Məhkəmə qərarları › İş №2-1(102)-619/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-619/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-619/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1858/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1970-01.02.196-cı illərdə Şüvəlan Gülçülük sovxozunda işləmişdir.

2. X1 xx.xx.1980-ci il tarixli 73 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.1970-ci ildə 68 saylı xx.xx.1970-ci il tarixli əmrlə X2 anbardar vəzifəsinə işə qəbul edilmiş və ona Azərbaycan SSR Nazirlər Sovetinin 21 sentyabr 1961-ci il tarixli 825 nömrəli qərarına müvafiq olaraq, Şüvəlan şöbəsi üzrə Şüvəlan qəsəbəsi Gülçülük sovxozunun 45 nömrəli idarə binasında ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, 1500 kv.m həyətyanı sahədən istifadə etmək hüququ ilə yaşayış sahəsi 90 kv.m olan yaşayış sahəsi verilmişdir.

3. Bakı şəhər İcraiyyə Komitəsi Texniki inventarlaşdırma bürosu tərəfindən iddiaçının adına tərtib olunmuş və hazırkı mərhələdə əslinə baxış keçirilmiş Gülçülük sovxozu-45 ünvanında yerləşən 45 nömrəli evin planından görünür ki, ev 90 kv.m yaşayış sahəsindən cəmi 1317,6 kv m torpaq sahəsində yerləşir.

4. Əzizbəyov rayon XDS İK-nin 1 oktyabr 1980-cı il tarixli Aktdan görünür ki, İcraiyyə Komitəsində yaradılmış Komissiya tərəfindən Bakı şəhər İK 16 iyun 1980-cı il tarixli 05/273 saylı sərəncamına və Bakı Mənzil İdarəsinin 10 iyul 1980-c il tarixli 84 No-li əmrinə əsasən X1 66 yaşayış binası yerli icra hakimiyyətinin balansına götürülmüşdür ki, həmi n binalar sırasında iddiaçının istifadəsinə verilmiş 45 saylı ev də mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, ev 45-in mövcud vəziyyətdə torpaq sahəsi ilə birlikdə evin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1970-ci ildən uzun illər çalışdığı Şüvəlan gülçülük sovxozu tərəfindən ona torpaq sahəsi ayrılmış və iddiaçı orada öz vəsaiti fərdi yaşayış evi inşa etmiş, həmin ev 45 nömrəli ev kimi qeydə alınaraq, ona sovxoz tərəfindən 1980-cı ildə order veril mişdir. Torpağın faktiki sahəsi 1400 kv.m təşkil edir. O, həmin evin torpaqla birlikdə mülkiyyət hüququ ilə onun adına qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il xx.xx.2022-ci il tarixli məktublarında imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-838/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlə t qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edə bilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən X1 xx.xx.1980-ci il tarixli 73 nömrəli orderi torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilə bilməz. Həmin orderin verilməsinə əsas olmuş sənədlər də (sovxozun əmri, müvafiq icra hakimiyyəti orqanının qərarı və s.) məhkəməyə təqdim edilə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edi lməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1858/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, K.Əkbərov və Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı adına ünvan 1 ünvanıda yerləşən evə və həmin evin yerləşdiyi torpaq sahəsinə mövcud vəziyyətində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən ona çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin ü zərinə qoyulmuşdur.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan SSR Nazirlər Sovetinin 21 sentyabr 1961-ci il tarixli 825 nömrəli qərarına müvafiq olaraq Bakı şəhər İK 16 iyun 1980-cı il tarixli 05/273 saylı sərəncamına və Bakı Mənzil İdarəsinin 10 iyul 1980-ci il tarixli 84 N-li əmri əsasında Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş orderə müvafiq olaraq, iddiaçı Şüvəlan qəsəbəsi Gülçülük sovxozunun idarə binasında, ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, yaşayış sahəsi 90 kv m olan 45 nömrəli ev, həmin evin yerləşdiyi 1500 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir (Evin işə əlavə olunmuş planından göründüyü kimi, cəmi torpaq sahəsi 1317,6 kv. m təşkil edir).

12. Tədqiq olunan sənədlərdə istinad olunan qərar və sərəncamların arxivdə aşkar olunmadığına gəldikdə isə bu hal, Bakı şəhərində doğulmuş, Gülçülük sovxozu ərazində yaşamış və orada işləyib mübahisəli daşımaz əmlakın sahibi olmuş yerli kənd sakininə münasibətdə, onun təqsiri kimi yozula bilməz, onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezi dentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün aşağıdakı əsasları müəyyən olunmuşdur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən v erilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar...; 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (dire ktor və s.) əmri...”

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üz rə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(103)-1858/2023 saylı qərarla iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, iddiaçının İddiaçı adına ünvan 1 ünvanıda yerləşən evə və həmin evin yerləşdiyi torpaq sahəsinə mövcud vəziyyətində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən ona ç ıxarış verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qənaətinə gələrkən belə hesab etmişdir ki, iddiaçının qanuna əsaslanan hüquqi gözləntisi mövcud olduğu halda, cavabdeh qeydiyyat orqanı tərəfindən mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın (evin və üzərində yerləşdiyi torpaq sahəsinin) onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina olunması qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş apellyasiya məhkəməsində aparılmış icraat 176-cı səhifədən ibarət olsa da, cavabdehin inzibati mübahisənin ma hiyyətinə dair işin 102-121-ci səhifələrində olan yeganə yazılı sənəd vardır ki, bu da cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********52 saylı məktubdur ki, cavabdeh həmin məktubda yazır ki, “ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə baxılmış, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzə rində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir”.

23. Daha sonra məktubda göstərilir ki, “Bu məktub daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina sayılmır”.

24. Cavabdeh tərəfindən iddiaçının iddiasına yazılı etiraz təqdim edilməmişdir.

25. Sözügedən məktubla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin məktubunda adıçəkilən siyahıda hansı hüquqmüəyyənedici sənədlərin iddiaçı tərəfindən təqdim edilməməsi göstərilməmiş, sadəcə cavabdeh iddiaçıya formal və ümumi cavab verməklə kifayətlənmişdir.

26. Digər tərəfdən cavabdeh iddiaçının xahişinə formal və faktiki də imtina verdiyi halda, yuxarıda artıq göstərildiyi kimi qeyd edir ki, “Bu məktub daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina sayılmır.”

27. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən müraciətinə, məsləyə dair tam və hərtərəfli araşdırma aparılması və dəqiq cavab verilməsi, natamam və səthi cavab verməkdən qanunvericiliyin tələblərinə daha uyğundur.

28. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 0******* nömrəli Əzizbəyov RPİ tərəfindən 04.092005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən, o, xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuşdur.

29. İddiaçının 1 iyul 1973-cü il tarixli əmək kitabçasına görə xx.xx.197001.02.96-cı illərdə Şüvəlan Gülçülük sovxozunda işləmişdir.

30. Bununla yanaşı X1 xx.xx.1980-ci il tarixli 73 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, vətəndaş İddiaçı xx.xx.1970-ci ildə 68 saylı xx.xx.1970-ci il tarixli əmrlə X2 anbardar vəzifəsinə işə qəbul edilmiş və ona Azərbaycan SSR Nazirlər Sovetinin 21 sentyabr 1961-ci il tarixli 825 nömrəli qərarına müvafiq olaraq, Şüvəlan şöbəsi üzrə Şüvəlan qəsəbəsi Gülçülük sovxozunun 45 nömrəli idarə binasında ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, 1500 kv.m həyətyanı sahədən istifadə etmək hüququ ilə yaşayış sahəsi 90 kv.m olan yaşayış sahəsi verilmişdir.

31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsi Texniki inventarlaşdırma bürosu tərəfindən iddiaçının adına tərtib olunmuş Gülçülük sovxozu-45 ünvanında yerləşən 45 nömrəli evin planından görünür ki, ev 90 kv.metr yaşayış sahəsində, cəmi 1317,6 kv m torpaq sahəsində yerləş ir.

32. Bununla yanaşı Əzizbəyov rayon XDS İK-nin 01 Oktyabr 1980-cı il tarixli Aktından görünür ki, İcraiyyə Komitəsində yaradılmış Komissiya tərəfindən Bakı şəhər İK 16 iyun 1980-cı il tarixli 05/273 saylı sərəncamına və Bakı Mənzil İdarəsinin 10 iyul 1980-c il tarixli 84 No-li əmrinə əsasən X1 66 yaşayış binası yerli icra hakimiyyətinin balansına götürülmüşdür ki, həmin binalar sırasında iddiaçının istifadəsinə verilmiş 45 saylı ev də mövcuddur.

33. İşin yuxarıda müəyyən edilmiş hallarına apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsi də düzgün olmuşdur.

34. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsd iq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsi üçün əsas sayılır.

35. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən aşağıdakılar daşınmaz əmlak üzərinə hüququn yaranması üçün əsasdır:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar...; 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri...”

36. Beləliklə işdən göründüyü kimi iddiaçıya Azərbaycan SSR Nazirlər Sovetinin 21 sentyabr 1961-ci il tarixli 825 nömrəli qərarına müvafiq olaraq Bakı şəhər İK 16 iyun 1980-cı il tarixli 05/273 saylı sərəncamına və Bakı Mənzil İdarəsinin 10 iyul 1980-ci il tarixli 84 N-li əmri əsasında Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş orderə müvafiq olaraq, İddiaçı Şüvəlan qəsəbəsi Gülçülük sovxozunun idarə binasında, ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, yaşayış sahəsi 90 kv m olan 45 nömrəli ev, həmin evin yerləşdiyi 1500 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir (Evin işə əlavə olunmuş planından göründ üyü kimi, cəmi torpaq sahəsi 1317,6 kv. m təşkil edir).

37. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, tədqiq olunan sənədlərdə istinad olunan qərar və sərəncamların arxivdə aşkar olunmadığına gəldikdə isə, bu hal, Bakı şəhərində doğulmuş, Gülçülük sovxozu ərazində yaşamış və orada işləyib mübahisəli daşımaz əmlakın sahibi olmuş yerli kənd sakininə münasibətdə, onun təqsiri kimi yozula bilməz, onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1858/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar