Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-618/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasporta düzəliş edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu, Zaqatala Rayon İcra Hakimiyyətinin Aşağı Tala inzibati ərazi dairəsi) "üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,1120 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 121,7 kv.m, 3 otaqlı fərdi yaşayış evinə dair tərtib olunmuş 1448 inventar nömrəli texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikilməsi ilinin 2008-ci il kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(107)-409/2021 nömrəli qərarından üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AZE ********; FİN: xxxxxxx) Balakən ray., Katex kəndində anadan olub, Zaqatala ray., Aşağı Tala kəndində qeydiyyatdadır.
2. Üçünçü şəxs Mustafayev Rəşad Ələddin oğlu (Ş/V: AZE 17777549; FİN: 1MX87Y2) Zaqatala rayonunda anadan olub, ZAQATALA ray., Yuxarı Tala kəndində qeydiyyatdadır.
3. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixli, 04 nömrəli qərarına əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmiş və onun adına bu barədə 04.03.2006-cı il tarixli JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir.
4. İddiaçı ilə üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu arasında 19 iyul 2007-ci il tarixdə nikah müqaviləsi bağlanmışdır. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin üzərində üçüncü şəxsin hüquqları cavabdeh tərəfindən 30 iyul 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı 07088802 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.
5. Fərdi yaşayış evi üzərində üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun hüquqları dövlət qeydiyyatına alınan zaman, qeydiyyat orqanı həmin əmlakla bağlı tərtib etdiyi texniki pasportda fərdi yaşayış evinin tikinti ilini 1998-ci il kimi qeyd edilmişdir.
6. İddiaçı keçmiş ərinin adına qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikinti ilinin 2008-ci il kimi qeyd edilm əsinə köməklik göstərilməsi barədə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh 22.10.2020-ci il tarixli, **********77 nömrəli məktubla iddiaçının ərizəsini icra etməkdən imtina edərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evinin texniki pasportunun tərtibi üçün əsas olmuş sənədlərdə düzəliş və həmin texniki pasport ləğv olunmadığı, həmçinin həmin əmlak üzərində iddiaçının hüququnun olmasını təsdiq edən sənəd olmadığı təqdirdə, həmin sənədlər əsasında tərtib edilmiş texniki pasportda düzəlişin edilməsi Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı "üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,1120 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 121,7 kv.m, 3 otaqlı fərdi yaşayış evinə dair tərtib olunmuş 1448 inventar nömrəli texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikilməsi ilinin 2008-ci il kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
9. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evi 1998ci ildə deyil, o, üçüncü şəxs ilə ailə qurduqdan sonra - 2008-ci ildə inşa edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 10 iyun 2019-cu il tarixli, 272 nömrəli arxiv arayışından da görünür ki, 1996-2000-ci və 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında iş üzrə üçüncü şəxsin adına təsərrüfatın olması öz əksini tapmamışdır. Fərdi yaşayış evi həqiqətən də 1998-ci ildə inşa olunsaydı 19 96-2000-ci və 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında əks olunardı.
10. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, JN-177A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədi və Zaqatala Rayon İcra Hakimiyyətinin Aşağı Tala kənd inzibati ərazi dairəsinin 14 fevral 2014-cü il tarixli, 422 nömrəli arayışına əsasən Zaqatala Rayonu, Aşağı Tala kəndində yerləşən 0,1120 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üçüncü şəxsin adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. Üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, JN-177A kod 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-də torpa q sahəsinin sərhədləri daxilində 177AJ nömrəsi altında yaşayış evinin olması göstərilmiş, həmçinin şəhadətnamənin sonuncu səhifəsində yaşayış evinin sahəsi qeyd olunmuşdur. Buradan görünür ki, 1996-cı ildə torpaq islahatı zamanı həmin torpaq onun mülkiyyətinə verilərkən hazırkı ev mövcud olmuşdur.
12. Şəki İnzibati Məhkəməsi 03 avqust 2021-ci il tarixli, 2-1(116)-464/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Vidadi Qasımov) iddianın təmin edilməsi, üçüncü şəxsin mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,1120 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 121,7 kv.m, 3 otaqlı fərdi yaşayış evinə dair tərtib olunmuş 1448 inventar nömrəli texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikilməsi ilinin 2008-ci il kimi qeyd olunması öhdəliyi cavabdehin üzərinə qoy ulması qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun adına olan Texniki pasportda göstərilmiş ev 2008-ci ildə tikildiyinə görə cavabdeh evin tikildiyi il kimi 1998-ci il göstərməklə haqlı olmamışdır.
14. Həmin qərardan üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(107)-409/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Ayaz Mahmudov və Elçin Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(116)-464/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu kassasiya şikayətində qeyd etmişdir ki, 1996-cı ildə aparılmış torpaq islahatı zamanı onun mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir və torpaq sahəsində 1998-ci ildə fərdi yaşayış evi tikmişdir. Bundan sonra 2011-2014-cü illərdə həmin torpaq sahəsində onun r azılığı ilə bibisi tərəfindən 2-ci yaşayış evi inşa edilmişdir. Torpağın mülkiyyət şəhadətnaməsi 2006cı ildə hazırlanmışdır. 2006-cı ildə hazırlanmış Torpaq şəhadətnaməsi Dövlət Yerquruluşu Layihə İnstitutu və X6 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən hazırlanmışdır. Həmin şəhadətnamənin həyətyanı torpaq sahəsinin qaiməsi səhifəsində qeyd olunmuşdur ki, torpaq sahəsində tikinti altı sahə 110.6 kv.m, tikinti isə yaşayış evindən ibarətdir.
19. İkinci ev isə torpaq şəhadətnaməsindən sonra tikildiyinə görə şəhadətnamədə görünmür və evin texniki pasportunda görünür. Evin texniki pasportu ilk dəfə 2014-cü ildə hazırlanmışdır və üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu tərəfindən həmin ev satılmışdı. Evi ona görə satmışdır ki, qardaşını oğurluq cinayəti törətmişdi, vurulmuş ziyan əvəzinə e vi zərər çəkmişə bağışlamışdır. Lakin zərərçəkmiş hökmdən apellyasiya şikayəti verərək, şikayətdə ziyanın ödənilmədiyini qeyd etdiyinə görə, məhkəməyə müraciət edərək bağışlanma müqaviləsini ləğv etdirdi. Həmin vaxtlarda İddiaçı ilə birgə nikahda idi. Onunla nikah 2007-ci il bağlanmışdır. 2014-cü ildə evi bağışlayarkən Ayzanat ev barədə mübahisə etməmişdir.
20. Sonradan yəni onların arasında mübahisələr yarandıqdan sonra, onlar ayrıldı, nikahları pozuldu. Bundan sonra iddiaçı müxtəlif iddialarla məhkəmələrə müraciət etməyə başladı ki, evi onun əlindən alsın. Lakin bütün məhkəmələrdə uduzdu.
21. Məhkəmədə sonuncu mübahisə kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilmə olmuşdur. Bu üçüncü şəxsin iddiası idi. İddiaya Zaqatala rayon Məhkəməsində baxılaraq iddia təmin edilmişdir, apellyasiya məhkəməsində iddiaçının şikayəti qismən təmin edilərək kompensasiyanın məbləği artırılmışdır, daha sonra iddiaçı kassasiya şikayəti yazdı, və iş Ali Məhkəmənin icraatında olarkən hazırkı iddianı qaldırdı və eyni zamanda 2018-ci ildə baxılmış başqa bir mülkiyyət tələbinə dair işdən 2021-ci ildə apellyasiya şikayəti verdi. Apellyasiya məhkəməsi bütün bu qeyd olunanları araşdırmamışdır.
22. Məhkəmə qərarını əsaslandırmağa çalışarkən üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu aşağıda qeyd etdiklərindən istifadə etmişdir: 23. "Bundan başqa Məhkəmə kollegiyasının DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə verilmiş sorğusuna cavab məktubunda qeyd etmişdir ki, 1) Mustafayev Rəşad Ələddin oğlunun adına verilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə dair JN -177 A, KOD - 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"də göstərilən torpaq sahəsinin planı və sərhədlərini əks etdirən cizgisində 177AJ nömrə kimi qeyd olunan həmin torpaq sahəsində yerləşən yaşayış evidir. Bu barədə məlumat JN-177A, KOD - 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin “X7 (Sertifikatı)” hissəsində olan cədvəlin 3-cü xanasında “Yaşayış evi (kv.m) 110.6' kimi göstərilmişdir. 2)Mustafayev Rəşad Ələddin oğlunun adına verilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə dair JN -177Ä, KOD 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə “də göstərilən torpaq sahəsinin planı və sərhədlərini əks etdirən cizgisində 177AJ nömrəsi kimi qeyd olunan yaşayış evindən başqa hər-hansı tikilinin nömrəsi qeyd edilməmişdir." Lakin məhkəmə bu fakta da qiymət verməmişdir.
24. Bundan başqa məhkəmə su xəttinin və qaz xəttinin çəkilməsinə istinad etmişdir. Su xətti, qaz xətti 2011-ci ildə çəkilə bilər, lakin bu o demək deyildir ki, ev 2008-ci ildə tikilib. Onlar evi yaşayış vəziyyətinə gətirdikdən sonra uzun müddət qaz olmadan, balon qazı və odundan istifadə etmişdir, suyu isə qonşulardan əldə edirdilər.
25. Bundan başqa onların maddi imkanı aşağı olduğundan evdə yaşayarkən ev tam təmir edilməmişdir, evin yarıdan çox hissəsi hələ də təmir edilməmişdir.
26. Məhkəmə ekspertiza təyin edib. Ekspertiza evin tikilmə ilini müəyyən etməkdən imtina edib. Lakin məhkəmə su və qaz xəttinin çəkilməsi ilə evin tikildiyi ilini müəyyən edib.
27. Məhkəmə bir nəfər şahid ifadəsinə istinad edərək evin tikildiyi ili mü əyyən edib. Həmin şahid isə ifadəsində qeyd edir ki, onlar həmin evə 2008-ci ilin dekabr ayında köçmüşlər. Qeyd edir ki, o kasıb yaşayır və evi uzun illər ərzində atasının köməyi ilə tikib. Həmin fakt hal hazırda da evin 70 faiz hissəsinin hələ də təmirsiz olmasından görünür.
28. Məhkəmə qərarında heç bir maddi hüquq normasına, prosessual hüquq normasına istinad etməmiş, mötəbər olmayan, sübut sayılmayan faktlara əsaslanaraq onun mülkiyyət hüququmu pozmuşdur.
29. Məhkəmə fikir verməmişdir ki, iddiaçı Ali Məhkəmənin icraatında olan mülki işdə uduzacağını görərək hazırkı iddianı qaldırmışdır. Əgər o, iddiaçını kompensasiya ödəməklə evdən istifadə hüququna xitam verilməsinə dair iddia qaldırmamış olsaydı, iddiaçı hazırkı iddianı qaldırmayacaqdır, buradan görünür ki, iddianın əsasını təşkil edən şey digər mülki işin nəticələrinə təsir göstərməkdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hü quqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, i cra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd
32. Mülki Prosessual Məcəllə: Maddə
273. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
33. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyasının apellyasiya məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə və həmin qərardan üçüncü şəxs R.Mustafayevin verdiyi kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirik ki, üçüncü şəxsin kassasiya şikayəti əsassızdır.
37. Belə ki, kassasiya şikayətində R.Mustafayev göstərmişdir ki, “məhkəmə qərarında heç bir maddi normasına, prosessual hüquq normasına istinad etməmiş, mötəbər olmayan, sübut sayılmayan faktlara əsaslanaraq mənim mülkiyyət hüqumu pozmuşdur”.
38. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin bu dəlilləri əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarının “əsaslandırma” hissəsindən görünür ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən həm maddi (“Daşınm az əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 10.1, 10.2, 10.2.1, 10.2.2, 10.2.3, 10.2.4-cü maddələrinə və həm də prosessual (İnzibati Prosessual Məcəlləsinin 34.1, 69.5, 87.6-cı maddələrinə) hüquq normalarına istinad etmişdir.
39. Digər tərəfdən, üçüncü şəxs kassasiya şikayətində, onun qənaətinə görə, məhkəmənin “mötəbər olmayan, sübut sayılmayan faktlara” əsaslanmasını yazsa da, hansı səbəblərə görə və hansi faktları mötəbər olmayan və sübut sayılmayan faktlara aid edilməsini konkret şəkildə göstərməmişdir, yəni üçüncü şəxsin bu dəlili formal və deklarativ xarakter daşıyır.
40. Eyni zamanda üçüncü şəxs kassasiya şikayətində yazmişdır ki, “məhkəmə fikir verməmişdir ki, iddiaçı Ali Məhkəmənin icraatında olan mülki işdə uduzacağını (burada başqa bir mülki iş nəzərdə tutulmuşdur – qeyd: Al i Məhkəmənin İnzibati Kollegiyasının) görərək hazırkı iddianı qaldırmışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin bu dəlili onun şəxsi qənaətinin üzərində qurulmaqla, fərziyyə xarakteri daşıyır, buna görə də həmin dəlil də əsassızdır.
42. Bununla yanaşı üçüncü şəxs kassasiya şikayətində yazmışdır ki, şahid Q.Mamayevin ifadəsi birinci instansiya məhkəməsində düz yazılmamış, o belə bir ifadə verməyib, ona görə də üçüncü şəxs məhkəmədən xahiş edib ki, şahid təkrar dindirilsin. Lakin məhkəmə bunu etməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin bu dəlili də əsassızdır, belə ki, İPM-in 1.2-ci maddəsinə istinadən MPM-nin 273-cü maddəsinə görə üçüncü şəxsin hüquqi var ki, bununla bağlı protokola dair qeydlər etsin, lakin iş materiallarından görünür ki, üçüncü şəxs tərəfindən protokolda buna dair hər hansı qeydlər verilməmişdir.
44. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN-177A kod 40200028 nömrəli “ Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə görə, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 4 dekabr 1997-ci il tarixli 04 nömrəli qərarına əsasən, 0.12 ha torpaq sahəsi Mustafayev Rəşad Ələddin oğlunun mülkiyyətinə verilmişdir.
45. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən DƏDRX-in 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğluna verilmiş 14 fevral 2014-cü il tarixli 422 nömrəli arayış Aşağı Tala kənd inzibati ərazi dairəsinin 10 təsərrüfatbaşına kitabin 126-cı səhifəsində Mustafayev Rəşad Ələddin oğlunun adı na 1998 ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı 140 kv.m. ümumi, 70 kv.m. yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.
46. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Texniki pasporta görə, həmin sənəd yuxarıda qeyd olunan arayış və JN-177S kod 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun adına tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,1229 ha, faktiki sahə 1,1120 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur.
47. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən 0,1120 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun mülkiyyət hüququ 18 fevral 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
48. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 18 fevral 2014-cü il tarixli “Ev və torpaq bəxşişi müqaviləsi”nə görə, üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu həmin fərdi yaşayış evini və 0,1120 ha torpaq sahəsinin 802 kv.m. hissəsini X5 bağışlamışdır.
49. RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”, fərdi yaşayış evinə və 0,0802 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ 22 fevral 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
50. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, texniki pasporta görə həmin sənəd X4 adına tərtib edilmiş, sənəddə torpaq sahəsi 0,0802 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur.
51. Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli, 2(033)-912/2014 nömrəli qətnaməsinə əsasən, Mustafayev Rəşad Ələddin oğlunun iddiasi təmin edilərək onunla X9 arasında bağlanmış 4-Ə67 reyestr nömrəsi ilə qeydiyyata alınmış 18 fevral 2014-cü il tarixli “Ev və torpaq bəxşişi müqaviləsi” etibarsız hesab edilmişdir.
52. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 29 iyul 2015-ci il tarixli 1448 inventar nömrəli Texniki pasporta görə, həmin sənəd Mustafayev Rəşa d Ələddin oğlunun adına cavabdeh tərəfindən tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,1229 ha, faktiki sahə 1,1120 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur.
53. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, RX seriyalı 07008802 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən 0,1120 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun mülkiyyət hüququ 30 iyul 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
54. Həmin çıxarışda olan cədvəlin 71-ci sətrində Mustafayev Rəşad Ələddin oğlunun, İddiaçı, X1 və X2 adlarının qarşısında onların təvəllüdü, yaşadıqları ünvanlar, evin 3 otaqlı olması və s. yazıl sa da, evin neçənci ildə tikilməsi barədə nə müvafiq qrafa, nə də ayrıca yazı yoxdur. Deməli, evin məhz 1998-i ildə tikilməsi barədə arayış vermək üçün icra nümayəndəliyində heç bir yazılı əsas mövcud olmamışdır.
55. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlu iddiaya qarşı etiraz ərizəsində bildirməsinə görə, JN177A kod 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də torpaq sahəsinin sərhədləri daxilində 177AJ nömrəsi altında yaşayış evinin olması göstərilmiş, həmçinin şəhadətnamənin sonuncu səhifəsində yaşayış evinin sahəsi qeyd olunmuş, buradan görünür ki, 1996-cı ildə torpaq islahatı zamanı həmin torpaq onun mülkiyyətinə verilərkən hazırkı ev mövcud olmuşdur.
56. Məlum olduğu kimi, şəhadətnamədə 177AJ nömrəli obyekt təsvir edilmiş, Mustafayev Rəşad Ələddin oğlunun adına olan 29 iyul 2015-ci il tarixli texniki pasportda isə 2 yaşayış evi təsvir olunmuşdur. Lakin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin 2 aprel 2021-ci il tarixli məktubuna əsasən şəhadətnamədə təsvir olunmuş 177AJ tikili 29 iyul 2015-ci il tarixdə tərtib edilmiş Texniki pasportda göstərilən tikililərlə üst-üstə düşmür. Cavab məktubuna əlavə olunmuş sxemdən də görünür ki, Texniki pasportda göstərilən ev və JN-177A kod 40200028 nömrəli şəhadətnamədə 177AJ nömrəsi altında təsvir olunmuş obyekt həyətyanı torpaq sahəsinin ayrı-ayrı hissələrində yerləşir.
57. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Texniki pasportda göstərilmiş ev 2 006-ci ildə hazırlanmış JN-177A kod 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də əks olunmamışdır, yəni 2006-cı ildə şəhadətnamə tərtib olunarkən həmin ev mövcud olmamışdır.
58. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Zaqatala Rayonu Aşağı Tala Bələdiyyəsinin 1 iyul 2021-ci il tarixli 181 nömrəli və “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin 10 mart 2021-ci il tarixli arayışlarına əsasən Mustafayev Rəşad Ələddin oğluna məxsus olan fərdi yaşayış evinə içməli su, yəni evə su və qaz xəttinin 1998-ci ildə çəkilməsi barədə məlumat yoxdur.
59. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertiza qarşısın da aşağıdakı sual qoyulmuşdur: “Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, 14 dekabr 2020-ci il tarixli 1448 inventar nömrəli, **********962-1031 reyestr nömrəli “Texniki pasport”da göstərilən və daşınmaz əmlakın dövlət reyestrində Mustafayev Rəşad Ələddin oğlunun adına ********** qeydiyyat nömrəsi, **********962-1031 inventar nömrəsi ilə qeydiyyatda olan fərdi yaşayış evi neçənci ildə tikilmişdir?”
60. Lakin ekspert məhkəməyə 8 may 2021-ci il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat” verərək bildirmişdir ki, “qoyulmuş sual xüsusi bilik tələb etmədiyindən və konkret məlumatının əldə edilməsinə aid olduğundan ekspertiza tədqiqatı aparılmır.”
61. Bundan sonra iddiaçının vəsatəti əsasında şifahi məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə sində göstərdi ki, o, Zaqatala rayonu Aşağı Tala kəndində iddia ərizəsində göstərilmiş evlə qonşuluqda yaşayır. İddiaçı ailə qurduğu vaxt qayınatasına məxsus evə gəlin gəlmişdir. O bunu, üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun atası ilə əvvəldən tanışlığı olduğuna görə bilir. Evin tikintisi 2005-2006-cı illərdə başlanmış və Mustafayev Rəşad Ələddin oğlu ilə İddiaçı ailə qurduğu vaxt evin yalnız beton bloklarla qoyulmuş bünövrəsi mövcud olmuş, hörgü işləri isə aparılmamışdır. Ailə evə 2008-ci ilin dekabr ayında köçmüşdür.
62. Bununla bağlı, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin məktubuna əsasən 1) Mustafayev Rəşad Ələddin oğlunun adına verilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə dair JN-177A, KOD 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən torpaq sahəsinin planı və sərhədlərini əks etdirən cizgisində 177AJ nömrə kimi qeyd olunan həmin torpaq sahəsində yerləşən yaşayış evidir. Bu barədə məlumat JN-177A, KOD 40200028 nömrəli “ Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin “X7 (Sertifikati)” hissəsində olan cədvəlin üçüncü xanasında “ Yaşayış evi (kv.m) 110.6 kimi göstərilmişdir. 2) Mustafayev Rəşad Ələddin oğlunun adına verilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə dair JN-177A, KOD 40200028 nömrəli “ Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən torpaq sahəsinin planı və sərhədlərini əks etdirən cizgisində 177AJ nömrəsi kimi qeyd olunan yaşayış evindən başqa hər hansı tikilinin nömrəsi qeyd edilməmişdir.
63. Bununla bağlı məhkəmə kollegiyası qeyd e dir ki, şahid X3 ifadəsinin həqiqiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.
64. Belə olan halda məhkəmə kollegiyasi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun adına olan Texniki pasportda göstərilmiş ev 2008-ci ildə tikildiyinə görə cavabdeh evin tikildiyi il kimi 1998-ci ili göstərməkdə haqlı olmamışdır, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
65. Bütün yuxarıda göstərilənlərə əsəsən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(107)-409/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
66. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Üçüncü şəxs Mustafayev Rəşad Ələddin oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 21(107)-409/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.