Məhkəmə qərarları › İş №2-1(102)-619/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-619/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-619/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Ənvər oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “toxucu” peşəsi üzrə işləmiş və 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsin ə qarşı (hüquqi varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi) qarşı “əmək pensiyasının təyin edilərək müraciətdən əvvəlki üç ilin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 06 oktyabr tarixli, 2-1(103)-1042/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 31 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən a xırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ümumi iş stajı 25 ildən az təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 22 avqust tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 57 yaşının tamam olduğu 201 6-cı il 01 aprel tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməklə müraciətdən əvvəlki 3 ili üçün 2019-cu il 18 aprel tarixdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 57 yaşının tamam olduğu 2016-cı il 01 aprel tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməklə müraciətdən əvvəlki 3 ili üçün 2016-cı il 18 aprel tarixdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, 21(81)-3673/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddianın əsaslarına görə, iddiaçı 19 73-cü il 10 sentyabr tarixdən 1976-cı il 20 fevral tarixədək Lenin adına X4 Birliyinin 69 №-li peşə məktəbində oxuyaraq işləmiş, 1976-cı il 20 fevral tarixdən 2008-ci il 18 yanvar tarixədək isə toxuculuq istehsalatında işləmişdir. 57 yaşı tamam olduğu 2016-cı il 01 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlərlə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Əmək kitabçasına əsasən onun 1973-cü il 10 sentyabr tarixdən 2006-cı il 01 yanvar tarixədək 32 il 3 ay ümumi iş stajı, 1976-cı il 20 fevral tarixdən 2006-cı il 01 yanvar tarixədək isə 29 il 10 ay güzəştli iş stajı vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qa rşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına bütün toxucular deyil, yalnız metal və sintetik tor toxuyan toxucular daxildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3673/2019 saylı iş üzrə 2019-cu il 27 noyabr tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi toxucu vəzifəsi nə 1993-cü il 21 iyun tarixdən 2007-ci il 23 yanvar tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında, nə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli,12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda toxuculuq istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmamışdır. Belə ki, hər iki qərarda toxucu istehsalatında yalnız metal və sintetik tor toxuyan toxucular güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur ki, iddiaçı da işin faktiki hallarına əsasən qeyd edilən peşələrdə işləməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 06 oktyabr tarixli, 2-1(103)-1042/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli, 2-1(102)192/2019 nömrəli qərarında eyni xarakterli işə əsasən, iddiaçının X2 işlədiyi toxucu peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın (toxuculuq istehsalatı) 32-ci bölməsində qeyd edildiyini nəzərə alaraq cavabdehin kassasiya şikayətinin həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə istinadla bağlı dəlillərini əsassız hesab etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 08 oktyabr tarixli, 2-1(102)-2554/2019 nömrəli qərarının əsaslandırıcı hissəsində qeyd edildiyi kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısının Toxuculuq istehsalatı adlanan 32-ci bəndinə görə kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq qalantereya, keçə istehsalatları: süni və sintetik istehsalatlarında toxuculuq sexləri (sahə, bölmə) güzəştli şərtlə pensiya hüququ verən istehsalatı kimi nəzərdə tutulmuşdur. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.

16. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəra iti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər — 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

19. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. İddiaçının işlədiyi “toxucu” peşəsinin istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan (Toxuculuq sənayesi (********) üzrə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” (2200200a-11602) peşəsinə, “3. Kətan və kəndir-cut istehsalları” (********) üzrə “yaş tox umada məşğul olan toxucular” (2210400a—17501) və ya “yaş toxumada məşğul olan tesma toxucuları” (2210400a—19136)), istərsə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan (26.1.Toxuculuq sənayesi: “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları”; 26.3.Kətan və kəndir-cüt istehsalı: “yaş toxumada məşğul olan toxucular” və ya “yaş toxumada məşğul olan tesma toxucuları”; habelə 32.Toxuculuq istehsalatı. toxucular: metal və sintetik tor toxuyan toxucular) vəzifələrə (peşələrə) uyğunluğu müəyyən edilməmişdir.

24. İddiaçını n şikayətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısının Toxuculuq istehsalatı adlanan 32-ci bəndinə görə, “kağızpambıq, pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq qalantereya, keçə istehsalatları: süni və sintetik istehsalatlarında toxuculuq sexləri (sahə, bölmə)” güzəştli şərtlə pensiya hüququ verən istehsalatı kimi nəzərdə tutulduğuna dair dəlilə gəldikdə, istinad edilən Siyahıda həmin sahə və ya bölmədə “avadanlıq, aqreqat və maşınların operatorları, dəzgahlara xidmət edən ustalar və usta köməkçiləri, əyiricilər, kord toxuyan dəzgahlara iplik düzənlər, metal və sintetik tor toxuyan toxucular” nəzərdə tutulmuşdur ki, iddiaçının işləmiş olduğu peşə və ya vəzifənin həmin göstərilənlərə aidiyyəti müəyyən edilmir.

25. Eyni ilə, bu yanaşma “xxxx” ASC-nin 2020-ci il 23 sentyabr tarixli, 19 nömrəli arayışında qeyd olunanlara aiddir. Belə ki, həmin arayışda da qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nda “Toxuculuq istehsalatı” 32-ci bölmədə kağızpambıq, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikotaj, toxuculuq-qalantereya, keçə istehsalatı; süni və sintetik istehsalatlarında toxuculuq sexlərində (sahə, bölmə) işləyənlərə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verilmişdir.

26. Həm in arayışda, həmçinin qeyd olunur ki, “toxucu” peşəsində işləyənlər iş vaxtının 8 saatını ayaq üstə dəzgahın ətrafında hərəkət etmək şərtilə, gözləri ilə kəmiyyət və keyfiyyət göstəricilərinə nəzarət etməklə keyfiyyətli parça toxunmasını təmin edirlər. Toxucuların iş şəraiti nəzərə alınaraq onlara daim güzəşt olunur. Toxucunun güzəştli pensiyaya düşməsinin üç əsas şərti var:

1. Ayaq üstə durmaq

2. Yüksək səs

3. Gözlə kəmiyyət və keyfiyyətə nəzarət etmək.

27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, arayışda göstərilənlər iddiaçıya münasibətdə hazırkı vəziyyəti dəyişmir. Lakin müəssisə həmin qeyd olunanların ağır və ya zərərli iş şəraiti kimi təsnif edilərək “toxucu” peşəsinə də aid edilməli olduğunu hesab edirsə, bununla bağlı təkliflərini səlahiyyətli müvafiq icra hakimiyyəti orqan ına təqdim edə bilər.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 06 oktyabr tarixli, 2-1(103)-1042/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar