Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-619/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, şəhər telefon rabitəsində elektrik montyoru) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Rüfət Bədirlinin iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Quba rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tə yin edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-632/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx xxxxxxx 1978-ci il tarixdə X7 Rabitə Qovşağında xətlərin təmiri üzrə birinci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, ona xx xxxxx 1979-cu il tarixdə rabitə xətlərinin təmiri üzrə elektrik montyorunun ikinci dərəcəsi verilmiş, xx xxxxx 1979-cu il tarixdə hərbi xidmətə getdiyinə görə tutduğu vəzifədən azad edilmişdir. x xxx 1979-cu il tarixdən xx xxx 1981-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir. x xxxx 1981-ci il tarixdə X7 Rabitə Qovşağında ŞTS xətlərin qulluğu üzrə ikinci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, ona x xxxx 1982-ci il tarixdə ŞTS xətlərin qulluğu üzrə elektrik montyorunun üçüncü dərəcəsi verilmiş, xx xxxxxx 1983-cü il tarixdə Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 1-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx xxxxxxxx 1983-cü il tarixdə Quba rabitə sexin ŞTS qulluğu üzrə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. x xxxxxx 1989-cu il tarixdə İTRQ-nın yenidən qurulması ilə bağlı Azərbaycan SSR Rabitə Nazirliyinin xx.xx.1988-ci il tarixli əmrinə əsasən Quba rabitə qovşağının sərəncamına keçirilmişdir. x xxxxxx 1989-cu il tarixdə Azərbaycan SSR Rabitə Nazirliyinin xx.xx.1988-ci il tarixli əmri əsasında Xaçmaz İTRQ-10 nəzdində olan Quba rabitə sexinin ştat cədvəlinə əsasən bütün ştat Quba rabitə sexinin ştatına daxil olunmuşdur. x xxxx 1989-cu il tarixdə ştat cədvəlinə əsasən yeni oklad təyin edilmiş, x xxx 1993-cü il tarixdə dördüncü dərəcəli montyor vəzifəsindən beşinci dərəcəli montyor vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx xxxxxx 1996-cı il tarixli əmrinə əsasən Quba rabitə qovşağı ləğv edilmiş, X4 və Quba poçtamtı yaradılmış və iddiaçı x xxxxxxx 1996-cı il tarixdə X4na avtomat telefon stansiyası üzrə altıncı dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. İddiaçı cavabdeh DSMF-nin Quba rayon şöbəsinə qarşı əmək şəraitinin xüsusilə zərərli işlərdə olmağı müəyyən edilməklə, xx xxxxxx 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx xxxxxx 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətə baxılması ilə əlaqədar cavabdeh tərəfindən hərəkət edilməmişdir. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 7 və 9-cu, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli,2-1(85)-2932/2018 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əmək şəraitinin xüsusilə zərərli işlərdə olmağı müəyyən edilməklə, xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-184/2019 nömrəli(hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi,X8 Babayeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tari xli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsibarədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)2284/2019 nömrəli(hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, hakimlər Azər Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-184/2019 saylı, x xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəri lməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(105)-632/2019 nömrəli(hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi,Gülnarə Tağızadə və Elman Rəhimov) qərarı ilə cavabdehin şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-2932/2018 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı iddiaçının əmək şəraitinin xüsusilə zərərli işlərdə olmağı müəyyən edilməklə, xx xxxxxx 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmi n edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Quba rayon TKQ-nın məhkəməyə verdiyi xx xxxxxx 2019-cu il tarixli, 769 saylı məktubuna cavabda onun xx xxxxxx 2006-cı il tarixə qədər həmin illər ərzində qüvvədə olmuş vəzifə təlimatına uyğun olaraq işlədiyi, lakin kabellərin lehimlənməsinin kabel lehimləyən işçilər tərəfindən aparıldığı, elektrik montyorlarının kabel kanalizasiya quyularında bu kimi zərərli işlər görülməsində iştirak etmədikləri göstərilmişdir. Vəzifə təlimatını müəyyən edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının «Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X2» təsdiq ed ilməsi haqqında xx xxxx 2000-ci il tarixli, 10-2 nömrəli Qərarının 46-cı fəslində göstərilən» «telefon rabitəsi xətt qurğularının və radiolaşdırmanın elektrik montyoru» üzrə 6-cı dərəcəli elektrik montyorunun vəzifələri bunlardır: İşin xüsusiyyəti: Hava xətlərində: magistralların kənd telefon rabitəsinin mürəkkəb magistrallarla birləşmə xəttinin, məsafəli təchiz mənbəyi ilə işləyən ötürücü sistemlərin gərginliyi 960 V və daha yüksək olan radiofikasiya fiber xətlərinin, çoxproqramlı yayım xətləri, küçə səsyayıcı vasitələri və təcrübə sahələri xətləri də daxil olmaqla, mürəkkəb quruluşlu ölçü cihazlarının və xətti kommutasiya qurğuları və səsyayıcı vasitələrin idarə qurğularının təmiri və texniki-istismar xidməti. Çoxproqramlı yayımların ötürülməsi xətt qurğularında qüsurların axtarılması və aradan qaldırılması. Radiouzadıcı avadanlıqlara xidmət. Naqillərin çarpazlaşdırılması sxeminin tərtibi. Rabitə xətlərində impuls metodu ilə zədələnmələrin yerinin və xüsusiyyətinin müəyyən edilməsi. Xətlərin əsas parametrlərinin hesabatı. Yeni tikinti və xətlərin müayinə edilməsi. Xüsusi telefon aparatları və təcrübə nümunələrinin təmiri, quraşdırılması və xidməti. Abunə qurğuları və xətti qurğuların inkişafına, təmirinə və texniki-istismar xidmətinə rəhbərlik. Təmir olunmuş abunə-xətt qurğularının istismara təhvil verilməsi. Kabel xətlərində: giriş-kabel avadanlıqlarının təmiri və montajı. Aşağıtezlikli kabellərin simmetrikləşdirilməsi və kəsilməsi. VÇ aparatı ilə calaqlanmış hava xətləri ilə kabellərin dəyişən cərəyanla elektrik ölçülməsi. Elektrik drenajlarının quraşdırılması və qoşu lması. Elektrokorroziyadan və ildırım zərbələrindən müdafiə qurğularına xidmət işlərinə rəhbərlik. Kabel xətlərində: kabellərin ilkin və ikinci dərəcəli parametrlərinin ölçmə metod və sxemlərini kabellərdə zədələnmələrin yerinin müəyyən edilməsini. Kabel örtüklərində potensialın paylanması diaqramının tərtib edilməsi qaydalarını; yeraltı qurğuların korroziyadan birgə qorunması metodlarını, kabellərin simmetrikləşdirilməsi və kəsilməsini. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının rabitə xətlərinin təmiri üzrə elektrik montyoru peşəsinin Siyahının XXXİİİ bölməsinin 23100000–19827-ci şifrində göstərilir ki, – «qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğu l olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları». Həminı bölmənin 23200000-19859-ci şifrində göstərilir ki, «qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları». Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Quba rayon TKQ-nın vəkilə göndərdiyi xx xxxxxx 2019-cu il tarixli, № 768 saylı məktubuna əsasən 1970–2019-cu illər dövründə qovşaqda TQ (qurğuşunlu kabellər), TZŞPA (alüminium izolyasiyalı), FO (Fiber Optik) və müxtəlif tutumlu TPP (polietilen örtüklü) kabellərdən istifadə edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(105)-632/2019·saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-632/2019·saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsin ə göndərilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-632/2019·saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.Bədirli kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyas ı məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-632/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin müdiri İ.S.Novruzovun şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-2932/2018 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı iddiaçının əmək şəraitinin xüsusilə zərərli işlərdə olmağı müəyyən edilməklə, xx xxxxxx 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin edilməməsi qənaətinə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 9.1, 9.8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə, İnzibati P rosessual Məcəllənin 2.2.3, 12.1, 58.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir, birinci instansiya məhkəməsi tərəfindən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçı X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı iddiaçının əmək şəraitinin xüsusilə zərərli işlərdə olmağı müəyyən edilməklə cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2019-ci il tarixli, 2-1(102)-2284/2019 saylı qərar qəbul etmişdir. Ali Məhkəmənin həmin qərarı ilə cavabdehin verdiyi kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(105)-184/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün ap elyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sözügedən xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-2284/2019 saylı qərarının əsaslandırma hissəsində göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çat dıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensıya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) y eraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmi n işlərdə çalişarsa; qadınlar – 50 yaşına çatdiqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmişdı». Həmçinin Ali Məhkəmə xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, «Sadalanan hüquq normalarına görə iddiaçının x xxxxxx 2006-cı ilədək 25 ildən az olmayan ümumi stajı, 12 il 6 aydan az olmayan güzəştli şərtlə əmək pensiyası hüququ olan stajı olmalıdır. İddiaçı 1978-ci ildən əmək fəaliyyətinə başlamış, hərbi xidmət dövrü də daxil olmaqla x xxxxxx 2006-cı ilə qədər 25 ildən az olmayan ümumi staja malik olmuşdur. İddiaçının x xxxxxx 2006-cı ilədək azı 25 il ümumi staj ı olmaması ilə bağlı cavabdeh də mübahisə açmamışdır. Digər hal isə iddiaçının x xxxxxx 2006-cı ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il 6 ay stajın olması ilə bağlıdır. İddiaçının əmək kitabçasında olan məlumatlara görə x xxxxxx 2006-cı ilə qədər telekommunikasiya qovşağı sahəsində elektrik montyoru peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahı»da rabitə xətlərinin təmiri üzrə elektrik montyoru peşəsinin Siyahının XXXİİİ bölməsinin 23200000–19859 şifri ilə güzəştli pensiya hüququ verən peşələrə aid olduğunu qeyd etmişdir. Məhkəmənin istinad etdiyi kod (peşə) Ümumi peşələr adlanan bölmədə qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorv inil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorlari adlanır. İddiaçının işlədiyi peşə isə şəhər telefon rabitəsində elektrik montyoru olmuşdur. Bundan başqa, 2 saylı siyahıda XXİX bölmə rabitə sahəsinə aiddir. Bu bölmədə 23100000–19827 kodunda qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hər iki bölmədə qeyd edilən kodlarda olan peşələrin iddiaçının işlədiyi peşə ilə üst-üstə düşməsini, həmin peşələrdə eyni funksiyaların həyata keçirilib-keçirilməməsini müəyyən etməmişdir». Eyni zamanda Ali Məhkəmənin xx xxxxxx 2019-c u il tarixli qərarında yazılmışdır ki, «İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na istinad edərək iddiaçının işlədiyi peşənin Rabitə bölməsi adlanan 30-cu bölmədə olmadığını bildirmiş, ap elyasiya məhkəməsi şikayətin dəlilinə münasibət bildirməmişdir». Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsaslanmaqla, mübahisə ilə bağlı Ali Məhkəmənin yuxarıda adıçəkilən apelyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan hüquqi mövqeyini tam və hərtərəfli nəzərə almış, bununla da iddiaçının kasasiya şikayətindəki dəlillərini faktiki araşdıraraq onları təkzib etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazırlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 30-cu Rabitə bölməsinə əsasən qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən isə onun elektrik montyoru işləməsi qeyd edilmişdir. Mövcud pensiya qanunvericiliyinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün əmək kitabçasından əlavə vətəndaşın işlədiyi müəssisədən güzəştli işlərdə işləməsini təsdiq edən izahedici arayışın şöbəyə təqdim edilməsi tələb olunur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılarkən müəyyən edilmişdir ki, xx xxxx 2017-ci il tarixli 445 saylı X4 tərəfindən təqdim olunan arayışda iddiaçının xx xxxxxxx 1978-ci il tarixdən hal-hazıradək şəhər xətt təsərrüfatı rabitəsi üzrə montyor işində işləməsini göstərmişdir, yəni, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 30-cu Rabitə bölməsinə əsasən qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyoru işləməsi göstərilməmişdir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının işlədiyi peşə, yəni, elektrik montyoru peşəsı Azərbaycan Respublikası Nazirlər Kabi netinin nə xx xxxxxx 2007-ci il tarixli, nə də ki xx xxxx 1993-cü il tarixli qərarları ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qeyd olunmadığından həmin peşə güzəştli əmək pensiyası hüququ yaratmır. Məhkəmə tərəfindən isə heç bir əsas olmadan (iddiaçının əmək kitabçası və işlədiyi müəssisə tərəfindən verilmiş arayış onun güzəştli şərtlərlə işləməsini təsdiq etmir) iddiaçının güzəştli şərtlərlə pensiya hüququ müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsini arzu etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 55 yaşdan pensiya hüququ yaranmışdır, lakin «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsində xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədlərinin 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması təsbit edildiyindən, iddiaçının də pensiya hüququ 2 saylı Siyahıya əsasında 57 yaşdan yaranmışdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrındə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalat ların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsində görə Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edil ir. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq göstərmişdir ki, «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatlarin, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli sıyahı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddəti n azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatlarin peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlə də çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, sadalanan hüquq normalarına görə iddiaçının x xx xxxx 2006-cı ilədək 25 ildən az olmayan ümumi stajı, 12 il 6 aydan az olmayan güzəştli şərtlə əmək pensiyası hüququ olan stajı olmalıdır. İddiaçı 1978-ci ildən əmək fəaliyyətinə başlamış hərbi xidmət dövrü də daxil olmaqla x xxxxxx 2006-cı ilə qədər 25 ildən az olmayan ümumi staja malik olmuşdur. İddiaçının x xxxxxx 2006-cı ilədək azı 25 il ümumi stajı olmaması ilə bağlı cavabdeh də mübahisə açmamışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq vurğulamışdır ki, digər hal isə iddiaçının x xxxxxx 2006-cı ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il 6 ay stajın olması ilə bağlıdır. İddiaçının əmək kitabçasında olan məlumatlara görə x xxxxxx 2006-cı ilə qədər telekommunikasiya qovşağı sahəsində elektrik montyoru peşəsində işləmişd ir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahı»da rabitə xətlərinin təmiri üzrə elektrik montyoru peşəsinin Siyahının XXXİİİ bölməsinin 23200000–19859 şifri ilə güzəştli pensiya hüququ verən peşələrə aid olduğunu qeyd etmişdir. Məhkəmənin istinad etdiyi kod (peşə) Ümumi peşələr adlanan bölmədə qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları adlanır. İddiaçının işlədiyi peşə isə şəhər telefon rabitəsində elektrik montyoru olmuşdur. Bundan başqa, 2 sayli siyahıda XXİX bölmə rabitə sahəsinə aidd ir. Bu bölmədə 23100000–19827 kodunda qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları qeyd edilmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxx» MMC-nin X1 xx xxxxxx 2019-cu il tarixli, 769 saylı məktubla bildirilmişdir ki, İddiaçı qovşaqda xx xxxxxx 2006-cı il tarixə qədər illər ərzində qüvvədə olmuş vəzifə təlimatına uyğun olaraq işləmişdir. Lakin kabellərin lehimlənməsi kabel lehimləyən işçilər tərəfindən aparılmışdır. Elektromontyorların kabel-kanalizasiya quyularında bu kimi zərərli işlər görülməsində iştirak etməmişdirlər. Belə liklə, qeyd edilmiş maddi hüquq normaları iddiaçının işlədiyi- şəhər telefon rabitəsində elektrik montyoru peşəsi üzrə güzəştli şərtlə pensiya təyin edilməsini nəzərdə tutmur, bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-632/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanıl
Məhkəmə qərarları › İş №2-1(102)-619/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-619/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver