Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-620/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaçqın statusunun verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1938/2020 sa ylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.1998-ci ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı iddiaçı və onun ailə üzvləri (qardaşları, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü Ansari Aliullah (mətnə uyğun) qaçqın statusu almaq məqsədilə cavabdehə xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş, onun adına 09-2020 saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir.
2. İddiaçı “Qaçqın statusun un verilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli vəsatətlə cavabdehə müraciət edərək, Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman olduğunu, təhsil almadığını, dərziliyi bacardığını, Kabildə yaşayarkən evlərdə təmizlik işləri ilə məşğul olduğunu, 4 qardaşı, 2 bacısı olduğunu, Qəzni şəhərində ailə üzvləri ilə birlikdə yaşadığını, Qəzni müharibəsi zamanı qardaşları Ali Sina və Aliullah ilə birlikdə evdən çıxdıqlarını, döyüşün başlaması və evə gedən yolun bağlı olması səbəbilə evə qayıda bilmədiklərini, taksi ilə Bamyana tərəf getdiklərini, Bamyanda qohumlarını axtardıqlarını, lakin tapa bilmədiklərini, 1 həftə Bamyanda qaldıqdan sonra Kabilə getdiklərini, Kabildə ailəsini tapmağa cəhd etdiyini, bu məqsədlə Kabil Qəzni m arşrutu ilə fəaliyyət göstərən sürücülər vasitəsilə ailəsindən məlumat almağa çalışdığını, lakin bu cəhdinin nəticəsiz qaldığını, Kabildə Bəlxi ziyarətgahında tanış olduğu Arifə adlı bir nəfərin köməkliyi iş tapdığını, evlərdə təmizlik işləri ilə məşğul olduğunu, lakin himayəsində yetkinlik yaşına çatmamış 2 qardaşı ilə Kabildə tək qalmağın ona çətin olduğunu, buna görə də Arifənin məsləhəti və maddi yardımı ilə xx.xx.2019-cu ildə Əfqanıstanı tərk etdiyini 1 ay Özbəkistanda qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə qardaşları ilə birlikdə Azərbaycana gəldiyini bildirmişdir.
3. İddiaçı ilə müsahibə zamanı şəxsən sizi nə vaxtsa təhdid ediblərmi? sualına cavab olaraq – Küçədəki avara oğlanların onu təhdid etdiyini, onlardan şikayət etmək istədiyini, lakin qardaşlarına görə qorxduğu üçün şikayə t etmədiyini, Qəzniyə qayıda bilmədiyini, müharibə olduğunu, Kabildə evinin olmadığını, yanına gedəciyi heç kimin olmadığını, təhsil almadığını, “sizin söhbətinizdən savadsıza bənzəmirsiniz, əllərinizdən isə kobud işlə məşğul olana bənzəmirsiniz, lakin deyirsiniz ki, savadsızsınız qulluqçu olmusunuz, bunu necə izah edə bilərsiniz?” sualına cavab olaraq, onu Arifənin biraz dəyişdiyini, görkəminin də dəyişdiyini bildirmişdir.
4. Cavabdehin xx.xx.2020-ci il tarixli, İQ-68/3 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının 1 ildən çox müddətdə Kabildə yaşadığı, Qəznidə döyüşlərin başa çatmasını, Kabil-Qəzni yolu nda hərəkətin bərpa olunmasına baxmayaraq Qəzniyə getmədiyini, digər ailə üzvlərini axtarmadığı məlum olmuşdur, bu isə onun söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və iddiaçının qaçqın statusunun verilməsi haqqında vəsatəti əsaslı olaraq təmin edilməmişdir.
5. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli 164 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair cavabdehin xx.xx.2020-ci il tarixli, DMX İQ-68/3 saylı nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-68/3 nömrəli xx.xx.2020- ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının xx.xx.2020-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya və ailə üzvlərinə (qardaşları, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəllüdlü Ansari Aliullah) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ərizəçi Əfqanıstan vətəndaşıdır və Bamiyan vilayətinin Qəzni şəhərində anadan olmuşdur. O, dini etiqadına görə müsəlman, etnik olaraq şiə hazaradır. Ərizəçi təhsil almamış, dərziliyi bacarmışdır. Ərizəçi Kabildə yaşayarkən evlərdə təmizlik işləri aparıb. Ərizəçi subaydır, 4 qardaşı və 2 bacısı vardır. Qəzni şəhərində ailəsi ilə birlikdə yaşamışdır. Ərizəçi Qəzni müharibəsi (09-xx xxxxx x 2018-ci il) zamanı qardaşları ilə Ali Sina və Aliullah ilə birlikdə evdən çıxmış, qayıdan zaman döyüşün başlaması və evə gedən yolların bağlaması səbəbindən evə qayıda bilməmiş, taksi ilə Bamyana tərəf getmiş, Bamyanda qaldıqdan sonra Kabilə getmişdir. Ərizəçi Kabildə ailəsini axtarmağa cəhd etmişdir. Bu məqsədlə Kabil Qəzni marşrutu ilə fəaliyyət göstərən sürücülər vasitəsi ilə ailəsindən məlumat almağa çalışmış, lakin ərizəçinin cəhdləri nəticəsiz olmuşdur. X6 ziyarətgahında tanış olduğu Arifə adlı bir nəfərin köməkliyi ilə iş tapmış, evlərdə təmizlik işləri ilə məşğul olmuş, lakin himayəsində yetkinlik yaşına çatmamış 2 qardaşı ilə Kabildə tək qalmağı ərizəçiyə çətin olmuş, buna görə də, Arifənin məsləhəti və maddi yardımı ilə xx.xx.2019-cu ildə Əfqanıstanı tərk etmiş, 1 ay Özbəkistan da qaldıqdan sonra xx.xx.2019-cu il tarixində qardaşları ilə birlikdə Azərbaycana gəlmişdir. xx xxxxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 09-2020- saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi hazara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. xx xxxxx 2020-ci ildə DMX İQ-68/3 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin söylədikləri mötəbər deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 164 saylı xx.xx.2020-ci il qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsasla ndırıb.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-5973/2020 saylı iş) x xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İrqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya in stansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X1 və X4, 2-1(103)-1938/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İrqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən s osial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altinda olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bəndi).
14. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onun izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilmə və araşdırılma aparılmayıb.
15. Cavabdeh iddiaçı ilə müsahibənin aparılmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etmə yib. Bununla da “İnzibati icraat haqqında” Qanunun 10 və 26-cı maddələrinin pozuntusuna yol verib.
16. Cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərar da əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışla r. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə
1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə y azılı məlumat verilir.
21. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-3182/2019 saylı xx xxxxxx 2019-cu il, 2-1(102)-2143/2020 saylı xx xxxxxx 2020-ci il, 2-1(102)-366/2021 saylı xx xxxxxx 2021-ci il və 2-1(102)-535/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən imtina barədə cavabdehin hərəkətləri qanuni hesab edilmişdir.
22. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apel yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin müm künlüyü, kasasiya baxışının hədləri
23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İddiaçının əsas dəlili ondan ibarətdir ki, Əfqanıstan vətəndaşıdır, dini etiqadına görə müsəlman, etnik olaraq şiə hazaradır, hazara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan vətənini tərk etmək qərarına gəlmişdir.
27. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hə dlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?
29. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.
30. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilmə si ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir.
31. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.
32. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik dey ildirlər.
33. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kasasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir.
34. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz.
35. Bəhs olunanlara əsasən kasasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur.
36. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
37. Kasasiya şikayəti təmin edilm ədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1938/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.