Məhkəmə qərarları › İş №2-1(102)-620/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-620/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-620/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1595/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 1000/1286Ş nömrəli əmrinin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6442/2021 saylı, 1 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icra at

4. Məhkəmə kollegiyası tərəfindən iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin edilmiş və iddiaçıya məhkəmə bildirişi göndərilərək İPM-nin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsi təklif edilmişdir.

5. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə məhkəməyə vəsatət təqdim etməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1595/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)6442/2021 saylı, 1 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümk ün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. 7. xx.xx.2022-ci il tarixdə iddiaçı müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6442/2021 saylı, 1 dekabr 2021-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən üzürlü səbəblərdən buraxılmışdır. Belə ki, o, məhkəmə qərarını xx.xx.2022-ci il tarixdə əldə etdiyini zənn edərək, şikayət verilmə müddətinin axımının başlanğıcını həmin tarixdən hesablamış və apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə vermişdir. Başqa sözlə prosessual müddə tin ötürülməsi anlaşılmazlıq səbəbindən baş vermişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1595/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və C.A.Yusifov) iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)6442/2021 saylı, 1 dekabr 2021-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi mümkün sayılmamışdır.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarından verilmiş apellyasiya şikayətinin buraxılmış prosessual müddət ilə bağlı mümkünlük məsələsinə baxılaraq şikayət mümkün sayılmadığından və qeyd edilən qərardad qanuni qüvvəyə mindiyindən, iddiaçının sonrad an təqdim etdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi mümkün sayılmamalıdır.

11. İddiaçı kassasiya şikayəti verərək 2-1(103)-1595/2022 nömrəli, 14 sentyabr 2022ci il tarixli qərardadın ləğv olunması və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qərardadında iddiaçının birinci instansiya məhkəməsinin qərarını xx.xx.2022-ci il tarixdə aldığı göstərilsə də əslində o həmin qərarı xx.xx.2022-ci il tarixdə almış və qəbzin xx.xx.2022-ci il tarixli olduğuna fikir verməmişdir.

13. Bundan başqa, apellyasiya məhkəməsinin qərardadında qeyd edildiyi kimi ona apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqim olunması təklif edilməmişdir.

14. Eyni zamanda, qeyd edilmişdir ki, inzibati icraat ilə eyni ərəfədə iddiaçının atası Allahverdi Həsənov onkoloji xəstəlikdən əziyyət çəkməyə başlamış və o, həm işdən azad olunması ilə bağlı məhkəmə mübahisəsini, həm də atasının xəstəliyi ilə bağlı müalicəsini eyni anda idarə etməli olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçı tərəfindən verilmiş şikayətin mümkünsüz hesab edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. … Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bun dan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlan ır. … Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.... Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.... b) Maddə

91. Ali Məhkəmə mübah isə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. İşin hallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)6442/2021 saylı, 1 dekabr 2021-ci il tarixli qərarı iddiaçı tərəfindən məhkəmə qəbzinə imza etməklə xx.xx.2022-ci il tarixdə alınsa da, iddiaçı tərəfindən imzalanmış apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci ildə apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət 03 gün buraxılmaqla verilmişdir.

22. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim edilmədiyindən apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Göstərilən qərardad xx.xx.2022-ci il tarixdə iddiaçıya rəsmən təqdim olunmuşdur. Müddətin bərpası üzrə ərizə isə məhkəməyə 1 aydan sonra xx.xx.2022-ci il tarixdə daxil olmuş və apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut təqdim olunmamışdır.

23. Hazırkı Qərarda “16a” bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1595/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar