Məhkəmə qərarları › İş №2-1(102)-618/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-618/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-618/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, maddi və mənəvi ziyan tələbi, hərbi xidmətə yararlılıq meyarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfər bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-961/2024 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair iddiaçının vəsatətinə, eyni zamanda cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Nizami rayon çağırış komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-c i il tarixli 219 nömrəli xəstəlik şəhadətnaməsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Xidmətin Nizami rayon İdarəsi tərəfindən səthi müayinə olunmağını nəzərə alaraq ona dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh 03 mart 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun vaxtından əvvəl ehtiyata buraxılmasına səbəb “Ümumi xəstəlik (şəhadətləndirilən şəxsdə xəstəlik onun hərbi xidmətə çağırılmasına qədər yaranmışdır) olduğundan sığorta ödənişinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindək i icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılması barədə qərarın qanunsuz hesab edilərək, hərbi xidmətə çağırılması ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin üzərinə 10.320 manat maddi, 10.000 manat isə mənəvi ziyana görə, cəmi 20320 manat pulun alınaraq ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi on unla əsaslandırılmışdır ki, iddiaçının anadangəlmə xəstəliyinin olmasına baxmayaraq, onu hərbi həkim komissiyasının yoxlanışından keçirdərək və qanunsuz olaraq hərbi xidmətə tam yararlı hesab edərək xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmışdır. 10 yanvar 2022-ci il tarixində 219 saylı xəstəlik haqqında şəhadətnamə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haqqında əsasnaməyə əsasən xəstəliklər cədvəlinin 2-ci qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyi verilmiş, hərbi xidmətdən tərxis olunmuşdur. Həmin rəydə də qeyd edilmişdir ki, SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfində n səthi müayinə edilmişdir.

6. Daha sonra iddiaçı qeyd etmişdir ki, o, 2021-ci il tarixdə bakalavr təhsilini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün həmin ildə magistr pilləsi üzrə imtahan vermiş və X4 keçirdiyi test imtahanından keçid balı 40 olmaq üzrə 48 bal yığaraq magistr pilləsinə daxil olmuşdur. Belə ki, test imtahanı mayda olmuşdur və uğur qazanan tələbələr avqust ayında seçdikləri ixtisas üzrə kodlaşdırma aparmalı idilər. Həmin dövrdə yəni 2021ci ilin iyul ayında onu hərbi xidmətə qanunsuz olaraq yararlı hesab edərək hərbi xidmətə aparmışlar və ixtisas seçimi üzrə kodlaşdırma apara bilmədiyinə magistr pilləsi üzrə təhsildən məhrum olmuş və bunun nəticəsində alacağı təhsil üzrə müavinətlərdən də məhrum olmuşdur. O, ailə başçılarını (həm ata, həm də anasını) itirdiyinə görə 280 (manat dövlət tərəfindən müavinət almalı idi, həmçinin 150 manat isə Həmkarlar İttifaqı tərəfindən təqaüd almalı idi. Yəni hər ay 430 manat olmaqla 2 illik təhsil aldığı dövrdə 430x24=10320 manat müavinət alacaqdı və qanunsuz olaraq hərbi xidmətə çağırıldığına görə həmin müavinətdən məhrum olaraq ona həmin məbləğdə maddi ziyan dəymişdir. Bundan sonra iddiaçı 7 ay hərbi xidmət keçdikdən sonra səhhəti ilə bağlı hərbi hospitala gəlmiş və orada qayda üzrə hərbi həkim komissiyasından keçirildiyi zaman onu anadangəlmə sol ayağı 3cü dərəcə, sağ ayağı isə 2-ci dərəcə düz olmaqla hərbi xidmətə yararsız hesab ediblər. Daha sonra onu hərbi hissəyə qaytarmış və oradan da tərxis etmişlər. Cavabdehin səhvi ucbatından 7 ay hərbi xidmətdə olaraq fiziki və mənəvi iztirab keçirmiş, həmçinin maddi c əhətdən zərər görmüşdür. Ona görə də kompensasiya tələb edir.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü İddiaçı təhsilini davam etdirmək üçün çağırışa verilmiş möhlət hüququ xx.xx.2021-ci il tarixdə başa çatdığı üçün 2021-ci ilin iyul çağırışına cəlb edilmişdir. Çağırışa hazırlıq dövründə çağırışçı ilə öyrənilmə aparılan zaman magistr təhsil pilləsi üzrə sənəd verməsinə dair məlumat, elektron ərizə və ya qəbul olması barədə ilkin olaraq hər hansı bir sənəd təqdim etməmişdir. Belə olan hallarda digər çağırışçılar kimi ilkin olaraq magistr təhsil pilləsinə sənəd verməsinə dair elektron ərizə və topladığı balın elektron cavablarını təqdim etməli idi və bununla bərabər hərbihəkim komissiyasından keçən zaman anadangəlmə xəstəliyi üzrə hansı xəstəxanada hansı diaqnozla xəstə kimi qeydiyyatda olmasına dair məlumat bildirməmiş və sənəd təqdim etmədiyi üçün analiz və laboratoriya müayinələrdən keçirildikdən sonra xx.xx.2021ci il tarixdə Nizami rayon çağırış komissiyasının hərbi-həkim komissiyasından tibbi müayinədən keçmişdir. Müayinədən keçən zaman İddiaçı sağlamlığından heç bir şikayət bildirmədiyini və hərbi xidmətə getməyə hazır olduğunu bildirsə də, həkim mütəxəssislər tərəfindən “Tatu" diaqnozla əlavə müayinə olunmaq üçün 2 №- li X1 göndərilmişdir. Əlavə müayinənin nəticəsinə əsasən çağırışçıya “Hal hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur" diaqnozu təyin edildiyi üçün müayinələrin nəticələrinə uy ğun olaraq xx.xx.2021-ci il tarixdə Nizami rayon çağırış komissiyasının hərbi həkim komissiyası tərəfindən "Hərbi xidmətə yararlı” hesab edilmişdir. Bununla əlaqədar İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq 2021-ci ilin iyul çağırışına cəlb edilmiş, öyrənilmə və müayinələrin nəticələrinə əsasən “Hərbi xidmətə yararlı” hesab edildiyi üçün xx.xx.2021-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğu Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə təhvil verilən zaman hərbi hissədə hərbi-həkim mütəxəssislər tərəfindən bir daha müayinədən keçirilmişdir. Çağırışçı “Hərbi xidmətə yararlı” hesab edildiyi üçün hərbi xidmətə qəbul edilərək xx.xx.2022-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə hərbi qull uqçu kimi bütün təminatlarla təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilən zaman onun səhhəti ilə bağlı hər-hansı bir psixoloji və nevroloji iztirabın keçirilməsi qeyd edilməmişdir. Sağlamlığı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarın “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına əsasən “Sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl Azərbaycan Ordusundan tərxis edilmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin məsuliyyətinin yaranmamasını göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin tələblərin rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3674 /2024 saylı qərarı ilə (hakim X5) iddia tələbi qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə iddianın maddi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının toplamış olduğu 48 balla ikinci seçimdə-2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerləri üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququ olmuş, lakin onun imtahan balı onun ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin imtahan balı (48 bal) ilə eyni olduğundan ümumi orta müvəffəqiyyət göstəricisi əlavə göstərici kimi istifad ə edilmiş, iddiaçının ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin ümumi orta müvəffəqiyyət göstəricisi (72.25 bal) iddiaçının ümumi orta müvəffəqiyyət göstəricisindən 67.25 baldan yüksək olduğu üçün iddiaçının boş qalan yerlərə qəbul olunmaq kimi ehtimalı olmamışdır. Göründüyü kimi iddiaçının toplamış olduğu bal ona hər iki mərhələdə ixtisas seçimində iştirak etmək hüququ vermiş, iddiaçı birinci mərhələdə iştirak etsə də lakin topladığı bal seçdiyi ixtisaslaşmaya qəbul olmaq üçün yetərli olmadığından magistratura pilləsinə qəbul olunmamış, bu barədə nəticələr xx.xx.2021-ci il tarixdə elan edildikdən sonra iddiaçı 2021-ci ilin iyul çağırışı ilə hərbi xidmətə göndərilmişdir. Eyni zamanda iddiaçının hərbi xidmətə aparılmadığı və magistraturaların boş qalan yerləri üzrə ixtisaslaşma seçimind ə iştirak etmək hüququnu əyani şəkildə realizə etmək imkanı tanınmış olsaydı belə bu zaman onun topladığı balla eyni bal toplamış namizədlə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisi balı aşağı olduğundan magistratura pilləsinə qəbul olmaq ehtimalı olmamışdır. Başqa sözlə, maddi zərərin baş verməsi üçün cavabdehin qanunsuz hərəkəti ilə iddiaçının təhsil almaq hüququ pozulmamış, nəticə etibarı ilə qəbul olmadığı təhsil pilləsində valideynlərini itirmiş tələbə olaraq dövlət tərəfindən veriləcək təqaüd və güzəştləri əldə etmək imkanından da məhrum qalmamışdır. Bu baxımdan cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının nə real, nə də əldən çıxmış fayda şəklində maddi zərərə məruz qaldığı sübuta yetirilməmişdir. Odur ki, iddiaçı maddi zərəri tələb etməkdə haqlı hesab edilə bilməz.

10. İddianın mənəvi zərərlə bağlı olan hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, maddi zərərdən fərqli olaraq mənəvi zərər maddi itki ilə bağlı olmadığından ona hər hansı maddi dəyər anlamında yanaşılması və qarşılığının da tələb edilən həcmdə maddi təminatla ödənilməsi mütləq deyil. Mənəvi zərərin pulla qarşılanarkən təyin edilən məbləğ törədilmiş hüquq pozuntusu, çəkilən iztiraba uyğun ağlabatan olmaqla bərabər elə bir həddə seçilməlidir ki, bu məbləğ zərərçəkənin maddi anlamda “varlanması” məqsədinə xidmət etməməli və ya bu cür nəticəyə gətirib çıxarmamalıdır. Odur ki, hazırkı iş üzrə məhkəmə vurulmuş mənəvi ziyanın həcminin 3000 manat məbləğində qiymətləndirir və bu məbləği işin hallarına, o cümlədən iddiaçının tibb məntəqəsi, hərbi hospitalda müalicə dövrü də nəzərə alınmaqla 06 aya yaxın müddət ərzində hərbi xidmətdə olduğu müddətə uyğun ağlabatan məbləğ kimi qəbul edir.

11. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-961/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X7 və X6) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2024cü il tarixli, 2-1(112)-3674/2024 saylı qərarı dəyişdirilmiş, iddia qismən təmin edilməklə iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 1500 manat, mənəvi ziyana görə isə 3000 (üç min) manat, cəmi, 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinin üzərinə qoyulmuş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğində vəsaitin tutulmasını iddiaçının keçirdiyi iztiraba mütənasib olması qənaətinə gəlmişdir.

14. Maddi zərərlə əlaqədar olaraq apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət keçdiyi 6 (altı) aylıq müddət ərzində əmək müqaviləsi əsasında onun, ən azından, 1500 (250manat x 6ay) manat məbləğində qazanc əldə etmək imkanı mövcud olduğu halda bu imkanından məhrum olmuşdur. Göründüyü kimi, həmin məbləğdə iddiaçının maddi ziyan tələbinin təmin edilməsini zə ruri edən faktiki şərtlər mövcuddur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə maddi ziyanla bağlı tələbinin təmin edilmədiyinin əsassız olduğunu mübahisələndirən hissəsində qismən razılaşır. İddiaçının qalan hissələrdə, yəni, daha yüksək məbləğlərdə cavabdehdən onun xeyrinə ona vurumuş maddi və mənəvi ziyana görə ödənilməsini tələb edən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı onun tərəfindən mötəbər sübutlar mövcud olmadığı halda, həmin tələblərinin təmin edilməsi istisna olunur.

15. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət, cavabdeh isə kassasiya şikayəti vermişdir. Vəsatətin dəlilləri:

16. İddiaçı vəsatəti ndə bildirmişdir ki, müddətin buraxılmasına səbəb vəkillə müqavilə bağlaması üçün maddi təminatının olmaması və kassasiya şikayətinin yalnız vəkil tərəfindən verilə bilmə kimi qanunun tələbi olmuşdur. Nəticə etibarı ilə iddiaçı cari məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin sədrinin vətəndaşların qəbul edilməsi günündə, sədr tərəfindən məlumatlandırılmışdır ki, onun qanunvericiliklə kassasiya instansiyasına müraciət etməsi üçün dövlət tərəfindən pulsuz olaraq vəkillə təmin edilməsi hüququ vardır. Bu səbəblə iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi qərarı qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 13, 14 15-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

18. Kassator bildirmişdir ki, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşla hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlı olub-olmamalarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı problem aşkar olunduqda çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Ona görə də, məhkəmənin Xidmə tin Bakı şəhəri, Nizami rayon idarəsi tərəfindən qanunvericiliklə üzərinə düşən həmin vəzifələri yerinə yetirməməsi, iddiaçının hərbi xidmətə yaralılıq vəziyyəti tədqiq olunmaması barədə gəldiyi nəticə həqiqəti əks etdirmir, sübutlara əsaslanmır və qanuna ziddir

19. Odur ki, cavabdeh iddiaçıya münasibətdə maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə

1. Ümumi müddəalar Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyin in Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkimuçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Vİİİ. İlkin hərbi qeydiyyata alınan, hərbi xidmətə (hərbi toplanışa) çağırılan, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olan, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil (təhsil) müəssisələrinə daxil olan vətəndaşların, hərbi qulluqçuların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və orqanların ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublik asının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmə tə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; 8.4. Bir orqanın və ya orqanlar sisteminin xəstəliyi digər orqanın və ya orqanlar sisteminin funksiyasının pozulmasına gətirib çıxardığı hallarda, hərbi xidmətə yararlılıq haqqında ekspert rəyi “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən çıxarılır. Vətəndaşların tibbi müayinəsi zamanı “Xəstəliklər cədvəli”ndə nəzərdə tutulmuş müayinə metodlarından başqa, daha yeni və informativ metodlardan istifadə olunmasına icazə verilir. “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli” (3 nömrəli cədvəl) hərbi xidmətə yararlı olan vətəndaşlara tətbiq edilir. 8.5. “Xəstəliklər cədvəli”ndə və ƏTC-də aşağıdakı ixtisarlardan istifadə olunur: FƏRDİ — hərbi xidmətə, Azərbaycan Respu blikası Silahlı Qüvvələrinin növündə, qoşun növündə xidmətə, ayrı-ayrı hərbi uçot ixtisasları üzrə xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi liseylərinə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararlılıq fərdi müəyyən edilir; YS — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növündə, qoşun növündə xidmətə, ayrı-ayrı hərbi uçot ixtisasları üzrə xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi liseylərinə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararsızdır; HDQ — hava-desant qoşunları ÜH — Hərbi Dəniz Qüvvələrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzən heyəti; DP — dəniz piyadası; XQ — xü susi qurğular; RM — radioaktiv maddələr; İŞM — ionlaşdırıcı şüalanma mənbələri; RYK — raket yanacağı komponentləri, digər yüksək toksiki maddələr, kimyəvi silaha aid edilən toksiki kimyəvi maddələr; EMS — 30 KHS-dən 300 HHS-dək tezliklər diapazonunda elektromaqnit sahəsi, optiki kvant generatorları; ƏTC — vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəli. Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri Maddə 68 Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi Yastıayaqlılıq və ayağın digər deformasiyaları: a) funksiyaların mühüm dərəcədə pozulması ilə b) funksiyaların mülayim dərəcədə pozulması ilə c) funksiyaların cüzi dərəcədə pozulması ilə ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda Hərbi xidmətə yararlılıq kateqoriyası İ qrafa İİ qrafa İİİ qrafa D D D C C C A-3 C A C və ya B FƏRDİ B A Bu maddə ayağın qazanılmış təsbit olunmuş deformasiyalarını nəzərdə tutur. «Xəstəliklər cədvəli»nin İ — İİİ qrafalarına əsasən çalovabənzər ayaqla şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyasını təyin edərkən nəzərə almaq lazımdır ki, dayaq yükü verilməklə səth üzərinə düzgün qoyulmuş ayaqda boylama tağların yüksəlməsi çox vaxt normanın variantı olur. Ayağın arxa hissəsinin supinasiyası, ön hissəsinin pronasiyası şəklində deformasiyası olduqda, hündür daxili və xarici tağları olan (kəskin burulmuş ayaq adlanan) ayaq çalovabənzər ayaq hesab edilir. Bu zaman ayağın ön hissəsi yastılaşmış, enlənmiş və bir qədər içəri çevrilmiş olur, orta ayaq darağı sümüklərinin başcıqları altında yastılanmalar və ya çəkicəbənzər deformasiyalar v ar. Funksional pozulmalar daha çox bütün ayağın və ya onun elementlərinin içəriyə və ya bayıra rotasiyası şəklində deformasiyalarının yanaşı gedən eversion-inversion komponentəri olduğu zaman baş verir. «a» bəndinə qəbul edilmiş hərbi nümunəli ayaqqabıdan istifadə edilməsi mümkün olmayan at, daban, varus, çalovabənzər, yastı-valqus, ekvino-varus ayaqlar və ayaqların digər travma və ya xəstəlik nəticəsində qazanılmış kəskin ifadə olunmuş dönməz əyrilikləri aiddir. «b» bəndinə aşağıdakılar aiddir: mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu, ekzostozlar, barmaqların kontrakturası və ayağın orta hissəsinin oynaqlarında artrozun olması ilə İİİ dərəcəli boylama və ya İİİ — İV dərəcəli köndələn yastıayaqlılıq; ayağın bir hissəsinin hər hansı səviyyədə olmaması və ya bütün barmaqlarının olmaması; hər iki ayaqda bütün barmaqların caynaqvari, yaxud çəkicəbənzər deformasiyalarla davamlı kombinə olunmuş kontrakturası; ağrı sindromu və aşıqaltı oynaqda İİ mərhələ artrozla Beler bucağının mənfi 10 dərəcədən çox azalması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası. Dekompensasiya, yaxud subkompensasiya olunmuş boylama yastıayaqlılıqda ayaq nahiyəsində ağrılar ayaq üstündə durduqda yaranır və adətən, axşama doğru onlar pastozlaşanda güclənirlər. Zahirən ayaq pronasiya olunmuş, orta hissədə uzanmış və enlənmiş, boylama tağ enmiş olur, qayığabənzər sümük ayağın medial kənarında dəridən aydın təsvir olunur, daban valqus vəziyyətində olur. «c» bəndinə aşağıdakılar aiddir: cüzi ağrı sindromu və statikanın pozulması ilə müşayiət olunan, təyin edilmiş hərbi nümunəli ayaqqabı gəzdirilməsinin uyğunlaşdırılması mümkün olan ayağın mülayim dərəcədə ifadə olunmuş deformasiyaları; daban sümüyünün valqus əyriliyi olmadan və ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan İİİ dərəcəli boylama yastıayaqlılıq; ayağın orta hissəsi oynaqlarının İİ mərhələ deformasiyaedici osteoartrozu ilə İİ dərəcəli köndələn və ya boylama yastıayaqlılıq; ayaqaltı bükmə hərəkətinin 10 dərəcədən az və ayaqarxası bükmə hərəkətinin 20 dərəcədən az həddə məhdudlaşması ilə müşayiət olunan birinci ayaqdarağı sümüyünün İİİ mərhələ deformasiyaedici osteoartrozu; Beler bucağının 0-dan mənfi 10 dərəcəyədək azalması və aşıqaltı oynaqda artrozun olması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası. «ç» bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsı z ayağın orta hissəsi oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan İ və ya İİ dərəcəli köndələn, yaxud boylama yastıayaqlılıq aiddir. Barmağın ayaqdarağı-falanqa oynağı səviyyəsində olmaması, habelə barmağın tam kontrakturası və ya hərəkətsizliyi ayaqda barmağın olmaması kimi hesab edilir. Boylama yastıayaqlılıq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə yük altında profil rentgenoqramlarına görə qiymətləndirilir. Boylama tağın bucağı və hündürlüyü rentgenoqramlarda üçbucaq qurulması yolu ilə təyin edilir. Normada tağın bucağı 125 — 130 dərəcəyə, tağın hündürlüyü 39 mm-ə bərabərdir. İ dərəcəli yastıayaqlılıqda: boylama içəri ayaqaltı tağın bucağı 131 — 140 dərəcə, tağın hündürlüyü 35 — 25 mm-dir; İİ dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bu cağı 141 — 155 dərəcə, tağın hündürlüyü 24 — 17 mm-dir; İİİ dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır. Daban sümüyünün posttravmatik deformasiyasının dərəcəsini təyin etmək üçün biri aşıqaltı sümüyün ön bucağının ən hündür nöqtəsini və arxa oynaq fasetinin zirvəsini birləşdirən, digəri daban sümüyü qabarının yuxarı səthi boyunca keçən iki xəttin kəsişməsindən yaranan Beler bucağını (daban sümüyü qabarının oynaq hissəsinin bucağını) hesablayırlar. Bu bucaq normada 20 — 40 dərəcə təşkil edir. Onun kiçilməsi, adətən posttravmatik yastıayaqlılıqda müşahidə olunur. Aşıqaltı oynağın vəziyyətinin qiymətləndirilməsi üçün ən informativ müayinə, onun daban sümüyünün arxa oynaq fasetinə perpendikulyar olan tac müstəvidə yerinə yetiril miş kompüter tomoqrafiyasıdır. Köndələn yastıayaqlılıq ayağın ön və orta hissələrinin düz proyeksiyada, yük altında çəkilmiş rentgenoqramlarına görə qiymətləndirilir. Köndələn yastıayaqlılığın dərəcələrinin təyin edilməsinin etibarlı meyarları birinci ayaqdarağı sümüyünün və birinci barmağın uzaqlaşma bucağının göstəriciləridir. Rentgenoqramlarda İ — İİ ayaqdarağı sümüklərinin boylama oxlarına və İ barmağın əsas falanqasına uyğun üç düz xətt çəkilir. İ dərəcəli deformasiyada İ — İİ ayaqdarağı sümükləri arasındakı bucaq 10 — 12 dərəcə, İ barmağın uzaqlaşma bucağı isə 15 — 20 dərəcə təşkil edir. İİ dərəcəli deformasiyada bu bucaqlar müvafiq olaraq 15 və 30 dərəcəyədək, İİİ dərəcəli deformasiyada müvafiq olaraq 20 və 40 dərəcəyədək böyüyürlər, İV dərəcəli deformasiyada isə 20 və 40 dərəcəni k eçmiş olurlar. Ayaq oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu rentgenoloji olaraq, oynaq yarığının 50%-dən az daralması və oynaq yarığı kənarından 1 mm-i keçməyən kənari sümük artımları ilə xarakterizə olunur. İİ mərhələ artroz oynaq yarığının 50%-dən artıq daralması və oynaq yarığı kənarından 1 mm-dən artıq kənari sümük artımları ilə, oynaqda birləşmiş sümüklərin oynaq uclarının deformasiyası və subxondral osteosklerozu ilə xarakterizə olunur. İİİ mərhələ artrozda oynaq yarığı rentgenoloji olaraq təyin edilmir, nəzərə çarpan kənari sümük artımları, oynaqda birləşmiş sümüklərin oynaq uclarının kobud deformasiyası və subxondral osteosklerozu olur. Ayağın orta hissəsinin oynaqlarında artroz olmayan, barmaqların kontrakturaları və ekzostozları olmayan İ və ya İİ dərəcəli boylama ya stıayaqlılıq, habelə İ dərəcəli köndələn yastıayaqlılıq bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ən əvvə l iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

26. İPM-in 24.1-ci maddəsinin tələbinə əsasən prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

27. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-961/2024 saylı qərarı və “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 31 may 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir (cild 1, iş vər 246).

28. İddiaçı isə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəni qanunla qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra, yəni 30 avqust 2024-cü il tarixdə vermişdir.

29. İddiaçı özü də müddətin ötürülməsini mübahisə etmir. Müddətin ötürülmə səbəbi kimi iddiaçı 31 yanvar 2025-ci il tarixdə elektron məhkəmə sisteminə göndərdiyi ərizə ilə 2024-cü ilin iyun və iyul aylarında həkim müayinəsində və nəzarətində olması, 2024-cü ilin avqust ayında gözündə yaranan xəstəlik (mürəkkəb miopik astiqmatizim) səbəbindən əməliyyat olunması ilə əlaqələndirmişdir.

30. Məhkəmə kollegiyası “AMT” klinikasından təqdim edilmiş çıxarışa istinad edərək qeyd edir ki, iddiaçı 12 avqust 2024-cü il tarixdə əməliyyat edilmişdir ki, bu zaman o, artıq kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.

31. Daha əv vəlki tarixlərə, yəni kassasiya şikayəti vermə müddəti çərçivəsinə kassasiya şikayətinin verilə bilməməsi ilə bağlı üzrlü səbəbin mövcudluğunu özündə əks edən hər hansı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Baxmayaraq ki, “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatda qeyd edilmişdir ki, şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

33. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

34. İşin mahiyyəti ilə bağ lı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində gəlincə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Bununla belə məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ətraflı münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

37. Kassasiya şikayətində qeyd edilir ki, Xidmətin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Qanunun tələblərinə əməl edilmiş, İddiaçı 2021-ci ilin iyul çağırışına hazırlığı ilə əlaqədar zəruri tibbi müayinələrdən keçirilmiş, rayon çağırış komissiyasına cəlb olunmuş həkim-mütəxəssislər tərəfindən müayinə olunmuş, həmçinin onun dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı müəyyən edilmiş və keçirilmiş müayinələr, toplanmış materiallar əsasında Bakı şəhəri Nizami rayon çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı hesab edilərək ümumi əsaslarla hərbi xidmətə göndərilmişdir.

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə istinad edərək bildirir ki, cavabdehin dəlillərinin heç birinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, qeyd edilən Əsasnaməyə əsasən Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. Hərbi-həkim komissiyalarının (həkimuçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komiss iyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

39. Hazırkı iş üzrə iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarın mötəbərliyinə və əsassızlığına şübhə yaradan hər hansı hal mövcud deyildir. Belə ki, 10 yanvar 2022-ci il tarixli 219 nömrəli X2 görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2784 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Anamnezi: xx.xx.2021-ci il tarixdə hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən səthi müayinə edilmiş və “Həri xidmətə yararlıdır” qərarı verilmişdir. Ayaqlarında ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. xx.xx.2021-xx.xx.202 1-ci il tarixədək MN BKH-da “gecə sidik saxlaya bilməməsi, sidik buraxmanın funksional pozulması, sol aşıq-qayıqvarı oynaqların ilkin mərhələ osteartroz ilə fəsadlaşmış sol ayağın İİİ dərəcəli, sağ ayağın İİ dərəcəli boylama yastıayaqlılığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. (əsas: 7067 nömrəli çıxarış epikrizi). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə MN BKHda, xx.xx.2021-ci il tarixdə MN MHP-də müayinə və müalicədə olmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhknın qərarı: Sol aşıq-qayıqvarı oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış sol ayağının İİİ (üçüncü), sağ ayağın İİ (iki nci) dərəcəli boylama yastıayaqlılığı. Sidik buraxmanın gecə sidiyi saxlamaya bilməməsi şəklində müvəqqəti funksional pozulması. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 3,75D və M 3,0D, solda M 4, OD və və M 1,0D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsün cüzi dərəcədə pozulması ilə. Xroniki vazomotor rinit. Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 68 c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə d övründə məhdud yararlıdır”.

40. Qeyd edilən şəhadətnamə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir.

41. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh verilmiş kassasiya şikayətində maddi və mənəvi ziyana görə kompensasiyanın məbləğini deyil, tələbin özünü mübahisələndirir. Yəni inzibati orqan iddiaçıya münasibətdə hər hansı qanun pozuntusuna yol verilməməsini qeyd etmişdir.

42. Maddi və mənəvi zərərlə bağlı kompensasiyanın konkret məbləği mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu hissədə, yəni məhz kompensiyaya məbləği ilə bağlı apellyasiya instansiya məhkəməsinin qərarına münasibətdə hüquqi qiymətləndirmə aparılmasını lazım bilmir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mövqeyi əsassız olmaqla iş materialları ilə ziddiyyət təşkil etdiyindən idd ianın qismən təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.

44. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Kassasiya şikayəti mümkün sayılmasın. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-961/2 024 saylı qərarı cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar