Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-62/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-2410/2021 nömrəli, 2021-ci il 2 sentyabr tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 28 iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 5 ay üçün 190 manat birdəfəlik ödəmə məbləğlərinin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, 2-1(112)-4549/2021 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aylıq 190 manat birdəfəlik ödəmənin, cəmi 950 manat məbləğində vəsaitin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2410/2021 nömrəli, 2021-ci il 2 sentyabr tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarına əsasən məhkəmənin qərarı cavabdeh tərəfindən 2021-ci il 6 iyul tarixdə qəbul edilmiş, şikayəti isə 2021-ci il 5 avqust tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 2021-ci il 2 sentyabr tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Lakin, cavabdeh tərəfindən nə sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır.
6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
7. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, 2-1(112) -4549/2021 saylı qərarından apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qeyd etdiyi kimi 2021-ci il 05 avqust tarixdə deyil, 2021-ci il 4 avqust tarixdə rabitə orqanına təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə öz qərardadında apellyasiya şikayətinin rabitə orqanına təhvil verildiyi anı nəzərə almamış, apellyasiya şikayətinin məhkəməyə təqdim edildiyi anı nəzərə alaraq prosessual müddətin ötürüldüyünə dair yanlış qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 iyun tarixli 2-1(112)4549/2021 qərarı cavabdehə 2021-ci il 6 iyul tarixdə daxil olmuşdur və həmin qərardan apellyasiya şikayəti vermənin son günü 2021-ci il 4 avqust tarixidir. Cavabdeh tərəfindən apellyasiya şikayəti həmin gün, yəni 2021-ci il 4 avqust tarixində rabitə orqanına v erildiyi üçün qeyd edilən qərardan apellyasiya şikayəti vermənin prosessual müddəti də ötürülməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti rəsmi blankda dərc edilmiş və şikayət **********1 nömrəsi ilə qeydiyyata alınmışdır. **********1 nömrəli apellyasiya şikayətinin 2021-ci il 4 avqust tarixdə rabitə orqanına təhvil verilməsi poçtla göndərilən sifarişli məktublar reyestrindən çıxarışın 45-ci sıra nömrəsində öz əksini tapır. Rabitə orqanı tərəfindən cavabdehin apellyasiya şikayətinin təhvil alınmasına dair sifarişli məktublar reyestrinin üzərindəki möhüründə 2021-ci il 4 avqust tarixi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual müddət çərçivəsində rabitə orqanına təhvil verilmişdir. b. kassasiya şikayətinə etirazın dəl illəri
8. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
10. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
11. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
13. İşin materiallarına görə, birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən 2021-ci il 6 iyul tarixdə qəbul edilmişdir. Apellyasiya şikayətinin göndərildiyi poçt zərfinin üzərinə vurulmuş ş tampda həmin zərfin 2021-ci il 5 avqust tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra təqdim olunduğu qeyd olunmuşdur.
14. Cavabdeh hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 iyun tarixli 2-1(112)-4549/2021 qərarı cavabdehə 2021-ci il 6 iyul tarixdə daxil olmuşdur və həmin qərardan apellyasiya şikayəti vermənin son günü 2021-ci il 4 avqust tarixidir. Cavabdeh tərəfindən apellyasiya şikayəti həmin gün, yəni 2021-ci il 4 avqust tarixində rabitə orqanına verildiyi üçün qeyd edilən qərardan apellyasiya şikayəti vermənin prosessual müddəti də ötürülməmişdir.
15. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşır. Belə ki, apellyasiya şikayətinin məhz 2021-ci il 4 avqust tarixdə poçt ş öbəsinə təqdim olunduğunu təsdiq edən sübut kassasiya şikayətinə əlavə olunmuşdur. Lakin, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi İPM-in 87.2-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayarkən apellyasiya şikayətinin göndərildiyi poçt zərfinin üzərinə vurulmuş ştampda həmin zərfin 2021-ci il 5 avqust tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra təqdim olunduğuna dair qeydə əsaslanmışdır. Bununla əlaqədar olaraq cavabdehə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin 2021-ci il 2 sentyabr tarixədək Bakı Apellyasiya Məhkəməsi nə təqdim edilməsi təklif olunmuşdur. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətinin məhz 2021-ci il 4 avqust tarixdə poçt şöbəsinə təqdim olunduğunu təsdiq edən sübut (hazırkı halda, kassasiya şikayətinə əlavə olunmuş təsdiqedici sənəd) apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi də işdə olan sübutlar əsasında qərardad qəbul etmişdir. Başqa sözlə, şikayət üzrə apelyasiyanın mümkünlüyünü yoxlayarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normaların tələbləri pozulmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-2410/2021 nömrəli, 2021-ci il 2 sentyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.