Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-62/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-62/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 11.02.2020 Açar sözlər: iddianın müddətlə bağlı mümkünlük şərtinin yoxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı Anar Əliyevin vəkili Babək Rəhimovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 üzrə Baş İdarəsinin nümayəndəsi xxx1un və vəkili İlkin Məmmədovun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 üzrə Baş İdarəsinin rəisinin müavini xxx4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1473/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx xxxx 2018-ci il tarixli, **********217300 saylı qərarının, “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun si linməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin (bundan sonra mətndə cavabdeh) “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 120 saylı mənzildə daimi qeydiyyatda olmuş, lakin faktiki olaraq həmin binadan yerləşən və ona məxsus olan digər – 97 saylı mənzildə yaşamışdır. 2013-cü ildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aldı-satqı ilə həmin mənzili satmış, bir müddət so nra vergi orqanı tərəfindən həmin alqı-satqı əməliyyatı ilə bağlı gəlirləri üzrə müvafiq bəyannamənin təqdim olunması tələb edilmişdir. İddiaçının fərdi sahibkar kimi qeydiyyatı olsa da, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçı ona məxsus evin alqı-satqısından vergidən azad olunması üçün həmin ünvanda yaşamasına dair 97 saylı MKİS-dən arayış və qonşularının ərizələrini toplayaraq cavabdehə təqdim etmişdir. Bir müddət sonra, iddiaçıya məktub göndərilərək xx xxxx 2018-ci il tarixə 6740 manat vergi borcunun olduğu bildirilmiş, bununla bağlı cavabdehə müraciət etsə də onun şikayəti müddətin ötürülməsi əsası ilə baxılmamış saxlanılmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il ta rixli, **********698100 saylı qərar həmin tarixdə vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə saat oxunmuşdur. İddiaçı mübahisələndirdiyi qərardan xx xxxxxxx 2016cı il tarixdən məlumatlı olmasına baxmayaraq ondan 3 il sonra şikayət verməklə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür və bu səbəbdən iddia mümkün sayılmamalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)3608/2018 saylı qərardadı ilə (hakim Xaliq İmanov) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X8 Departamenti ilə əvəz edilmiş, iddia tələbi cavabdehin “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərarı nın ləğv edilməsi şəklində icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)3608/2018 saylı qərardadı ilə (hakim Xaliq İmanov) cavabdehin xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)3608/2018 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həm in məhkəmə hesab etmişdir ki, iddiaçı xx xxxxx 2009-cu il tarixdə mənzili 51.328 manata almış, xx xxx 2013-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında həmin mənzili 40.000 manata satmışdır. Belə olan halda iddiaçının hər-hansı formada gəlir əldə etməsi mümkün deyildir. Cavabdehin mübahisələndirilən qərarında yalnız vergi məcəlləsinin bir sıra normaları sadalanmış, lakin iddiaçının məhz daşınmaz əmlakın alqısatqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Vergi qanunvericiliyi isə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin vergitutma obyekti olmasını nəzərdə tutmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1473/2019 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdeh bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 2013-cü ilin may ayı üçün 6700 manat gəlir vergisinin hesablanmasının qanuniliyini və əsaslılığını sübuta yetirə bilməmiş və qeyd edilən hallar məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasını n 73, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1, 67.2, 67.3, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 24.0.1, 36.2, 13.2.37, 3.8, 53.3, 54.0.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3, 82 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçı tərəfindən 2013-cü ilin may ayı üzrə aparılmış notariat əməliyyatları bar ədə daxil olmuş məlumatlara əsasən, onun tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilin 40.000 manata satılmasına baxmayaraq, əldə olunan gəlirlərin müvafiq vergi bəyannaməsində göstərilmədiyi və kənarlaşmanın yarandığı müəyyən olunmuşdur. İddiaçı bununla bağlı xəbərdarlıq edilsə də, onun tərəfindən kameral vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər təqdim olunmamış, onun barəsində 6700 manat gəlir vergisi hesablanmaqla müvafiq qərar elektron qaydada ona göndərilmişdir. İddiaçının barəsində gəlir vergisi onun qeyrisahibkarlıq fəaliyyəti ilə bağlı gəlirləri üzrə hesablandığından və göstərilən hal vergi qanunvericiliyi ilə nəzərdə tutulduğundan, məhkəmənin iddiaçıya qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı gəlir vergisinin hesablanmasının qanunsuz olduğuna dair gəldiyi nəticə d üzgün olmamışdır. Bundan başqa bildirilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi cavabdehə təqdim olunmamış və vergi orqanı məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmamış, göstərilən hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Daha bir dəlillə bildirilmişdir ki, iddiaçı qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.1, 70.3, 96.1, 97.3, 99.1, 99.3.6, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48, 54.1, 68.1, 87.8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.1, 76.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. X3 (satıcı) ilə İddiaçı (alıcı) arasında xx xxxxx 2009-cu il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı 0155964 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsd iq olunmuş surətindən müəyyən olunur ki, satıcı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 67,71 kv.m olan 97 saylı mənzili 51328 manata alıcıya satmışdır. İddiaçı (satıcı) ilə X4 (alıcı) arasında xx xxx 2013-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı 0347696 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 67,71 kv.m olan 97 saylı mənzili 40000 manata alıcıya satmışdır. İddiaçının qonşuları X1, X2 və X5 tərəfindən xx xxxxxxx 2015-ci ildə notarial qaydada təsdiq edilmiş ərizələrindən müəyyən olunur ki, adı çəkilən şəxslər iddiaçının xx xxxx 2009-cu ildən xx xxxx 2013-cü ilədək olan müddətdə xxx4 79 saylı evin 97-ci mənzilində daimi yaşamasını təsdiq etmişlər. Xətai RİH MKTB-nin 97 sayl ı MKİS tərəfindən xx xxxxxxx 2015-ci ildə verilmiş 1715 saylı arayışdan müəyyən olunur ki, İddiaçı xx xxxx 2009-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən xxx4 79 saylı evin 97-ci mənzilinin sahibi olmuş, xx xxxxx 2013-cü ildə satmış, akta əsasən mənzili satan günədək orada yaşamışdır. Bakı Vergilər Departamentinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********906200 saylı xx xxxxx 2015-ci il tarixli, məktubunun təsdiq olunmuş surətindən müəyyən olunur ki, 2013-cü ilin may ayı üzrə aparılmış notariat əməliyyatları barədə daxil olmuş məlumatlara əsasən iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən mənzili 40000 manata satılmasına baxmayaraq, əldə edilən gəlirlərin müvafiq vergi bəyannaməsində göstərilməməsi hesablanacaq vergi məbləği ndə kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar 5 gün müddətində müvafiq vergi bəyannamələri, ətaflı izahat məktubu, təqdim edilmiş mənzil üzrə bağlanmış alqı-satqı müqavilərinin təsdiq edilmiş surəti, təqdim edilmiş mənzilin ilkin dəyərinin müəyyən olunması ilə əlaqədar müvafiq qaydada təsdieq edilmiş surətinin məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, vergi orqanının Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması barədə iddiaçıya məlumat verilmişdir. Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli, **********698100 nömrəli qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin qərar əsasında İddiaçı 2014-cü il üzrə bəyannamə təqdi m edilməməsinə görə əlaqəli məlumata əsasən 6700 manat gəlir vergisi hesablanmışdır. Vergilər Nazirliyinin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx xxxx 2018-ci il tarixli, **********217300 saylı qərardan müəyyən olunur ki, qaldırılan məsələ barəsində inzibati şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığına görə, İddiaçı inzibati şikayəti baxılmamış saxlanılmışdır. İddiaçı mülkiyyətində olan xxx4 ev 79 ünvanda yerləşən 97 saylı mənzili xx xxx 2013-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı 0347696 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən 40000 manata satmış, mübahisələndirilən qərar əsasında iddiaçıya 6700 manat əlavə mənfəət vergisi hesablanmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin ( bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, cavabdeh tərəfindən iddianın müddətlə bağlı mümkünlük şərti mübahisələndirilmiş, lakin aşağı instansiya məhkəmələri məsələyə hər hansı bir qaydada qiymət verməmişdirlər. İddianın mümkünlüyünün yoxlanılması xidmət i vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların tələblərinə görə, iddia onun ve rilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixli, ***** *****698100 saylı qərar mübahisələndirilmişdir. Həmin qərardan şikayət onun təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəmsinə aid olan icraat materiallarından göründüyü kimi, iddiaçı ərizə təqdim etməklə, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə cavabdehin xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir. Qəbul edilmiş qərardada münasibətdə Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.6-ci maddəsi nə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir; - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz; - 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər; -83.4-ci madəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Bu maddələri təfsir edərkən qeyd olunmalıdır ki məhkəməninyekunqərarındanverilmişapellyasiyaşikayətindəşikayət verilməyənqərardadlarlabağlıhəll e dilmiş məsələlər mübahisələndirilə bilər. Yəni həmin qərardadın əsassız olduğu barədə dəlillərini narazı qalan tərəf yekun qərarda verilmiş şikayətdə əsaslandırmalıdır. Şikayət verilməyən qərardadlara isə prosessual müddətin bərpa edilməsi barədə qəbul edilmiş qərardad aiddir. İşin hallarına münasibətdə isə bu o anlamı yaradır ki, iddianın verilməsi üçün müddətin bərpası öz mahiyyətinə görə iddianın müddətlə bağlı mümkünlük şərtlərinə aid olan məsələni həll etdiyi üçün, cavabdeh şikayətində bu məsələyə dair öz dəlillərini bildirməli və sübutlarını təqdim etməlidir. Apellyasiya şikayətində cavabdeh qeyd edilmiş məsələni mübahisələndirmiş, lakin apellyasiya məhkəməsi məsələyə qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin:87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məh kəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası kassasiya şikayətində iddianın mümkünlük şərti ilə bağlı bildirilmiş dəlilə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış pr osessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Müddəaların mənasına əsasən, apellyasiya şikayətin in verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. İddiçı tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin verilməməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barəd ə yazılı xəbərdarlıqla bağlı olmadığını iddiaçı bildirdiyi halda və onlara istinad etdiyi halda, müddətin bərpası barədə qəbul edilmiş qərardad əsaslı hesab olunmalıdır. Əks halda apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsinə müddətlərə riayət eidlməsi şərti ilə yenidən baxılmalıdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddianın müddətlə bağlı mümükünlük şərtinin yoxlanılması üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli say da və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 üzrə Baş İdarəsinin rəisinin müavini xxx4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1473/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-62/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-62/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver