Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-620/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: iş illərinin sığorta stajına daxil edilməsi və hüququnun yarandığı vaxtdan fərqin ona birdəfəyə ödənilməklə, əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fond unun Abşeron rayon şöbəsinə qarşı iddiaçının xx xxxx 1979-cu il tarixdən xx xxx 1993-cü il tarixinədək “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində fəhlə işlədiyi müddətlərin əmək stajı kimi müəyyən edilməklə sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxx 2009-cu il tarixdən yaranmış fərqin ona birdəfəyə ödənilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-696/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1947-ci il tarixdə Ermənistanın Krasnoselsk rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddiaçının xx xxxx 1979-cu il tarixdən xx xxx 1993-cü il tarixinədək “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində fəhlə işlədiyi müddətlərin əmək stajı kimi müəyyən edilməklə sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxx 2009-cu il tarixdən yaranmış fərqin ona birdəfəyə ödənilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan so nra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx xxxxx 2004-cü il tarixdə 2-ci qrup əlil kimi Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Nizami şəhər şöbəsi tərəfindən stajı nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir. İddiaçı xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxx 1979-cu il tarixdən xx xxx 1993-cü il tarixinədək “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının təqdim etdiyi X1 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx xxx 2019-cu il tarixli arxiv arayışında göstərilən 1979-1993-cü illərdə “Mebel” “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığından, həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunvericiliklə mümkün deyildir. İddiaçının əmək kitab çası itmişdir. Onun qeyd edilən müəssisədə işləməsi Azərbaycan Respublikası X1 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx xxx 2019-cu il tarixli **********83 saylı və xx xxx 2019-cu il tarixli **********84 saylı arayışları ilə təsdiq edilir, hansı ki həmin arayışlarda əmək haqqı da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1198/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx xxxx 1979-cu il tarixdən xx xxx 1993-cü il tarixinədək “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində fəhlə işlədiyi müddətin sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxx 2009-cu il tarixdən yaranmış fərqin ona birdəfəyə ödənilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(105)-696/2019 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Aqil Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Ca vabdehin kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,iddiaçının əmək kitabçası olsa da, iddia etdiyi dövrlərdə işləməsinə dair əmək kitabçasında qeydlər aparılmamışdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-696/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıx ış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının əmək kitabçası olsa da, iddia etdiyi dövrlərdə işləməsinə dair əmək kitabçasında qeydlər aparılmamışdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyas ı hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx xxxx 1979-cu il tarixdən xx xxx 1993-cü il tarixinədək “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində fəhlə işləmişdir. İddiaçıya xx xxxxx 2004-cü il tarixdə 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. İddiaçı “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində işlədiyi müddətin sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx xxx 2019-cu il tarixli **********6 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. X1 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx xxx 2019-cu il tarixli **********84 saylı və xx xxx 2019-cu il tarixli **********8 3 saylı arxiv arayışlarından iddiaçının xx xxxx 1979-cu il tarixdən xx xxx 1993-cü il tarixinədək “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyində işlədiyi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlə r. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sıgorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqın da” Qanununa əsasən əmək pensiyalarının təyin ediiməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. Həmin qaydaların 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu baxımdan da iddiaçının yuxarıda qeyd edilən müəssisələrd ə işlədiyi müddətlər əmək stajı kimi müəyyən edilməklə onun sığorta stajına daxil edilməsi ilə bağlı tələbi əsaslı olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-696/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-620/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-620/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver