Məhkəmə qərarları › İş №2-1(102)-616/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-616/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-616/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, mənfəət vergisi) 15.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(103 )-1294/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (VÖEN: **********) xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Zümrüd-Q” kiçik müəssisəsinin hüquq varisidir və əhaliyə müxtəlif növ xidmətlər göstərən hüquqi şəxsdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən ümumi sahəsi 222,2 kv.m olan qeyri-yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) üzərində iddiaçının xüsusi mülkiyyəti hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən, sahəsi 90 kv.m olan obyekt aylıq 500 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-nin icarəsinə verilmişdir.

4. İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 100 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu il tarixədək X1 icarəsinə verilmişdir.

5. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 300 manat icarə haqqı ödən ilməsi şərtilə xx.xx.2019-cu il tarixədək X2 icarəsinə verilmişdir.

6. İddiaçı ilə Tural Tukanov arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 100 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu il tarixədək Tural Tukanovun icarəsinə verilmişdir.

7. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən ona məxsus **********-20001 kodlu təsərrüfat subyekti (obyekt) vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır.

8. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanılması barədə” xx.xx.2018-ci il tarixli, **********524700 nömrəli qərarına əsasən, iddiaçı tərəfindən 2016-cı il hesabat dövrü ü zrə bəyan edilmiş 606,09 manat mənfəət vergisi kameral yoxlama nəticəsində 2352,23 manat müəyyən edilmiş və bu səbəbdən iddiaçıya 1746,14 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********524700 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2018-ci il tarixli, **********524700 nömrəli “Vergilərin hesablanması barədə” müvafiq qərarı ilə iddiaçıya 2016-cı vergi ili üçün borc hesablanmışdır. Avtomobillərə texniki xidmət məntəqəsi qismində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyriyaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmışdır, lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından iddiaçının fəaliyyəti dayandırılmış, bununla əlaqədar, heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır. İcarə yerləri ilə müqavilə münasibətlərinə xitam verildiyindən iddiaçı tərəf hər hansı gəlir əldə etməmişdir, 2016-cı il üçün isə vergilərin ödənilməsi təmin edilmişdir.

11. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, 2016-cı il mənfəət vergisi üzrə iddiaçı tərəfindən cavabdeh vergi orqanına xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018-ci il tarix lərdə cari və dəqiqləşmiş bəyannamələr təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu dəqiqləşmiş bəyannamə üzrə keçirilmiş kameral vergi yoxlaması nəticəsində xx.xx.2018-ci il tarixli, **********524700 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli dəqiqləşmiş bəyannamənin 200.2-ci sətrində “işlərin görülməsindən və xidmətlərin göstərilməsindən” gəlir 8400 manat göstərilmişdir. Qeyd olunan bəyannamədə ümumi gəlirlər 8400 manat, ümumi gəlirdən çıxılan xərclər 5364,54 manat göstərilmişdir. İddiaçıda aparılmış kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinin 203-cü, yəni “Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir” sətrində heç bir məlumat qeyd edilməm işdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2017-ci il tarixli məktubda icarəyə verdiyi obyektlərin söküldüyü bildirilmişdir. Məhkəmədə olan iş materiallarının 160-cı səhifəsinin 2-ci abzasından iddiaçının mülkiyyətində olmuş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyəti tərəfindən söküldüyü müəyyən edilir. Qeyd olunan halda cavabdeh tərəfindən 2016-cı il üzrə mənfəət vergisinin hesablanmasının Xətai rayon İcra Hakimiyyəti tərəfindən aparılmış söküntü ilə əlaqələndirilməsi əsassızdır. Nəzərə a lmaq lazımdır ki, qeyri-yaşayış binası xx.xx.2017-ci il tarixdə sökülmüş, lakin 2016-cı il üzrə mənfəət vergisi xx.xx.2016-xx.xx.2016-cı illəri əhatə etmişdir. Belə olan halda, 2016-cı il mənfəət vergisi üzrə aparılmış hesablama tam əsaslıdır. Məhkəmədə olan iş materiallarından və vergi orqanında olan uçot baza məlumatlarından iddiaçının Tukanov Tural, X4, "xxxx" MMC ilə icarə müqavilələri bağladığı və həmin müqavilələrin 2016-cı il ərzində qüvvədə olduğu öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə Tukanov Tural arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə qeydiyy atdan çıxmışdır. Tukanov Tural ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 100 manat, X4 ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 300 manat, "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsində isə aylıq icarə məbləği 500 manat olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: Xaliq İmanov) 06 noyabr 2019-cu il tarixli, 2-1(82)-1633/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********524700 nömrəli qərarı ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfi ndən Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən daşınmaz əmlak (avtomobillərə texniki xidmət məntəqəsi) xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2017-ci il tarixədək olan müddətə "xxxx" MMC-nin, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Vüsal Məmmədovun, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Əli Abdullayevin, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Tural Tükanovun icarəsinə verilmişdir. Qeyd olunan daşınmaz əmlak Xətai rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin əvvəllərində sökülmüş, əvəzində isə iddiaçıya kompensasiya ödənilmişdir. Qeyd olunan daşınmaz əmlakın eyni olmasına baxmayaraq, vergi orqanı həmin icarə müqavilələr ini əsas götürməklə 2016-cı il üzrə iddiaçının təqdim etdiyi 606,09 manat vergidən əlavə, iddiaçıya 1746,14 manat əlavə vergi hesablamışdır. Məhkəmə hesab edir ki, vergi orqanı 2016-cı il üzrə iddiaçıya əlavə 1746,14 manat mənfəət vergisi hesablamaqda haqlı olmamışdır. Belə ki, iddiaçı qeyd olunan icarə müqavilələrinin ləğv edilməsi barədə məlumatı vergi orqanına rəsmi qaydada təqdim etmədiyi təqdirdə belə, vergi orqanı qeyd olunan icarə müqavilələrinin ayrı-ayrı daşınmaz əmlak və onun müəyyən hissələri ilə bağlı deyil, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsi ilə bağlı olmasını nəzərə almamışdır. Göründüyü kimi, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin kameral vergi nəzarətinin həyata keçirilməsi nəticəsində i ddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya 2016-cı il üzrə əlavə mənfəət vergisi hesablanmasına əsas olmuş halların, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 04 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1294/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh vergi orqanı eyni əmlakla bağlı eyni dövrdə müxtəlif şəxslərlə icarə müqaviləsinin olmasının səbəblərini müəyyən etməli, onların qüvvədə olması və ya ləğv edilməsi barədə məlumat əldə etməli, dəqiqləşdirilmiş məlumatlar əsasında vergi məbləğini hesablamalı idi.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qər arı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi hallar ı və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses i ştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad oluna n normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin ə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1294/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar