Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-618/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin yerləşmə sxeminin mövcud olmamasına görə mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ş əki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) “cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(107)-182/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Keçmiş Vartaşen rayon xalq məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsi ilə Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi, 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindəki zal-otaq 30 kv.m, qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr, sahəsi 15 kv.m olmaqla, qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr, sahəsi 15 kv.m qiyməti 441 manat olmaqla, cəmi məbləğlə 5129 manatlıq X4 mülkiyyətinə verilmiş, digər divar tərəfdən bir otaq 26 kv.m, qiyməti 2704 manat, orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m, qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır. 2. xx.xx.1974-cü il tarixli “Dəyişmə müqaviləsi”nə əsasən, Şəki şəhəri, S.Soltanov küçəsi, 27 nömrəli evdə yaşayan X2 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Şəki şəhəri, H.Sultanov küçəsi 27-də yerləşən ümumi binanın ikidə bir hissəsini ünvan 6 nömrəli evdə yaşayan İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən bir mərtəbə, bir eyvan və iki yaşayış otağından ibarət evə dəyişmişdir. 3. 9922/4488 nömrəli, sentyabr 1987-ci il tarixli “Qeydəalma vəsiqəsi”nə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X4 mülkiyyətindədir.
4. Şəki şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 03 saylı iclasında Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi, 11 nömrəli evdə yaşayan İddiaçı həyətində mətbəx və hamam tikməyə icazə verilməsi qərara alınmışdır (X11 Filialının xx.xx.2018-ci il tarixli, 1436 nömrəli arxiv çıxarışı).
5. X11 Filialının xx.xx.2018-ci il tarixli 1436 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Şəki Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş, xx.xx.1975-c i il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq kitabı”nda 338-ci sırada İddiaçı torpağı cəmi 0.10 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 ha-dır.
6. Şəki şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 03 saylı iclasında Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi, 11 nömrəli evdə yaşayan, 6 nəfər ailə üzvü olan İddiaçı həmin ünvanda adına olan bir otaqlı evinə iki otaq və mətbəx calamağa icazə verilmişdir (X11 Filialının xx.xx.2021-ci il tarixli, 1436 nömrəli arxiv çıxarışı).
7. İddiaçının adına tərtib edilmiş 10864 inventar nömrəli, sentyabr 2001-ci il tarixdə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən, 25-ci rayon, H.Sultanov küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir ( Sənəddə “Torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə torpaq sahəsi qeyd edilməmiş, faktiki torpaq sahəsinin 538.0, tikililər altı sahənin 391.25,, həyət örtüyünün 146.75 kv.m.olması qeyd edilmişdir).
8. MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən, Şəki şəhəri, Məmməd Cabbarov küçəsində mülkiyyətdə olan 0.0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X4 paylı mülkiyyətindədir. 9. 22.08.2006-cı ildə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən, Şəki şəhər, M.Cabbarov küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi X4 mükliyyətindədir (Sənədin “torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə tor paq sahəsinin 300, əslində 549.4, tikili altı sahənin 128, həyət örtüyünün 421.4 kv.m olması qeyd edilmişdir).
10. MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli çıxarışa əsasən, Şəki şəhəri, Məmməd Cabbarov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə X3, 1/2 hissədə İddiaçı mülkiyyətindədir. 11. 15.09.2006-cı il tarixli, 4Ə-1/133 saylı bağışlama müqaviləsi ilə X8 öz payını X5 bağışlamış, 1/2 hissə X3 və 1/2 hissə İddiaçı Əbduləvvəl oğlunun adına olmaqla, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir (torpaq sahəsi 600 kv.m, X6 tərəfdə 300 kv.m, qanuni 238 kv.m zəbt, cəmi 538 kv.m, İddiaçı tərəfdə 300 kv.m qanuni, 238 kv.m zəbt, cəmi 538 kv.m). 12. 06.07.2007-ci il tarixdə tərtib edilmiş 11759 inventar nömrəli “Daşınmaz əmlakın texniki pasportu”na əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X3 mülkiyyətindədir (Sənəddə “xüsusi qeydlər” hissəsində 249.4 kv.m zəbt torpaq sahəsinin olduğu qeyd edilmişdir).
13. İddiaçı 0.10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrinin tələblərinə cavab vermir.
14. İddiaçı 0.10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə təkrarən müraciət etmiş, lak in onun müraciəti yenidən təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020ci il tarixli **********72 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin, torpaq sahəsinin planı və ölçüsünün, o cümlədən dövlət rüsumunun təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı qeydiyyat üçün əsas hesab edilsə də, iddiaçının təqdim etdiyi 30 noyabr 2018-ci il tarixli, 1430 saylı arxiv çıxarışında “Qaytanlanmış torpaq” kitabına istinad olunduğundan və “Qaytanlanmış torpaq” kitabından çıxarış Fərmand a öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda, qeydiyyata alınmalı torpaq sahəsinin üzərində Şəki XDS-nin 1986-cı və 1989-cu il tarixli qərarları əsasında 1990-cı ildə qeyriyaşayış binası inşa edildiyidən, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinin tələblərinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsinin onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olması və Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 498 saylı Fərmanına əsasən fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti h esabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin dövlət torpaq sahəsi olması sözügedən torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi qeydiyyata alınmasını mümkünsüz etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, 0.10 ha torpaq sahəsi onun qanuni istifadəsindədir və torpaq sahəsi üzərində inşa edilmiş tikililər qanunvericiliyin tələblərinə uyğun inşa edilmişdir. Odur ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə ziddir.
17. Cavabdehin iddia ərizəsinə qarşı etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
18. Şəki İnzibati Məhkəməsinin (hakim İ.Cabbarov) 08 sentyabr 2021-ci il tarixli, 21(116)-424/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil ən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Qaytanlanmış torpaq” kitabından çıxarış öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən vətəndaşın müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunvericiliyin tələbl ərinə uyğun olmuşdur.
20. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: R.Rəfiyev, hakimlər: E.Hüseynov və M.Əsədli) 22 dekabr 2021-ci il tarixli 2-1(107)-448/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)424/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(102)-616/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-448/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. İşə baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.3-cü bəndinə istinad edərək qeyd etmişdir ki, “Qaytanlanmış torpaq kitabı”ndan və “Torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış” faktiki olaraq eyni anlayışlardır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: A.Mahmudov, hakimlər: Ə.Məcidov və V.Məlikov) 29 noyabr 2022-ci il tarixli 2-1(107)182/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 424/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd etdiyi göstərişlərini nəzərə alaraq, “Qatlanmış torpaq kitabı”nda göstərilmiş torpaq sahəsinin koord inatlarını müəyyən etmək, həmçinin, həmin torpaq sahəsinin iş materiallarında olan reyestrdən çıxarışlarda qeyd edilən torpaq sahəsi ilə eyni ərazi olub-olmamasını müəyyən etmək məqsədilə 25 iyul 2022-ci il tarixli, 2-1(107)-182/2022 nömrəli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 10/5063 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi “Qaytanlanmış torpaq kitabında” göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə sxemi qeyd olunmadığına görə həmin torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
28. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qərarında qeyd edilmiş göstərişlərə əməl etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə formal ekspertiza təyin etməsi və həmin formal ekspertizanın rəyi ilə kifayətlənməsinin özü daha öncə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ilə üst-üstə düşmür. Çünki, Ali Məhkəmənin mövqeyinə görə, “Qatlanmış torpaq kitabından və “Torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış” faktiki olaraq eyni anlayışlar olmaqla və eyni məna kəsb etməklə, onlarda qeyd edilən torpaq sahələrinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da eyni mexanizmlə baş verməlidir. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi “Qaytanlanmış torpaq kitabında” göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə sxemi qeyd olunmadığına görə iddianı təmin etməmişdir. Halbuki, “Torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış”la torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydiyyata alınarkən cavabdeh inzibati orqan tərəfindən vətəndaşlardan torpaq sahəsinin koordinatları və yerləşmə sxemi tələb edilmir. Lakin cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin koordinatları və yerləşmə sxemini tələb edilir və işə baxan apellyasiya instansiyası məhkəməsi də cavabdehin mövq eyini haqlı hesab edir. Digər tərəfdən, məhkəmə sxemlərin mövcudluğu ilə bağlı icra hakimiyyətinə, arxiv idarəsinə sorğular ünvanlamamış, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.
30. Bundan əlavə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı ekspert tərəfindən mütəxəssis rəyinin verilməsi üçün cavabdehə müraciət edilməsi düzgün deyil. Belə ki, hazırkı mübahisə inzibati xarakterli olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqandır və beləliklə, apelyasiya şikayətinin təmin edilməməsində maraqlıdır.
31. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, iddiaçının başqa yaşayış yeri olmam ış və həmişə hal-hazırda yaşadığı ünvanda yaşamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(107)-182/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış
35. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ
38. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvan 5 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə yönəlmişdir.
43. İddiaçı tələbinin hüquqi əsası kimi xx.xx.1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq kitabı”nı təqdim etmiş və həmin kitabın 338-ci sırasında onun torpağının cəmi 0.10 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 ha olduğunu bildirmişdir.
44. Məh kəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə daha öncə işə baxmış Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda “Qaytanlanmış torpaq” kitabından çıxarış öz əksini tapmamasına baxmayaraq, “Qaytanlanmış torpaq kitabı”ndan və “Torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış” faktiki olaraq eyni anlayışlar olmaqla, eyni məna kəsb edir və burada mahiyyətcə hər hansı b ir fərq yoxdur.
45. Məhkəmə kollegiyası bu mövqeyi haqlı hesab edərək yuxarıda qeyd edilənlərlə razılaşır, lakin eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda, “Qaytanlanmış torpaq” kitabından çıxarış daşınmaz əmlak obyekti üzərində hüquqların qeydə alınması üçün əsas olmasına baxmayaraq, həmin kitabda göstərilən 0.10 ha torpaq sahəsinin harada yerləşməsi, hansı ərazinin əhatə etməsi barədə heç bir mötəbər sübut yoxdur.
46. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin mübahisə üzrə daha öncə qeyd etdiyi göstərişlərini nəzərə alaraq “Qaytanlanmış torpaq kitabı”nda göstərilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək, həmçinin, həmin torpaq sahəsinin iş materiallarında olan xx.xx.2006-cı il tarixli, ******* MH seriyalı və xx.xx.2006-cı il tarixli, **** *** MH seriyalı çıxarışlarda qeyd edilən torpaq sahəsi ilə eyni ərazi olubolmamasını müəyyən etmək məqsədilə 25 iyul 2022-ci il tarixli, 2-1(107)-182/2022 nömrəli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 10/5063 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi “Qaytanlanmış torpaq kitabında” göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə sxemi qeyd olunmadığına görə həmin torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
47. Kassator şikayətində başqa torpaq sahəsinin olmamasını, hal-hazırda məhz yaşadığı ünvanda yerləşən to rpaq sahəsinin “Qaytanlanmış torpaq kitabı”nda göstərilən sahə olmasını iddia etsə də qeyd edilməlidir ki, iddiaçının hazırda faktiki yaşadığı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ona xx.xx.1974-cü il tarixli “Dəyişmə müqaviləsi” əsasında keçmişdir. Belə ki, həmin müqaviləyə əsasən, Şəki şəhəri, S.Soltanov küçəsi, 27 nömrəli evdə yaşayan X2 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Şəki şəhəri, H.Sultanov küçəsi 27-də yerləşən ümumi binanın ikidə bir hissəsini ünvan 2 nömrəli evdə yaşayan İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən bir mərtəbə, bir eyvan və iki yaşayış otağından ibarət evə dəyişmişdir. Müqavilənin tərəfi olan X2 iddiaçının atasıdır və onun adına verilmiş ilkin torpaq qeydində də 600 kv.m. torpaq sahəsinin daimi istifadədə olması qeyd edilmişdir (İ ci ld:iş v. 51). Bundan əlavə, dəyişmə müqaviləsindən sonra tərtib edilmiş iddiaçının adına olan torpaq qeydində də torpaq sahəsinin ölçüsünün cəmi 600 kv.m olduğu əks etdirilmişdir (İ cild: iş v.46). Həmçinin, iddiaçının adına tərtib edilmiş 10864 inventar nömrəli, sentyabr 2001-ci il tarixdə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 538.0 kv.m. olması göstərilmişdir.
48. Göründüyü kimi, nə iddiaçının atasının, nə də dəyişmə müqaviləsindən sonra iddiaçının özünün istifadəsində 0.10 torpaq sahəsinin olması iş materialları ilə təsdiqlənmir. Beləliklə, torpaq sahəsi üzərində hüquqların qeydə alınmasına dair tələb əsassız olduğundan, iddia tələbinin ikinci hissəsinə (həmin torpaq sahəsində inşa edilmiş tikililə rin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi) qiymət verilməsinə zərurət yoxdur.
49. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilm əməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli 21(107)-182/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.