ASC-nin tərkibindən bir hüquqi şəxsin ayrılması şəklində yenidən təşkilinin və yeni yaranmış hüquqi şəxs “xxxxxxx” MMC-nin dövlət qeydiyyatına alınması təmin edilmişdir.

25. Lakin sonradan aparılmış araşdırma nəticəsində “X23” ASC-nin yenidən təşkili və yeni hüquqi şəxs “xxxxxxx” MMC-nin yaradılması zamanı cavabdehlər tərəfindən bir sıra qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Vergi orqanına təqdim edilmiş xx.xx.2014-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokoluna əsasən təsdiq olunmuş bölünmə balansından və cəmiyyətin əmlakının təhviltəslim aktından aydın olur ki, cavabdeh “X23” ASC-nin balansında olan ümumilikdə ******* manat dəyərində əmlak, o cümlədən ******* manat zərər qanunvericiliyin tələbləri pozularaq cəmiyyətin 83,5 % səhminin sahibi X11 təhvil verilmişdir.

26. Həmçinin, iddiaçıya təqdim edilmiş xx.xx.2014-cü il tarixli bölünmə balansı və təhvil-təslim aktında yenidən təşkil olunmuş hüquqi şəxsin hüquq və öhdəliklərinin təhvil verildiyi və öhdəlikləri üzrə hüquqi varis olacaq hüquqi şəxs barədə hər hansı məlumat əks etdirilməmiş və qanunvericiliyə zidd olaraq cəmiyyətin hüquq və öhdəlikləri ayrılma yolu ilə yeni yaranmış hüquqi şəxsə deyil, səhmdar X11 təhvil verilmişdir.

27. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 55.1, 56.4, 57.1, 57.2, 57.3-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

30. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılması nın və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 31. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə

1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir. Maddə

3. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxal q müqavilələrdən ibarətdir. Maddə 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

32. Mülki Məcəllə Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birl əşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. 55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Madd ə 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Maddə 57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. 57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə ə laqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə. (-) 59.3. Bu Məcəllənin 5 9.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi 4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: (-) 4.0.26. qanunla müəyyən edilmiş hallarda X6in və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq; (-).

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verili r. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

35. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.

38. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

39. İddiaçının əsas dəlili ondan ibarətdir ki, 2014-cü ildə təqdim edilən sənədlərdən aydın olur ki, “X23” ASC-nin balansında olan ümumilikdə 1.506.460 manat dəyərində əmlak, o cümlədən 1.036.259 manat zərər qanunvericiliyin tələbləri pozularaq cəmiyyətin 83,5 % səhminin sahibi E.N.Nuriyevə təhvil verilmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilini əsaslı hesab etmir. 41. xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar ümumi yığıncağında cəmiyyətin tərkibindən bir hüquqi şəxsin ayrılması ilə əlaqədar olaraq yenidən təşkil olunması qərara alınmışdır. Bununla əlaqədar cavabdehlər tərəf indən qeyd olunan dəyişikliyin, o cümlədən yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün 2 saylı X2 müraciət edilmişdir.

42. Cavabdehin həmin müraciətinə iddiaçı vergi orqanında baxılmış və “X23” ASC-nin tərkibindən bir hüquqi şəxsin ayrılması şəklində yenidən təşkilinin və yeni yaranmış hüquqi şəxs “xxxxxxx” MMC-nin dövlət qeydiyyatına alınması təmin edilmişdir. 43. “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar yığıncağının protokolundan görünür ki, yığıncağın gündəliyində müzakirə ediləcək məsələlər qeyd edilmişdir ki, onlardan biri də cəmiyyətin səhmdarının müraciəti əsasında cəmiyyətin bölünmə (ayrılma) yolu ilə yenidən təşkili, ayrılan səhmdara düşən əmlak payının təsdiqi olmuşdur.

44. Protokoldan görünür ki, yığıncaqda həmin məsələ müzakirə olunar kən qərara alınmışdır ki, cəmiyyətin səhmdarı E.N.Nuriyev “X23” ASC-nin nizamnamə kapitalından özünə məxsus payı ayıraraq onun bazasında yeni hüquqi şəxs (“xxxxxxx” MMC) təsis etməsi ilə əlaqədar “X23” ASC ayrılma yolu ilə yenidən təşkil olunsun. E.N.Nuriyevə məxsus olan və “X23” ASC-nin nizamnamə kapitalına daxil olan AZ********** nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,0 manat olan ümumilikdə 1.506.460,00 manat dəyərində 753.230 ədəd adi, sənədsiz, adlı səhmin dövriyyədən çıxarılaraq silinməsi təmin edilsin.

45. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət X1 tərəfindən tərtib olunaraq verilmiş xx.xx.2014-cü il tarixli 20008 saylı Texniki pasporta əsasən Cəmiyyətin balansında olan Sumqayıt şəhəri, 46-cı məhəllə, Çerkassi küçəsi-62 ünvanında yerləşən İn zibati xidmət korpusu (553,3 kv.m), Avtotərəzi binası (181,6 kv.m), Kanalizasiya nasos stansiyası (46,2 kv.m), Anbar (79,4 kv.m.), Elektrik yarımstansiyası (113,5 kv.m.), Dondurma sexi (1985,6 kv.m), Kondensator stansiyası (282,8 kv.m), Soyuducu korpus (2794,9 kv.m), Su üçün rezervuar (229,4 kv.m), Nasosxana (40,6 kv.m). Pandus (1534,1 kv.m), Dəmir beton hasar (68,1 kv.m) qeyri yaşayış sahələri Cəmiyyətin balansından çıxarılaraq bölünmə balansına uyğun olaraq cəmiyyətdən ayrılan səhmdar E.N.Nuriyev tərəfindən təsis edilən hüquqi şəxsin balansına verilsin.

46. Texniki pasporta əsasən cəmiyyətin istifadəsində olan 23503.4 kv.m torpaq sahəsindən 22923 kv.m sahə cəmiyyətin istifadəsindən çıxarılaraq E.N.Nuriyevin təsis etdiyi hüquqi şəxsin (“xxxxxxx” MMC) istifadəsinə verilsin. Yığıncaqda müza kirə edilən növbəti məsələ isə cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili ilə əlaqədar nizamnamə kapitalının dəyişdirilməsi, nizamnaməyə əlavə və dəyişikliklər edilməsi olmuşdur.

47. Həmin məsələ üzrə isə qərara alınmışdır ki, “X23” ASC-nin ayrılma yolu ilə yenidən təşkil olunması ilə əlaqədar Cəmiyyətin nizamnamə kapitalı azaldılsın. Cəmiyyətin nizamnamə kapitalının azaldılan hissəsi hüquqi varislik qaydasında E.N.Nuriyevin təsis etdiyi hüquqi şəxsin (“xxxxxxx” MMC) nizamnamə kapitalına keçirilsin. “X23” ASC-nin nizamnamə kapitalının nominal dəyəri 2,0 manat olan, ümumilikdə 296.560,00 manat dəyərində 148280 ədəd adi, sənədsiz, adlı səhmdən ibarət olması və hüquqi ünvanı Sumqayıt şəhəri, 46-eı məhəllə, Çerkassi küçəsi-62 təsdiq edilsin. “X23” ASC-nin Nizamnaməsinin 1.1-ci bəndinə aşağıda kı məzmunda 2-ci abzas əlavə olunsun: “X23” ASC səhmdarların xx xxxxxxx 2014-cü il tarixli ümumi yığıncağının qərarına əsasən yeni hüquqi şəxs “xxxxxxx” MMC-nin yaradılması ilə bağlı olaraq ayrılma yolu ilə yenidən təşkil olunmuşdur və onun hüquq, vəzifə və öhdəlikləri bölünmə balansı və təhvil aktına uyğun olaraq hüquqi varislik prinsipi əsasında “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Eyni zamanda da işdən görünür ki, qeyd olunan dəyişikliklər üzrə bölünmə balansı və təhvil-təslim aktı “X23” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli növbədənkənar yığıncağının protokolu əsasında tərtib edilmişdir.

48. Bölünmə balansında və cəmiyyətin əmlakının təhvil-təslim aktında cavabdeh “X23” ASC-nin balansında olan ümumilikdə 1.506.460 manat dəyərində əmlak, o cümlədən 1.036.259 manat zərərin cəmiyyətin 83,5 % səhminin sahibi E.N.Nuriyevə təhvil verilməsi qeyd edilsə də, həmin balans və aktın tərtib olunmasına əsas olmuş protokolda qeyd olunan əmlakların E.N.Nuriyevin təsis etdiyi hüquqi şəxsin (“xxxxxxx” MMC) istifadəsinə verilməsi və “X23” ASC-nin ayrılma yolu ilə yenidən təşkil olunması ilə əlaqədar onun hüquq, vəzifə və öhdəlikləri bölünmə balansı və təhvil aktına uyğun olaraq hüquqi varislik prinsipi əsasında “xxxxxxx” MMC-yə keçməsi qərara alınmışdır. Eləcə də “xxxxxxx” MMC-nin apelyasiya məhkəməsinə təqdim edilmiş nizamnaməsindən görünür ki, Cəmiyyət xx.xx.1998-ci il tarixdə D2851 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “X23” Açıq Səhmdar Cəmiyyətindən ayrılma yolu ilə yenidən təşkili ilə əlaqədar 83.5520 % səhmə düşən əmlakın bazasında yaradılı r və bölünmə balansına uyğun olaraq onun hüquqi varisidir.

49. X6 Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, “xxxxxxx” MMC xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi varisi (...) “X23” ASC-dir. “xxxxxxx” MMC-nin təsisçisi E.N.Nuriyevdir və o, nizamnamə kapitalında 100 % paya malikdir.

50. Məhkəmə kollegiyası bəhs olunanlara əsaslanaraq kasasiya şikayətinin dəlillərini əsaslı saymır. Cavabdeh hüquqi şəxslərin qeydiyyatının ləğvi üçün yuxarıda sadalanan qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri işdə mövcud olmamışdır.

51. Odur ki, iddianı rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

52. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə və İnzibati Prosessu al Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)322/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar