Məhkəmə qərarları › İş №2-1(102)-617/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-617/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-617/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-617/2022) (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı (üçüncü şəxs X3) “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyy ət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(107)-40/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AA*******, FİN: xxxxxxx) xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 1A-da qeydiyyatda olmaqla yaşayır.

2. Üçüncü şəxs X3 (Ş/V: AA1514904, FİN: 1UZT04R) 03.08.1994-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. 3. 28 avqust 2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Mingəçevir şəhəri, “Kür” kollektiv bağçılıq təsərrüfatında yerləşən bağ evini və onun yerləşdiyi həyətyanı torpaq sahəsini X1 Aynur Fikrət qızından alaraq öz mülkiyyətinə keçirtmişdir. 4. 25.05.2019-cu il tarixli, 4Ə-881 reyestr nömrəli bağışlanma müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən bağ evini 0.06 ha torpaq sahəsi ilə birlikdə X6 anası İddiaçı bağışlamış və 29.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay hüququ əsasında anasının adına qeydiyyata alınmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək yuxarıda qeyd edilən yaşayış evinə dair mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir.

6. Cavabdeh 03.08.2021-ci il tarixli, **********57 nömrəli məktubla cavab verərək bildirmişdir ki, yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər Ərazi İdarəsinə təqdim olunduqundan sonra ərizəyə qanuna müvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmişdir ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 1A ünvanında yerləşən yaşayış evini iddiaçı öz vəsaiti hesabına almışdır. Belə ki, əvvəlcə torpaq sahəsini 53.000 manata Fikrət adlı şəxsdən almış, sonra isə ev tikdirmişdir. Sadəcə olaraq, həmin dövrdə iddiaçı Moskva şəhərində olması ilə əlaqədar, Elvin Məmmədovun adına almışdır. Elvin Məmmədov epilepsiya xəstəsidir. O, heç bir yerdə işləməyib, heç bir qazanc əldə etməmişdir. Sadəcə olaraq Mingəçevir şəhərində olduğuna görə onun adına rəsmilə şdirilmişdir. Ancaq nə torpağın alınmasında, nə də evin tikilməsində onun heç bir vəsaiti olmamışdır. Onun hətta cib xərcliyini də iddiaçı vermişdir. Bağışlanma yolu ilə 25.05.2019-cu ildə iddiaçının adına bağışlanmışdır. Bunu faktiki olaraq başqa cür iddiaçının mülkiyyətinə keçirmək mümkün olmadığından bağışlanma müqaviləsi yolu ilə etmişdir. Ancaq faktiki olaraq iddiaçının mülkiyyətindədir. İddiaçının oğlu xəstəliyi ilə əlaqədar hərbi xidmətdə də olmamışdır. Torpağı aldığı şəxs, evi tikən şəxs və digər şəxslər də bu faktı təsdiq edə bilərlər ki, həmin torpaq və ev iddiaçının vəsaiti ilə alınmış və tikilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1148/2021 nömrəli qərardadı ilə (hakim Fərid İsmayılzadə) iddianın mümkün sayılmaması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, mülkiyyət üzərində artıq qeydə alınmış hüquqlara münasibətdə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi formulə edilmiş iddia tələbinə inzibati mühakimə icraatı qaydasında yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır.

11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(107)-40/2022 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Vəzirxan Məlikov, hakimlər – Günay Cavadova və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 202 1-ci il tarixli, 2-1(116)-1148/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi işə baxarkən və qərardad çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmişdir. Tətbiq edilməli olan hüquq normasını düzgün seçməmiş və səhvən subyektiv mülahizələr ə istinad edərək, seçilmiş hüquq normasını təvsir etmişdir. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəz ifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddi anın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nətic ələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

18. İnzibati-Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandı rdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsass ızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl ed ilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

22. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan v erən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

23. İddiaçı mülkiyyət hüququnu tanınması tələbi ilə məhkəməyə müraciət etsə də, iş materiallarından görünür ki, mübahisəli ev tam pay hüququ əsasında 29.05.2019-cu il tarixli çıxarışa əsasən iddiaçıya məxsusdur.

24. İddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. İddiaçının mübahisə açdığı mənzil onun mülkiyyətində olduğundan iddiaçının hüquqi marağının mövcud olmadığı müəyyən edilir.

25. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 21(107)-40/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar