Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-619/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bun dan sonra cavabdeh) qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2246/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx 1964-cü ildə ÜNVANəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 saylı TibbiSosial Ekspert Komissiyası tərəfindən 18 dekabr 2017-ci il tarixdə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 18 dekabr 2022-ci il tarixədək nəzərdə tutulmuşdur. İd diaçı İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı 18 may 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 21 may 2018-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə istinad edərək bildirmişdir ki,4 aprel 2009-cu il tarixdən 18 may 2018-ci il tarixədək iddiaçının işlədiyi müəssisə tərəfindən adına sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyi üçün sığorta stajı hesablanarkən 04.04.2009-cu il tarixdən 18.05.2018ci il tarixədək olan dövr nəzərə alınmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona əmək pensiyası təyin edilməsi qanuna ziddir. İddiaçı 30 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iddiaçının 1981-1987-ci ilə kimi təhsil aldığı illərin, 13.11.1987-ci ildən 26.10.1988-ci ilə kimi hərbi xidmət illərinin və əmək kitab kitabçasında qeyd olunan illərin sosial sığorta stajına daxil edilməklə 18.12.2017-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinixahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01.10.1987-ci ildən 29.12.2009-cu il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Bu hal, İT-İ seriyalı, ******* saylı əmək kitabçasında göstərilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh şöbəyə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və onun hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 21.1-ci, İnzibati Prosessual Məcəllənin 70.1 və 70.3-cü maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-2887/2018 saylı iş) 29 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının 1981-1987-ci ilə kimi təhsil aldığı, 13.11.1987-ci ildən 26.10.1988-ci ilə kimi hərbi xidmət və əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajına daxil edilməklə 18.12.2017-ci ildən əlilliyə görə əm ək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 1981-1987-ci illər ərzində təhsil aldığı müddət işdə olan diplomla öz təsdiqini tapdığından, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin d) bəndinə əsasən təhsil müddəti iş stajına daxil edildiyindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Bundan başqa, iddiaçının iş stajı əmək kitabçası ilə təsdiq olunduğundan bu məsələnin məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən edilməsinə zərurət qalmır və iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsindən cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və idd iaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X2 və X4, 2-1(103)-2246/2018 saylı iş) 25 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 30 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının 4 aprel 2009-cu il tarixdən 18 may 2018-ci il tarixədək işlədiyi müəssisə tərəfindən adına sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyinə görə sığorta stajı hesablanarkən 04.04.2009-cu ildən 18.05. 2018-ci il tarixədək olan dövr məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsinin mümkün olmamasına görə nəzərə alınmamışdır. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona əmək pensiyası təyin edilməsi qanuna ziddir. Aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 4.2.7-ci bəndinə əsasən həmin dövrün yoxlanılması, müəssisədə saxlanılan sənədlərdə vətəndaş barəsində heç bir məlumatın mövcud olmaması səbəbindən mümkün deyildir. İddiaçının pen siya hüququ 18.12.2017-ci il tarixdə yarandığından 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan qanuna əsasən ali təhsil müəssisələrində təhsil müddəti sığorta stajına daxil deyildir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh in kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciə t etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı hərbi xidmət, təhsil dövrü və əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla ona İİ dərəcəli əlil kimi pensiya təyin edilməsini arzu edir. İddiaçı 1987-ci ilin noyabr ayından 1988-ci ilin oktyabr ayının sonunadək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsinə görə hərbi xidmət müddəti (1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı 1981-1987-ci illərdə Azərbaycan Mühəndis Tikinti İnstitutunda təhsil almışdır. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixl i “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində ali təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. İddiaçının əmək kitabçasına görə o, 01.10.1987-29.12.1993-cü illərdə tənzimləyici, 03.01.1994-22.07.2004-cü illərdə növbətçi usta peşəsində işləmişdir. İddiaçının işlədiyi 1987-1991-ci illərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. İddiaçının işlədiyi 1992-2004-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın təl əb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədə n düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki h alları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən sənəd əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilən əsaslara görə iddiaçının hərbi xidmət və ali təhsil dövrünü də onun sığorta stajına aid etməklə məhkəmə haqlı olmuşdur. Nəticədə 1 yanvar 2006-cı i lədək iddiaçının 22 ildən çox sığorta stajı mövcud olmuşdur. İddiaçının ikinci dərəcəli əlilliyi 18 dekabr 2017-ci ildə müəyyən edildiyindən, həmin vaxt (hazırda) qüvvədə olan qanunvericiliyə uyğun onun əlilliyə görə pensiya hüququnun yaranmasına münasibət bildirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ q rup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunverici İİ qrup əlilin pensiya hüququnun yaranması üçün onun tələb olunan iş stajı ilə yanaşı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də mövcud olmalıdır. Cavabdeh hesab edir ki, əmək kitabçasına əsasən iddiaçının 17 il 2 ay 28 gün sosial sığorta stajı vardır. Bu staj nəzərə alınmaqla iddiaçının malik olduğu pensiya kapitalı əsasında hesablanmış pensiyanın sığorta məbləği minimal pensiya məbləğindən az olduğu üçün ona pensiya təyinatından imtina edilmişdir (səh.53). Görünür ki, cavabdeh bu zaman iddiaçının ali təhsil dövrünü nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclas protokolunda cavabdehin nümayəndəsinin izahatından görünür ki, iddiaçının təhsil aldığı dövr də nəzərə alınarsa, pensiya təyini üçün sosial sığorta mövcud olacaqdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq əmək kitabçasında olan iş stajı, hərbi biletdə qeyd edilən hərbi xidmət dövrü və diplomda göstərilən ali təhsil dövrünü iddiaçının ümumi stajına aid etməklə onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranması nəticəsinə gəlmişdir. O da qeyd edilməlidir ki, iddia tələbində əmək kitabçasında qeyd edilən dövrün iş stajına daxil edilməsi tələbi hissəsində iddia təmin edilsə də, 1 yanvar 2006-cı il tarixədək olan dövr hissəsində iddia təmin edilmiş, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövr məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, apellyasiya məhkəməsinin 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrün iddiaçının sosial sığorta stajına aid etməsinə dair apellyasiya məhkəməsinin səhv nəticəyə gəlməsi barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının İİ qrup əlil kimi əmək pensiyası hüququ yaran dığından əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi barədə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2246/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-619/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-619/2019
19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver