Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-621/2020 10.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( torpaq sahəsinə çıxarışın verilməsi, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən Dövlət Aktı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddiaçıya məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-519/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxara q aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı (iddiaçı) xxxxndə yerləşən 0.13 ha torpaq sahəsini Abşeron rayon 1 saylı X3 bağlanmış xx xxxx 2003-cü il tarixli, 3M/444 saylı alqı-satqı müqaviləsi əsasında əldə etmiş, bu barədə ona xxxx, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (cavabdeh) müraciət etmiş, cavabdeh xx xxxxxx 2018-ci il tarixli, **********64 saylı məktubla onun müraciətini təmin etməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlər ekspertiza edil ən zaman və yerində müayinə baxışı zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, təqdim edilmiş xxxx saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının səhifəsinin dəyişdirildiyi, eyni zamanda elektron kadastr baza məlumatlarında qeydə alındığı yer ilə naturada olan istifadə yeri arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Həmçinin, müayinə zamanı torpaq üzərində mübahisə olduğu aşkar edilmiş, bu səbəbdən müayinə baxışının dolğun aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xxxx ərazisində yerləşən xx.xx.2003-cü il tarixli, xxxx KOD ********* saylı dövlət aktına əsasən iddiaçıya məxsus olan 0.1273 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın ver ilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xxxx ərazisində yerləşən xx.xx.2003-cü il tarixli, xxxx KOD ********* saylı dövlət aktına əsasən iddiaçıya məxsus olan 0,1273 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon 1 saylı X3 bağlanmış xx xxxx 2003-cti il tarixli, 3M/444 saylı alqı-satqı müqaviləsinə əsasən 0.13 ha torpaq sahəsi əldə etmiş, həmin torpaq sahəsi qeydiyyat kitabın da 5827 nömrə ilə xx xxxxxx 2003-cü il tarixdə mülkiyyət hüququ əsasında qeydə alınmaqla, bu barədə, ona Torpağa mülkiyyət hüququna dair xxxx KOD ********* saylı dövlət aktı verilmişdir. Bu torpaq sahəsi üzərində hüquqlarla bağlı əvvəllər məhkəmə mübahisələri mövcud olmuşdur. Belə ki, X10, X8 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehə həmin sahəyə girməyi qadağan etmə tələbinə dair, İddiaçı (hazırkı iş üzrə iddiaçı) isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddiaçı X9 qarşı Abşeron rayon 1 saylı X3 bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ******* saylı RX seriyalı reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-613/2013 saylı qətnaməsi ilə, X5 iddiası təmin edilməmiş, İddiaçı iddiası təmin edilərək, xx xxxxxx 2012-ci ildə İddiaçı ilə X10 arasında Abşeron rayonu 1 saylı X3 bağlanmış 0.1273 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin xx xxxxxx 2012-ci il tarixdə 0.1273 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və X6 adına ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(105)1135/2013 saylı qətnaməsinə əsasən Abşeron rayon məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-613/2013 saylı qətn aməsi qismən dəyişdirilmiş, alqı-satqı müqaviləsi və çıxarış etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1494/2014 saylı xx xxxxx 2014-cü il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(105)-1135/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları tanınmışdır. Məhkəmə tərəfindən üzərində olan hüquqları tanınmış torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə, ona çıxarış verilməsinə dair cavabdehə etdiyi müraciəti müsbət həll olunmamışdır. Bu torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarix li **********64 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman və yerində müayinə baxışı zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, təqdim edilmiş xxxx saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının səhifəsinin dəyişdirildiyi, eyni zamanda elektron kadastr baza məlumatlarında qeydə alındığı yer ilə naturada olan istifadə yeri arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Həmçinin, müayinə zamanı torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş, bu şəbədən müayinə baxışının dolğun olaraq aparılması mümkün olmamışdır. İddiaçı, cavabdeh tərəfindən ünvanına göndərilmiş xx.xx.2018-ci il tarixli **********64 saylı bildirişdə göstərilən hallar ilə razılaşmır və qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş edir. Belə ki, ünvanına göndərilmiş bildirişdə göstərilən halların iddiaçıya aidiyyəti yoxdur. Torpaq sahəsi ilə bağlı sənədlərdə hər hansı sürüşmə və ya yerdəyişmə halları baş vermişsə, bu cavabdehin problemidir və onun tərəfindən də aradan qaldırılmalıdır. İddiaçı üçün ayrılmış torpaq sahəsi yerindədir, 15 ildir ki, onun istifadəsindədir, hasara alınmış və qapı qoyulmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsi qonşu sahənin sahibləri tərəfindən də onun sahəsi kimi tanınır. Bu torpaq sahəsi üzərində hüquqlarının tanınmasına mane ola biləcək heç bir hal mövcud deyildir. İddiaçıya aid olan torpaq sahəsinə dair kənar şəxslərin iddiaları ilə bağlı isə məhkəmə proseslərində məlum olmuşdur ki, bu şəxslər əldə etdikləri hüquqlara saxtakarlıqla nail olmuşlar. Mübahisəli torpaq sahəsinin konfiqurasiyası kadastr şöbəsinin müdiri xxxx və Ümid adlı əməkdaşlar tərəfindən saxtakarlıqla dəyişdirilmişdir. Bu fakt məhkəmə prosesi zamanı həyata keçirilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(012)-2523/2016 saylı ekspert rəyi ilə təsdiqini tapmışdır. Həmin rəydə bildirilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, “xxxx” MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi xxxx tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli, 44 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, torpağa mülkiyyət hüququna dair xxxx, KOD ********* saylı dövlət aktında qeyd edilmiş torpaq sahəsinin koordinatları (döngə nöqtələri) və X2 mülkiyyətində olan Abşeron rayon, Mehdiabad qəsəbəsində yerləşən 0.0691 ha torpaq sahə sinin koordinatlarının yerində (naturada) üst-üstə düşmədiyi və həmin torpaq sahəsindən 18 metr şərqdə yerləşdiyi müəyyən edilmişdir. Başqa sözlə, bu gün xx.xx.2003-cü il tarixli, xxxx, KOD ********* saylı dövlət aktı ilə iddiaçıya məxsus olan torpaq sahəsinə dair mövcud hüquqlarının qeydiyyatının aparılması üçün heç bir maneə yoxdur. Cavabdehin iddiaya etiraz etmiş, etirazı imtina məktub ilə eyni qaydada əsaslandırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-378/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia tələbi təmin edilərək, xxxx ərazisində yerləşən xx.xx.2003-cü il tarixli, xxxx, KOD ********* saylı dövlət aktına əsasən iddiaçıya məxsus olan 0.1273 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüqu quna dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-378/2019 saylı xx xxx 2019-cu il tarixli qərardadı ilə (hakim: Z.R.Pirverdiyev) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(85)-378/2019 saylı qərarının nəticəvi hissəsində “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması” sözləri “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması” sözləri kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-519/2019 saylı qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: N.M.Nəsibov və H.Ç.Babayeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-378/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kass asiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman və yerində müayinə baxışı zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinin 9.1.2. bəndinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması təmin edilmiş, bəyan olunan hüquqlarla, qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin (uyğunsuzluqların) olduğu aşkar edilmişdir. Təqdim edilmiş xxxx saylı torpağa mülkiyyət hüqu quna dair dövlət aktının səhifəsinin dəyişdirildiyi, bu səbəbdən də elektron kadastr baza məlumatlarında istifadə yeri ilə naturada olan istifadə yeri arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Həmçinin, müayinə zamanı torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş, bu səbəbdən müayinə baxışının dolğun olaraq aparılması mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqd im edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94. 4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də bəyan olunan hüquqlarla, qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin (uyğunsuzluqların) olduğunu, təqdim edilmiş xxxx saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı nın səhifəsinin dəyişdirildiyini və torpaq sahəsi üzərində mübahisənin olduğunu mübahisələndirir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi nə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (maddə 139) Aşağı instansiya məhkəmələri tərəfindən aparılmış məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, xxxxndə yerləşən 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron rayon 1 saylı X4 xx xxxx 2003-cti il tarixli, 3M/444 saylı alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınaraq ona xxxx, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı torpaq sahəsini hasara almış, dəmir darvaza qoymuşdur və hazırda torpaq sahəsi onun istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx xxxxxx 2018-ci il tarixli **********64 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-613/2013 saylı qətnaməsi ilə X5 iddiası təmin edilməmiş, İddiaçı iddiası təmin edilərək, xx xxxxxx 2012-ci ildə İddiaçı ilə X10 arasında Abşeron rayonu 1 saylı X3 bağlanmış 0.1273 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin xx xxxxxx 2012-ci il tarixdə 0.1273 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və X5 adına verdiyi RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli 2(105)- 1135/2013 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-613/2013 saylı qətnaməsi qismən dəyişdirilmiş, xx xxxxxx 2012-ci ildə İddiaçı ilə X10 arasında bağlanmış 0.1273 ha torpaq sahəsinin alqı-satqı müq aviləsi, həmin sahəyə dair X5 adına verilmiş xx.xx.2010-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1494/2014 saylı xx xxxxx 2014-cü il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(105)1135/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunmalıdır ki, əvvəllər məhkəmə mübahisələrinin olması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Həmçinin, iş materialları ilə həmin mübahisələrin məhz iddiaçının xeyrinə həll edilməsi və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcudluğu öz təsdiqini tapır. Bun dan əlavə cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində dövlət aktının səhifəsinin dəyişdirilməsini, bu səbəbdən də elektron kadastr baza məlumatlarında istifadə yeri ilə naturada olan istifadə yeri arasında uyğunsuzluqların olmasını qeyd etsə də, bu barədə hər hansı bir sübutu təqdim etməmiş, eyni zamanda hansı səhifəsinin dəyişdirildiyini konkret göstərməmişdir. Əksinə, iddia ərizəsindən və Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi aktdan müəyyən olunur ki, iddiaçının torpaq sahəsi hasara alınmaqla onun istifadəsindədir. Buna görə də məhkəmə kollegiyası cavabdehin dəlillərinin formal mülahizələrə əsaslanması barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. “Daşınmaz əml akın dövlət reyestri haqqında” AR Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, HƏMİN FƏSİLƏ AİD 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir Həmin Qanunun 8.0. maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Anoloji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxx 2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət o lunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, q anunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və y a hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)519/ 2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-621/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-621/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver