Məhkəmə qərarları › İş №2-1(102)-619/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-619/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-619/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın etibarsız hesab edilməsindən imtina, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə qarşı “Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008ci il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(104)30/2024 nömrəli qərarından üçüncü şəxslər X11 və X10 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəmkir rayon N.Nərimanov adına sovxozun xx.xx.1987-ci il tarixli, 73 nömrəli əmri ilə X7 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. X16 kitabında xx.xx.2009-cu il tarixdə, 1201 nömrə ilə uçota alınmış A 171491 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 113 nömrəli qərarı ilə X5 mülkiyyətinə 599,92 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.

3. X5 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəmkir şəhəri ərazisində yerləşən sənəd üzrə 0,06 ha olan həmin torpaq s ahəsinin faktiki ölçüsü 0,0494 ha təşkil edir.

4. X5 qeyd edilən 0,0494 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5. 05.06.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 qeyd edilən 0,0494 ha torpaq sahəsini X1 və sonuncunun həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3770 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarış əsasında X6 məxsus Şəmkir şəhərində yerləşən 0,0494 ha torpaq sa həsinin hüdudları daxilində İddiaçı məxsus tikili vardır. İddiaçı faktiki istifadəsində olan Şəmkir şəhəri, E.Hüseynov küçəsi, ev 159-da yerləşən 166,52 kv.m fərdi yaşayış evi bütünlüklə X6 məxsus Şəmkir şəhərində yerləşən 0,494 ha torpaq sahəsinin üzərinə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli qərarının etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 2007-ci ildə öz şəxsi vəsaiti hesabına inşa etdirmiş və hazırda həmin evdə yaşayır. Yaşadığı evi sənədləşdirmək istədikdə ona məlum olmuşdur ki, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi qanunsuz yolla X5 adına sənədləşdirilmişdir. Halbuki, mübahisə olunan torpaq sahəsi heç vaxt X5 istifadəsində olmamış, sənədləşmə formal olaraq tərtib olunmuşdur. Əgər torpağın mülkiyyətçisi Qızbəs Veyisova olsaydı, həmin torpaq sahəsində 2007-ci ildə evin inşa olunmasına imkan verməzdi. Torpağın sənədləri sonradan saxta yollarla tərtib olunmuş və bundan sonra həmin torpağa çıxarış əldə olunmuşdur. Çıxarışa qədər müvafiq hüquqverici sənədlərdə tarixlər əvvəlki tarix kimi qeyd olunsa da, son günlərdə tərtib olunmuşdur. İlkin sənədlərlə bağlı müvafiq orqanda qeydiyyat aparılmamışdır. Mübahisə olunan torpağa dair sənədləri əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən X11 və X10 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim: Usaməddin Osmanov) 11 noyabr 2021-ci il tarixli, 2-1(114)-1911/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı etibarsız hesab edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X12 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömrəli Fərmanı ilə ləğv edildiyi halda, üçüncü şəxs X7 Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrılması qanunvericiliyə ziddir.

12. Üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Əlizamin Abdullayev və Azər Bayramov) 11 avqust 2022-ci il tarixli, 2-1(104)-153/2022 nömrəli qərardadı ilə üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş və iddia mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülkiprosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar İnzibati Prosessual Məcəl lə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl xx.xx.2008-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli, 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Mübahisə açan tərəf qanunvericilik aktlarının verdiyi hüquqi m üdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, xx.xx.2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-2215/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiy a məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi, etibarsızlığının tanınması tələb olunan inzibati aktın qəbul olunduğu 2008-ci ildə qüvvə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinin tələbinə görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Normanın məzmunundan göründüyü kimi, məhkəmədə iddia qaldırmaq üçün müəyyən edilmiş prosessual müddətin axımı şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən baş lanır. İş materiallarından görünür ki, iddianın qaldırılması üçün müəyyən edilmiş müddətin axımının başlanğıcına, yəni iddiaçının öz hüququnun pozulduğunun ona hansı vaxtdan məlum olduğuna dair məsələ məhkəmə araşdırmasının predmeti olmamışdır. İddiaçı isə şikayətində bəyan edir ki, 15 ilə yaxın müddətdə onun həmin torpaq sahəsində ev inşa etməsi və həmin evdə yaşaması hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, yalnız həmin evi 2020-ci ildə sənədləşdirmək istəyərkən ona məlum olmuşdur ki, evin altındakı torpaq sahəsinə dair başqa şəxsin adına qərar və sənədlər vardır. Beləliklə, hazırkı məzmunda iddiaya əvvəlki qanunun müddətlə bağlı tələbi o halda tətbiq oluna bilərdi ki, müddətin axımı məhz həmin qanunun qüvvədə olduğu vaxtda başlanmış və həmin müddət bu şərti aradan qaldıran (bu m əzmunda iddianın verilməsi üçün müddət müəyyən etməyən) yeni qanunun qüvvəyə mindiyi vaxtadək başa çatmış, bununla da, bu məzmunda iddianın verilməsi imkanı aradan qalxmış olsun. Hazırkı halda, bunun baş verdiyini məhkəmə müəyyən etmədiyindən, müddətlə bağlı şərt iddiaçıya münasibətdə tətbiq oluna bilməz.

18. İPM-in 36.3-cü maddəsində müəyyən edilmiş şərtlərə gəldikdə, bu növ iddianın xüsusi mümkünlük şərti inzibati aktın etibarsızlığının tanınmasına iddiaçının hüquqi marağının olmasıdır. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Başqa sözlə, etibarsızlığının tanınması iddia edilən inzibati akt iddiaçının subyektiv hüquq sferasına müdaxilə etməli və ya müdaxilə təhlükəsi yaratmalıdır. Bu halda, iddiaçının müəyyən etmə ma rağı ondan irəli gələcək ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. İddiaçı bəyan edir ki, barəsində inzibati akt qəbul edilmiş torpaq sahəsində 2007-ci ildən başlayaraq yaşayış evi inşa edilməyə başlamış, tikinti başa çatdıqdan sonra həmin evdə yaşayır. İddiaçının bu dəlillərini (o cümlədən, həmin torpaq sahəsində evin inşa olunmasının və iddiaçının uzun müddət həmin evdə yaşamasının torpağın ehtimal olunan mülkiyyətçisi və ya hər hansı digər şəxs tərəfindən mübahisələndirilmədiyinə dair dəlilini) qeyd-şərtsiz təkzib edən hər hansı sübuta məhkəmə qərardadında istinad edilmir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şamil Rzaquliyev /sədrlik edən və məru zəçi/, Loğman Süleymanov və İslam Həsənov) 11 sentyabr 2024-cü il tarixli, 2-1(104)-30/2024 nömrəli qərarı ilə üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması, ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pulun üçüncü şəxs X3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, X5 adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli plan-ölçü sənədində mübahisələndirilən torpaq sahəsinin Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 113 nömrəli qərarı ilə onun adına qeyd edildiyi göstərilsə də, məhkəmə tərəfindən arxivə və digər səlahiyyətli orqanlar a verilmiş sorğulara cavab məktublarında sözügedən qərarın arxivə təhvil verilmədiyi, X8 Şəmkir şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin hansı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmasına dair məlumatın olmadığı göstərilmiş, işdə olan tarixsiz və nömrəsiz Şəmkir rayon Aqrar İslahat Komissiyasının sədri N.V.Vəliyev tərəfindən təsdiq edilmiş Şəmkir rayonunun Şəmkir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə isə X7 0,06 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd olunmuşdur.

21. Şəmkir rayon N.Nərimanov adına sovxozun fəhlə və qulluqçularına 0,06 ha həyətyanı torpaq sahəsi verilməsi barədə xx.xx.1992-ci il tarixli, 53 nömrəli əmrinə gəlincə, kollegiya qeyd edir ki, həmin əmrdən çıxarışda hər hansı bir ad qeyd olunmamış, Şəmkir r ayon Dövlət Arxivindən tələb edilərək işə əlavə edilmiş Şəmkir rayon N.Nərimanov adına sovxozun xx.xx.1992-ci il tarixli, 53 nömrəli əmrinin təsdiqlənmiş surətinə əlavə olunmuş siyahıda X5 adının olmadığı müəyyən edilmişdir. Kollegiya həm də nəzərə alır ki, mübahisə olunan torpaq sahəsi heç vaxt X5 istifadəsində olmamış, xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikası ərazisində X2i fəaliyyəti dayandırıldığı halda, X7 Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 113 nömrəli qərarı ilə 599,92 kv.m həyətyanı torpaq sahəsinin verildiyinə dair xx.xx.2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. X12 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömrəli Fərmanı ilə ləğv edildiyi halda, X7 Şəmkir rayon Aqrar İslahat Komiss iyasının xx.xx.2008-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrılması qanunvericiliyə ziddir.

22. Üçüncü şəxslər X11 və X10 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri

23. Üçüncü şəxslərin kassasiya şikayətlərində qeyd edilmişdir ki, arxivdə mühafizə olunan Şəmkir rayon N.Nərimanov adına sovxozun xx.xx.1987-ci il tarixli, 73 nömrəli əmri ilə X7 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması işin mübahisəsiz haldır. Torpaq islahatı zamanı sözügedən torpaq sahəsi X5 qanuni istifadəsində olduğundan onun mülkiyyətinə verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair onun adına plan-ölçü sənədi tərtib edilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı əsasla X7 məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi mübahisələndirdiyini əsaslandırmamışdır. Həmin torpaq sahəsində olan evin iddiaçı tərəfindən inşa edilməsini də təsdiq edən heç bir sənəd iş materiallarında yoxdur. Həmin yaşayış evi X10 tərəfindən inşa edilmiş və qızı olan iddiaçının həmin evdə müvəqqəti yaşamasına icazə vermişdir. Qeyd edilənlərə əsasən iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka d igər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona məns ub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, di gər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə idd iaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmu ş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsaslıdır. Apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifa yətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

33. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxs X5 mülkiyyətinə 599,92 kv.m həyətyanı torpaq sahəsinin verilməsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 113 nömrəli qərarının etibarsız hesab edilməsinə nail olmaqdan ibarətdir. İdd iaçı tələbinin əsası kimi, 2007-ci ildən inşa etdirib yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qanunsuz olaraq həmin qərarla üçüncü şəxs X5 mülkiyyətinə verildiyinə istinad edir.

34. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

35. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlük lə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

36. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 37. “M.Bağırovun şikayəti üzrə A zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 38. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdı rmalıdır.”

39. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi qərarla üçüncü şəxs X5 mülkiyyətinə verilmiş torpaq sahəsinin, eləcə də həmin torpaq sahəsində 2007-ci ildən inşa etdirib yaşadığını iddia etdiyi fərdi yaşayış evinin ona məxsus olduğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni sözügedən torpaq sahəsinin və evin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətində və ya istifadəsində olduğunu təsdiq edən sənədin m övcudluğu iş üzrə materiallarla müəyyən edilmir. Bundan əlavə, iş üzrə materiallardan görünür ki, həmin fərdi yaşayış evi, eləcə də iddiaçının həmin ev üzərində hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən də qeyd edilənlərlə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

41. Eyni zamanda sözügedən evin özbaşına tikinti olduğu və bunun işin mübahisəsiz halı olduğu da nəzərə alınmalıdır. Bu qərarın 25-ci bəndində istinad edilən normalara əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmı ş şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, özbaşına tikinti olduğundan, sözügedən ev mülkiyyət hüququ ilə iddiaçıya məxsus ola bilməz.

42. Apellyasiya instansiyası məhkəməsi isə işin qeyd olunan faktiki və hüquqi hallarını nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

43. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi qərarla üçüncü şəxs X5 mülkiyyətinə verilmiş torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsində 2007-ci ildən inşa etdirib yaşadığını iddia etdiyi fərdi yaşayış evinə (qanunsuz tikiliyə) hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddi a qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddi alara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

46. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.

47. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmadığından iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Üçüncü şəxslər X11 və X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(104)-30/2024 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar