Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-616/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər (mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (3-cü şəxs: X12) qarşı “cavabdehin 05.02.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli 2-1(107)-448/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AA 0314703) xx xxxxxx 1955-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Üçüncü şəxs X12 oğlu ( AA0705697; FİN 291GFVF) 8 avqust 1986-cı il tarixində Bakı şəhərində doğulmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır.
3. X21 Filialının 30.11.2018-ci il tarixli, 1436 nömrəli arxiv çıxarışına əsasən Şəki şəhər XDS İcraiyyə Komitəsinin 18.02.1986-cı il tarixli 03 saylı iclasında “Vətəndaşların fərdi mənzil tikintisi haqqında” mənzil tikintisi ilə əlaqədar ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X17 İcraiyyə Komitəsi Şəki şəhəri 25-ci rayon H.Sultanov küçəsi 11 nömrəli evdə yaşayan İddiaçı həyətində mətbəxt və hamam tikməyə icazə verilməsini qərara almışdır.
4. X21 Filialının 30.11.2018-ci il tarixli 1436 nömrəli arxiv arayışına əsasən Şəki Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş, 01.01.1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq kitabı”na əsasən 338-ci sırada İddiaçı torpağının cəmi 0,10 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0,01 ha olması qeyd edilmişdir.
5. MH seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X6 paylı mülkiyyətindədir. 6. “Qaytanlanmış torpaq kitabı”nın surətinə əsasən kitabda 338-ci sırada İddiaçı adı qeyd edilmiş, həyətyanı torpaq sahəsinin 0,10 ha olması, yaşayış məntəqəsində kənarda torpaq sahəsinin 0,01 ha olması qeyd edilmişdir. 7. 9922/4488 nömrəli, sentyabr 1987-ci il tarixli “Qeydəalma vəsiqəsi”nin surətinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X6 mülkiyyətindədir. İş materiallarında olan 06.07.2007-ci il tarixdə tərtib edilmiş 11759 inventar nömrəli “daşınmaz əmlakın texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iş üzrə üçüncü şəxs X4 mülkiyyətindədir. Sənəddə “xüsusi qeydlər” hissəsində 04.10.2006-cı il tarixli **********5410301 saylı çıxarışa əsasən 249,4 kv.m zəbt torpaq sahəsinin olduğu qeyd edilmişdir. 8. 22.08.2006-cı ildə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətinə əsasən Vartaşen rayon Xalq Məhkəməsinin 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsi, həmçinin 9922/4488 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Şəki şəhər, M.Cabbarov küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi X6 mükliyyətindədir. Sənəddə evin yaşayış otaqlarının sayı 2, ümumi sahəsinin 138,9 olduğu qeyd edilir. Həmçinin sənədin “torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə torpaq sahəsinin 300, əslində 549,4, tikili altı sahənin 128, həyət örtüyünün 421,4 olması qeyd edilir. 9. 10864 inventar nömrəli, sentyabr 2001-ci il tarixdə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətinə əsasən 25ci rayon, H.Sultanov küçəsi 11 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Sənəddə evin yaşayış otaqlarının sayı 3, ümumi sahəsinin 162,60 kv.m olması qeyd edilmişdir. Sənəddə həmçinin “Torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə torpaq sahəsi qeyd edilməmiş, faktiki torpaq sahəsinin 538,0 olması, tiki lilər altı sahənin 391,25 olması, həyət örtüyünün 146,75 olması qeyd edilir.
10. MH seriyalı ******* nömrəli 04.10.2006-cı il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə iş üzrə üçüncü şəxs X4, 1/2 hissədə İddiaçı mülkiyyətindədir. 11. 15.09.2006-cı il tarixli “Müqavilə”nin təsdiq edilmiş surətinə əsasən ünvan 7 ünvanında yaşayan X16 ona məxsus ünvan 8anında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsini nəvəsi X7 bağışlamışdır. 12. 9922/4488 nömrəli “Torpaq qeydi” sənədinin təsdiq edilmiş surətinə əsasən 25ci rayon, H.Sultanov küçəsi ev 27 ünvanında yerləşən ümumi 600 kv.m torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X6 paylı mülkiyyətindədir. 13. 23.01.1974-cü il tarixli “Dəyişmə müqaviləsi”nin təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, S.Soltanov küçəsi 27 nömrəli evdə yaşayan X3 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Şəki şəhəri, H.Sultanov küçəsi 27-də yerləşən ümumi binanın ikidə bir hissəsini ünvan 9 nömrəli evdə yaşayan İddiaçı məxsus olan ünvan 9 ünvanında yerləşən bir mərtəbə, bir seyvan və iki yaşayış otaağından ibarət evə dəyişmişdir.
14. Vartaşen rayon Xalq Məhkəməsinin 17.04.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsinin təsdiq edilmiş surətinə əsasən həmin qətnamə ilə Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindəki zal otaq 30 kv.m, qiyməti 3 128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m olmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X6 mülkiyyətinə verilmiş, Digər divar tərəfdən bir otaq 26 kv.m, qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m, qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır.
15. Şəki rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)-7/2020 nömrəli qətnaməsinə əsasən həmin qətnamə ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X5 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması» t ələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X7 qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxılmış, ilk iddia qismən təmin edilmiş, ünvan 10 ünvanda yerləşən X8 məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın X5 adına verilmiş 06 iyul 2007-cı ıl tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək ola n hissəsinin sökülməsi, X5 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən X13 və İddiaçı mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində İddiaçı tərəfindən inşa edilmiş çay daşından olan hasarda X9 məxsus fərdi yaşayış evinin həyətinə baxan «A» literlı yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 01 (bır) ədəd pəncərənin bağlanılması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 10 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan şimaldan 1370 cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilmişdir.
16. Şəki rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)- 7/2020 nömrəli qərardadından görünür ki, qarşılıqlı iddia ərizəsinin “ünvan 10 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi” hissəsinə xitam verilmişdir.
17. İddiaçı hesab edir ki, Şəki şəhəri, M.Cabbarov küçəsi, ev 11 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ona qanuni əsaslarla verilmiş və həmin torpaq sahəsində inşa edilmiş tikililər qanunvericiliyə uyğun olaraq inşa edilmiş, bu səbəbdən də iddiaçı torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikililərə daşınmaz əml akın dövlət reyestri xidmətində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.
18. Cavabdehin 05 fevral 2020-ci il tarixli **********99 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 10-cu maddələrinin tələblərinə cavab vermir, qeyd olunanları nəzərə alaraq, fərdi yaşayış evini 0,1 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
19. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05.02.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin və h əmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şəki İnzibati Məhkəməsinin 7 aprel 2021-ci il tarixli 2-1(116)-424/2021 nömrəli (hakim: İ.Cabbarov) qərardadı ilə X12 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
21. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası və anasının birgə nikah dövründə inşa etdirdikləri yaşayış evi olub və onlar arasında nikah pozulduqdan sonra Vartaşen (indiki Oğuz) rayon xalq məhkəməsinin 17 aprel 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsinə əsasən iddiaçının atası X3 ilə anası X15 arasında aparılan əmlak bölgüsü zamanı iddi açının atası X2 düşən əmlak payı olmuşdur. Sonradan iddiaçıya məxsus ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi 23 yanvar 1974-cü il tarixdə tərtib olunmuş “Dəyişmə müqaviləsinə əsasən iddiaçı tərəfindən atası X2 məxsus H.Sultanov küçəsi 27 ünvanında yerləşən yaşayış evinin 1/2 hissəsi ilə dəyişdirilmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə bitişik 0,10 ha torpaq sahəsi həyətyanı sahə kimi iddiaçıya verilmişdir. Bunu Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı”da təsdiq edir. Belə ki, Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı”nda iddiaçının qanuni istifadəsində 0,10 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X21 Filialından verilmiş 30 noyabr 2018-ci i l tarixli 1436 nömrəli Arxiv arayışında da qeyd edilmişdir ki, Şəki Təsərrüfatlararası cins mal qara müəssisəsinə təhvil verilmiş 01 yanvar 1975-ci il Qışlaq kənd Kirov adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq” kitabına əsasən 338-ci sırada İddiaçı torpağının cəmi 0,10, o cümlədən yaşayış məntəqəsindən kənarda 0,01 olması qeyd edilmişdir. Bundan sonra, iddiaçı qanuni istifadəsində olan torpaq sahəsində mətbəx, hamam və otaq inşa etdirmişdir. İddiaçı 0,10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 05.02.2020-ci il tarixli **********99 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənə dlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə cavab vermir. Bu səbəblə fərdi yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir.
22. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki şəhəri, M.Cabbarov küçəsi, 11 saylı fərdi yaşayış evinə dair aşağıdakı məlumatlar mövcuddur: - X1 adına 05.10.1972-ci il tarixdə 9972/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m); - Varteşen rayon Xalq Məhkəməsinin 17.04.1973-cü il tarixli, 2-28 saylı qətnaməsi ilə bir hissə X10 verilmiş, 16.01.1974-cü il tarixdə X3 və X11 adına 9972/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m); - 23.01.197 4-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X1 payı İddiaçı ilə dəyişdirilmiş (29 və 27 saylı evlə), İddiaçı və X6 adına 29.01.1974-cü il tarixli 9922/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m); - Sentyabr 1987-ci il tarixdə 1/2 hissə İddiaçı Əbduləvvəl oğlu və 1/2 hissə X6 adına qeydəalma vəsiqəsi verilmişdir; - Sentyabr 2001-ci il tarixdə İddiaçı Əbduləvvəl oğlunun adına 10864 inventar nömrəli texniki pasport verilmişdir (torpaq sahəsi sənəd üzrə göstərilməmiş, faktiki 538 kv.m göstərilmişdir); - 22.08.2006-cı il tarixdə X6 adına 11753 saylı texniki pasport verilmişdir (torpaq sahəsi sənəd üzrə 300 kv.m, faktiki 549 kv.m göstərilmişdir); - 11.08.2006-cı il tarixdə 1/2 hissə İddiaçı Əbduləvvəl oğlu və 1/2 hissə X6 adına ********* qeydiyyat nömrəli çıxarış verilmi şdir; - 15.09.2006-cı il tarixli, 4Ə1/133 saylı bağışlama müqaviləsi ilə X15 öz payını X7 bağışlamış, 1/2 hissə X4 və 1/2 hissə İddiaçı Əbduləvvəl oğlunun adına olmaqla ********* qeydiyyat nömrəli çıxarış verilmişdir (torpaq sahəsi 600 kv.m, X12 tərəfdə 300 kv.m, qanuni 238 kv.m zəbt, cəmi 538 kv.m, İddiaçı tərəfdə 300 kv.m qanuni, 238 kv.m zəbt, cəmi 538 kv.m); - İddiaçı tərəfə aid hissə 21.08.2006-cı il tarixli, ********* saylı qeydiyyat nömrəsi ilə "xxxx" ASC-də yüklüdür. Vətəndaşın təqdim etdiyi 30 noyabr 2018-ci il tarixli, 1430 saylı arxiv çıxarışında “Qaytanlanmış torpaq” kitabına istinad olunduğundan və “Qaytanlanmış torpaq” kitabından çıxarış Fərmanda öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sx emi təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, vətəndaşın müraciətində qeydiyyata alınmalı 0.03 ha torpaq sahəsinin üzərində Şəki XDS-in 1986-cı və 1989-cu il tarixli qərarları əsasında 1990-cı ildə qeyri-yaşayış binasının inşa edildiyinin göstərilməsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinin tələblərinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olması və Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 498 saylı Fərmanına əsasən fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin dövlət torpaq sahəsi olması sözügedən torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi qeydiyyata alınmasını mümkünsüz etmişdir
23. Üçüncü şəxs iddia tələbinə dair etirazında qeyd etmişdir ki, hal-hazırda iddiaçının İnzibati Məhkəməyə müraciətinin əsas məqsədi R.Mahmudovun Şəki rayon məhəməsinə verdiyi və İddiaçı qanunsuz tikililərinin sökülməyinə nail olduğu qərarı ləngitmək və söküntünü gecikdirməkdir. O, 2007-ci ildən, yəni Məmməd Cabbarov ev 23-ə sahib olduğu gündən bu yana İddiaçıla mübarizə aparır. Üçüncü şəxs 2007-ci ildən İddiaçı qanunsuz tikililərlə bağlı onun mülkiyyət hüququnu pozmamağa çağırsa da, bu barədə dəfələrlə xəbərdarlıqlar etsə də, İddiaçı R.Mahmudovun Şəkidə yaşamamağından istifadə edərək qanunsuz tikililərə davam etmişdir. Nəhayət R.Mahmudov məcbur qalaraq 2017-ci ildə Şəki rayon Mə hkəməsinə “qanunsuz tikililərin sökülməsi və tikilidə olan pəncərələrin bağlanılması”na dair iddia vermiş və onun iddia tələbi qismən təmin edilmişdir. Şəki rayon Məhkəməsi 07 yanvar 2020-ci il tarixli, 2(075)-7/2020 saylı qətnaməsində ünvan 10 ünvanda yerləşən X7 məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********5410301 reyestr nömrəli texniki pasportla göstərilmiş literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsini, X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən X12 və İddiaçı tərəfindən inşa edilmiş çay daşından olan hasard a X7 məxsus fərdi yaşayış evinin həyətinə baxan literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 01 (bir) ədəd pəncərənin bağlanmasını qət etmişdir.
24. Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli 2-1(116)-424/2021 saylı, qərarı ilə (hakim İ.Cabbarov) iddia rədd edilmişdir.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Qaytanlanmış torpaq” kitabından çıxarış öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq i cra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən vətəndaşın müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
26. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli 2-1(107)-448/2021 nömrəli qərarı ilə (sədrlik edən: R.Rəfiyev, hakimlər: E.Hüsynov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)424/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqey i ilə razılaşmışdır.
29. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikyətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi atasının və anasının birgə nikah dövründə inşa etdirdikləri yaşayış evi olub və onlar arasında nikah pozulduqdan so nra Vartaşen (indiki Oğuz) rayon xalq məhkəməsinin 17 aprel 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsinə əsasən atası X3 ilə anası X15 arasında aparılan əmlak bölgüsü zamanı atası X2 düşən əmlak payı olmuşdur. Sonradan ona məxsus ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi 23 yanvar 1974-cü il tarixdə tərtib olunmuş “Dəyişmə müqaviləsinə əsasən onun tərəfindən atası X2 məxsus H.Sultanov küçəsi 27 ünvanında yerləşən yaşayış evinin ½ hissəsi ilə dəyişdirilmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə bitişik 0,10 ha torpaq sahəsi həyətyanı sahə kimi ona verilmişdir. Bunu təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı” da təsdiq edir.
31. Bundan sonra qanuni istifadəsində olan torpaq sahəsində onun tərəfindən mətbəx, hamam və otaq inşa edilmişdir. Belə ki, Şəki şəh ər XDS İcraiyyə Komitəsinin 18 fevral 1986-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışdan görsənir ki, Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X17 İcraiyyə Komitəsi qərara almışdır ki, ünvan 13 nömrəli evdə yaşayan İddiaçı həyətində mətbəx və hamam tikdirməyə icazə verilmişdir. Göründüyü kimi, həmin qeyd edilən 0,10 ha torpaq sahəsi onun qanuni istifadəsinə verilmiş torpaq sahəsidir və onun üzərində inşa edilmiş tikililər tamamilə qanunvericiliyə uyğun inşa edilmişdir. Zal otaq anası İsmayılova Rənaya, yan barı tərəfdə olan otaq atası Səlimov Abduləvvələ verilmiş, orta otaq isə aralarında bölünmüşdür. Balkon isə həmin otağın bölünmə yerindən ayrılaraq tərəflərə verilmişdir. 23.01.1974-cü il tarixli, 2/64 2 saylı dəyişmə müqaviləsi ilə X1 payı onunla dəyişdirilmişdir. Həmçinin qeyd edir ki, eyni ilə onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportda Vartaşen rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə onun atasının payına düşən orta otağın 2.25 kv.metr hissəsi və ona münasib olaraq qarşısındakı balkon hissə qeyd edilməmişdir. Bunula da Vartaşen rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur.
32. Həmçinin qeyd edir ki, sonradan anası X15 öz payına düşən hissəsi nəvəsi X7 bağışlamış və ondan sonra da X7 06.07.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilərək verilmişdir. Eyni ilə əvvəlki texniki pasportda olduğu kimi y eni texniki pasportda da Vartaşen rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə X2 verilmiş evin orta otağının bir hissəsi və ona münasibətdə qarşısındakı balkonun hissəsi X7 məxsus kimi göstərilmişdir. Göründüyü kimi, yuxarıda qeyd etdiyi hər üç texniki pasport Vartaşen rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun tərtib edilməmişdir, ona görə də hər üç texniki pasport Vartaşen rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun deyildir. Ona görə də birinci instanisya məhkəməsi qərarında qeyd edilən 3 texniki pasporta istinad etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.
33. Şəki şəhər XDS İcraiyyə Komitəsini 18 fevral 1986-cı il tarixli 03 nömrəli və Şəki şəhər XDS İcraiyyə Komitəsinin 13 aprel 1989-cu il tarixli 04 nömrəli ic las protokolları ilə də təsdiq edilir ki, həmin 0,10 ha torpaq sahəsi ünvan 13 ünvanında yerləşən və ona görə də hmin torpaq sahəsi 1986 və 1989-cu illərdə onun qanuni istifadəsində olduğundan Şəki şəhər XDS İcraiyə Komitəsi tərəfindən onun qanuni istifadəsində olan torpaq sahəsində müvafiq tikililərin inşa edilməsinə icazə verilmişdir. Həmin qərarlardan da ona qeyd edilən tikililərin tikilməsinə icazə verilərkən müvafiq aktlar tərtib edilmiş və memarlıq şöbəsinin rəyləri nəzərə alınmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli 2-1(107)-448/2021 saylı qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiy yatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqa nının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, 13.01.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu 2.3-cü bəndində dəyişiklik edilməsi barədə.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhk əmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1 Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prose ssual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2 Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9 Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və o rada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 22.12.2021-ci il tarixli qərarı ilə və iddiaçı tərəfindən həmin qərardan verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisənin həll edilməsinə səthi yanaşmış, işdə olan sübutları və işin həqiqi hallarını tam, dolğun və hərtərəfli araşdırmamış, nəticə etibarı ilə iş üzrə düzgün olmayan məhkəmə qər arı qəbul etmişdir.
40. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 05.02.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. İşdə olan (iş səh. 6) sözügedən məsələ ilə bağlı iddiaçının cavabdehə olan yazılı müraciətinə, cavabdehin iddiaçya verdiyi 05 fevral 2020-ci il tarixli imtina məktubundan aşkar şəkildə göründüyü kimi, cavab formal və “başdansovdu” xarakter daşıyır.
42. Belə ki, həmin cavab məktubunda yazılmışdır ki, “təqdim etdiyiniz sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə cavab vermir” və bun görə də “fərdi yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birgə daşnmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir.
43. Əvvəla, qeyd edilməlidir ki, iddiaçı “fərdi yaşayış evinin” deyil, həmin torpaq sahəsində (yəni 0,10 ha) inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini cavabdehdən xahiş etmişdir.
44. Digər tərəfdən cavabdehin sözügedən imtina məktubunda iddiaçının təqdim etdiyi sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nununun 8 və 10-cu maddələrinin tələblərinə hansı meyarlara görə cavab vermədiyini açıqlamamışdır.
45. Eyni zamanda işin 10-cu səhifəsində olan “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışdan (seriya MN № 0000411) görünür ki, Şəki şəhəri, Məmməd Cabbarov küçəsində mülkiyyətində olan 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.metr yaşayış, 108,6 kv.metr köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçının – ½ hissə, X6 – ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır.
46. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş halı nəzərə almamış və iddiaçını n hansı torpaq sahəsi üzərində inşa edilmiş hansı əmlakın dövlət qeydiyyatının alınmasını dəqiqliklə araşdırmamışdır.
47. Belə ki, işin 11 səhifəsində olan (“Qaytanlanmış torpaq kitabı” adlanır) sənədin arxasındakı yazılardan görünür ki, həmin kitabda “338” sıra nömrəsi altında iddiaçının adına cəmi 0,10 hektar o cümlədən yaşayış məntəqəsindən kənarda 0,01 hektar torpaq sahəsinin mövcud olması göstərilmişdir.
48. Həmçinin işin 34, 35-ci səhifələrindəki iddiaçının adına verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun “Torpaq sahəsinin səthi” adlanan hissəsində yazılmışdır ki, torpaq sahəsi əslində 538,0 kv.metr, tikililər altı 391,25 kv.metr, həyət örtüyü (torpaq) 146,75 kv.metrdir.
49. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş dir ki, 06.07.2007-ci il tarixdə tərtib edilmiş 11759 inventar nömrəli “daşınmaz əmlakın texniki pasportu”na görə ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi iş üzrə üçüncü şəxs X4 mülkiyyətindədir. Sənəddə “xüsusi qeydlər” hissəsində 04.10.2006-cı il tarixli **********54-10301 saylı çxarışa əsasən 249,4 kv.metr zəbt torpaq sahəsinin olduğu qeyd edilmişdir.
50. Lakin apellyasiya instansiyası məhkəməsi işdəki həmin sübutları və bununla bağlı olan işin həqiqi hallarını tam və hərtərəfli araşdırmalı olduğu halda bunları etməmiş və sadəcə olaraq öz qərarında göstərmişdir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubli kasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Qaytanlanmış torpaq” kitabından çıxarış öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən vətəndaşın müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz”.
51. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, 13.01.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.3-cü bəndində dəyişiklik edilmiş və bu dəyişiklik aşağıda göstərilən qaydada müəyyən edilmişdir. 2.3 kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırm a orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda. 2.5 yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;
52. Başqa sözlə, “Qatlanmış torpaq kitabı”ndan və “Torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış” faktiki olaraq eyni anlayışlar olmaq la eyni məna kəsb edir.
53. Burada mahiyyətcə hər hansı bir fərq yoxdur. Yəni, apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələni qabardaraq ona tənqidi yanaşması yanlış olmuşdur.
54. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Vartaşen rayon Xalq Məhkəməsinin 17.04.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsinə əsasən həmin qətnamə ilə Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindəki zal otaq 30 kv.m, qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m olmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X6 mülkiyyətinə verilmiş, D igər divar tərəfdən bir otaq 26 kv.m, qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m, qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır
55. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)-7/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X4 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması” tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X7 qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılmış, ilk iddia qismən təmin edilmiş, ünvan 10 ünvanda yerləşən X7 məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın X4 adına verilmiş 06 iyul 2007-cı ıl tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş “A” literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsi, X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən X13 və İddiaçı mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində İddiaçı tərəfindən inşa edilmiş çay daşından olan hasarda X7 məxsus fərdi yaşayış evinin həyətinə baxan “A” literlı yaşayış evindən çol darvazayadək olan hissədə yerləşən 01 (bir) ədəd pəncərənin bağlanılması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 10 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan şimaldan 1370 cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq İddiaçı mülkiyyətinə ve rilmişdir. Şəki rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)- 7/2020 nömrəli qərardadından görünür ki, qarşılıqlı iddia ərizəsinin “ünvan 10 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi” hissəsinə xitam verilmişdir.
56. Lakin apellyasiya instansiyası məhkəməsi Şəki rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)-7/2020 nömrəli qətnaməsinin qanuni qüvvəyə minibminməməsini yoxlamamaqla yanaşı, həmin qətnamənin hazırkı inzibati mübahisəyə nə kimi münasibətinin olmasını göstərməmişdir.
57. Digər tərəfdən, 3-cü şəxs X4 iddiaçının iddiasının rədd edilməsi ilə ümumiyyətlə hazırkı mübahisənin həlli ilə bağlı, nə kimi marağının olmasına dair mövqeyi araşdırılaraq dəqiqləşdirilməlidir.
58. Bununla yanaşı Şəki rayo n Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)-7/2020 saylı qətnaməsinin icra olunması istiqamətində apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamışdır.
59. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 2-1(107)448/2021 saylı, 22.12.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
60. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-448/2021 saylı, 22.12.2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya in