Məhkəmə qərarları › İş №2-1(102)-619/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-619/2017

04.04.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-619/2017 04.04.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-619/2017) Bakı şəhəri 04 aprel 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1, iddiaçıların vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi kollegiyasının 2-1(103)-2541/2016 saylı, 17 noyabr 2016-cı il tarixli qərardadından iddiaçıların verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 aprel 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Nərimanov Rayon Məhkəməsinin 02.10.2013-cü il tarixli, 2(005)-2402/2013 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Azadlıq prospekti 154 ünvanda yerləşən İddiaçı1 məxsus 31 nömrəli və həmin ünvanda yerləşən X2 məxsus 68 nömrəli məhv edilmiş əmlaklarla bağlı vurulmuş zərərin əvəzinin naturada iddiaçılara ödənilməklə onların məhv edilmiş əmlaklar üzərində qeydiyyatı ləğv edilmişdir. Məhkəmə qərarı icraya yönəldilmiş, icra sənədinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icra şöbəsinə 06 iyun 2014-cü il tarixli məktubla bil dirilmişdir ki, qətnaməyə əsasən Cavabdeh tərəfindən Bakı şəhəri, Azadlıq prospekti 154 ünvanında İddiaçı1 məxsus sahəsi 68,8 kv.m olan 31 nömrəli mənzilin əvəzinə ünvan 2 ünvanındakı binada sahəsi 146,6 kv.m 4 otaqdan ibarət tam təmir edilmiş 394 nömrəli mənzil və ya ünvan 3 ünvanda sahəsi 182 kv.m olan 4 otaqlı tam təmir edilmiş 126 nömrəli mənzil, qızı X2 məxsus sahəsi 48,87 kv.m olan 68 nömrəli mənzilin əvəzində isə Ə.Əliyev küçəsi 26 ünvandakı binada 86,5 kv.m olan 2 otaqdan ibarət tam təmir edilmiş 969 nömrəli mənzil təklif edilmişdir. Lakin tələbkarlar edilmiş təkliflə razı olmadıqlarından qətnamənin icrası indiyədək mümkün olmamışdır. İddiaçılar 23.08.2011-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dəymiş ziyanın ödən ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 154 nömrəli binanın 31-ci mənzili İddiaçı1, 41-ci mənzili isə digər İddiaçı2 mülkiyyətindədir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DBL İnstitutunun, “Azərinşaatlayihə” DBL Konstruktor və Texnologiya İnstitutunun mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən Azadlıq prospekti, 146, 148, 150, 152 və 154 nömrəli binaların konstruktor dayanıqlığının bina sakinlərinin yaşayışı üçün təhlükəli və yolverilməz olması barədə rəy verilmişdir və yeni (Bakı şəhəri, Azadlıq prospekti və Ak. Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən) yol qovşağının və körpünün tikintisi ilə əlaqədar sözügedən binala rın sakinlərinin köçürülməsi prosesinə başlanılmışdır. Məsələ ilə bağlı məlumat alındıqdan sonra həmin binaların həqiqətən də yararsız olmaması ilə bağlı FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuşdur. Həmin qurumdan alınmış 01.11.2012-ci il tarixli cavab məktubunda sözügedən ərazinin təhlükəliliyi barədə heç bir məlumat daxil olmadığı bildirilmişdir. Yaxın vaxtlarda adıçəkilən quruma təkrar müraciətə oradan eyni məzmunlu cavab alınmışdır. Halbuki, bununla bağlı sakinlərə “Meridian” şirkəti (kommersiya qurumu) tərəfindən bildirişlər paylanmışdır. Lakin FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində, Bakı ŞİH-də, AR Arxitektura və Şəhərsalma Komitəsində həmin ərazi ilə bağlı heç bir məlumat olmamışdır. Cavabdehin 06.04.2011-ci il tarixli, 161 nömrəli s ərəncamı ilə həmin yaşayış binalarının digər sakinlərinin yeni təmirli yaşayış sahələrinə köçürülməsi, həmin yaşayış sahələrinin ilkin qeydiyyatdan keçirilərək sakinlərin istifadəsinə verilməsi təmin edilmişdir. İddiaçıya məxsus olan evin əvəzi real şəkildə ödənilmədiyindən, bu məsələ həll edilməmişdir. İddiaçıların həmin evdən tam şəkildə imtina etməsi o halda mümkün ola bilərdi ki, həqiqətən də qanunda göstərilən kimi onlara vurulan ziyan tam şəkildə ödənilsin. Cavabdehin 24.08.2011-ci il tarixli məktubunda bildirilmişdir ki, sözügedən ünvanlarda köçürülmə prosesi vacibdir. Mövcud vəziyyət anlaşılandır. Lakin məktubun özündə qeyd edilmişdir ki, sökülən evlərin yerində sakinlərə yaşayış sahələri razılaşma əsasında veriləcəkdir. Heç bir razılaşma olmadığı halda, cavabdeh tərəfin nümayəndəl əri evlərə daxil olmuş, əşyaların bəzilərini götürmüş, bəzilərini isə yararsız hala salmışlar. Onlara heç bir mənzil təklif olunmamış, bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Götürülmüş əşyaların bəziləri Ə.Əliyev küçəsində anbar kimi yerdə saxlanılır. Bu barədə 15.08.2013cü il tarixli məhkəmə qərarında da təsdiqlənmiş hallar vardır. İddiaçılara uzun müddətdir ev təklif olunmur və onlar kirayədə qalmaq məcburiyyətindədirlər. Onlar ümumilikdə 60 ay müddətində 60.000 manat kirayə haqqı ödəmişlər (devalvasiya nəzərə alınmaqla 115.000 manat). Nərimanov RİH rəsmiləri bildirmişlər ki, onlara mənzil verilmişdir. Mənzil verilmişdirsə, DƏDRX Bakı şəhər Ərazi idarəsi məhkəmədə onlara qarşı iddia (qeydiyyatın ləğvi və naturada pul verilməsi tələbi üzrə) qaldırması anlaşılan deyildir. Nərimano v Rayon Məhkəməsi iddianı qismən təmin edərək, iddiaçılara naturada mənzil verilməsi barədə 02.10.2013-cü il tarixli qətnamə qəbul etmişdir. Qətnamə üzrə icra sənədi Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə və Səbail rayon icra şöbəsinə göndərilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı ŞİH ilə mənzillə bağlı razılaşma olsa da, məsələ öz müsbət həllini tapmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 6.1, 111-ci, Mülki Prosessual Məcəllənin 149, 214, 216, 217-ci maddələrinə əsaslanaraq, dəymiş ziyanın əvəzi kimi cavabdehdən iddiaçıların xeyrinə 115.000 manat pul vəsaitinin tutulması və cavabdehin əməkdaşlarının hərəkətləri ilə bağlı xüsusi qərardad çıxarılması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. 2 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-2309/2016 saylı iş) 06 oktyabr 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçıların inzibati orqana məhkəmə icraatından əvvəlki vaxta təsadüf edən müraciəti mövcud olmadığından demək olar ki, tərəflər arasında inzibati mübahisə olmamışdır. Cavabdeh tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X4 və X3, 2-1(103)-2541/2016 saylı iş) 17 noy abr 2016-cı il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçılar 17 dekabr 2016-cı il tarixdə qərardadın surətini almış, 26 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. kassasiya şikayətinin dəlilləri: İddiaçı məhkəməyə qədər cavabdehə müraciət etməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının hüquqlarına toxunur və onun konstitusion hüquqlarını pozur. İddiaçı məsələ ilə bağlı mindən çox şikayət məktubunun olduğunu, lakin xəstəliyi ilə əlaqədar sənədləri birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyini qeyd edir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, apellyasiya instansiyası məhkəməsi də eyni səhvləri təkrar etmişdir. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, Mülki Məcəllənin 152.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9, 11, 12-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı1 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçılar mülkiyyətində olan mənzildən çıxarıldıqlarına görə kirayə qaldıqları dövr üçün devalvasiya nəzərə alınmaqla ziyanın ödənilməsini xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmç inin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmələr iddianın mümkün saymamasını iddiaçının məhkəməyə qədər inzibati orqana-cavabdehə müraciət etməməsi ilə əsaslandırmışlar. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır (28.1.1-ci maddə). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1-ci maddə). Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1-ci maddə). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsin dən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Lakin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərini n bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Hazırkı vəziyyətdə tərəflər, həm də cavabdeh xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etmir. Cavabdeh inzibati orqandır və o, özünün hakimiyyət tədbirini həyata keçirərək iddiaçı və digər şəxslər üçün müəyyən hüquqi nəticə yarada bilən inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Mübahisə inzibati hüquq münasibəti ilə bağlı olmaqla İPM-in 2.2.2 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Qeyd olunan normalara əsasən məcburetmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə ə sasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət etsin və cavabdeh həmin ərizəni təmin etməsin. Yəni iddiaçılar inzibati orqandan müəyyən bir hərəkətlə, hazırkı halda kirayədə qalmaları ilə bağlı ziyan tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzlər. Əksinə, iddiaçılar bunun üçün ilk növbədə cavabdehə müraciət etməlidir. Cavabdehin imtinası isə öhdəliyin icrası haqqında iddia qaldırılması üçün əsasdır. Digər hal isə, cavabdehin hərəkətsizliyi ilə bağlıdır. Yəni bu halda, iddiaçılar ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş olur, lakin müraciətinə heç bir cavab almır, cavabdeh iddiaçının müraciətinə reaksiya vermir. “İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsinə görə inzibati aktdan şikayət məhkəmə qaydasında verilə bil ər. Həmin Qanunun 66-cı maddəsinə görə maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, iddiaçıların mübahisə açdıqları ziyanın ödənilməsi barədə cavabdehə müraciətləri mövcud deyil. İddiaçılar əvvəllər bu barədə cavabdehə rəsmi müraciət etmələrini iddia ərizəsində və müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərində də bildirməmişlər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqla rının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən iddiaçıların cavabdehə müraciət etməsi işdə olan sübutlarla təsdiq olunmadığından, habelə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddianın mümkün sayılmamasına dair nəticə əsaslıdır. İddianın əsaslılığından öncə onun mümkünlük şərtləri yoxlanıldığından və iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxl anılmasına dair şikayətin dəlilləri qəbul edilə bilməz. Bəhs olunanlar nəzərə alınaraq kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2541/2016 saylı, 17 noyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar