Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-620/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Məmmədov Aqil Xasay oğlu) qarşı üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Məmmədov Aqil Xasay oğlu) qarşı “doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(104)-608/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Xocalı şəhər XDS tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş V-ЖГ № 333700 nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 ilə İddiaçı2 arasında xx.xx.1991-ci il tarixdə 12 saylı akt qeydi ilə nikah bağlanmışdır.
2. Ağcabədi rayonu Arasbar kənd nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XX-ЖГ № 377150 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ata qrafasında X6, ana qrafasında isə İddiaçı2 qeyd edilmişdir.
3. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 14 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə Əskəran rayonu Aranzəmin kəndində anadan olmuş ata qrafasında Məmmədov Aqil Xasay oğlu, ana qrafasında isə X8 qeyd edilmişdir.
4. Bərdə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli X9 adına verilmiş arayışından görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etməsi barədə xx.xx.2023-cü il tarixli 123 nömrəli ölüm akt qeydi tərtib olunmuşdur.
5. Cavabdeh 15 fevral 2024-cü il tarixli 14 saylı arayışında bildirilmişdir ki, X10 xx.xx.2000-ci il tarixdə Əskəran rayonu Aranzəmin kəndində anadan olmuş və bu barədə xx.xx.2000-ci il tarixdə Cavabdehndə 14 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, ata qrafasında Məmmədov Aqil Xasay oğlu, ana qrafasında isə X8 qeyd edilmişdir.
6. Xocalı rayon İHB-nın Xocalı şəhər İ.Ə.D.Ü. nümayəndəl iyinin xx.xx.2024-cü il tarixli 5-51-1/3-2-240 nömrəli arayışından görünür ki, İddiaçı1 ilə, X3 doğum haqqında şəhadətnaməsində qeyd edilmiş X6 eyni şəxsdir.
7. Naftalan şəhər Polis şöbəsinin 18 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının hissəvi olaraq rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Məmmədov Xasay Mülük oğlu və X4 əməlində cinayət tərkibi olsa da, hər iki şəxs vəfat etdiyindən cinayət işinin başlanması rədd edilmişdir.
8. Goranboy rayon prokurorluğunun 17 yanvar 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası Xasay Məmmədov Xocalı rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 aprel 1991-ci ildə ailə qurmuşlar və birgə nikahlarından 4 övladı o, cümlədən 18 may 1997-ci ildə Ağcabədi rayon Qiyaməddinli (əvvəl Qiyamadınlı) kəndində X13 (Əbilfəz) oğlu adlı adında hazırda şəhid oğulları anadan olmuşdur. X1 barəsində Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində 17 iyul 1997-ci il tarixli 72 nömrəli doğum akt qeydi tərtib edilmiş və ona XX-KT No 377150 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Şəxsiyyət vəsiqəsində adı Əbilfəz kimi göstərilsə də nikah haqqında şəhadətnaməsində və övladlarının doğum haqqında şəhadətnamələrində o, cümlədən oğlu Samir Məmmədovun doğum haqqında akt qeydində onun adı Əbülfəz kimi qeyd edilmişdir. Həmin sənədlərdə göstərilən Əbülfəzlə şəxsiyyət vəsiqəsində qeyd edilmiş Əbilfəzin eyni şəxs olmasının təsdiq edilməsinə dair Xocalı şəhər İN tərəfindən verilmiş arayışı ərizələrinə əlavə etmişlər. X16 Xasay oğlunun və onun birinci arvadı mərhum X5 övladı olmadığından onlar oğu lları Samiri kiçik yaşlarında onlara verməyə razılaşalar da, onun övladlığa verilməsi qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməmişdi və onlar uşağı sənədinin öz adları, soyadları qalması şərti ilə razılaşıb vermişdilər. Onlar oğullarını daimi olaraq övladlığa vermək niyyətində olmamışlar. Samir Aqilin birinci arvadı X8 vəfat edənədək onlarla birlikdə yaşamış, Reyhanın vəfatından sonra isə Aqil ikinci dəfə ailə qurmuş və həmin qadın Samiri istəmədiyindən onunla yola getməmiş və Samir demək olar ki, daima onlarla birlikdə yaşamışlar. X1 MAXHHQ kimi hərbi qulluqçu olmuş və o, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində aparılan antiterror əməliyyatları zamanı şəhid olmuş və onun xx.xx.2023-cü ildə vəfat etməsinə dair Bərdə ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində xx.xx.2023-cü tarixli 123 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur.
11. Bundan başqa, qeyd edilmişdir ki, oğulları şəhid olan zaman onun kimliyini müəyyən etmək məqsədilə onun valideynləri kimi onların hər ikisindən “DNT” analizi üçün nümunələr götürülmüş və onların onun bioloji valideynləri olmağı müəyyən edilmişdir. Oğulları Samir şəhid olduqdan sonra bioloji valideyn olmaqları müəyyən edilən zaman onlara məlum olmuşdur ki, Aqil Məmmədov onların məlumatı və razılığı olmadan oğulları Samirin adına Cavabdehndə qanunsuz olaraq guya onun xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000-ci il tarixli, 14 nömrəli saxta doğum akt qeydi tərtib olunmuşdur. Oğulları şəhid olduqdan sonra həmin doğum haqqında akt qeydi əsasında da onun adına Bərdə Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində ölüm akt qeydi tərtib edilmişdir. Bununla əlaqədar onlar həmin saxta doğum akt qeydi ilə bağlı hüquq mühafizə orqanlarına şikayətlər etmişlər, şikayətləri üzrə Naftalan şəhər Polis Şöbəsində, həmçinin Goranboy rayon prokurorluğunda araşdırma aparılmışdır. Toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 (Əbülfəz) mərhum atası Məmmədov Xasay Mülük oğlu tərəfindən oğulları Samir Məmmədovun 3 yaşı olmasına və onun adına Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində tərtib edilmiş 17 iyul 1997-ci il tarixli 72 nömrəli doğum akt qeydi olmasına baxmayaraq Samirin guya xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair Xocalı rayon Mərkəzi Poliklinikasından saxta doğum arayışı əldə et miş və həmin arayış əsasında xx.xx.2000-ci ildə Cavabdehndə 17 avqust 2000-ci il tarixdə 14 nömrəli saxta doğum haqqında akt qeydi tərtib etdirmiş, lakin həmin saxta doğum arayışını vermiş və saxta doğum akt qeydi tərtib etdirmiş şəxslərin vəfat etməsi səbəbindən Naftalan şəhər polis şöbəsinin 18 dekabr 2023-cü il tarixli qərarı və Goranboy Rayon Prokurorluğunun 17 yanvar 2024-cü il tarixli qərarına əsasən hər iki araşdırma üzrə cinayət işi başlanması rədd edilmişdir. Bununla belə həmin qərarlara əsasən oğulları Samir Məmmədovun adına, X2 verilmiş doğum haqqında tibbi arayış, həmçinin oğullarının xx.xx.2000-ci il tarixdə anadan olmasına dair Cavabdehndə tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 14 nömrəli doğum akt qeydi saxta sənəd hesab edilmişdir. Həmin doğum akt qeydinin onların məlumat ı olmadan saxta tərtib edilməsi özü də sübut edir ki, onlar heç vaxt oğullarını rəsmi qaydada Aqilə övladlığa vermək fikirləri olmamışdır. Əgər onların belə bir razılığı olsa idi bunu məhkəmə qaydasında edərdilər. Onlar oğullarının xx.xx.2000-ci ildə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 saylı saxta doğum akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmişlər, lakin həmin şöbə 15 fevral 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubla müraciətlərinin icrasından imtina etmişdir. Bundan başqa onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə də müraciət etmişlər, lakin bu məsələyə məhkəmə qərarına əsasən mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, hazırda şəhid olan X1nun adına, guya onun xx.xx.2000-c i il tarixdə Əsgəran rayon Aranzəmin kəndində anadan olmasına dair Cavabdehndə tərtib edilmiş 14 nömrəli saxta doğum akt qeydi ləğv edilməlidir.
12. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Məmmədov Aqil Xasay oğlu üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin (hakim E.T.Axundov) 2-1(114)-2438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2000-ci il təvəllüdlü X10 barədə Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların müraciətləri nəticəsində Naftalan şəhər Polis şöbəsi və Goranboy rayon pro kurorluğu tərəfindən araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası Xasay Məmmədov Xocalı rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000-ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir. Bu halı məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb edilmiş Aqil Məmmədov vermiş olduğu izahatı ilə təsdiq etmişdir.
15. Üçüncü şəxs Məmmədov Aqil Xasay oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya in stansiyası məhkəməsindəki icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramnov və F.Ə.Mehtiyev) 10 oktyabr 2024-cü il tarixli, 2-1 (104)-608/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1 (114)-2438/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
18. Üçüncü şəxs Məmmədov Aqil Xasay oğlu kassasiya şikayəti və ona əlavə verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti və əlavə o nunla əsaslandırılmış ki, iddiaçıların mübahisələndirilən doğum haqqında şəhadətnamə mövcudluğundan, eləcə də xx.xx.1997ci il tarixdə doğulmuş Samir Məmmədovun 2011-ci ildə ölümünün qeydə alınmasından xəbərinin olmaması tamamilə yalandır. Belə ki, həmin 2011-ci ildə məcburi köçkünlər üçün müavinət iddiaçıların ailəsindən bir nəfərə görə azaldığı halda iddiaçıların susması və həmin müavinəti tələb etməməsi onu sübut edir ki, iddiaçılar həmin şəhadətnamədən xəbəri olmuşdur. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. xx.xx.1997-ci il tarixdə doğulan Samir Məmmədov 2012-ci ildə ilkin hərbi qeydiyyata alınmalı olduğundan iddiaçılar həmin uşağı hərbi qeydiyyata sala bilməyəcəklərini nəzərə alıb 2011-ci il tarixdə onu ölmüş kimi qeydiyyata salmışdırlar. Ona görə də iddiaçıların xəbərim olmamışdır əsası ilə iddialarının təmin edilməsi tamamilə qanunsuzdur. Məhkəmələr tərəfindən qəbul edilən qərarlar qanuni məqsəd daşımış olsa belə ədalətli olmamışdır. Belə ki, iddiaçı tərəf 25 il müddətində uşağını qardaşına uşağı olmamaq səbəbindən vermiş və qeyd edilən illər ərzində uşağın bütün tələbatlarını cavabdeh yerinə yetirmişdir. Məhkəmələr 25 ildən artıq bir müddət ərzində iddiaçının nədən hazırkı iddia ilə müraciət etməməsinə aydınlıq gətirm əmişdilər. İşin hallarından görünən odur ki, bu hərəkət məqsədli şəkildə edilmiş artıq şəhid ailəsi statusu əldə etmək məqsədi ilə hazırkı addımı atmışdır. Halbuki, mərhumun balaca vaxtlarından böyüyənə qədər bütün əziyyətini cavabdeh çəkmişdir. Yalnız şəhid olduqdan sonra iddiaçı ortaya çıxır və bildirir ki, uşaq onun olub və onu övladlığa verməyib. Bundan başqa məhkəmələr inzibati aktın ləğv edilməsi ilə bağlı müddətin uzun müddət olmasını da nəzərə almamışdılar. Yəni cavabdehə müddətin ötürülməsi ilə bağlı ərizə vermək hüququ izah edilməmişdir. Halbuki, iddiaçı həmin inzibati aktdan xəbəri olmuş lakin onu mübahisələndirməmişdir. Onun 25 il müddətində uşağının qardaşının yanında qalmasında xəbəri olmaya bilməzdi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə q arşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Aii Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxla nılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
26. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü ü zrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
29. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. İşə baxmış apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını yoxlamamış və işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
30. Göründüyü kimi iddiaçının hüquqi marağı Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsindən ibarətdir.
31. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların müraciətləri nəticəsində Naftalan şəhər Polis şöbəsi və Goranboy rayon prokurorluğu tərəfindən araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 2000-ci ildə qeyri-rəsmi olaraq bioloji atası İddiaçı1 tərəfindən sonuncunun qardaşı Aqil Məmmədova övladlığa verilmiş Samir Məmmədov üçün babası Xasay Məmmədov Xocalı rayon mərkəzi poliklinikasından əldə etdiyi doğum arayışından istifadə edərək Cavabdehndən Samir Məmmədovun xx.xx.2000-ci il tarixdə doğulması və atasının Aqil Məmmədov kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə əldə etmişdir.
32. Məhkəmə kollegiyası bildirir ki, iddiaçılar tərəfindən xx.xx.2000-ci il tarixli 14 saylı doğum akt qeydindən xx.xx.2023-cü il tarixdən sonra məlumatlı olmasını bildirsə də, iş materiallarındakı digər sübutlarla ziddiyyət təşkil etməkdədir.
33. İlk öncə nəzərə alınmalıdır ki, Samir Məmmədovun adına ilkin olaraq xx.xx.1997-ci il tarixli doğum akt qeydi tərtib edilsə də, hazırkı mübahisə predmeti olan xx.xx.2000-ci il tarixli, 14 saylı doğum akt qeydi məhz 3 il sonrakı tarixlə tərtib edilmişdir. Samir Məmmədov isə yaşadığı müddət ərzində həyatını məhz xx.xx.2000-ci il tarixli 14 saylı doğum aktına uyğun olaraq, yəni 2000-ci il təvəllüdlü şəxs kimi yaşamış və onun adına tərtib edilmiş sənədlərdə də ata adı kimi Aqil Məmmədov qeyd edilmişdir.
34. Qeyd olunanlardan başqa, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı1 1997-ci ildən 2011-ci i lədək xx.xx.1997-ci il tarixdə doğum aktı kitabında qeydiyyata alınmış Samir Məmmədovun adına ayrılmış müavinəti alsa da, 2011-ci ildə həmin müavinət dayandırılmışdır. İddiaçı1 tərəfindən müavinətin bərpa edilməsi ilə bağlı inzibati orqana müraciət edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Bu hal isə bir daha İddiaçı1 tərəfindən xx.xx.2000-ci il tarixli 14 saylı doğum akt qeydin mövcudluğundan əvvəldən məlumatlı olmasına dəlalət edir.
35. Məhkəmə kollegiyası iddiaçılar tərəfindən Samir Məmmədov şəhid olduqdan sonra DNT analizinin alınması üçün onlardan nümunələrin götürülməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Samir Məmmədovun bioloji atasının İddiaçı1 olması işin mübahisəsiz halıdır. Samir Məmmədovun şəxsiyyətinin tanınması üçün isə bioloji valideynlərindən DNT anali z nümunələrinin götürülməsi qanuni prosedurdur. Bu hal isə iddiaçılar tərəfindən mübahisələndirilən aktın məhz Samir Məmmədovun şəhid olmasından sonra bilməsi anlamına gəlmir.
36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməməsi iş materialları ilə müəyyən edilmişdir.
37. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
38. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati ak tların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır.
40. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur.
41. Beləliklə məhkəmə kollegiyası, qeyd edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
42. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(104)-608/2024 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Məmmədov Aqil Xasay oğlu) qarşı iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.