Məhkəmə qərarları › İş №2-1(102)-617/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-617/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-617/2021 06.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidməti və Üçüncü şəxs Səhiyyə Nazirliyinin 2 nömrəli Şəhər Poliklinikasına qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; cavabdehin imtinası yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidməti və üçüncü şəxs Səhiyyə Nazirliyinin 2 nömrəli Şəhər Poliklinikasına qarşı “əlillik dərəcəsi verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1363/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı 2 nömrəli şəhər poliklinikasında xx.xx.1993-cü ildən qeydiyyatda olmuş, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərində “Sümüklərin inkişafı xəstəliyi qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz (Q76.3)” xəstəliyi ilə bağlı müraciət etmiş, ET Travmatologiya və Ortopediya İnstitutunda xx. xx.2019-cu və xx.xx.2019-cu il tarixlərində stasionar müalicə almış, birinci dəfə Q76.3 və ikinci dəfə J96 klinik diaqnozu qoyulmuşdur.

2. İddiaçı “Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skoliozu, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skoliozu. İİİ dərəcəli hiperkifozu” (Q76.3) əsas diaqnoz, “Onurğanın skoliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları (Q76.4), Başqa rubrikalara təsnif olunmayan tənəffüs çatışmazlığı (J96), Hərəkətin və yerişin pozulmaları (R26), Onurğanın osteoxondrozu (M42)” ağırlaşma diaqnozu ilə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir.

3. Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2019-cu il tarixində iddiaçıya əlillik dərəcəsi müəyyən etməkdən imtina etmiş və imtinasını belə əsasl andırmışdır ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: xəstəliyin başlanma tarixi 1976-cı il qeyd edilmişdir. Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona ikinci qrup əlillik dərəcəsi müəyyən edilərək verilməsi və əlillik dərəcəsinin xx.xx.2019-cu il tarixindən hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı i ddia tələbini onunla əsaslandırmışdır ki, o, uşaq vaxtından sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadan gəlmə skolioz, döş fəqərələrinin sol tərəfli 2-ci dərəcəli skoliozu, 3-cü dərəcəli hiperkifozu xəstəliyindən əziyyət çəkir. Müxtəlif vaxtlarda müalicə olunsa da xəstəliyin qarşısını müvəqqəti ala bilmişdir. Lakin yaşa dolduqca xəstəliklər səhhətində ciddi fəsadlar törətmişdir. Demək olar ki, onurğasında vaxtaşırı ağrılar olduğundan ağrıkəsici iynələrdən istifadə edir. Onurğada olan xəstəliklər, onurğanın əyilməsi onun ağ ciyərində ciddi problemlər yaratmışdır. Artıq tənəffüs çatışmazlığından da əziyyət çəkir. Beş ildir ki, işləmir. Üç övladı var, maddi durumu yaxşı deyildir, vaxtlı-vaxtında müalicə ala bilmir. Qeydiyyatda olduğu 2 №-li poliklinikadan göndəriş alaraq, xx.x x.2019-cu il tarixində ET Travmatologiya və Ortopediya İnstitutunda müayinə və müalicə almışdır. Həmin xəstəxanada onurğanın döş tipli sol tərəfli 2-ci dərəcəli (14 dərəcə) skoliozu və 3-cü dərəcəli (82 dərəcə) hiperkifozu, döş və bel fəqərələrinin osteoxondrozu, fəqərələrin torsiya edilməsi diaqnozu qoyulmuşdur. Ondan əlavə xx.xx.2019-cu il tarixində göndəriş əsasında X2 Xəstəlikləri İnstitutunda müayinədən keçmişdir, orada 4805 nömrəli tibbi arayışa əsasən qarışıq tipli mötədil ventilyasiya pozgunluğu (196) diaqnozu qoyulmuşdur. Göründüyü kimi orqanizmində bir çox xəstəliklərin olması onun sağlamlıq imkanlarını məhdudlaşdırmışdır. xx.xx.2019-cu il tarixində 2 №-li şəhər poliklinikası tərəfindən ona əlillik dərəcəsi verilməsi üçün 0019003AABÜ9 №-li bildirişlə Tibbi Sosial Ekspert Komissiy asına elektron forma-88 göndərilmişdir. Lakin cavabdeh Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019cu il tarixli məktub ilə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiçı İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0019003AABW9 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilməyə əsas verən 0019003AABW9 nömrəli göndərişin təhlili göstərmişdir ki, xəstə lik xx.xx.1976-cı il tarixində başlanmışdır. Əsas xəstəlik kimi ”Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skoliozu, İİİ dərəcəli hiperkifozu”, ağırlaşma kimi isə “Onurğanın skoliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı, hərəkətin və yerişin pozulmaları, onurğanın osteoxondrozu” diaqnozları göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Əzginlik (süstlük) və yorğunluq” xəstəliyi qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar qanunvericiliyə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Bundan başqa, İddiaçı Rauf oğluna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş bütün göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayin ələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5072/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə (hakim T.Əsədova) 2 saylı şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona əlillik dərəcəsinin müəyyən edilərək verilməsini cavabdehin üzərinə həvalə edilməsi və əlillik dərəcəsinin xx.x x.2019-cu il tarixindən hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddianın təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, işin faktiki halları ilə iddiaçıya qoyulan əsas diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.12-ci bəndində qeyd edilən diaqnozdan fərqlidir və iddiaçıya qoyulmuş əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkan ları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş iddiaçının ambulator kartından iddiaçının 2019-cu ildən əvvəl əlilliyin dərəcəsinin təyin edilməsi məqsədilə göndərişdə göstərilən diaqnozların qoyulması müəyyən edilmədiyi halda 88 formalı göndərişdə iddiaçının xəstəliyinin anadangəlmə olması göstərilmişdir ki, bu da səhiyyə müəssisəsinin iddiaçı ilə bağlı göndərdiyi bildirişin natamam olduğunu göstərir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1363/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Elmira Nağıyeva, hakimlər – Vidadi Məmmədov və Həm id Həmidov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

15. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-1363/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, xx.xx.2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.

17. İddiaçı xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1363/2020 nömrəli qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna qiymət verməmişdir. Məhkəmə belə bir faktı qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş bütün göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müalicələrin nəticələri, xəstəliyin dinamikası, mülaivə tədbirləri və onların səmərəliliyi klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Bu barədə əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Belə bir vəziyyətdə iddiaçı bir neçə dəfə şifahi vəsatət verib iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə iddiaçının vəsatətini qəbul etməmişdir.

19. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı heç bir fiziki qüvvə tətbiq edilməli əmək fəaliyyəti ilə məşğul ola bilmir. Ali savadlı deyil, zehni işlə məşğul olur, insan orqanizmində onurğa xəstəliyi təhlükəli xəstəlik sisteminə daxildir. Belə ki, insanın bütün hərəkəti onurğa ilə bağlıdır. Öhdəsində üç uşaq və həyat yoldaşı var. Belə vəziyyətdə o, ailəsi və özünü heç nə ilə təmin edə bilmir. Beləliklə, məhkəmə işi hərtərəfli araşdırmamış, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyan aşağıdakı halları nəzərə almamışdır: - Tibbi Sosial Ekspertiza və X1 Xidmətindən iddiaçının müraciətinə heç bir cavab verilməməsini; - iddiaçının üç dəfə travmatologiya xəstəxanasında müalicə olunması və bu müalicələrin heç bir nəticə verməməsini; - iddiaçıya əlillik qrupu verilməsi üzrə Tibbi Ekspertiza təyin edilməsinə dair onun dəfələrlə verdiyi vəsatətin təmin edilməməsini; - iddiaçının nə zehni, nə də fiziki əməklə məşğul olmaq qabiliyyətinin tam itirilməsini. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı işti rakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının o lub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkət ləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları pozulmuş, prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

28. Belə ki, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 23-cü bəndində göstərilən hüquqi mövqeyindən də göründüyü kimi məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olubolmamasını, həmçinin ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) mövcudluğunu yoxlamalıdır.

29. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına, eləcə də hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbinə əsasən cavabdehin imtinasının olub-olmaması məhkəmə tərəfindən yoxlanılmalıdır və iddia tələbi yalnız cavabdehin imtinası olduqda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciətinin cavablandırılmadığı hallarda mümkündür.

30. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyinin, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyinin müəyyən edilməsi üçün məhkəmə ətraflı araşdırma aparmalıdır

31. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı ona əlillik dərəcisinin müəyyən edilməsi üçün Tibbi Sosial Ekspert Komis siyasına müraciət etsə də, sonuncu, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğunu qeyd etmişdir. Göründüyü kimi, TSEK-in rədd cavabı xəstəliklə bağlı olmamış, formal xarakter daşımışdır. Bu hal isə rəsmiləşdirilmiş göndəriş tam doldurulduğu halda iddiaçıya əlillik dərəcəsinin müəyyən edilməsini istisna etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etməmişdir.

32. İddiaçı TSEK-in ona əlillik dərəcəsinin verilməsindən imtina etdiyini bildirsə də, hazırkı iddianı TSEK-ə qarşı yox, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidmətinə qarşı qaldırmışdır. Halbuki, sonuncu inzibati orqana iddiaçının ilkin müra ciəti olmamışdır.

33. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh qismində Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidmətini qeyd etsə də, xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaradılmış və həmin tarixdən sonra əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət sözügedən Agentliyə verilmiş, yəni işə baxılan zaman Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidməti artıq ləğv edilmişdir.

34. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ləğv olunmuş inzibati orqana qarşı işə baxmış, mümkün olmayan iddia tələbinə mahiyyəti üzrə baxaraq qiymət vermiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

35. Yuxarıda qeyd ol unanlardan göründüyü kimi, hazırkı iş üzrə iddianın mümkünlük şərtləri ödənməsə də, apellyasiya instansiyası məhkəməsi buna qiymət verməmiş, işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir.

36. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi mümkün sayılmamalıdır.

37. İddiaçı kassasiya şikayətində qərarın ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, iddia tələbi mümkün sayılmadığından kassasiya şikayəti “iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi” hissəsində təmin oluna bilməz.

38. Yuxarıda qeyd olunanlara əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1363 /2020 nömrəli qərar ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar