Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-617/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia vermə müddətinin əvvəlki qanuna görə ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X2rşı “sərəncamın və alqısatqı aktının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3095/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Binəqədi Rayonu X5nin xx.xx.2006-cı il tarixli 1313 nömrəli sərəncamının surətindən görünür ki, X5nin ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və X6 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsinin 7500 kv.m-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X6 adına keçirilməsi qərara alınmışdır.
2. Daha sonra X5 ilə alıcı X10 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş, həmin torpaq sahəsinin yerləşmə cizgisi çəkilmiş və X5 tərəfindən təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində yerləşən 7500 kv.metr torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün vətəndaş X6 mülkiyyətinə verilməsi barədə cavabdehin xx.xx.2006-cı il tarixli, 1313 nömrəli Sərəncamı və cavabdeh ilə X10 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X6 müraciəti əsasında cavabdehin xx.xx.2006-cı il tarixli 1313 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəs inin ərazi hüdudları daxilində yerləşən 7500 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Cavabdeh ilə X10 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinin yerləşmə cizgisi çəkilmiş və X5 tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan torpaq sahələrinin elektron kadastr məlumatlarına əsasən X1 torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir və faktiki torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Tərəflər arasında bağlanmış Torpaqların alqısatqısına dair akt bələdiyyə sədri və vətəndaş X10 tərəfindən imzalansa da, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Göründüyü kimi, X5 öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-10833/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia cavabdehin Sərəncamının və alqısatqı aktının etibarsız hesab edilməsi olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür.
8. Məhkəmə ilk növbədə iddia tələbinin alqı-satqı aktının etibarsız hesab edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, alqı-satqı müqavilə olmaqla iki ikitərəfli əqddir. Əq din mübahisələndirilməsi isə inzibati məhkəmə icraatının deyil, mülki mühakimə icraatının predmetidir.
9. İddiaçının mübahisə etdiyi Sərəncam 2006-cı ildə qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsindən 17 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır.
10. İddiaçı hazırda mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olmasını iddia edir. Lakin iddiaçı dövlət mülkiyyətində olmasını iddia etdiyi torpaq sahəsinin 17 ilə yaxın müddət ərzində digər şəxsə satılmasını bilməməsi (bununla maraqlanmaması) ağlabatan və inandırıcı deyildir.
11. İddiaçının dövlət əmlakı hesab etdiyi torpaq sahəsinin Bələdiyyə tərəfindən satılmasını iddia edirsə, iddiaçı bu barədə Sərəncam qəbul edil diyi vaxtdan keçən 17 il ərzində məlumatlı olmalı idi.
12. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
13. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi Sərəncamın etibarsız hesab edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qe yd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
14. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı həmçinin hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddia mümkün sayılmamalıdır.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3095/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-c ü il tarixli, e-2-1(112)-10833/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Aşağıdakı səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsassızdır, həmin qərardadı ləğv edilməlidir.
20. Konstitusiya və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması i şə baxan məhkəmənin xidməti vəzifəsi olduğu halda, birinci və apellyasiya instansiyası məhkəmələri iddiaçı tərəfindən iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan halları, sübutları araşdırmadan və nəzərə almaqdan imtina edərək, birmənalı olaraq cavabdehin xeyrinə qərar qəbul etmək məqsədi güdmüşdür.
21. Məhkəmə tərəfindən ən azından iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və etibarsızlığı mübahisələndirilən sənədlərə nəzər yetiriləcəyi halda, onların bir-biri ilə uyğunsuzluq təşkil etməsi və etibarsız olması açıq-aşkar görünür. Belə ki, mübahisələndirilən sərəncamla Binəqədi bələdiyyəsi ərazisində 7500 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun Akif Şiriyevə verilməsi qeyd olunduğu halda, torpaq sahəsinin alqı-satqısına dair tarixsiz və qeydiyyatsız aktda əsassız olaraq qeyd olunan sərəncama əsaslanaraq həmin sərəncamın bələdiyyə ərazisində 7500 kv.m torpaq sahəsinin satılması barədə olması qeyd olunmuşdur.
22. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan torpaq sahələrinin elektron kadastr məlumatlarına əsasən X1 torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir və faktiki torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Tərəflər arasında bağlanmış torpaqların alqı-satqısına dair tarixsiz akt bələdiyyə sədri və vətəndaş X10 tərəfindən imzalansa da, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən dövlət əmlakının Registrdən çıxarış Xidmət tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Göründüyü kimi, X5 öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır.
23. Bələdiyyənin hazırda mübahisələndirilən sərəncamı və alqı-satqı müqaviləsi əsasında hər hansı şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırma aparılacağı halda, müvafiq sorğular əsasında mübahisələndirilən bələdiyyə qərarına dair Xidmətdə və digər dövlət orqanlarında məlumatın olmadığı müəyyən oluna bilər (Belə ki, qeyd olunan sərəncam və digər sənədlər bu günədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin arxivinə və həmçinin Milli Arxiv İdarəsinə təhvil verilməmişdir). Hazırkı i ddia ərizəsi ilə paralel olaraq eyni vaxtda iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X2rşı mahiyyət üzrə digər bir analoji iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 2.0 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün vətəndaş X7 mülkiyyətinə verilməsi barədə X5nin xx.xx.2005-ci il tarixli 1491/1 nömrəli sərəncamı və X5 ilə X11 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə inzibati işə baxılır (sədrlik edən Səlma Salahova – İş № e-2-1(112)-10832/2023). Belə ki, hazırkı işə baxan məhkəmələrdən fərqli olaraq həmin iş üzrə ətraflı araşdırma aparılır və məhkəmə araşdırması zamanı Binəqədi rayon Bələdiyyəsinə verilmiş sorğuya cavab olaraq X7 mülkiyyətçisi olduğunu iddia etdiyi torpaq sahəsinə dair X5nin xx.xx.2005-ci il tarixli 1491/1 nömrəli sərəncamının Bələdiyyənin arxiv materiallarında saxlanıldığı qeyd olunsa da, hər hansı məqsədlə torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədlər torpaq sahəsinin ayrılması barədə eskiz-layihəsi, maliyyə qəbzi və X5 ilə bağlanmış alqı-satqı aktının bələdiyyənin arxivində mövcud olmadığı qeyd olunmuşdur (Məktub əlavə olunur).
24. Bundan əlavə, qeyd olunan iş üzrə izahatı alınmış X5nin nümayəndəsi qeyd olunan illərə dair sərəncamların bu günədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin arxivinə və həmçinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyini qeyd etmişdir(qeyd olunan inzibati iş tələb olunaraq tanış olunacağı halda bunların doğruluğu sübut o lunacaqdır).
25. Bələdiyyə tərəfindən hazırkı iş üzrə torpaq sahəsi ayrılması barədə qərar qəbul edilməzdən əvvəl yerquruluşu planı hazırlanması üçün keçmiş X8 Komitəsinə göndərilməmiş, həmçinin torpaq sahəsinin planlaşdırılması layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır.
26. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair registrdən çıxarışın məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmənin iddiaçının xeyrinə olan qeyd olunan halın nəzərə alınmasından imtina etməsi ilə bağlı mövqeyi və bununla bağlı gəldiyi nəticə Konstitusiyanın 13-cü maddələrinə əsasən qanunsuz sayılmalıdır.
27. Şikayətinin əsasını təşkil edən dəlillərə münasibət bildirilməsi İnzibati Prosessual Məcəllənin 87.8-ci m addəsinə əsasən apellyasiya məhkəməsinin vəzifəsi olduğu halda, məhkəmə bununla bağlı hər hansı araşdırma aparmadan birinci instansiya məhkəməsinin hər hansı sübutlara əsaslanmayan formal mülahizəsini təkrarlayaraq şikayəti təmin etməmişdir. Belə ki, iddiaçının mübahisələndirilən sərəncamdan hansı tarixdən məlumatlı olması iş materialları əsasında müəyyən olunmur. İşə baxan birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının mübahisələndirilən sərəncamdan hansı tarixdən xəbərdar olması ilə bağlı hər hansı araşdırma aparmamış, eyni zamanda cavabdeh inzibati orqanın mübahisələndirilən sərəncam barədə iddiaçını xəbərdar edib-etməməsini aydınlaşdırmamışdır. Belə olan halda, bu günədək qeydiyyatının aparılması üçün hər hansı dövlət qurumuna təhvil verilməyən mübahisələndirilən sərəncam bar ədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat mövcud ola bilməzdi. Bu səbəbdən apellyasiya məhkəməsinin qanunvericiliyin tələbindən kənara çıxaraq və hər hansı rəsmi sübuta əsaslanmadan iddiaçının mübahisələndirilən sərəncamdan və digər sənədlərdən məlumatsız olmasının ağlabatan və inandırıcı olmaması ilə bağlı mövqeyi tamamilə yanlışdır və birmənalı olaraq məhkəmənin ədalət mövqeyindən kənara çıxaraq cavabdehin və üçüncü şəxsin maraqlarına uyğun qərar qəbul etmək məqsədi daşıyır.
28. Apellyasiya instansiya məhkəməsinin müddətlə bağlı iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunub-olunmamasını yoxlayarkən, bununla bağlı İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinə görə araşdırma aparmağa borclu olduğu halda, iddiaçının iddia qaldırmaq müddət inə əməl edib-etməməsi ilə bağlı hər hansı mötəbər sübuta əsaslanmadan, “iddiaçı dövlət torpaq sahəsinin bələdiyyə tərəfindən satılmasını iddia edirsə, sərəncamın qəbul edildiyi vaxtdan keçən 17 il ərzində bu barədə məlumatlı olmalı idi” məzmununda heç bir məntiqi və hüquqi əsası olmayan mülahizəsi əsasında iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə tamamilə əsassızdır.
29. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, araşdırılmalı olan halları araşdırmamış, qərardadı əsaslandırmamışdır.
30. Yuxarıda qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 3095/2023 nömrəli qərardadı ləğv edilməli və hazırkı inzibati iş mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi üçün birinci instansiya mə hkəməsinə göndərilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
36. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
37. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasın da mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
38. Beləliklə, iddiaçı İPM-in 35.1-ci maddəsinə əsasən hüququnun pozulduğunu iddia edə bilməz.
39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3095/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.