Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-618/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “məcburi köçkün” statusunun verilməsi, tam fəaliyyət qabiliyyəti əldə etmiş şəxsin icraata cəlb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı ““məcburi köçkün” statusu və onu təsd iq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(105)-612/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2001-ci il 31 avqust təvəllüdlü X4 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 29 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu il 19 fevral tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2001-ci il 31 avqust təvəllüdlü X4 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüşdür. Həmin vaxtdan ona məcburi köçkün statusu verilmişdir. O, X2 ilə 2000-ci il 10 noyabr tarixdə r əsmi nikaha daxil olmuş, onların birgə nikahından 2001-ci il 31 avqust təvəllüdlü X6 adlı övladları vardır. Xaçmaz Rayon Məhkəməsinin 2003-cü il 1 may tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və qızı iddiaçının himayəsində qalmışdır. Həmin vaxtdan qızı Günel onunla birlikdə yaşayır. X6 2005ci ildən etibarən məcburi köçkün kimi Xızı rayonu üzrə ərzaq yardımı alan şəxslərin siyahısına daxil edilmiş və ona aylıq yemək xərci verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 iyun tarixli 2-1(085)-661/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, 2001-ci il 31 avqust təvəllüdlü X4 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmiş dir ki, iddiaçı nikahı pozulduqdan sonra yetkinlik yaşına çatmayan qızı ilə birgə yaşamış, məhz məcburi köçkün olan ananın himayəsində olduğu üçün qızı yemək xərci siyahılarına salınmışdır. Yetkinlik yaşına çatması əsas gətirilərək məcburi köçkün olan iddiaçının qızına məcburi köçkün statusunun verilməməsi onun mövcud hüquqlardan tam və hərtərəfli istifadə etməsinə mane olur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(105)-612/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 2 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 30 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məcburi köçkün statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinin 3-cü bəndinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunda məcburi köçkün anlayışı verilərkən konkret olaraq yalnız hərbi təcavüz zamanı işğal zonasında yaşamış və daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs nəzərdə tutulur, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, işğal zamanı və işğal dan sonra doğulmuş uşaqlardan yalnız valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir. Məhkəmə qərarında “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2013-cü il tarixdə qeydiyyatdan keçdiyini əsas gətirərək iddiaçının övladına “məcburi köçkün” statusunun verilməsi barədə qərar qəbul etmişdir. Halbuki, əvvəlki məcburi köçkün statusunun verilməsi Qaydalarında və 2013-cü ildə qeydiyyatdan keçmiş Qaydalarda işğaldan sonra doğulmuş, atası məcburi köçkün statusuna malik olan uşaql ara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Məhkəmənin çıxardığı qərardan belə nəticəyə gəlmək olar ki, mövcud qanunvericiliyin tələblərinə əməl etmədən, işğaldan sonra yerli sakinlə nikaha daxil olmuş və ya boşanmış qadınların himayəsində qalan atası məcburi köçkün olmayan bütün uşaqlara məcburi köçkün statusu verilməlidir. Bu isə ölkə əhalisinin tərkibində məcburi köçkünlərin sayının kəskin artmasina səbəb olacağından qanunvericiliyin tələblərinə ziddir. Həmçinin məhkəmə, 2002-ci il 22 may tarixdə təsdiq edilmiş və 2011-ci il 1 yanvar tarixə qədər qüvvədə olmuş keçmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın 4.6-cı hissəsinə əsasən, faktiki nikahdan doğulmuş və “məcburi köçkün” statusuna malik olan şəxs in (kişi və ya qadının) himayəsində olan uşaqlara yemək xərci müavinəti verilməsini əsas götürərək iddianı təmin etmişdir. Həmin Təlimatın “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin Təlimat 2011-ci il 1 yanvar tarixə qədər məcburi köçkünlərə aylıq yemək xərci müavinətinin verilməsini tənzimləmiş və yeni qəbul edilmiş Təlimatda artıq həmin maddə ləğv edilmişdir. Əgər “məcburi köçkün” statusunun verilməsi yuxarıda adı çəkilən Təlimatla həyata keçirilsəydi, o zaman 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qəbul olunmasına ehtiyac olmazdı. Məhkəmənin qərarı ndan belə başa düşmək olur ki, müavinət alan hər bir şəxsə məcburi köçkün statusu verilməlidir. Belə ki, məcburi köçkünlər üçün dövlət tərəfindən qanunvericiliklə müəyyən edilən güzəştlər bütövlükdə məcburi köçkün ailəsinin və hətta himayəsində “məcburi köçkün” statusu olmayan şəxslər olan məcburi köçkün ailəsinin sosial təminatının yaxşılaşdırılması məqsədilə müəyyənləşdirilmişdir. Hazırda da elə məcburi köçkün ailələri vardır ki, onların ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusu olan ananın himayəsində olduğu üçün güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Ona görə də, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq məcburi köçkün statusuna malikdirlər. Qaydaların 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlara məcburi köçkün statusu verilmir. Göründüyü kimi, iddiaçı 2000-ci il 10 noyabr tarixdə məcburi köçkün statusu olmayan şəxslə - X2 ilə rəsmi nikaha daxil olduğu zaman daimi yaşayış yeri olduğundan Günel Məmmədovaya məcburi köçkün statusu verilə bilməz. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” hazırlanarkən bu məsələlər A zərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik və ekspertiza baş idarəsi ilə razılaşdırılmış və işğaldan sonra doğulan uşaqlardan yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara “məcburi köçkün” statusunun verilməsi nəzərdə tutulmuşdur. Bu zaman ailənin əsas yaşayış yeri atanın yaşayış yeri və atanın yaşayış yeri isə hazırda işğal olunmuş rayon olduğu üçün bu qərar qəbul edilmişdir. Beləliklə, məhkəmənin qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından, məcburi köçkün statusunun verilməsini tənzimləyən Qaydaların tələblərinə tamamilə ziddir və “Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən dövlət qeydiyyatından keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın hüquqiliyinə və dövlət ekspertizasının rəyinə şübhə yaradır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməs inin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti or qanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşl əri üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların mənasında görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 201 3-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil e dilmir. İddiaçı 2000-ci ildən məcburi köçkün statusuna malikdir və 2001-ci il təvəllüdlü övladı onun himayəsində olmuşdur. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İş materiallar ına əlavə edilmiş, Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavininin 3-3/371 №-li xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Qubadlı rayon İHB-nın Başarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10-20/12 saylı xx xxx 2019-cu il tarixli arayışına əsasən Sumqayıt şəhər Məhkəməsinın xx xxxx 2005-ci il tarixli 2-368 saylı qətnaməsinə əsasən İddiaçı X2 ilə rəsmi nikahdan düşmüş və həmin tarixdən də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 15 fevral tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş vahid aylıq müavinətin verilməsi qaydasının tələblərinə uyğun olaraq qızı və özü yemək xərci siyahılarına salınmışdır. Beləliklə, məktubun məzmunundan görünür ki, uşaq məhz nikah pozulduqdan və ananın himayəsinə keçdikdən sonra yemə k xərci siyahılarına salınmışdır. Məhkəmə Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsinin sonradan qəbul edilməsinə və iddiaçının vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməməsinə əsaslanmış və hesab etmişdir ki, Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları va rdır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyi ilə razılaşır. Belə ki, oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblər nəzərə alınmaqla məhkəmə kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “X10 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı” 2-1(102)-506/16 №-li iş üzrə 2016-cı il 25 may tarixli Qərarı). Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll edilərkən aşağıdakı normaların tələbləri pozulmuşdur. İPM-in 26.1-ci maddəsinin müddəalarına əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şə xslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. İPM-in 26.3-cü maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 28-ci maddəsinin müddəalarına əsasən: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. İşdən göründüyü kimi, “məcb uri köçkün” statusunun və vəsiqəsinin verilməsinə dair iddia tələbində qeyd edilən şəxs – X6 2001-ci il 31 avqust tarixdə doğulmuş, hazırkı iddia üzrə mübahisəyə apellyasiya instansiyası məhkəməsində baxılarkən – 2019-cu il 31 avqust tarixdə həmin şəxs mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyəti əldə etmişdir (İPM-in 26.1.1-ci, MM-in 28.2-ci maddələri). İddia tələblərinə münasibətdə yuxarıda qeyd edilən müddəaların tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı iddianın qaldırıldığı vaxtda yetkinlik yaşına çatmayan G.Məmmədova publik hüquqdan irəli gələn və onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə icraatda iddiaçı qismində çıxış edə bilərdi, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. Hazırkı iş üzrə i craatda İddiaçı bilavasitə iddiaçı qismində çıxış etmişdir ki, onun özü ilə bağlı publik hüquqdan irəli gələn məsələ üzrə mübahisə mövcud olmamış, tərəfindən qaldırılmış məsələ övladının hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. Belə olan halda, İddiaçı bilavasitə iddiaçı qismində deyil, məhdud fəaliyyət qabiliyyətli G.Məmmədovanın qanuni təmsilçisi qismində icraatda iştirak edə bilərdi (Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “X10 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı” 21(102)-506/16 №-li iş üzrə 2016-cı il 25 may tarixli Qərarında əks olunmuşdur). X3 tam fəaliyyət qabiliyyəti əldə etdiyi 2019-cu il 31 avqust tarixdən isə İddiaçı qanunun birbaşa göstərişinə əsasən, ümumiy yətlə qanuni təmsilçi kimi X3 adından çıxış etmək, onu təmsil etmək səlahiyyətinə malik olmamışdı. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi X5 iddiaçı qismində icraatda bilavasitə iştiraka cəlb etməli, hüququnun pozulduğu iddia edilən şəxsin hüquq və vəzifələrinə dair məsələni onun özünün iştirakı ilə həll etməli idi. Hazırkı işdə bu baş verməmiş, məhkəmə icraatı onun iştirakçısı olmayan şəxsə münasibətdə aparılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyind ən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(105)-612/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-618/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-618/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver