Məhkəmə qərarları › İş №2-1(102)-621/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-621/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-621/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-621/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2505/2018 saylı qərarından cavabdeh və onun vəkili Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xxxx 1975-ci ildən xxxx 2002-ci ilədək keramika məlumatları zavodunda müvafiq vəzifələrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona 60 yaş 6 ayının tamam olduğu xxxx 2018-ci il tarixdən etibarən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)2048/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 1975-ci ildən xxxx 2002-ci ilədək keramika məlumatları zavodunda işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə, xxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim R.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2505/2018 saylı qərarı ilə (V.Məmmədov -sədrlik edən və məruzəçi, hakimlər S.Seyidova və İ.Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh və onun vəkili Vəkil qızı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xxxx 2017-ci il tarixdən qadınlar 60 yaş yarım ay tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləği ndən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xxxx 75-ci ildən xxxx 2002-ci il tarixədək olan dövr üzrə sosial sığorta ödənişlərini yoxlamaq mümkün olmadığına görə sığorta stajına daxil edilməmiş, bu səbəbdən də iddiaçının qanunun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmır. Tərəflərin izahatları Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin vəkili Vəkil qızı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, Bakı Apellyas iya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məs ələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin vəkili Vəkil qızının izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2505/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəli llərinə qiymət verərək o nəticəyə gəlmişdir ki, cavabdeh həm xxxx 2018-ci il tarixli, 16/01-738 nömrəli imtina məktubunda, həm də apellyasiya şikayətində iddiaçının əmək kitabçasında əks olunan xxxx 1975-ci il tarixdən xxxx 2002-ci il tarixədək əmək fəaliyyəti dövrünü həmin dövr üzrə sosial sığorta ödəmələrini yoxlamaq mümkün olmadığı əsası ilə mübahisələndirsə də, onun dəlilləri qanunvericiliklə təkzib olunur, iddiaçının xxxx 2018-ci il tarixdə 61 yaşı tamam olmuşdur, bu da Qanunun xxxxx tarixləri arasında qadınlara münasibətdə 60 yaş 6 ay tələbinə cavab verir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 6 3 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il xxxx yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il xxxx başlayaraq 2021-ci il xxx, qadınların yaş həddi 2017-ci il xxx başlayaraq 2027-ci il xxxx hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sə nəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xxx 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi xxxx 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19. 1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). Apellyasiya məhkəməsi sadalanan normaların tələblərinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur, əmək kitabçasının məlumatları cavabdeh tərəfindən mübahisə edilsə də, cavabdeh müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, həmin məlumatlara şübhə etməklə, habelə hüquqi faktı inkar yolu ilə ərizəyə və iddiaya etiraz etməklə işini bitmiş saymış, İPM-in 14.3-cü maddəsinin tələbinə müvafiq qaydada iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən f aktiki şərtlərin mövcudluğunu sübut etmək əvəzinə, qanunsuz olaraq bunu iddiaçıdan gözləmiş və tələb etmiş, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi məhkəmənin cavabdeh inzibati orqanın yerinə keçərək, onun əvəzinə sübutların toplanması üçün müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi, eləcə də inzibati prosessual qanunvericiliklə qorunmağa çalışılan balansın (hegemon publik hakimiyyət daşıyıcısı ilə müqayisədə fərdin məhdud imkanlarının ədalət mühakiməsi müstəvisində bərabərliyinin təmin olunmasının) pozulmasına haqq qazandırmaq kimi başa düşülməməlidir. Belə hallarda obyektiv həqiqət prinsipi də mütləq anlamda qəbul edilərək, fərdin əleyhinə işləyən mexanizmə çevrilməməlidir. İPM-in 15.1-ci maddəsinə görə də, inzibati məhkəmə icraatı çəkişmə (kontradikto r icraat) prinsipi əsasında həyata keçirilir. İşə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən həmçinin İPM-nin 12-ci maddəsinin tələblərinə riayət edilərək iddiaçının işlədiyi müəssisədən şəxsi işi, bu illər ərzində faktiki işləyərək müvafiq aylar üzrə əmək haqqı almasına dair sənədlər tələb edilərək, öyrənilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri təkzib olunmaqla, İddiaçı həmin illər ərzində həqiqətən işlədiyi tam təsdiq edilmişdir. Beləliklə, məhkəmələr iş üzrə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtl ərin mövcudluğunun iş üzrə sübuta yetirildiyini, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun isə iş materialları ilə təsdiq olunmadığını, cavabdehin imtinasının qanuna, mövcud inzibati praktikaya zidd olmaqla, iddiaçının hüquqlarını pozduğunu, habelə inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmadığını iddiaçının xxx 2018-ci il tarixdə 61 yaşının tamam olduğunu, bu halın isə xxx 2017xxx 2018-ci il tarixləri arasında qadınlara münasibətdə 60 yaş 6 ay tələbinə cavab verdiyini nəzərə alaraq kassasiya şikayətinin «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə istinadla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-nin 96. 8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İQeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində, sübutların qiymətləndirilməsində isə səhvə yol verilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, l2-1(103)2505/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, l2-1(103)-2505/2018 saylı qərarı dəyişdirilmədə n saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar