Məhkəmə qərarları › İş №2-1(102)-617/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-617/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-617/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət qulluqçusunun pensiyasının yenidən hesablanması, dövlət məvacibinin dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanması, dövlət qulluqçusunun pensiyası hesablanarkən dövlət məvacibinə vəzifə maaşına əlavənin və son haqq hesabın daxil edilməsi ). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Gİ RİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı “Dövlət qulluğu pensiyasının əmək haqqına əlavənin 650 manat və son haqq hesabın 2698 manat olmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)649/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci i l tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra iddiaçı) xx xxxxxx 1953-cü ildə anadan olmuş, ona xx.xx.2016-cı il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmuşdur. O, dövlət qulluğu pensiyasının əmək haqqına əlavənin 650 manat və son haqq hesabın 2698 manat olmaqla yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh **********4 saylı, xx.xx.2019-cu il tarixli məktub ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, onun pensiyası qanuna müvafiq olaraq son 24 ay ərzind ə aldığı məvacibinə əsasən hesablanaraq ödənilir. Bundan sonra, iddiaçı dövlət qulluğu pensiyasının əmək haqqına əlavənin 650 manat və son haqq hesabın 2698 manat olmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki,cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Ona görə də 650 manat vəzifə maaşına əlavə və 2 4 ay ərzində hesablanmış 2698 manat son haqq hesab ona pensiya hesablanarkən nəzərə alınmalıdır. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin xx xxxxxx 2016-cı il tarixli komissiyasının qərarına əsasən, iddiaçıya xx xxxxxx 2016-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx xxxxxx 2018-ci ildə 65 yaşının tamam olması ilə əlaqədar işdən azad olduğu üçün xx xxxxxx 2018-ci il tarixdə dövlət qulluğu pensiyasına keçmək üçün ərizə ilə müraciət etmişdir. Onun 40 il 05 ay 13 gün ümumi əmək stajı vardır, ondan 29 il 02 ay 02 gün Dövlət qulluq stajı olmaqla təqdim etdiyi son 24 ayın əmək haqqı arayışına əsasən aylıq vəzifə maaşı 330 manat, rütbəy ə görə 39 manat, xidmət illərinə görə 39 manat və aldığı 16638 manat mükafat 24-ə bölünərək 693.25 manat, cəmi 1101.25 manat orta aylıq əmək haqqının 80 % miqdarında 881 manat dövlət qulluğuna görə pensiya hesablanaraq xx xxxxxx 2018-ci il tarixdən (işdən azad olduğu gündən) ödənilir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları” nın 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-576/2019 saylı, xx xxxx 2019 -cu il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilərək, iddiaçının dövlət qulluğu pensiyasının əmək haqqına əlavənin 650 manat və son haqq hesabın 2698 manat olmaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, inzibati orqan iddiaçının 24 ayda aldığı məbləği tam nəzərə almadan hesablama aparmaqla onun hüquqlarını pozmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-649/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: N.M.Nəsibov, hakimlər: Z.İ.Məmmədov və V.C.Cəfərov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-576/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şika yəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-649/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərarı qanunsuz və əsassızdır. Belə ki, "Əmək pensiyaları haqqında" AR Qanununun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödəni şlər nəzərə alınmır. Bu səbəbdən iddiaçının istinad etdiyi əlavələrin də pensiya hesablanarkən nəzərə alınması mümkün deyil. Məhkəmə qeyd olunan normanın tələblərini nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bununla da apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndəsinin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin in san hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli, 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablan ması qaydaları”nın: 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 avı ərzində aldığı dövlət məvacibindən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi müvafiq 24 ayda aldığı məvacibindən hesablanmaqla pensiya t əyin edilmişdir. İşin mübahisələndirilən halı pensiya təyin edlərkən iddiaçının əmək haqqına əlavənin və son haqq hesabın hesablanması ilə bağlıdır. Həmin dövrlərdə iddiaçının aldığı əmək haqqı nəzərə alınmış, lakin həmin dövrlərdə əlavə olaraq aldığı 650 manat və son haqqı hesab olaraq 2698 manat nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın həmin məbləği nəzərə almaması əsaslı olmamış, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx xxxxxx 2018-ci il tarixli arayışına əsasən, İddiaçı 2018-ci ilin dekabr ayı üzrə 650 manat vəzifə maaşına əlavə və son haqq hesab kimi 2698,65 manat əlavə gəliri olmuş və həmin məbləğlərdən qanunvericiliyə müvafiq olaraq sosial sığorta haqları tutulduğu gö stərilmişdir. Lakin inzibati orqan iddiaçının 24 ayda aldığı məbləği tam nəzərə almadan hesablama aparmaqla iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və pro sessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)649/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar