Məhkəmə qərarları › İş №2-1(102)-620/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-620/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-620/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: əl ilə qaynaq aparan elektrik qaynaqçısına 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı. giriş hissəsi: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə idd iaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2258/2021 saylı, 8 dekabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. O, 9 may 1979-cu ildən 5 iyun 1981-cı ilədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən, iddiaçı 24.08.198 1-ci ildə “Azneftkimyazavodtəmir” trestinin 5 saylı TTİ-nin tikintiquraşdırma sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 30.11.1982-ci ildə tutduğu vəzifədən azad edilmiş, 09.12.1982-ci ildə şifer istehsalatına 4-cü dərəcəli elektrik qaynaqçısı olaraq işə qəbul edilmiş və 14.03.1985-ci ildə işdən azad edilmiş, 04.04.1985-ci ildə “Azərbaycan Nəqliyyattikinti” trestinin 445 saylı Tİ-də sement və keramika məmulatları kombinatından köçürmə yolu ilə 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş və 10.01.2000-ci ildə işdən azad olunmuş, "xxxx" BM-də 04.03.2003-cü ildə qaynaqçı peşəsi ilə işə qəbul edilmiş, 01.12.2007-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 04.12.2007-ci ildə qaynaqçı peşəsinə qəbul edilmiş, 07.05.2009-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 20.02.2010-cu ildə qaynaqçı peşəsinə işə qəbul olunmuş, 21.09.2010-cu ildə qaynaqçı ustası vəzifəsinə keçirilmiş və 13.06.2013-cü ildə əmək müqaviləsinə xitam verilmiş, 21.06.2013-cü ildə "xxxx" MMC-də cəmiyyətin Texniki işlər Departamentində inşaat sahəsinə polad boru qaynaqçısı peşəsinə qəbul olunmuş, 05.03.2014-cü ildə əmək müqaviləsinə xitam verilmiş, 07.03.2014-cü ildə "xxxx" BM-də qaynaq ustası vəzifəsinə qəbul edilmiş, 10.02.2015-ci ildə metalqızdırıcı ustası vəzifəsinə keçirilmiş və 16.05.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 21.07.2016-cı ildə "xxxx" MMC-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 09.09.2016-cı ildə tutduğu vəzifədən azad edilmiş, 28.09.2016-cı il tarixdə "xxxx" MMC-də qaynaqçı briqadir vəzifəsinə işə qəbul edilmiş və 30.08.2018-ci il tarixdə işdən azad olunmuş, 07.01.2019-cu ildə "xxxx" MMC-də Metal konstruksiya işləri üzrə departamentin qızdırıcı vəzifəsinə qəbul edilmiş, 23.07.2019-cu ildə briqadir vəzifəsinə keçirilmiş və 28.10.2019-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 29.10.2019-cu ildə "xxxx" MMC-də qaynaq işləri üzrə briqadir vəzifəsinə qəbul edilmiş, 19.02.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 2. "xxxx" BM tərəfindən verilmiş “güzəştli arayış”a əsasən, iddiaçı "xxxx" BM-nin layihələrində qaynaqçı və qaynaq ustası vəzifələrində işləmişdir. Qeyd olunur ki, "xxxx" BM-də güzəştli iş stajı aşağıdakı kimidir: 04.03.2002 - 01.12.2007 "xxxx" BM-nin Azf-063 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 04 il, 08 ay, 28 gün; 04.12.2007-07.05.2009 "xxxx" BM-nin Azf-073 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 01 il, 05 ay, 04 gün; 20.02.2010 - 13.06.2013 "xxxx" BM-nin Azf-081 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində və usta (qaynaq ustası) vəzifəsində 03 il, 03 ay 24 gün; 07.03.2014 - 16.05.2016 "xxxx" BM-nin Azf-086 layihəsində qaynaq ustası və metalqızdırıcı usta vəzifəsində 02 il, 02 ay, 10 gün; 20.02.2020-ci ildən hal-hazırda işləyir "xxxx" BM-nin Azf-099 layihəsində usta (qaynaq ustası) vəzifəsində 01 il, 03 gün, cəmi güzəştli iş stajı 12 il 08 ay 09 gündür.

3. X8 Sistemindən çıxarışa əsasən, iddiaçının pensiya kapitalı 98.122,45 manat təşkil edir.

4. İddiaçı 30 dekabr 2021-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 1 fevral 2021-ci il tarixli məktubla bildirmişdir ki, təqdim edilən əmək kitabçasında və "xxxx" BM-nin ona dair 21 dekabr 2020-ci il tarixli arayışında onun 04.03.2003 - 07.05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010 - 13.06.2013-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı və qaynaq ustası, 07.03.2014 - 16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixindən bugünədək qaynaq işləri üzrə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və metal emalı bölməsində (11) metal qızdırıcıları (qaynaqçıları) vəzifələri nəzərdə tutulmuşdur. Onun işlədiyi qaynaqçı və qaynaq ustası vəzifələri yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Eyni zamanda onun işlədiyi sahə metal emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşı tamam olduğu, yəni 09 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 24.08.1981-ci il tarixdən 30.11.1982-ci il tarixədək “Aznefteximzavodremont” TTİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində, 09.12.1982-ci il tarixdən 1985-ci il tarixədək fermer təsərrüfatında 5-ci dərəcəli elektrik qaynaqçı peşəsində, 04.04.1985-ci il tarixdən 01.02.2000-ci il tarixədək “Azərtransstroy” Tİ-də (sonradan “Azərnəqlyoltikinti” Səhmdar Cəmiyyəti) 5-ci dərəcəli elektrik qaynaqçı peşəsində, 04.03.2003-01.12.2007-ci il tarixədək "xxxx" X5-063 layihəsində qaynaqçı peşəsində, 04.12.2007-ci il tarixdən 07.05.2009-cu il tarixədək "xxxx" BM-nin Azf-073 layihəsində qayna qçı peşəsində, 20.02.2010-cu il tarixdən 13.06.2013-cü il tarixədək "xxxx" BM-nin Azf-081 layihəsində qaynaqçı peşəsində və qaynaq ustası vəzifəsində, 21.06.2013-cü il tarixdən 05.03.2014-cü il tarixədək "xxxx" MMC-də polad boru qaynaqçısı peşəsində, 07.03.2014-cü il tarixdən 16.05.2016-cı il tarixədək "xxxx" BM-nin Azf-086 layihəsində qaynaq ustası və metalqızdırıcı usta vəzifəsində, 21.07.2016-cı il tarixdən 09.09.2016-cı il tarixədək "xxxx" MMC-də qaynaqçı peşəsində, 20.02.2020-ci il tarixdən hal-hazırki dövrə qədər "xxxx" BM-nin Azf-099 layihəsində qaynaq ustası vəzifəsində çalışmışdır. Müəyyən vaxtlarda işlədiyi qaynaqçı, qaynaq ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə ə mək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Hal-hazıradək təqribən 40 il ümumi və 12 il 8 aydan çox xüsusi stajı vardır. Cavabdehə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncunun 01.02.2021-ci il tarixli məktubu ilə müraciəti təmin olunmamışdır. Hesab edir ki, imtina əsassızdır.

7. Cavabdehin iddia tələbinə etirazının dəlilləri iddiaçıya verilmiş imtinanın dəlilləri ilə eynidir (bax bu qərarın 4-cü bəndinə).

8. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-4957/2021 saylı iş) 23.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin müba hisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunduğu kimi "xxxx" BM-də 04.03.2003-07.05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010-13.06.2013-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı və qaynaq ustası, 07.03.2014-16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixindən hazırki vaxtadək qaynaq işləri üzrə usta işlədiyi vəzifələr qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Eyni zamanda onun işlədiyi sahə metal emalı sahəsinə aid deyil. Bu isə o, deməkdir ki, iddiaçıya 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" B.M.-ə sorğu ünvanlanaraq iş üzrə zərurət yarandığından ətraflı məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq müəssisə qeyd etmişdir ki, iddiaçı müəssisədə qaynaq ustası vəzifəsində çalışmışdır. İddiaçı müəssisədə metalqızdırıcı usta işlədiyi zaman onun əmək funksiyası tikinti və quraşdırma işləri üzrə ustanın əmək funksiyası ilə eyni olmu şdur. İddiaçının 04.03.2003 - 01.12.2007-ci illərdə "xxxx" X5-063 layihəsində, 04.12.2007 - 07.05.2009-cu illərdə "xxxx" X5-073 layihəsində, 20.02.2010 21.09.2010-cu illərdə "xxxx" X5-081 layihəsində işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci maddəsinin " Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndində, 21.09.2010 - 13.06.2013-cü illərdə "xxxx" X5-081 layihəsində, 07.03.2014 - 10.02.2015-ci illərdə "xxxx" X5-086 layihəsində işlədiyi qaynaq ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin in şası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində, 10.02.2015 - 16.05.2016-cı illərdə "xxxx" X5-086 layihəsində işlədiyi metalqızdırıcı ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində, 20.02.202001.11.2021-ci illərdə "xxxx" X5-099 layihəsində, 01.11.2021-ci ildən arayışın verildiyi 24.11.2021-ci il tarixədək işlədiyi qaynaq ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməs inin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində təsbit olunmuşdur. 24.11.2021-ci il tarixə iddiaçının müəssisədə olan güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 13 il 05 ay 11 gün təşkil edir. 12. "xxxx" ASC tərəfindən tərtib olunmuş arayışa əsasən, iddiaçı 09.12.1982-ci ildən 14.03.1985-ci ilədək (cəmi: 2 il, 3 ay, 5 gün) “Bakı Asbestsement və Keramika məmulatları” kombinatında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçının Kombinatda işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Ümumi peşələr” adlanan 35-ci bölməsində təsb it olunmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1 - sədrlik edən və məruzəçi, X3 və X9, 2-1(103)-2258/2021 saylı iş) 8 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilərək iddiaçıya 60 yaşı tamam olduğu 09.11.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu 09.11.2020-ci il tarixə 25 ildən artıq sığorta stajının olması, bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi iş materiallarına əsasən təsdiq olunduğundan iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

15. Cavabdeh 27 dekabr 2021-ci il tarixdə qərarın surətini almış, 24 yanvar 2022-ci ildə kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə maddələrinə istinad olunaraq qeyd e dilmişdir ki, iş materiallarında olan, iddiaçıya məxsus əmək kitabçası və “Azfen" BM-in təqdim etdiyi 21.12.2020-ci il tarixli arayışa əsasən, iddiaçının 04.03.2003-07,05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010 - 13.06.2013-cü illər arasındakı dövrdə qaynaqçı və qaynaq ustası, 07.03.2014 - 16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixdən bu günədək qaynaq işləri üzrə usta vəzifələrində işlədiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçının işləmiş olduğu vəzifələr müvafiq Siyahı üzrə qaz qaynaqçıları, əli ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun olmadığından güzəştli şərtlərlə iş stajı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqd im edilməmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəra itinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadı nın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental va cib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, aşağıdakıları qeyd etmək zəruridir.

25. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edərək 60 yaşının tamam olduğu 28 dekabr 2020-ci il tarixdə güzəştli şərtlə pensiya hüququnun yarandığını bildirmişdir.

26. Cavabdehin şikayətinin dəlillərinə görə, iddiaçının işlədiyi 04.03.200307,05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010 - 13.06.2013cü illər arasındakı dövrdə qaynaqçı və qaynaq ustası, 07.03.2014-16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixdən bugünədək qaynaq işləri üzrə usta vəzifələri, müvafiq Siyahı üzrə qaz qaynaqçıları, əli ilə qaynaq aparan elektrik qa ynaqçıları vəzifələrinə uyğun olmadığından hazırkı iş üzrə xüsusi (güzəştli) iş stajı şərti ödənilmir.

27. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd edir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: a) 60 yaşın tamamlanması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay xüsusi (güzəştli) iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiya təminatına imkan verməsi.

29. İddiaçı xx xxxxxx 1960-cı tarixdə doğulmuş, 09 noyabr 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur.

30. İddiaçının 60 yaşının tamam olduğu 09 noyabr 2020-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur.

31. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 98.122,45 manat olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqan bu xüsusatı mübahisələndirməmiş, bu barədə mübahisə açmamışdır.

32. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir.

33. Məhkəmə tərkibi cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, iddiaçının iş yeri olan "xxxx" B.M. tərəfindən verilmiş 24.11.2021-cu il tarixli güzəştli arayışdan görünür ki, o, müəssisədə qaynaq ustası vəzifəsində çalışmışd ır. İddiaçı müəssisədə metalqızdırıcı usta işlədiyi zaman onun əmək funksiyası tikinti və quraşdırma işləri üzrə ustanın əmək funksiyası ilə eyni olmuşdur. İddiaçının 04.03.2003 - 01.12.2007-ci illərdə "xxxx" X5-063 layihəsində, 04.12.2007 - 07.05.2009-cu illərdə "xxxx" X5-073 layihəsində, 20.02.2010 21.09.2010-cu illərdə "xxxx" X5-081 layihəsində işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci maddəsinin " Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndində, 21.09.2010 - 13.06.2013-cü illərdə "xxxx" X5-081 layihəsində, 07.0 3.2014 - 10.02.2015-ci illərdə "xxxx" X5-086 layihəsində işlədiyi qaynaq ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində, 10.02.2015 - 16.05.2016-cı illərdə "xxxx" X5-086 layihəsində işlədiyi metalqızdırıcı ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində, 20.02.202001.11.2021-ci illərdə "xxxx" X5-099 layihəsində, 01.11.2021-ci ildən arayışın verildiyi 24.11.2021-ci il tarixədək işlədiyi qaynaq ustası peşəsi Siyahının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndində təsbit olunmuşdur. 24.11.2021-ci il tarixə iddiaçının müəssisədə olan güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 13 il 05 ay 11 gün təşkil edir.

34. Bundan başqa, "xxxx" ASC tərəfindən tərtib olunmuş arayışa əsasən iddiaçı 09.12.1982-ci ildən 14.03.1985-ci ilədək (cəmi: 2 il, 3 ay, 5 gün) “Bakı Asbestsement və Keramika məmulatları” kombinatında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçının Kombinatda işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Ümumi peşələr” adlanan 35-ci bölməsində təsbit olunmuşdur.

35. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçının işlədiyi qaynaqçı və əl ilə elektrik qaynaqçısı peşələri güzəştli pensiya hüququ verən peşələr sırasına daxil olmuş, “Siyahı”nın “ümumi peşələr” adlanan 35-ci bölməsində təsbit edilmişdir.

36. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək vurğulayır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən verilən güzəştli arayışı mötəbər sübut kimi qəbul et məkdə və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xüsusi (güzəştli) iş stajı şərtinin ödənilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

37. Beləliklə, hazırkı işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin imtinası əsassız olmuşdur.

38. Məhkəmə tərkibi hesab edir ki, iddiaçıya 60 yaşı tamam olduğu 09.11.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, ş ikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 21(103)-2258/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar