Məhkəmə qərarları › İş №2-1(102)-619/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-619/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-619/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (üçüncü şəxslər X29, X16, X3, X4, X5, X6, X1, X30, X37, X43, X44, X17, X50, X31, X59) “çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 6 yanvar 2022-ci il tarixli 2-1(107)-49/2022 nömrəli qərardadından üçüncü şəxslər X12, X7, X8, X4, X9 və X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Üçüncü şəxs X12 (***; FİN ***) XXX tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, Xanabad kəndində yaşayır.

2. Üçüncü şəxs X7 (***; FİN ***) XXX tarixində ünvan 3 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, Xanabad kəndində yaşayır.

3. Üçüncü şəxs X8 (***; FİN ***) XXX tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, Xanabad kəndində yaşayır.

4. Üçüncü şəxs X13 (***; FİN ***) XXX tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, Xanabad kəndində yaşayır.

5. Üçüncü şəxs X10 (***; FİN ***) XX X tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, Xanabad kəndində yaşayır.

6. Üçüncü şəxs X11 (***; FİN ***) XXX tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yevlax rayonu, Xanabad kəndində yaşayır.

7. Üçüncü şəxs X29 (***; FİN ***) XXX tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

8. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə aparatın Memarlı və tikinti şöbəsinə şəhər ərazisində həyətyanı torpaq sahələrinin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ilə birlikdə araşdırılması tapşırılmış, vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi DT və XK-dən xahiş olunmuşdur.

9. Həmin sərənc ama müvafiq olaraq verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Həmin çıxarış əsasında 0,19 ha. torpaq sahəsi üzərində iddiaçı və üçüncü şəxslərin paylı mülkiyyət hüququ qeydə alınmış, X29 0,0025 ha. hissədə, iddiaçı və qalan üçüncü şəxslər isə 0,0125 ha. hissədə torpaq sahəsinin hüquq sahibləri kimi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (üçüncü şəxs qismində X29, X16, X3, X4, X5, X6, X1, X30, X37, X43, X44, X17, X50, X31, X55 cə lb edilməklə) iddia ərizəsi ilə 14 noyabr 2014-cü il tarixində məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş JN 1395A, kod 90200002 şəhadətnamənin həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə sərəncamının üçüncü şəxslərin mülkiyyət hüququ və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin ******* nömrəli çıxarışının üçüncü şəxslərə aid olan hissəsinin ləğv edilməsi və İddiaçı Abdülhüseyn oğlunun adına qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 11 ünvanında 0,25 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evində 1950-ci ildən yaşayır. 1993-cü ildə yaşadığı evin dövlət planına uyğun sökülməsi nəzərdə tutulduğu üçün o, ailə üzvlərinin gələcəkdə mənzillə təmin olunması üçün övladlarını, kürəkənini və nəvələrini öz evində pasport qeydiyyatına saldırmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı 23 iyul 2004cü il tarixli 293 nömrəli sərəncamı ilə həmin torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı JN-1395A kod 90200009 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən əsassız olaraq üçüncü şəxslər X29 və qeyrilərinin adları həmin şəhadətnaməyə daxil edilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən verilmiş 27 avqust 2014-cü il tarixli RX seriyalı ***** ** nömrəli daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə onun və üçüncü şəxslər X29 və qeyrilərinin adlarına qeydiyyata alınmışdır. Halbuki, həmin evdə pasport qeydiyyatında olan şəxslərin hər birinin ayrılıqda özlərinə məxsus evi və həyətyanı torpaq sahələri vardır.

12. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)1150/2014 nömrəli qərarı ilə (hakim Usaməddin Osmanov) iddia tələbi təmin edilmiş, JN1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, yəni üçüncü şəxslər X32, X16, X3, X4, X2, X6, X1, X38, X23, X30, X37, X39, X43, X44, X14, X17, X50, X33 və X51 münasibətdə ləğv edilməsi qərara alınmışdır.

13. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 d ekabr 2014-cü il tarixli, 2-1(84)1150/2014 nömrəli qərardadı ilə (hakim Usaməddin Osmanov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı “JN 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və DƏDRX-nin 17 nömrəli Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışın qismən ləğv edilməsi” barədə iddia tələbi DƏDRX-nin 17 nömrəli Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

14. Üçüncü şəxslər X12, X7, X8, X4, X9 və X6 11 noyabr 2021-ci il tarixində apellyasiya şikayət verərək qərarın onlara münasibətdə ləğv edilərək iddianın həmin hissədə rədd olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsi ndə icraat

15. Üçüncü şəxslər X12, X7, X8, X4, X9 və X6 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək inzibati aktın icrasının dayandırılması barədə təminat tədbirlərinin görülməsi məqsədilə ünvan 11 ünvanında yerləşən 0,19 ha. torpaq sahəsinin üzərinə həbsin qoyulması, həmin sahədə tikinti işlərinin aparılmasının X29 və qeyrilərinə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Ərizə belə əsaslandırılmışdır ki, hazırda iddiaçı vəfat etmişdir. Buna baxmayaraq, Şəki İnzibati-İqtisadi Məhkəməsində işə baxılmasında iştirak edərək iddianı qəbul etmiş yeganə üçüncü şəxs X29 qərarın icrasına təmin olunmasına mane olmaq üçün həmin torpaq sahəsini başqa şəxslərə satıb və orada tikinti işləri aparır. Bir neçə dəfə xəbərdarl ıq edilməsinə baxmayaraq tikinti o, tikinti işlərini dayandırmır, həmçinin orada həmin işləri görən ustalara işlərin dayandırılması barədə göstəriş vermir. Bununla da, üçüncü şəxslərin mülkiyyətlərində olmuş əmlakdan istifadə edilməsinə mane olmağa çalışır.

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli 2-1(107)-49/2022 nömrəli qərardadına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Elçin Hüseynov və Rövşən Rəfiyev) üçüncü şəxslərin ərizəsi təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə vermiş üçüncü şəxslər paylı mülkiyyətdə olan 0,19 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması, həmin sahədə tikinti işlərinin aparılması və həmin torpaq sahəsinin özgəninkil əşdirilməsinə cəhd edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə həmin torpaq sahəsi üzərində tikinti işinin aparılacağı və torpağın özgəninkilləşdiriləcəyi təqdirdə ərizəcilərin hüquqlarının qorunmasına və ya bərpa edilməsinə çətinlik yarana bilməz.

19. Üçüncü şəxslər kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli 2-1(107)-49/2022 nömrəli qərardadının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd ed ilmişdir ki, məhkəmənin qərarı ilə kassasiya şikayəti vermiş üçüncü şəxslərlə bərabər Ehtibar Məmmədovun da payı ləğv edilmişdir. Ancaq məhkəmə hesab etmişdir ki, şəhadətnamə qismən təmin edildiyindən digər şəxslərin tikinti aparması qanunauyğundur. Lakin üçüncü şəxslərin məhkəməyə təqdim etdiyi DƏDRX-nin 17 nömrəli Ərazi İdarəsinin 8 sentyabr 2021-ci il tarixli məktubuna əsasən də şəhadətnamə 19 nəfərə münasibətdə ləğv edildikdən sonra İddiaçı həmin torpaq sahəsinin 16 sotunu 11 mart 2015-ci il tarixində, 26 mart 2015-ci il tarixində başqa şəxslərə bağışlamışdır. Hazırda orada 0,03 ha. torpaq sahəsi qalmışdır və orada da Ehtibar Məmmədov tikinti işləri aparır. Bu hal isə aparılan tikinti işlərinin dayandırılmamasının kassasiya şikayəti verən üçüncü şəxslərin hüquqlarının bərpa olunmasında çətinlik törədəcəyini təsdiq edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn ha llarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;

23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mate riallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hall arda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyas iya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norm alarının tələblərinə riayət edilməmişdir.

27. Belə ki, İPM-in 40.1-ci maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ maraqlı şəxslərə məxsusdur (bax: hazırkı qərarın 23-cü bəndi). Hazırkı qərarın 22-ci bəndində göstərilən normaların məzmunundan müəyyən olunur ki, barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs maraqlı şəxs sayılır.

28. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ, 0,19 ha. torpaq sahəsi üzərində iddiaçı və üçüncü şəxslərin paylı mülkiyyət hüququ qeydə alınmış, X2 9 0,0025 ha. hissədə, iddiaçı və qalan üçüncü şəxslər isə 0,0125 ha. hissədə torpaq sahəsinin hüquq sahibləri kimi göstərilmişdir.

29. Bununla razılaşmayan İddiaçı Abdülhüseyn oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş JN 1395A, kod 90200002 şəhadətnamənin həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə sərəncamının üçüncü şəxslərin mülkiyyət hüququ və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin ******* nömrəli çıxarışının üçüncü şəxslərə aid olan hissəsinin ləğv edilməsi və İddiaçı Abdülhüseyn oğlunun adına qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir

30. İş materiallarından göründüyü kimi İddiaçı Abdülhüseyn oğlu hazırkı iş üzrə maraqlı şəxs sayılır. İPM-in 40.1-ci maddəsində də müvəqqəti xarakterli müdafiə tədbirini vermək hüququna malik olan maraqlı şəxs kimi iddiaçı göstərilmişdir. Üçüncü şəxslərin məhkəmə qarşısında hər hansı bir tələbi olmadığından, onlar iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmələri də istisna olunur.

31. İPM-in 40.1-ci maddəsinin məzmununa əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə üçüncü şəxslərin ərizəsi in zibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi ilə bağlı deyil.

32. Hazırkı halda üçüncü şəxslər müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək ünvan 11 ünvanında yerləşən 0,19 ha. torpaq sahəsinin üzərinə həbsin qoyulması, həmin sahədə tikinti işlərinin aparılmasının X29 və qeyrilərinə qadağan edilməsini xahiş edir ki, bu xahişin gələcəkdə məhkəmə qərarının icrası ilə heç bir bağlılığı və əlaqəsi olmayacaqdır.

33. Bütün yuxarıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli 21(107)-49/2022 nömrəli qərardadı ləğv edilməli, üçüncü şəxslərin ərizəsi mümkün sayılmamalıdır.

34. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 90.2, 96, 98-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli 21(107)-49/2022 nömrəli qərardadı ləğv edilsin. Üçüncü şəxslərin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar